Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-296/2021 03.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və eyni zamada vəkili X3, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 nümayəndəsi X6 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Cavabdeh2na qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı əmək haqqı, maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı MMC Cavabdeh1 qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyanın əvəzi kimi iddiaçının bank hesabına köçürülmüş 4.093.899,75 manat məbləğində pulun, «xxxx» MMC-yə ödənilməli olan 14.100 manat məbləğində borcun, mənəvi ziyanın əvəzi 100.000 manat və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı (hüquqi sələfi “xxxx” MMC-nin) maddi məsul şəxsi olduğu zaman xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi Cavabdeh2 tərəfindən iddiaçının hesabına köçürülmüş 4.093899,75 manat pulu şəxsən iddiaçının hesablaşma hesabından çıxardıb tenderin icrası adı altında istifadə etsə də bu günə kimi həmin pulların xərci barədə heç bir sənəd təqdim etməyib. Bu səbəbdən də iddiaçının dövlət büdcəsi qarşısında borclanmaqla külli miqdarda vergi borcu yaranmışdır. Bununla yanaşı cavabdeh maddi məsul şəxs olduğu zaman iddiaçı adından fiziki və hüquqi şəxslərdən müxtəlif təyinatlı mallar almaqla iddiaçını borclandırmışdır. Halbuki, qeyd edildiyi kimi cavabdeh bu məqsədlə iddiaçının hesabından külli miqdarda vəsait götürmüşdür. Hal-hazırda həmin şəxslər iddiaçıya müraciət edərək cavabdehin onlara ödəməli olduğu pulları iddiaçıdan tələb edir və hətta məhkəmədə iddia da qaldırırlar. Bu hüquqi şəxslərdən biri «xxxx» MMC-dir. Belə ki, cavabdeh maddi məsul şəxsi olduğu zaman bu hüquqi şəxslə iddiaçı adından xx xxxx 2014-cü il tarixdə 12 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq müəyyən vaxt ərzində təhvil-təslim sənədinə əsasən müxtəlif təyinatlı malları almış və dəyərini ödəməmişdir. Bu səbəbdən də «xxxx» MMC iddiaçıya qarşı 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsində pul tələbinə dair iddia qaldırmış və məhkəmənin xx.xx.2019-cu il tarixli 2-2(81)-238/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı MMC-dən «xxxx» MMC- nin xeyrinə 14.100 manat məbləğində əsas borcun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-373/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Azərbayacan Respublikası Ali Məhkməsinin İnzibati-lqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı iddiaçının kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qətnaməsi ləğv gedilmiş və iş yenidən baxılması üçün göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-182/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə «xxxx» MMCnin iddia tələbi rədd edilmişdir. Göründüyü kimi cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya maddi ziyan dəyməklə yanaşı təqdim etmədiyi xərc sənədlərinə görə iddiaçının vergi öhdəliyi də yaranmışdır. Nəticədə isə iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Bu səbəbdən də hesab edirlər ki, cavabdeh delikt törtmiş şəxs kimi hüquqi məsuliyyət daşımalıdır. İddiaçı ziyanın ödənilməsi ilə yanaşı cavabdehdən 4.093899,75 manatın xərc sənədlərini tələb etsə də cavabdehdən nəinki vurduğu ziyanı ödəməmiş, heç tələb olunan sənədləri də iddiaçıya təqdim etməmişdir. Belə olan halda cavabdehin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə iddiaçıya məxsus külli miqdarda pulu mənimsəməsi faktı ortaya çıxır. Əgər bu belə olmasaydı cavabdeh külli miqdarda pulun xərc sənədlərini iddaçıya təqdim etmiş olardı. Hesab edirlər ki, məhkəmə iddia tələbini təmin etməklə yanaşı yekun qərar qəbul edən zaman cavabdehin əməllərində cinayət əlamətlərinin araşdırılması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxardıb prokurora xəbər verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.322, 1100, 21.1- 21.3, MPM-nin 4.1, 265.4-cü maddələrinə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı dövründə ilkin iddia üzrə İddiaçı MMCi həm Cavabdeh1, həm də digər cavabdeh qismində cəlb etdiyi Azərbaycan Respublikası Cavabdeh2na qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə ilkin iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, maddi ziyanın əvəzi kimi 4.093.899,75 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Cavabdeh2 müştərək qaydada, «xxxx» MMC-yə ödənilməli olan 14.100 manat məbləğində borcun, mənəvi ziyanın əvəzi 100.000 manat və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddiaya əlavə onunla əsaslandırılmışdır ki, iddia tələbindən göründüyü kimi maddi ziyanın əvəzi kimi Cavabdeh1 «xxxx» MMC-nin icraçı direktoru vəzifəsində işlədiyi zaman səlahiyyətli şəxs kimi xx.xx.2013-cü ildən xx.xx.2017-ci ilə kimi cəmiyyətin Azərbaycan Respublikası Cavabdeh2na təklif etdiyi icrası məqsədilə həmin fond tərəfindən cəmiyyətin bank hesabına köçürülmüş və cavabdeh tərəfindən mənimsənilmiş 4.093.899,75 manat məbləğində pul vəsaitinin, cəmiyyətin «xxxx MMC»-yə 14.100 manat məbləğində borcunun, mənəvi ziyanın əvəzi kimi 100.000 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia ərizəsindən göründüyü kimi iddia tələbi Cavabdeh1 yönəlmişdir. Çünki cəmiyyətin direktoru olduğu vaxt tam səlahiyyətli şəxs kimi cəmiyyətin qalib olduğu tenderin icrası cəmiyyətin bank hesabından ayrı-ayrı vaxtlarda və ayrı-ayrı məbləğlərdə külli miqdarda pul vəaitlərini şəxsən götürsə də, həmin vəsaitlərin hara və necə xərclənməsinə dair cəmiyyətə heç bir sənəd müqavilə, qəbz və.s digər maliyyə sənədləri təqdim etməmiş və hətta səlahiyyətindən sui-istifadə edərək cəmiyyəti «xxxx» MMC qarşısında borclandırmışdır. Onlar əmindirlər ki, «xxxx» MMC kimi borclu olduqları digər hüquqi və fiziki şəxslər də mocvuddur. Halbuki, yuxarıda qeyd edildiyi kimi Cavabdeh1 cəmiyyətin qalib olduğu tenderin icrası məqsədilə iddiaçının bank hesabında götürdüyü külli miqdarda pulu məhz bu məqsədlər üçün xərcləməliydi. Lakin göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Cavabdeh2 büdcədən sosial məqsədlər üçün ayrılmış külli miqdarda pul vəsaitinin əlbir olaraq mənimsəməklə dövlət büdcəsinə külli miqdarda maddi ziyan vurmuşlar. Buna görə də hesab edirlər ki, Cavabdeh1 tender adı altında cəmiyyətin bank hesabından çıxartdığı külli miqdarda pul vəsaitinin tam hissəsini tenderin icrasına deyil, şəxsi məqsədləri üçün istifadə etmişdir. Əmindirlər ki, Cavabdeh1 cəmiyyətin adına ayrılmış külli miqdarda pul vəsaitini tək mənimsəyə bilməz. Çünki tenderlə bağlı cəmiyyətlə bağlanılmış müqavilələrin bir tərəfi tenderin sifarişçisi olmuş Cavabdeh2 olmuşdur. Ona görə cavabdehlərin qanunsuz əməlləri nəticəsində iddiaçıya maddi ziyan dəyməklə yanaşı təqdim etmədiyi xərc sənədlərinə görə iddiaçının vergi öhdəliyi də yaranmışdır. Nəticədə isə maddi və mənəvi ziyan dəymişdir. Bu səbəbdən də hesab edirlər ki, cavabdeh delikt törətmiş şəxs kimi hüquqi məsuliyyət daşımalıdır. İddiaçı ziyanın ödənilməsi ilə yanaşı cavabdehdən 4.093899,75 manatın xərc sənədlərini tələb etsə də, cavabdehdən nəinki vurduğu ziyanı ödəməmiş, heç tələb olunan sənədləri də iddiaçıya təqdim etməmişdir. Belə olan halda cavabdehin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə iddiaçıya məxsus külli miqdarda mənimsəməsi faktı ortaya çıxır. Əgər bu belə olmasaydı cavabdeh külli miqdarda pulun xərc sənədlərini iddaçıya təqdim etmiş olardı. Hesab edirlər ki, məhkəmə iddia tələbini təmin etməklə yanaşı yekun qərar qəbul edən zaman əməllərində cinayət əlamətlərinin araşdırılması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxardıb prokurora xəbər verməlidir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı «əmək haqqı, maddi və mənəvi ziyanın ödənilməsi» barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək qanunauyğun olaraq işlədiyi dövr üzrə ona hesablanmış, lakin cavabdeh tərəfindən mənimsənilmiş 13640.0 manat əmək haqqıını (xx.xx.2013-xx.xx.2018 illər üzrə, cəmi 44 ay x310 manat=13640 manat), mənəvi və işgüzar nüfuzuna dəymiş ziyanın əvəzinə 150000.0 manat, mal-materiallara olan 189885.0 manat məbləğində borc vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbləri onunla əsaslandırılmışdır ki, o, 2013-cü ilin fevral ayında “xxxx”MMC-nin (indiki adı İddiaçı MMC) faktiki rəhbəri Vəkil tərəfindən razılaşdırıldıqdan sonra məcburi köçkünlər üçün fərdi yaşayış evlərinin tikintisi Layihəsi üzrə müəssisənin rəsmi direktoru Cavanşir İsayevin 07 saylı xx.xx.2013-cü il tarixli əmri ilə icraçi direktor təyin olunmuşdur. Sonradan ona məlum olub ki, o, onun əmrini də saxtalaşdırıb Baş mühəndis kimi əmək müqaviləsini xx.xx.2014-cü il tarixində bağlamışdı. Cavabdeh2 (MKSİF) tender yolu ilə məcburi köçkünlər üçün fərdi yaşayış evlərinin tikintisi işlərini yerinə yetirmişdir. Bir ildən sonra müəssisənin rəhbərliyi tərəfindən ona verilən Tikinti üzrə lisenziyası saxta olduğu üçün, işləri FHN tərəfindən saxlandı. Bu işlə əlaqədar olaraq onu müəssisənin rəhbərliyi ilə tanış edən, X9 ona dedi ki, «bəs lisenziya almaq üçün müəyyən vəsait tələb olunur. Akif müəllimlə danışmışam sən də kömək et, Vəkil sonradan sənin qoyduğun vəsaiti qaytaracaq». O ona inanıb tanışı olan Ağayev Oktayın yanında əvvəlcə 40000.0 manat vəsaiti müəssisənin mühasibi (Sevinc xanım) və hüquqşünasına (Novruz müəllim) təqdim etdi, sonralar hər ay görülən işlərə görə alınan vəsaitdən, mal-materialın pulundan cəmi 22500 manat vəsait də tutdular. Yekunda 62500.0 manat ona borcları qaldı. 2014-cü il də məcburi köçkünlər üçün fərdi yaşayış evlərinin tikintisi işlərini yerinə yetirib qurtardı. 2014-cü ilin noyabr ayından sonra həmin müəssisədə heç bir iş görməmiş və iş birliyi də olmayıb. Eyni zamanda cavabdehin ona və Cavabdeh2na (MKSİF) qarşı qaldırdığı 4.093.899,75 manat iddia məbləğin 1088413,82 manatını, 2014-cü ilin avqust noyabr ayları ərzində Vəkil göstərişi ilə rəsmi direktoru olan Cavanşr İsayev tərəfindən çıxarılmışdır. 2 il texniki təminat müddəti qurtardıqdan sonra, MKSİF-in xx.xx.2016-cı il tarixli Üzləşmə Aktına əsasən 2016-2017-ci illərdə, 241540.08 nanat qalıq vəsait MKSİF tərəfindən ödəniş edildi və həmin vəsaiti Vəkil saxladı, vermədi və belə izah etdi ki, «Çingizin mənə şəxsi borcu var, mən səni ona görə tanıyıram, onunla hesablaş». O cavabında dedi ki, o pullar müqavilə əsasında tikinti işləri aparan şəxslərə olan malmateriallara görə borc puludur, Çingizin buna aidiyyəti yoxdur, onların borcunu qaytarmaq lazımdır, lakin o onu eşitmədi, telefonlara cavab vermədi. Bildirmək istəyir ki, o həmin müəssisənin adı ilə fevral 2013-cü il, noyabr 2014-cü illərdə işləmişdir. Ümumilikdə müəssisənin rəsmi direktoru olan Cavanşir İsayev tərəfindən 2 illik texniki təminat müddəti ərzində saxlanılan vəsaitlə birlikdə bankdan cəmi 1293108.8 manat vəsait çıxarılmış və mənimsənilmişdir. Sonradan onun tələbi əsasında bəzi borcları bağladılar. Ancaq yenə də mal - material verən insanlar qarşısında borc öhdəliyi qaldı. İşləri qurtardıqdan sonra əmək kitabçasını ona vermədilər. Əmək kitabçasını istəyəndə mühasibi deyirdi ki, Akif müəllim qoymur. Akif ilə də əlaqə saxlamaq mümkün olmurdu. Telefonlara cavab vermirdi və ofisdə də tapılmırdı. Nəhayət ərizə ilə müraciət etdikdən sonra 2018-ci ildə əmək kitabçasını verdilər. Ona indiyənə kimi nə əmək haqqı veriblər, nə də son haqq-hesab. Hal-hazırda Vəkil ona və müxtəlif fiziki şəxslərdən alınmış tikinti materiallarına olan cəmi borcu 189885.0 manat təşkil edir ki, onu da müxtəlif bəhanələrlə verməkdən yayınır və qaytarmır. Mötəbər adamların, o cümlədən İlqar Əliyevin adını çəkməklə ona təzyiq göstərir. Hal-hazırda ona məxsus olan bu müəssisədə 2015-2018-ci illər üzrə (bu dövrlərin ona aidiyyəti yoxdur, belə ki, həmin vaxtlar o orada işləməmişdir) vergi yoxlaması olmuş və o müəssisədə borc yaranmışdır. Onu şantaj etməklə pul tələb edir, (Votsapla göndərdiyi mesajları təqdim edə bilər) hədə qorxu gəlir. Eyni zamanda cavabdehin ona və Cavabdeh2na (sonradan MKSİF) qarşı qaldırdığı 4.093.899,75 manat məbləğində dövlət büdcəsinə dəymiş ziyan haqqənda iddiası əsassızdır. Belə ki, MKSİF sifarişçi olaraq özü büdcə təşkilatı olduğundan, müqavilə üzrə nəzərdə tutulan tərəflərindən görülən tikinti işlərini qəbul etdiyindən və onun Cavabdehə ziyan haqqında müraciət məktubu daxil olmadığı üçün, yuxarıda qeyd edilənlərə görə iddia əsassızdır. MKSİF-in sifarişi əsasında həmin məbləğdə 110 (66+44) ədəd ev tam tikilmiş, müəssisənin rəsmi direktoru Cavanşir İsayev tərəfindən FHN-ə ünvanlanmış 03/10 saylı, xx xxxxxxx 2014-cü il tarixli, 01/12 saylı, xx xxxxxx 2014-cü il tarixli ,001/15 saylı, xx xxxxxx 2015-ci il tarixli evlərin istismara qəbul edilməsi haqqında məktublarına əsasən FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2014-ci il tarixli, xx/xx-05520 saylı,xx.xx.2015-ci il tarixli, xx/xx-00734 saylı,xx xxxxxx 2015-ci il tarixli xx/xx-00874 saylı cavab məktublarında razılaşdırılaraq həmin fərdi yaşayış evlərini istsismara qəbul etmişdir. Bundan sonra həmin yaşayış evləri xx xxxxxx 2014-cü il tarixli və xx xxxxxx 2015-ci il tarixli Dövlət Qəbul Komissiyasının AKTİ ilə istismara qəbul edilmişdir. Bu tarixdən sonra onun həmin müəssisədə qəti fəaliyyəti olmamışdır. Eyni zamanda Cavabdehin ona və MKSİF-ə qarşı tələbi üzrə iddiası, iddia müddəti keçdiyi üçün əsassızdır. Həmçinin cavabdehə, onun rəsmi direktoru olan Cavanşir İsayevə, ona etibar edərək nisyə mallar verən və tikinti materiallarına görə borclu olduqları adamların siyahısı olan, 06/05 saylı, xx xxx 2015-ci il tarixli Arayışı təqdim etmiş, xahiş etmişdir ki, 2 il texniki təminat müddəti qurtardıqdan sonra, daxil olan vəsaitdən ödənişi təmin etsin. Lakin daxil olan həmin vəsaitlər mənimsənilmiş, indiyə kimi ödənilməmişdir. Buna görə də ona mənəvi və işgüzar nüfuzuna zərər dəymişdir. Ona görə də Cavabdehin ona və Cavabdeh2na qarşı qaldırdığı 4.093.899,75 manat məbləğində dövlət büdcəsinə dəymiş ziyan haqqında iddianın əsassız hesab edilməsi, qanunauyğun olaraq işlədiyi dövr üzrə ona hesablanmış, lakin cavabdeh tərəfindən mənimsənilmiş 13640.0 manat əmək haqqıını (xx.xx.2013-xx.xx.2018 illər üzrə, cəmi 44 ay x 310 manat=13640 manat), mənəvi və işgüzar nüfuzuma dəymiş ziyanın əvəzinə 150000.0 manat, mal-materiallara olan 189885.0 manat məbləğində borc vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq mənə qaytarılması haqda qətnamə qəbul edilməlidir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və eyni zamada vəkili X8 ilkin iddia tələblərini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddiaya etiraz təqdim edrək həmin tələbin tam əsassız və absurd olmasını, heç bir möhtəbər subıuta söykənməməsini göstərərək, eləcə də əmək haqqı ilə bağlı müddətin buraxılmasını göstərərək rədd olunmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uygun izahat verdi və əlavə olaraq bildirdi ki, o, şirkətin qanuni təmsilçisi və ya icraçı direktoru olmamış, sadəcə lahiyənin icraçı direktoru olmuşdur. Onun ümumiyyətlə ayrılmış və hqquqi şəxsin hesabına köcürülmüş pullar barədə sərəncam vermək hüququ olmamış, onda buna dair elektron imzası da olmamışdır. Pullar şirkətin qanuni təmsilçisi tərəfindən çıxarılmış və bir qismi smeta üzrə xərclərin həyata keçirilməsi və lahiyənin icrasına xərclənməsi məqsədi ilə ona verilmiş, onun tərəfindən isə zəruri xərclər ödənilmişdir. Ümumiyyətlə qeyd olunan evlər artıq 2014-2015-ci ilərdə tam təhvil verilmişdir. Bu barədə təhvil - təslim aktlarıda var. Tikinti zamanı şirkət tərəfindən bəzi mallar nisyə götürülərək, malların dəyəri tam ödənilməmiş, onun tərəfindən iş yekunlaşan zaman qalıq borclar və ödənilməli olan məbləğlər barədə direktora məlumat verilmiş, 2 il texniki təminat müddəti qurtardıqdan sonra, daxil olan vəsaitdən həmin borcların ödənilməli olduğu bildirilmişdir. Lakin daxil olan həmin vəsaitlər mənimsənilmiş, indiyə kimi ödənilməmişdir. Bunnunla da cavabdehin ona da borcları qalmış, hətta işlədiyi müddət ərzində əmək haqqı belə ödənilməmişdir. Qeyd olunanlara əsasən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 nümayəndəsi X6 onlara qarşı qaldırılan ilk iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı MMC-nin Azərbaycan Respublikası Cavabdeh2na qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi aşağıdakı qeyd edilən faktlara görə tam əsassız hesab olunmalıdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 01 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi Köckünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına edilmiş ”Əlavələr”in edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 2007ci il 31 oktyabr tarixli 2475 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Cavabdeh2 (MKSİF) ilə “xxxx” MMC arasında “İmişli rayonu ərazisində 550 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsində (2-ci mərhələdə) 66 evin tikintisi” işlərinin aparılması barədə xx.xx.2013-cü il arixli MKSİF/AZ/2475/İmişli/550/Evlər/7 və “Göygöl rayonu ərazisində 600 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbədə 44 ədəd yaşayış evinin tikintisi” işlərinin aparılması barədə, xx.xx.2014-cü il tarixli MKSİF/AZ/2475/1346/Göygöl/600/Evlər/9 saylı müqavilələr bağlanmışdır. Müqavilələrin icrası müddətində hər hansı bir şərtlərin pozulması müşahidə olunmayıb. Hər iki tikinti obyekti təhvil verildikdən sonra, müqavilə şərtlərinə uyğun olaraq, evlərdə yaranmış bəzi qüsur və çatışmazlıqlar podratçı təşkilat tərəfindən aradan qaldırılmışdır. Qeyd etmək lazımdır ki, MKSİF/AZ/2475/İmişli/550/Evlər/7 saylı müqavilə əsasında tikilən obyekt xx.xx.2014-cü il tarixdə, MKSİF/AZ/2475/1346/Göygöl/600/Evlər/9 saylı müqavilə əsasında tikilən obyekt isə xx.xx.2015tarixdə başa çatdırılmışdır və Dövlət qəbul Komissiyasının Aktı ilə istismara qəbul edilmişdir. Azərbaycan Respublikası Cavabdeh2 ümummilli lider Heydər Əliyevin x xxxxxx 1999-cu il tarixli fərmanı ilə yaradılmışdır. Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin açılmasını təmin edən tədbirlərin həyata keçirilməsi, əsasən sosial strukturun bərpasına yönəldilmiş mikrolayihələrin yerinə yetirilməsi üçün vəsait ayırmaq və bu vəsaitlərdən səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdən ibarətdir. Bu səbəbdən Fond müqavilələrin icrasına cari nəzarəti həyata keçirmişdir. Tikinti işlərinin icrası zamanı bütün ödənişlər yerinə yetirilmiş işlərə görə təqdim olunmuş iki tərəfli imzalanmış 3№-li Formalara əsasən həyata keçirilmişdir. Məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılmasına dair layihələr Azərbaycan Respublikası Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına həyata keçirilir. MKSİF-ə qarşı maddi və mənəvi ziyanın tələbi Azərbaycan Respublikası Dövlət Neft Fondundan ayrılmış vəsaitdən öz mənafeləri üçün istifadə etmək məqsədini daşıyır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli sərəncamının icrası ilə əlaqədar 2013-cü ildə başlamış tikinti-quraşdırma işlərinin 2017-ci ildə tam şəkildə başa çatmasına və istifadəyə verilməsinə baxmayaraq həmin müddət ərzində hər hansı bir qanun pozuntusu ilə bağlı müraciətin olmaması isə iddiaçının düşünülmüş və əvvəlcədən planlaşdırılmış əməlləri kimi hesab olunmalıdır. Hesab edirlər ki, İddiaçı MMC-nin (hüquqi sələfi xxxx MMC) daxilində yeyinti halları baş vermiş olsa belə, bu halların MKSİF-lə heç bir əlaqəsi yoxdur. Sonda belə qənaətə gəlmək olar ki, iddiaçının yazdığı hallar həqiqətə uyğun deyildir. İddiaçı tərəfin tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları yoxdur və bu cür iddialar Azərbaycan Respublikası Cavabdeh2 20 illik fəaliyyətinə böyük bir ləkə salır. Şərh olunanlara, Azərbaycan Respublikası İPM-nin 47-ci və MPM-nin 77-ci maddələrinin tələblərinə əsaslanaraq, məhkəmədən İddiaçı MMC-nin Azərbaycan Respublikası Cavabdeh2na qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinin hüquqi əsası olmadığı üçün iddianın təmin edilməyərək rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia və qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - “xxxx” MMC-nin direktoru X1 imzaladığı xx.xx.2013-cü il tarixli 07 saylı əmrdən görünür ki, Cavabdeh1 “xxxx” MMC-nin icraçı direktoru vəzifəsinə təyin edilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 vəzifəsi rəisin birinci müavini- baş mühəndis vəsizəsi kimi qeyd edilmişdir. - Cavabdeh1 əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2013-cü il tarixdə əmək haqqı cədvəlinə uyğun olaraq tikinti məsələri üzrə baş mühəndim vəziəsinə təyin olunmuş (Tikinti sektoru) xx.xx.2018-ci il tarixdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68a bəndinə əsasən özxahişi ilə işdən azad edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 ilə əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrinin xx.xx.2018-ci il tarixli çıxarışa əsasən “xxxx” MMC-nin hazırki adı İddiaçı MMC olmaqla qanuni təmsilçisi X4r - İmişli rayonu ərazisində 550 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış qəsəbəsində tikintisi başa çatmış 66 ədəd yaşayış evinin istismara qəbul edilməsi haqda Dövlət Qəbul Komissiyasının xx xxxxxx 2014-cü il tarixli aktından görünür ki, tikinti işləri müqavilə şərtlərinə və Azərbaycan Respublikasının qüvvədə olan Tikinti Norma və Qaydalarına uyğun yerinə yetirildiyindən, sözügedən yaşayış evlərinin istismara qəbul edilməsi qərara alınmışdır. - Göygöl rayonu, (hazırda Gəncə şəhərinin inzibati ərazisində) 600 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış qəsəbəsində tikintisi başa çatmış 44 ədəd yaşayış evinin istismara qəbul edilməsi haqda Dövlət Qəbul Komissiyasının xx xxxxxx 2015-ci il tarixli aktından görünür ki, qüsur aktında göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra sözügedən yaşayış evlərinin istismara qəbul edilməsi üçün Dövdət Komissiyasına təqdim edilməsi qərara alınmışdır. - Göygöl rayonu, (hazırda Gəncə şəhərinin inzibati ərazisində) 600 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış qəsəbəsində tikintisi başa çatmış 44 ədəd yaşayış evinin istismara qəbul edilməsi haqda Dövlət Qəbul Komissiyasının xx xxxxxx 2015-ci il tarixli aktından görünür ki, tikinti işləri müqavilə şərtlərinə və Azərbaycan Respublikasının qüvvədə olan Tikinti Norma və Qaydalarına uyğun yerinə yetirildiyindən, sözügedən yaşayış evlərinin istismara qəbul edilməsi qərara alınmışdır. - Keyfiyyət zəmanəti müddəti başa çatmış obyektlərə son baxış komissiyasının xx xxxxxx 2016-cı il tarixli aktından görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2007-ci il tarixli 2475 No-li sərəncamının icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Cavabdeh2 (MKSİF) ilə “xxxx” MMC arasında bağlanmış MKSİF/AZ/2475/İmişli/550/Evlər/7 saylı müqavilə əsasənda, İmişli rayonu ərazisində Məcburi köçkünlər üçün salınmış 550 ailəlik yeni yaşayış qəsəbəsində tikilmiş 66 ədəd fərdi yaşayış evləri Dövlət Qəbul Komissiyasına təhvil verildikdən sonra, keyfiyyət zəmanəti müddətinin başa çatması ilə əlaqədar olaraq, MKSİF-in nümayəndəsi Vəfa Əlizadə, Cəsarət Şirinov, İlham Həşimov, Dövlətqaçqınkomun X2 X10 və “xxxx” MMC-nin baş mühəndisi Cavabdeh1 iştirakı ilə evlərə baxış keçirildi müəyyən edildi ki, İmişli rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 550 ailəlik yeni yaşayış qəsəbəsində tikilmiş 66 ədəd fərdi yaşayış evlərinin tikintisi 2014-cü il avqust ayında başa çatdırılaraq, Dövlət Qəbul Komissiyasının xx xxxxxx 2014-cü il tarixli aktı ilə istismar üçün təhvil verilmişdir. Təhvil verildikdən sonra, müqavilə şərtlərinə uyğun olaraq, evlərdə yaranmış bəzi qüsur və çatışmazlıqlar podratçı təşkilat tərəfindən aradan qaldırılmışdır və heç bir irad yoxdur. Bu akt, MKSİF ilə “xxxx” MMC arasında MKSİF/AZ/2475/İmişli/550/Evlər/7 saylı müqavilə üzrə işlərə görə son haqq-hesab üçün tərtib olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(103)-182/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək satıcının alıcının öhdəliyinə verdiyi malın dəyəri ödənilmədiyi əsas borc kimi 14.100 manat və əldən çıxmış fayda kimi 7.755 manat, ümumilikdə, 21.855 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-238/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən 14.100 manat məbləğində əsas borcun tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-373/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cuil tarixli qətnaməsi ilə apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi ilə yeni baxış zamanı Cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-238/2019 saylı xx xxxx 2019cu il tarixli qətnaməsiləğv edilərək iddiaçı «xxxx» MMC-nin iddia tələbi rədd edilməsi qət edilmişdir. - “xxxx” MMC-nin baş mühəndisi Cavabdeh1 həmin MMC-nin direktoru C.İsayevə ünvanladığı xx.xx.2015-ci il tarixli 06/05saylı arayışla bildirmişdir ki, MKSİF/AZ/2475/İmişli/550/Evlər/7 saylı müqaviləyə əsasən smeta dəyəri ümumilikdə 2648234,51 manat olan 66 evin, MKSİF/AZ/2475/1346/Göygöl/600/Evlər/9 saylı müqaviləyə əsasan smeta dəyəri ümumilikdə 2182567,27 manat olan 44 evin tikintisi tam təhvil verilmiş və istismara qəbul edilmişdir. Hal-hazırda bu günki tarixə cəmi İmişli üzrə 132411,76 manat, Göygöl üzrə 109129,29 manat, cəmi 241,541,05 (ədv iləbirlikdə) fonddan alacaq qalmışdır. Eyni zamanda arayışa əlavə edilən siyahıda olan təşkilat və fiziki şəxslrə mal-materiala görə borcları qalmışdır. Vəsait daxil olduqca həmin borclrın ödəniməsinin təmin edilməsi (204695,80 manat ədv-siz vəsait qalıb) xahiş edilir. - “xxxx” MMC-ilə iə Cavabdeh2 arasında olan, direktorların və baş mühasiblərin imzaları və hüquqi şəxslərin möhürləri təsdiqlənmiş xx.xx.2016-cı il tarixli üzləşmə aktından görünür ki, onların arasında qalan haq-hesab üzrə cəmi qalıq 241540,08 manat təşkil edir. Yəni, MKSİF/AZ/2475/İmişli/550/Evlər/7 saylı müqavilənin dəyəri 2648234,51 manat (ƏDV daxil), ödənilib 2515822,79, (ƏDV daxil) qalıq 132411,27 (ƏDV daxil), MKSİF/AZ/2475/1346/Göygöl/600/Evlər/9 saylı müqavilənin dəyəri 2182567,27 manat (ƏDV daxil), ödənilib 2073438,91, (ƏDV daxil) qalıq 109128,36 (ƏDV daxil) Məhkəmə hər iki iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Məhkəmə ilk iddianın qeyd edilən hissələri üzrə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığı təqdirdə mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə yarandığından mübahisənin həllinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddəsinə əsasən həll edilir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21., 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Başqa sözlə, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 1999-cu il tarixli fərmanı ilə yaradılmış və Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin açılmasını təmin edən tədbirlərin həyata keçirilməsi, əsasən sosial strukturun bərpasına yönəldilmiş mikrolayihələrin yerinə yetirilməsi üçün vəsait ayırmaq və bu vəsaitlərdən səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 01 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi Köckünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına edilmiş ”Əlavələr”in edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Cavabdeh2 (MKSİF) ilə “xxxx” MMC arasında “İmişli rayonu ərazisində 550 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsində (2-ci mərhələdə) 66 evin tikintisi” işlərinin aparılması barədə xx.xx.2013-cü il tarixli MKSİF/AZ/2475/İmişli/550/Evlər/7 və “Göygöl rayonu ərazisində 600 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbədə 44 ədəd yaşayış evinin tikintisi” işlərinin aparılması barədə, xx.xx.2014-cü il tarixli MKSİF/AZ/2475/1346/Göygöl/600/Evlər/9 saylı müqavilələr bağlanmışdır. İşin materiallarından və tərəflərin də izahatlarından görünür ki, MKSİF müqavilələrin icrasına cari nəzarəti həyata keçirmiş və tikinti işlərinin icrası zamanı bütün ödənişlər yerinə yetirilmiş işlərə görə təqdim olunmuş iki tərəfli imzalanmış 3№-li Formalara əsasən həyata keçirilmişdir. İşin materiallarından daha sonra məlum olur ki, Azərbaycan Respublikasının Cavabdeh2 (MKSİF) tender layihəsi üzrə görüləcək işləri, müqaviləyə görə 2013-2014-cü illəri əhatə etmiş və məcburi köçkünlər üçün nəzərdə tutuluan həmin illərdə tikilmiş fərdi yaşayış evləri xx xxxxxx 2014 və xx xxxxxx 2015-ci il tarixli Dövlət Qəbul Komissiyasının aktları ilə istismara qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilən sənədlər və tərəflərin izahatları ilə məlum olmuşdur ki, «xxxx» MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2018-il tarixli qərarı ilə cəmiyyətin adı hazırkı – İddiaçı MMC adına dəyişdirilmişdir. İlk iddiaçının Cavabdeh1 və Azərbaycan Respublikasının Cavabdeh2 maddi ziyanın əvəzi kimi 4.093.899,75 manat məbləğində pulun tələbinin əsasını Cavabdeh1 maddi məsul şəxsi olduğu zaman xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi sözügedən Fond tərəfindən iddiaçının hesabına köçürülmüş 4.093899,75 manat pulu şəxsən iddiaçının hesablaşma hesabından çıxardıb tenderin icrası adı altında istifadə etsə də bu günə kimi həmin pulların xərci barədə heç bir sənəd təqdim etməməsi, digər cavabdeh olan Fonda qarşı iddia tələbinin əsasını isə həmin cavabdehin hüquqi şəxs olaraq müqavilə üzrə öz öhdəliklərinin icrasını icra etməməsi deyil, tələb olunan məbləğin iş üzrə digər Cavabdeh1 ilə hüquqi şəxs arasında olan münasibətləri təşkil edir. İlk iddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Cavabdeh2 büdcədən sosial məqsədlər üçün ayrılmış külli miqdarda pul vəsaitinin əlbir olaraq mənimsəməklə dövlət büdcəsinə külli miqdarda maddi ziyan vurmaqla Cavabdeh1 tender adı altında cəmiyyətin bank hesabından çıxartdığı külli miqdarda pul vəsaitinin tam hissəsini tenderin icrasına deyil, şəxsi məqsədləri üçün istifadə etməsini iddia etsə də, bu halların həqiqət olmaqla faktiki baş verməsini təsdiq edən mötəbər və tutarlı sübutları təqdim edə bilməmişlər. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə ilk iddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş aktda MMC-nin 2015-2018-ci illər ərzində müxtəlif sahələr üzrə vergi ödəmələri ilə bağlı müəyyən məbləğlərdə vergidən yayınma və buna görə də maliyyə sanksiyalarının təklif edilməsinə istinad etməklə vergi öhdəliklərinin birbaşa olaraq Cavabdeh1 4.093899,75 manat pulu şəxsən iddiaçının hesablaşma hesabından çıxardıb tenderin icrası adı altında istifadə etməsinə baxmayaraq bu günə kimi həmin pulların xərci barədə heç bir sənəd təqdim etməməsi ilə əsaslandırsa da, həmin halların baş verməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, əksinə işdə olan MKSİF/AZ/2475/İmişli/550/Evlər/7 saylı müqavilə əsasında tikilən obyektin xx.xx.2014-cü il tarixdə, MKSİF/AZ/2475/1346/Göygöl/600/Evlər/9 saylı müqavilə əsasında tikilən obyektin isə xx.xx.2015-tarixdə başa çatdırılmaqla istismara qəbul edilməsinə dair sözügedən tarixli Dövlət qəbul Komissiyasının Aktları ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, ilk iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi sözügedən Fond tərəfindən iddiaçının hesabına 4.093899,75 manat pulun köçürülməməsi kimi dəlili öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan «xxxx» MMCilə ilə Cavabdeh2 arasında olan xx.xx.2016-cı il tarixli üzləşmə aktındanda göründüyü kimi, sonuncunun həmin vaxt ilk iddiaçıya ödənilməmiş qalan cəmi qalıq 241540,08 manat təşkil etmişdir. İşin materiallarından görünür ki, “xxxx” MMC-nin direktoru X1 imzaladığı xx.xx.2013cü il tarixli 07 saylı əmrlə Cavabdeh1 “xxxx” MMC-nin icraçı direktoru vəzifəsinə təyin edilsə də əmək müqaviləsinin bağlanması bildirişində və əmək kitabçasında vəzifəsinin mühəndis olması göstərilmişdir. Araşdırma nəticəsində daha sonra məlum olmuşdur ki, Cavabdeh1 “xxxx” MMC-nin icraçı direktoru vəzifəsinə təyin edilsə də və Azərbaycan Respublikasının Cavabdeh2 (MKSİF) ilə “xxxx” MMC arasında yuxarıda qeyd edilən xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixli müqavilələr üzrə həyata keçirilən sözügedən layihələr üzrə bəzi sənədlərə həmin MMC-nin direktoru kimi (bəzi sənədlərdə mühəndis olaraq) imzalar etsə də, faktiki olaraq MMC-nin rəhbəri (direktoru) olmamışdır. O, layihələr üzrə icraçı direktor vəzifəsini icra etmiş, rəhbərdiyi ilə İmişli və Göygöl rayonu ərazilərində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış evləri xx xxxxxx 2014-cü il və xx xxxxxx 2015-ci il tarixli Dövlət Qəbul Komissiyasının AKTİ ilə istismara qəbul edilmiş, 2 il texniki təminat müddəti qurtardıqdan sonra, MKSİF-in yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli Üzləşmə Aktına əsasən 2016-2017-ci illərdə, 241540.08 nanat qalıq vəsait MKSİF tərəfindən ödəniş edilmişdir. MMC-nin 2015-2018-ci illər ərzində müxtəlif sahələr üzrə vergi ödəmələri ilə bağlı xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş aktda göstərilənlən nöqsanların Azərbaycan Respublikasının Cavabdeh2 (MKSİF) ilə “xxxx” MMC arasında yuxarıda qeyd edilən xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixli müqavilələr üzrə həyata keçirilən layihələr üzrə icraçı direktor vəzifəsini icra etməsi dövründə düşməməsi ilə yanaşı ona aid olmasına dair ilk iddiaçı mötəbər sübut növləri təqdim etməmişdir. Halbuki, məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İlk iddiaçının Cavabdeh1 maddi məsul şəxs olduğu zaman iddiaçı adından fiziki və hüquqi şəxslərdən müxtəlif təyinatlı mallar almaqla iddiaçını borclandırması və buna sübut olaraq «xxxx» MMC ilə bağlı aralarında olan məhkəmə çəkişmələrinə dair müəyyən qərarların mövcudluğunu göstərsə də, məhkəmə hesab edir ki, istinad edilən məhkəmə aktları iddianın bu hissədə də əsaslı olması üçün hüquqi əsas yaratmır. Belə ki, iş materiallarında olan məhkəmə aktından da görünür ki, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) cavabdeh İddiaçınə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, yekun qərar nəticəsində bu iddianın rədd edilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə hesab edir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ilk iddiaçıdan vaxtı ilə iddia etdiyi 14.100 manat məbləğini hazırki iddiası ilə ilk iddiaçının Cavabdeh1 (ilk iddiaçı yalnız 4.093.899,75 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Cavabdeh2 müştərək qaydada tutulmasını tələbi irəli sürmüşdür) tələb etməsinə isə subyektiv hüququ olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə ilk iddia tələbinin cavabdehlərdən mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X11 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X11 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və X11 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İlk iddiaçı vurulan mənəvi ziyanın nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən və eləcə də, iddia tələbi ilkin hissədə rədd edildiyindın, məhkəmə hesab edir ki, ilk iddia tələbi mənəvi ziyan hissəsində də rədd edilməlidir. Beləliklə də məhkəmə cavabbehlərin hərəkətlərində delikt, mənimsəmə, hər hansı formada ziyan vurulma kimi əməllərin olmasını sübut edə bilmədiyi üçün ilk iddianın təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə qarşılıqlı iddia tələbinə də yuxarıda sadalanan qanunvericilik aktları və prosessual hüquq normaları baxımından hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları (əmək haqqının cavabdeh tərəfindən mənimsənilməsi, mal-materiallara olan borc, mənəvi və işgüzar nüfuzuna ziyan dəyməsini) heç bir mötəbər sübut növləri ilə əsaslandıra bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). X11 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından qarşılıqlı iddiaçı da ilk iddiaçı kimi tələbləri ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı həmçinin də qeyd etməyi zəruri sayır ki, Cavabdeh1 Əmək Məcəlləsinin 296-cı maddəsinin dispozisiya şərtlərini pozmuş, onun tərəfindən əmək haqqı ilə bağlı iddia qaldırmaqla məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət olunmamış, müddətin üzürlü səbəbdən buraxılması təsdiq olunmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə iddiaçının mübahisə açdığı hallara dair dəlillərini dəyərləndirməklə onun istinad etdiyi arqumentlərə tam həcmdə hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və ya digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk və qarşılıqlı iddialar təmin edilməməlidir. RÜSUM Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Cavabdeh2na qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı əmək haqqı, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-296/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-296/2021
03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver