Məhkəmə qərarları › İş №2(004)-2933/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2933/2021

18.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2933/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı Ruzhı̇ lova Alexandra Alexandrovnanın, Tərcüməçi X3 iştirakı ilə, İddiaçı Ruzhı̇ lova Alexandra Alexandrovnanın cavabdeh Ələkbərov Zı̇ yad Vahab oğluna qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ruzhı̇ lova Alexandra Alexandrovna cavabdeh Ələkbərov Zı̇ yad Vahab oğluna qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5428 manat maddi ziyan və 1000 manat mənəvi ziyan olmaqla, cəmi 6428 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətanmə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıRuzhı̇ lova Alexandra Alexandrovna iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, Cavabdeh Vahid oğlu Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli hökmü ilə AR CM- nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cavabdeh Vahid oğlu 2019-cu ilin iyun ayının ortalarında ünvan 1 ünvanda yerləşən evdə usta işləyərkən ona məxsus ümumi dəyəri 5428,62 manat dəyərində olan məişət avadanlıqlarını oğurlayaraq xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə vaxtı onun tərəfindən hər hansı bir ödəniş edilməmiş və əşyaları qaytarılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan baxıımasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21-23, 385.1, 386.1, 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iddiaçı Ruzhı̇ lova Alexandra Alexandrovna iddia etmişdir ki, Cavabdeh Vahid oğlu 2019-cu ilin iyun ayının ortalarında ünvan 1 ünvanda yerləşən evdə usta işləyərkən oğurluq etməsi nəticəsində ona 5428 manat maddi və 1000 manat mənəvi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15.02.2021-ci il tarixli, 1(103)-433/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh 2019-cu ilin iyun ayının ortalarında X2 məxsus ünvan 2 ünvanında yerləşən evində usta işləyərkən özgənin əmlakını gizli olaraq talama məqsədilə Asiya Mustafayevanın anası İddiaçı Alexandrovnaya məxsus, ümumi qiyməti 1700 manat olan 1 ədəd “Ariston" markalı soyuducu, 1 ədəd “LG” markalı paltaryuyan maşın, 1 ədəd “LG” markalı qabyuyan maşın, qiyməti 120 manat olan 1 ədəd dörd gözlu qaz pilətəsi, qiyməti 60 manat olan 1 ədəd iki gözlu qaz pilətəsi, qiyməti 80 manat olan 1 ədəd iki gözlü mətbəx vannası, qiyməti 40 manat olan 1 ədəd bir gözlü mətbəx vannası, qiyməti 40 manat olan 1 ədəd mətbəx kranı, ümumi qiyməti 20 manat olan 10 ədəd elektrik keçiriciləri, qiyməti 400 manat olan 1 ədəd “Bosh” markalı kombi, qiyməti 100 manat olan 1 ədəd kalorifer, qiyməti 500 manat olan 1 ədəd su fıltri, qiyməti 1020 manat olan 1 ədəd boyler, ümumi qiyməti 100 manat olan 12 ədəd stop lampaları, qiyməti 50 manat olan 1 ədəd tol rulonu, qiyməti 250 manat olan 1 ədəd elektrik pilətəsi, qiyməti 210 manat olan 1 ədəd divar saatı, ümumi qiyməti 27 manat olan 3,38 kvadrat metr qranit daşı, ümumi qiyməti 27 manat 56 qəpik olan 18,37 kvadrat metr kafel arası kant, ümumi qiyməti 10 manat olan 20x55 ölçüdə 11 kvadrat metr kafel, qiyməti 28 manat 50 qəpik olan 20x30 ölçüdə 19 ədəd kafel, qiyməti 34 manat 56 qəpik olan 4,32 kvadrat metr qranit daşı, ümumi qiyməti 51 manat olan 33x33 ölçüdə 4 kvadrat metr hamam kafeli, ümumi qiyməti 60 manat olan 40 ədəd pilləkən ücün farfordan hazırlanmış kant, qiyməti 300 manat olan su matoru, qiyməti 200 manat olan plastik pencərəni gizli olaraq talayıb zərərçəkmiş şəxs Alexandra Ruzhılovaya, ümumilikdə 5.428,62 manat dəyərində xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Həmin hökmdən zərərçəkmiş şəxs Alexandra Ruzhılova tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini tələb etmək üçün mülki iddia vermək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı Alexandrovnaya 5428 manat məbləğində maddi ziyan vurulduğu iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, maddi ziyan hissəsində iddia tələbi əsaslı və qanuni olduğundan, təmin edilməli, maddi ziyan olaraq, Cavabdeh ödənilmiş 5428 manat tutularaq, İddiaçı Alexandrovnanın xeyrinə ödənilməlidir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin dəymiş maddi ziyanın tutulması hissəsində təmin edilməsini nəzərə alıb hesab edir ki, “dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsində iddia tələbi iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və bunu təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ələkbərov Zı̇ yad Vahab oğlundan maddi ziyana görə 5428 (beş min dörd yüz iyirmi səkkiz) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı Ruzhı̇ lova Alexandra Alexandrovnanın xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar