Məhkəmə qərarları › İş №2(004)-2941/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2941/2023

08.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2941/2023 08.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh3 QSC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Lənkəran rayon İcra şöbəsi, Cavabdeh3 QSC, AR ƏMDK yanında DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Lənkəran rayon İcra şöbəsi, Cavabdeh3 QSC, AR ƏMDK yanında DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən Lənkəran şəhəri, X7 küçəsi 116 A ünvanında xüsusi mülkiyyətdə olan 0,00819 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 132,8 m2 ümumi sahədən ibarət, ticarət təyinatlı, xüsusi mülkiyyətli qeyriyaşayış binasına dair keçirilmiş hərracın nəticələri və xx.xx.2023-cü tarixli 035/23 nömrəli protokolun, Lənkəran şəhəri, X7 küçəsi 116 A ünvanında xüsusi mülkiyyətdə olan 0,00819 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 132,8 m2 ümumi sahədən ibarət, ticarət təyinatlı, xüsusi mülkiyyətli qeyri-yaşayış binasının 63.750 (altmış üç min yeddi yüz əlli manat) manata satılması barədə "xxxx" MMC ilə "xxxx" QSC arasında xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə alğı-satqı barədə müqavilənin, Lənkəran şəhəri, X7 küçəsi 116 A ünvanında xüsusi mülkiyyətdə olan 0,00819 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 132,8 m2 ümumi sahədən ibarət, ticarət təyinatlı, xüsusi mülkiyyətli qeyri-yaşayış binasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət Qeydiyyatı Haqqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh1 «Bakı Hərrac Mərkəzi” MMC-yə Lənkəran şəhəri, X7 küçəsi 116 a ünvanında xüsusi mülkiyyətdə olan 0,00819 hektar orpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 132,8 m2 ümumi sahədən ibarət, ticarət təyinatlı, xüsusi mülkiyyətli qeyriyaşayış binasına dair sifariş verilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)4)6/2021 saylı qətnaməsi ilə cavahdehlər İddiaçı, X3 və X1 müştərək qaydada iddiaçı "Accessbank” QSC-nin xeyrinə, ümumilikdə 149.604,06 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 100.000 (yüz min) manat müəyyən edilməklə İddiaçı məxsus Lənkəran şəhəri, X7 küçəsi 116 A ünvanında xüsusi mülkiyyətdə olan 0,00819 hektar torpaq sahəsi va üzərində yerləşən 2 mərtəbəli, 132,8 m2 ümumi sahədən ibarət, ticarət təyinatlı, xüsusi mülkiyyəti qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsi ilə satılması qət edilmişdir. Cavabdeh1 sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən İddiaçı məxsus Lənkəran şəhəri, X7 küçəsi 116 A ünvanında xüsusi mülkiyyətdə olan 0,00819 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 132,8 m2 ümumi sahədən ibarət, ticarət təyinatlı, xüsusi mülkiyyətli qeyri-yaşayış binasına), ilkin satış qiyməti 100.000 (yüz min) manat müəyyən edilməklə qanunsuz hərraclar keçirilmişdir. Bundan başqa ipoteka saxlayan ipoteka predmetini qanunla müəyyən edilmiş 30 gün müddətində əldə etməmişdir. Lakin bütün bu qanunsuzluqlar davam etmiş Hərrac Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixli məktuba əsasən İddiaçı məxsus Lənkəran şəhəri, X7 küçəsi 116 Ada xüsusi mülkiyyətdə olan 0,00819 hektar torpaq sahəsi va üzərində yerləşən 2 mərtəbəli, 132,8 m2 ümumi sahədən ibarət, ticarət təyinatlı, xüsusi mülkiyyətli qeyriyaşayış binası 63.750 (altmış üç min yeddi yüz əlli manat) manata tələbkara təklif edilmişdir. Bundan sonra İddiaçı məxsus Lənkəran şəhəri, X7 küçəsi 116 A ünvanında xüsusi mülkiyyətdə olan 0,00819 hektar torpaq sahəsi va üzərində yerləşən 2 mərtəbəli, 132,8 m2 ümumi sahədən ibarət, ticarət təyinatlı, xüsusi mülkiyyətli qeyri-yaşayış binasının 63.750 (altmış üç min yeddi yüz əlli manat) manata satılması barədə "xxxx" MMC ilə "xxxx" QSC arasında xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə alğı-satqı barədə müqavilə və X5 xx.xx.2023-cü il tarixli 035/23 nömrəli X5 Protokol imzalanmışdır. Əldə edilmiş məlumata əsasən "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 035/23 nömrəli protokol əsasında keçirilmiş qanunsuz X5 protokola əsasən Lənkəran şəhəri, X7 küçəsi 116 A-da xüsusi mülkiyyətdə olan 0.00819 hektar torpaq sahəsi va üzərində yerləşən 2 mərtəbəli, 132,8 m2 ümumi sahədən ibarət, ticarət təyinatlı, xüsusi mülkiyyətli qeyriyaşayış binası "xxxx" QSC-nin adına xüsusi mülkiyyət hüquq üzrə qeydə alınmışdır. Əmlakın hərracdan satılması üçün icra şöbəsi tərəfindən hərrac mərkəzinə verilmiş sifariş barədə icra şöbəsi tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir. Hərracın keçirilməsi barədə ona heç bir bildiriş daxil olmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 QSC-nin nümayəndəsi X4 izahat verərək bildirir ki, iddia tələbini qəbul etmir. Hərrac mərkəzi tərəfindən işlə bağlı zəruri sənədlər təqdim edilmişdir. İddiaçı hüquqi tərəfdən istifadə edərək əmlakın realizasiyasının qarşısını almağa çalışır. İddianın rədd olunmasını xahiş edir. Cavabdeh "xxxx" MMC xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər Lənkəran rayon İcra şöbəsi, AR ƏMDK yanında DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-06/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətinə əsasən cavabdehlər İddiaçı, X6 və X1 müştərək qaydada ümumilikdə 149.604,06 ABŞ dolları məbləğində pul iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə tutulmalı, tutma ilkin satış qimətləri 100.000 manat müəyyən edilməklə Lənkəran şəhəri, X7 küçəsi 116 A ünvanında xüsusi mülkiyyətdə olan 0,00819 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 132,8 m2 ümumi sahədən ibarət, ticarət təyinatlı, xüsusi mülkiyyətli qeyri-yaşayış binasına yönəlməli, borc ödənildikdən sonra qalıq məbləğ cavabdehlərə qaytarılmalı, satışdan əldə ediləcək məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlərdən ümumi qaydada iddiaçının xeyrinə tutulmalı və ipoteka predmeti satıldıqdan sonra bir ay ərzində boşaldılaraq alıcıya təhvil verilməlidir. - "xxxx" MMC-nin hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 035/23 nömrəli protokolunun təsdiq edilmiş surətinə əsasən Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-06/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, X7 küçəsi 116 a ünvanında xüsusi mülkiyyətdə olan 0,00819 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 132,8 m2 ümumi sahədən ibarət, ticarət təyinatlı, xüsusi mülkiyyətli qeyri-yaşayış binası açıq hərracda ilkin satış qiyməti 100.000 manat müəyyən edilməklə 63.750 manata Cavabdeh3 QSC-yə satılmışdır. - xx.xx.2023-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin təsdiq edilmiş surətinə əsasən müəyyən olunur ki, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-06/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra edilməsi məqsədilə Lənkəran rayon İcra şöbəsinin sifarişinə əsasən İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, X7 küçəsi 116 A ünvanında xüsusi mülkiyyətdə olan 0,00819 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 132,8 m2 ümumi sahədən ibarət, ticarət təyinatlı, xüsusi mülkiyyətli qeyri-yaşayış binası açıq hərracda ilkin satış qiyməti 100.000 manat müəyyən edilməklə 63.750 manata Cavabdeh3 ASC-yə satılmışdır. - xx.xx.2023-cü il tarixli 035/23 nömrəli, xx.xx.2023-cü il tarixli 035/23 nömrəli bildirişlərin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən müvafiq olaraq xx.xx.2023-cü il tarixdə, saat 11:00-da ilkin satış qiyməti 100.000 manat və xx.xx.2023-cü il tarixdə, saat 11:00-da Lənkəran şəhəri, X7 küçəsi 116 A ünvanında xüsusi mülkiyyətdə olan 0,00819 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 132,8 m2 ümumi sahədən ibarət, ticarət təyinatlı, xüsusi mülkiyyətli qeyri-yaşayış binası barəsində ilkin satış qiyməti 85.000 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə xəbərdarlıqbildirişlər İddiaçı, Lənkəran rayon İcra Şöbəsi və Cavabdeh3 QSC-yə göndərilmişdir. İş materiallarında olan xəbərnamənin surətindən müəyyən olunur ki, İddiaçı qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş bildiriş xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təhvil alınmışdır. - “Market reklam və elanlar” qəzetinin 10-xx.xx.2023-cü, 10-xx.xx.2023-cü, 31.03xx.xx.2023-cü il tarixli saylarından görünür ki, Lənkəran şəhəri, X7 küçəsi 116 a ünvanında xüsusi mülkiyyətdə olan 0,00819 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 132,8 m2 ümumi sahədən ibarət, ticarət təyinatlı, xüsusi mülkiyyətli qeyri-yaşayış binası üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İddiaçı isə keçirilən hərracın qanunsuz olduğunu iddia edərək hərracın yekun protokolunun etibarsız hesab olunmasını xahiş edir. Lakin iş materialları ilə sübut olunur ki, hərrac mərkəzi tərəfindən iddiaçının hazırki iddia ərizəsində qeyd etdiyi ünvanına, həmçinin iddiaçının mülkiyyətində olan və ipoteka predmeti olan fərdi yaşayış evinin yerləşdiiyi ünvana bildirişlər göndərilmiş, qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş məktub xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təhvil alınmış, kütləvi informasiya vasitələrində üç dəfə elan dərc edilmiş, mənzilin satış qiyməti birinci dəfə 100.000 manat, ikinci dəfə isə 85.000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” AR Qanununun 41.2-ci maddəsiən əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İcra haqqında” AR Qanununun 62.1-ci madəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hərrac təşkilatı icra məmurunun sifarişi əsasında hərracı keçirir və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə (vaxtı və yeri barədə) icra sənədi üzrə tələbkar və borcluya məlumat verilir. Məhkəmə qeyd edir ki, hərracın keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Lənkəran rayon İcra şöbəsi, Cavabdeh3 QSC, AR ƏMDK yanında DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar