Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2966/2021 13.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı maraqlı şəxs qismində cəlb etdiyi Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyev cəlb edilməklə əmlakın qiymətləndirilməsinə dair ekspert rəylərinin və hesabatların ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı maraqlı şəxs qismində cəlb etdiyi Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyev cəlb edilməklə əmlakın qiymətləndirilməsinə dair ekspert rəylərinin və hesabatların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus 2008-ci il buraxılışlı, qara rəngli, dövlət qeydiyyat nişanı 10KV003 olan, sedan ban tipli, “Toyota Avalon” minik avtomobilinin qiymətləndirilməsi barədə Cavabdeh MMC tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli, 040/21 saylı ekspertiza rəyinin və hesabatının, İddiaçı məxsus 2008-ci il buraxılışlı, qara rəngli, dövlət qeydiyyat nişanı 10VU003 olan, unversal ban tipli, “Lexus LX570” minik avtomobilin qiymətləndirilməsi barədə Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 041/21 saylı ekspertiza rəyinin və hesabatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Cavabdeh MMC Elektron Məhkəmə İnformasiya Sistemindən vergi ödəyicilərinin məlumatlarının çıxarışından görünür ki, iddia ərizəsində tələbin yönəldildiyi Cavabdeh MMC-nin (VÖEN **********) hüquqi ünvanı AZ 5200 ünvan 1 ünvanı başqa rayon aidiyyəti olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC -nin hüquqi ünvanı Salyan rayonu, Salyan şəhəri, T.Davudzadə, ev 116 oldugundan İddiaçı iddia tələbinə ərazi aidiyyəti baxımından Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı maraqlı şəxs Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyev cəlb edilməklə əmlakın qiymətləndirilməsinə dair ekspert rəylərinin və hesabatların ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı maraqlı şəxs Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyev cəlb edilməklə əmlakın qiymətləndirilməsinə dair ekspert rəylərinin və hesabatların ləğv edilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı aidiyyat üzrə Salyan Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2966/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2966/2021
13.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver