Məhkəmə qərarları › İş №2(004)-2929/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2929/2021

18.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2929/2021 18.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh2, onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəzi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəzi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, istintaq orqanı müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh1 etibardan sui-istifadə etmək və aladatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 qız ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib onun qohumluq münasibətindən irəli gələn etibarından sui-istifadə edərək heç bir səlahiyyəti olmadığı halda sonuncunun Lənkəran şəhər 4 saylı orta məktəbin 9-cu sinfini buraxılış imtahanını keçə bilməyən oğlu X12 şəhərində yerləşən orta məktəblərdən birinin 9-cu sinfini bitirməsi barədə şəhadətnamə alacağına və onu X13 qəbul etdirib 4 il təhsil haqqını ödəməklə bitirməsi barədə diplom verdirəcəyinə dair yalan vəd verməklə aldadıb 2012-ci ilin sentyabrın əvvəllərində ünvan 1 ünvanda yerləşən mənzilində ondan 14000 manat pul almış, aldığı puldan M.Nifləliyevaya da vermiş, sonuncu bunun müqabilində onun oğlunun Gəncə şəhər S.Vurğun adına 41 saylı orta məktəbi bitirməsi barədə X2 hüquq verən orta təhsil haqqında şəhadətnaməni və həmçinin X11 “Yol hərəkətinin təşkili” şöbəsinin İİ kursunda oxuması barədə 20.12.2013-cü il tarixli, 01 01/127 nömrəli əmri qanunsuz hazırlayaraq saxtalaşdırdıqdan sonra Cavabdeh2 vermiş və X5 hüquq verən 10 saylı arayışı qanunsuz hazırlayaraq saxtalaşdırıdıqdan sonra M.Nifləliyevaya vermiş, o da T.Həsənovun vasitəsilə ona təqdim etmiş və bununla da zərərçəkən şəxs ona 14000 manat məbləğində xeyli ziyan vurmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 1 (004)-208/2019 saylı qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən təqsirləndirilər şəxs Cavabdeh2 barəsində cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin qərarla həmçinin Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmiş və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah olunmuşdur. Məhkəmənin həmin qərarından onun tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 1(103)-397/2020 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2019cu il tarixli, 1 (004)-208/2019 saylı qərarı mülki iddiaya aid hissədə dəyişdirilmiş, mülki iddia 10500 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumuna aid hissədə təmin olunmuş, təqsirləndirilən və mülki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10500 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq zərər çəkmiş şəxs və mülki iddiaçı ona ödənilməsi qərara alınmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 1 (004)-208/2019 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 27.01.2021-ci il tarixli, 1(102)-319/2021 saslı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cavabdeh2 barəsində olan 13 mart 2020-ci il tarixli, 1(103)-397/2020 saylı qərarı dəyişdirilərək həmin qərardan mülki iddianın təmin edilməsinə dair müddəalar xaric edilmiş və iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılaraq zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququ izah edilmişdir. İş üzrə olan məhkəmə qərarlarından da görünür ki, 10500 manat pul vəsaitinin cavabdehlərə verilməsi işin mübahisəsiz halıdır. Həmin məbləğin hansı hissəsinin Cavabdeh2, hansı hissəsinin isə digər cavabdehdə qalması cavabdehlərin öz aralarında müəyyən etməli olduqları haldır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10500 manat maddi və 4000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10500 manat pul məbləğinin geri ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 4200 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən bütün məbləğlər, yəni 14000 manat məbləğində pul vəsaiti iddiaçının qohumu olan iş üzrə cavabdeh olan Təranəyə verilmiş, lakin sonuncu tərəfindən Mehribana nə qədər pul verilməsi barədə məlumat olmuş, cavabdehlər tərəfindən iddiaçıya vurulmuş ziyandan cəmi 3500 manat məbləğində pul vəsaiti geri qaytarılmışdır. Cavabdeh Təranə tərəfindən bildirilən 7800 manat məbləğində pul vəsaitinin də geri qaytarılması ilə bağlı, onlara yəni iddiaçıya heç bir məbləğ ödənilməmiş və ümumiyyətlə iddiaçı bu barədə məlumat olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı öz oğlunun kollecə düzəldilməsi ilə bağlı verməli olduğu pul vəsaitinin məbləğini bibisi qızı, Cavabdeh1 ilə danışmış və pul vəsaitini tam həcmdə Cavabdeh1 vermişdir. Yəni o, İddiaçı birbaşa olaraq pul almamış və hansı məbləğdə pul alacağını müzakirə etməmişdir. Bu fakt ********* nömrəli cinayət işi üzrə istintaq gedişində, o cümlədən Bakı şəhər prokuroru Azər Əsgərov tərəfindən imza edilən 05 avqust 2019-cu il tarixli İttiham Aktında öz əksini tapmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, onun, İddiaçı borcu yoxdur. Belə ki, iddia ərizəsində göstərilən pul məbləği işdən məlum olduğu kimi, İddiaçı tərəfindən Cavabdeh1 verilmişdir. İş materiallarında məlum olduğu kimi, o, İddiaçı yalnız Gəncə şəhərinə oğlunun oxumalı olduğu kollecə birlikdə gedərkən tanış olmuşlar. Məhz həmin tarixdə o, bilmişdir ki, bu işin sifarişçisi İddiaçıdur. İş üçün vacib olan hal odur ki, iddia ərizəsində göstərildiyi kimi, oğlunun kollecə düzəldilməsi ilə bağlı iddiaçı tərəfindən Cavabdeh1 14000 (on dörd min) manat pul verilmişdir. Cavabdeh1 tərəfindən İddiaçı 14000 (on dörd min) manat pulun alınması faktından o, yalnız iş üzrə istintaq başlananda xəbər tutmuşdur. Cavabdeh1 cinayət işinin istintaqı zamanı iddia etmişdir ki, İddiaçı aldığı pullardan 10000 manatın ona vermişdir. Daha əvvəl isə ümumiyyətlə bütün məbləğin ona verildiyini bildirmişdir. Lakin, Cavabdeh1 bu iddiası istintaq araşdırması zamanı öz təsdiqini tapmamışdır. 05 avqust 2019-cu il tarixli İttiham Aktında göstərilir: “İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Cavabdeh1 öz müdafiəsi üçün dəlil olaraq zərər çəkmiş Rahim Rəhimovdan aldığı pulların hamısını Cavabdeh2 verdiyini bildirməsini dəlil olaraq gətirmiş, istintaq zamanı Cavabdeh1 gətirmiş olduğu dəlillər yoxlanılmış və öz təsdiqini tapmamışdır.” Onun tərəfindən alınmış pulla bağlı nəzərinizə çatdırır ki, o, sonradan (pullar İddiaçı tərəfindən Cavabdeh1 verildikdən ən azı bir ay sonra Cavabdeh1 İddiaçı oğlunun kollecə düzəldilməsi ilə bağlı 5000 (beş min) manat məbləğində vəsait istəmişdir. Cavabdeh1 bu işlə bağlı ona 5000 (beş min) manat məbləğində vəsait vermişdir. O, da həmin pulun 500 (beş yüz) manatını Cavabdeh1 vermiş, pulun 500 manatını özünə götürmüş qalan 4000 (dörd min) manatını Qənaət Şirinova vermişdir. Göründüyü kimi Cavabdeh1 kollecə düzəldilmə işi ilə bağlı onunla danışmış və bu sonuncu bu iş üçün 5000 (beş min) manat pul istəmişdir. Lakin Cavabdeh1 onun xəbəri olmadan dayısı oğlu, İddiaçı 15000 (on beş min) manat pul tələb etmiş və İddiaçı bu pulu bibisi qızına vermişdir. Cavabdeh1 bu pulun sadəcə 5000 (beş min) manatını ona vermişdir. Onun tərəfindən istintaq zamanı zərərçəkmiş şəxsə 2000 (iki min) manat pul ödənilmişdir. Bu fakt istintaq materiallarında da öz təsdiqini tapmışdır. Cavabdeh1 tərəfindən onun dayısı oğlu, İddiaçı 15 000 (on beş min) manat pul alması faktından onun xəbəri olmamasını onunla sübut edirik ki, Cavabdeh1 istintaq zamanı ilkin olaraq zərərin əvəzi olaraq İddiaçı 1500 (bir min beş yüz) manat pul vermişdir. Bundan başqa Cavabdeh1 zərərin əvəzi olaraq İddiaçı verilməsi üçün istintaq zamanı Yanar adlı müstəntiqə 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pul vermişdir. Lakin sonradan müstəntiq bu vəsaiti tam həcmdə mənimsəmiş və İddiaçı verməmişdir. Cavabdeh1 tərəfindən 1500 manat İddiaçı və 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pul vəsaitinin zərərin əvəzi kimi müstəntiqə verməsi (cəmi 9300 manat) onu sübut edir ki, Cavabdeh1 İddiaçı ümumilikdə 15 000 (on beş min) manat pul vəsaiti almışdır və onun bu vəsaitin cəmi 5000 manat hissəsi barədə məlumatlı olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil2 da, Cavabdeh2 ilə oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh1 bu işlə bağlı Cavabdeh2 5000 (beş min) manat məbləğində vəsait vermişdir. O, da həmin pulun 500 (beş yüz) manatını Cavabdeh1 vermiş, pulun 500 manatını özünə götürmüş qalan 4000 (dörd min) manatını Qənaət Şirinova vermişdir. Hesab edir ki, pullar ilkin olaraq iddiaçı tərəfindən Cavabdeh1 verildiyindən və bu danışıqlarda ona iştirak etmədiyindən (o cümlədən, məbləğin qədərinin müəyyən edilməsində) o hazırki iş üzrə cavabdeh ola bilməz. Ona qarşı öz növbəsində Cavabdeh1 iddia qaldıra bilər. İddiaçı iddia ərizəsi ilə cavabdehlərdən 4000 (dörd min) manat məbləğində mənəvi zərər və 10500 (on min beş yüz) manat pulun gecikdirilməsi üçün 4200 manat pul tələb etmişdir. Hesab edir ki, bu tələblər tamamilə əsassızdır. Belə ki, iddiaçı mənəvi zərəri tələb etməsinə əsas olan mənəvi iztirabların və sarsıntının nədən ibarət olmasını əsaslandırmamışdır. Mülki Prosessual Məcəllənin 77.1 ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 10500 (on min beş yüz) manat pulun gecikdirilməsi üçün 5 faiz dəbbə pulunun hesablanması kifayət qədər əsasızdır. Ona görə ki, iddiaçı və cavabdehlər arasında öncədən pulun ödənilməsinin gecikdirilməsi ilə hər hansı razılıq olmamışdır. Eyni zamanda bildirir ki, iddia ərizəsi iddia müddətinin ötürülməsi ilə verilmişdir. Belə ki, tərəflər İddiaçı və Cavabdeh1 İsmayıl Qızı arasında pulun alınması, İddiaçı öz ifadəsinə əsasən, 2012-ci ilin yay aylarında Cavabdeh1 evidə baş tutmuşdur. O, pulu geri tələb etməyə təxminən bir il sonra başlamışdır. Faktiki olaraq üç illik müddət keçəndən sonra İddiaçı hüquqlarının bərpası üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Nəzərə alınmalıdır ki, mənəvi ziyan tələbi ilə çıxış edən şəxsin özü qanunsuz iş üçün Cavabdeh1 İsmayıl Qızına müraciət etmiş və iş elə bundan başlamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin Cavabdeh2 aid hissədə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, Cavabdeh2 ailəvi olaraq uzun müddət əvvəl tanımışdır. Mehribanı tanıdığı müddətdə o, Politexnik Universitetində müəllim işləyirdi. Həmin vaxtlar Mehriban ona tanışları vasitəsi ilə Kollec və Universitetlərə tələbə düzəldə bildiyini demişdir. 2012-ci ilin növbəti tədris ilinin yekununda dayısı oğlu İddiaçı oğlu Nəriman Lənkərən şəhər 4 saylı orta məktəbin rus bölməsindən 9-cu sinif buraxılış imtahanlarını verə bilməmiş və kəsilmişdir. Mehribanın onunla tanış olduğunu bilən Rəhim anasına müraciət edərək oğlunun məsələsinə Mehriban tərəfindən köməklik edilməsini xahiş etmişdir. O, da dayısı oğlu Rəhimin xahişi ilə Mehribanla danışıb ondan kömək etməsini istəmişdir. Mehriban ilk olaraq Rəhimin oğlu Nərimanın təkrar imtahanlarda iştirak etməyi məsləhət bilmiş və Nəriman təkrar imtahanlarda iştirak etsə də yenə də, imtahandan kəsilmişdir. Bundan sonra Rəhim oğlunun 9-cu sinifi bitirməsi barədə şəhadətnamənin alınmasına köməklik edilməsi barədə xahiş etmiş və o, bu xahişi Mehribana bildirdikdən sonra sonuncu, bununla razılaşmış və bu işdə Gəncə şəhərindəki tanışlarının vasitəsi ilə köməklik edə biləcəyini bildirmişdir. Daha sonra isə məsləhət belə olmuşdur ki, ilk növbədə Rəhimin oğlu Nərimanın adına şəhadətnamə əldə edilsin və həmin sənəd əsasında Gəncə şəhərindəki Kollecə düzəldilsin. Mehriban həm şəhadətnamənin alınması, həm də Kollecə düzəlməsi üçün ümumilikdə təxminən 14000 manata ehtiyac olacağını ona bildirmişdir. O da, bu barədə dayısı oğlu Rəhimə demiş və Rəhim də razılaşaraq 2012-ci ilin sentyabr ayının ilk həftəsində yaşadığı evə gələrək ona 14000 manat pul vermişdir. O, həmin pulun 4500 manat hissəsini ümumi razılaşmaya əsasən Rəhimin oğluna 9-cu sinifi bitirməsi barədə şəhadətnamənin alınması üçün Mehribana yaşadığı Yasamal rayon ərazisindəki, X4 yaxınlığında yerləşən evində vermişdir. Belə ki, o, Mehribana 5000 manat vermiş, sonuncu isə həmin puldan 500 manatını onun xeyri kimi ona geri qaytarmışdır. Qalan pulu isə özüdə saxlayaraq qərara gəlmişdir ki, ilk olaraq şəhadətnamə işi düzəldikdən sonra növbəti Kollec işi həll edilərkən qalan hissəsini də Mehribana verər. Bir müddət sonra Nərimanın təhsil aldığı Lənkəran şəhər 4 saylı orta məktəbdən təhsil haqqında arayış tələb edilmişdir. O da bu barədə Mehribana bildirmiş, sonuncu isə ona Gəncə şəhərində hansısa bir Peşə məktəbinin orta təhsil haqqında arayışını vermiş və o da, həmin arayışı məktəbə təqdim etməsi üçün Rəhimə vermişdir. Bundan təxminən 6-7 ay keçdikdən sonra, yəni 2013-cü ilin mart-aprel ayında Mehriban ona Nərimanın 2012-ci ildə Gəncə şəhər 41 saylı orta məktəbində əsas təhslini bitirməsi barədə şəhadətnaməni vermiş və növbəti mərhələdə Nərimanı Kollecə düzəldəcəyini bildirmişdir. O da həmin sənədi Rəhimə vermişdir. Bundan sonra o, X9 düzəltməsi üçün yaşadığı evində ilkin verilmiş 4500 manatdan əlavə olaraq, müxtəlif vaxtlarda 2000, 1500 və 2000 manat olmaqla hissə-hissə ona 5500 manat pul vermişdir. Beləliklə o, Mehribana ilkin ödənişlə birlikdə cəmi 10000 manat pul vermişdir. Pulun verilməsindən sonra Mehriban ilk dəfə öz əri Adil və Rəhimlə birlikdə, növbəti dəfə isə onun əri Ağamusa, Rəhim və oğlu Nərimanla birlikdə Gəncə şəhərinə getmişlər və orada Mehriban kimlərləsə görüşmüş, hətta Nərimandan Kollecə daxil olması haqqında ərizə alınmışdır. Aradan bir müddət keçəndən sonra Rəhim oğlunun Hərbi Xidmətə çağırıldığını və bunun üçün forma 10 arayışı lazım olduğunu bildirmiş, o da bu barədə Mehribana bildirdikdən sonra sonuncu, ona Nərimanın X11 Yol Hərəkəti Təşkili Şöbəsinin İİ kurs tələbəsi olması barədə arayış vermişdir. O, daha sonra Mehribanın ona təqdim etdiyi həmin arayışı Rəhimə vermişdir. Aradan iki ildən artıq müddət keçdikdən sonra Rəhim Gəncə şəhərinə gedərək araşdırma aparmış, oğlunun Kollecdə təhsil almadığını və oğlunun adına verilmiş şəhadətnamənin, eləcə də arayışın saxta olmasını öyrənmişdir. Rəhim bundan sonra ona verdiyi 14000 manat pulu geri tələb etməyə başlamış və aidiyyəti qurumlara şikayət etmişdir. Rəhim Yasamal Rayon Polis İdarəsinə və Bakı şəhər Baş Polis İdarəsinə şikayət etdikdən sonar Mehribanla birlikdə Rəhimə 3500 manat pul ödəmişdir. Həmin pulun 1500 manatını o, qalan 2000 manat hissəsini isə Mehriban ödəmişdir. Təhqiqatçı tərəfindən bununla bağlı protokol tərtib edilmişdir. Qalan məbləği o özü bu şikayətlərə son qoymaq üçün Yasamal RPİ-nin təhqiqatçısı Yanar Əliyevə hissə-hissə Rəhimə verməsi üçün cəmi 7800 manat pul ödəsə də, o, həmin məbləği Rəhimə verməyərək mənimsəmişdir. Y.Əliyev ödənişlə bağlı pulu ondan alarkən hər hansı bir qəbz təqdim etməmiş, hər hansı protokola və ya sənədə imza etdirməmişdir. Bununla bağlı o, aidiyyəti üzrə prokurorluğa ərizə ilə müraciət etmişdir. Mehriban ona cəmi 4500 manat məbləğində pulun verildiyini etiraf etsə də, o sonradan ayrı-ayrı vaxtlarda ona əlavə olaraq pul vermiş, həmin hal çox gümanki Mehribanın yadından çıxmışdır. Yerdə qalan məbləği isə çatdırılması üçün təhqiqatçıya vermişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştraik edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15.11.2019-cu il tarixli, 1(004)-208/2019 saylı qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən təqsirləndirilən şəxs Cavabdeh1 barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilmiş; Cavabdeh1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən təqsirləndirilən şəxs Cavabdeh2 barəsində cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş; Cavabdeh2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş; iş üzrə maddi sübut olan X11 adından tərtib edilmiş 01 ədəd 01/127 nöməli 20 dekabr 2013-cü il tarixli saxta əmr, 01 ədəd 139 nömrəli 05 may 2014- cü il tarixli X6 adına tərtib edilmiş arayışın surəti cinayət işinin materiallarında saxlanılmış; iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri - cəmi 112 (bir yüz on iki) manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməsi; Cavabdeh1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Cavabdeh2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülməsi və iş üzrə verilmiş mülki iddianın baxılmamış saxlanılması, mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında iddia verilməsi hüququnun izah olunması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-397/2020 saylı, 13.03.2020-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs və mülki İddiaçı apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-208/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qərarı mülki iddiaya aid hissəsində dəyişdirilməsi; mülki iddianın 10.500 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumuna aid hissədə təmin olunması; təqsirləndirilən və mülki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.500 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq zərər çəkmiş şəxs və mülki İddiaçı ödənilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 208/2019 saylı, 15 noyabr 2019- cu il tarixli qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.01.2021-ci il tarixli, 1(102)-319/2021 saylı qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-397/2020 saylı, 13.03.2020-ci il tarixli qərarı dəyişdirilmiş, həmin qərardan mülki iddianın təmin edilməsnə dair müddəalar xaric edilmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh1 etibardan sui-istifadə etmək və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncunun heç bir səlahiyyəti olmadığı halda dayısı oğlu İddiaçı qohumluq münasibətindən irəli gələn etibarından suiistifadə edərək onun 9-cu sinif buraxılış imtahanlarından keçə bilməyən oğlu X12 şəhərində yerləşən orta məktəblərdən birinin 9-cu sinifi bitirməsi barədə şəhadətnamə alacağını və onu X13 qəbul etdirib 4 il təhsil haqqını ödəməklə bitirməsi barədə diplom verdirəcəyinə dair yalan vəd verməklə aldadıb 2012-ci ilin sentyabrın əvvəllərində ünvan 2 ünvanda yerləşən yaşadığı mənzilində R.Rəhimlidən 14.000 manat pul alıb ələ keçirərək ona xeyli miqdarda maddi ziyan vurmuşdur. İşin bu halı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15.11.2019-cu il tarixli, 1(004)-208/2019 saylı qərarı ilə müəyyən edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh Təranəyə ümumilikdə 14000 manat məbləğində pul verilmiş, sonuncu həmin məbləğdə 5000 manatını digər cavabdeh Mehribana vermiş, Mehriban da həmin məbləğdən 500 manatını Təranəyə mükafat olaraq geri qaytarmış, 500 manatını isə özünə götürərək, yerdə qalan Kollecin müdirinə vermişdir. Bundan başqa işin halları ilə müəyyən edilmişdir ki, istintaq dövründə dəymiş ümumi ziyandan cəmi 3500 manat məbləğində pul vəsaiti, ondan 2000 manatı Cavabdeh2 tərəfindən, qalan 1500 manatı isə digər cavadbeh Cavabdeh1 tərəfindən iddiaçıya geri qaytarılmışdır. Cavabdeh1 məhkəmə iclasında aldığı 14000 manat məbləğində pul vəsaitindən Cavabdeh2 ilkin olaraq 4500 manat, müxtəlif vaxtlarda 2000, 1500 və 2000 manat olmaqla sonuncuya hissə-hissə 5500 manat da, pul verdiyini bildirsə də, məhkəməyə bu hallarla bağlı hər hansı bir mötəbər sübutlar təqdim edə bilməmiş, iş üzrə digər cavadbeh olan M.Niftəliyev isə ona Cavabdeh1 cəmi 4500 manat məbləğində pul vəsaitinin verilməsini etiraf etmişdir. İşin bu halı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15.11.2019-cu il tarixli, 1(004)-208/2019 saylı qərarı ilə müəyyən edilərək öz təsdiqini tapmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasını zərər vurulması faktı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək, Cavabdeh1 8000 (səkkiz min) manat, digər Cavabdeh2 isə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin cavabdehlərin iddiaçıya ödənilməsi məqsədi ilə 7800 manat pulun Yasamal RPİ-nin təhqiqatçısına ödənilməsinə dair dəlillərinə tənqidi yanaşaraq qeyd edir ki, cavabdehlər sözü gedən məbləğin geri qaytarılması barədə məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmişlər. Belə ki, iş materialları ilə cavabdehlər tərəfindən istintaq dövründə iddiaçıya ümumilkdə cəmi 3500 manat məbləğində pul vəsaitinin geri qaytarılması müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin cavabdehlərdən 4000 manat mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, iddiaçı vurulan mənəvi ziyanın nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10500 manat pul məbləğinin geri ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 4200 manatın tutulması hissəi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də, əsassız olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 8000 (səkkiz min) manat, digər Cavabdeh2 isə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 8000 (səkkiz min) manat, digər Cavabdeh2 isə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar