Məhkəmə qərarları › İş №2(004)-2979/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2979/2024

15.05.2024 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2979/2024 15.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, Ərizəçi Müşfiq qızının (Maraqlı şəxs qismində cəlb edilməklə) “vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydinin ləğv olunması barədə” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Müşfiq qızı maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydinin ləğv olunması barədə” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona aid olan heç bir rəsmi sənəd təqdim edilmədən, eyni zamanda onun razılığı olmadan və yoldaşının verdiyi yalan məlumata əsasən qanuna zidd bir şəkildə verilən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 14 sentyabr 2022 tarixində X3 ilə nikaha daxil olmuşdur. Evliliyində yaşadığı bir sıra problemlərə görə aralarında rəsmi boşanma olmasa da, ayrı yaşayırlar. 15 iyul 2023-cü il tarixində isə övladı dünyaya gəlmişdir. Yoldaşı hamiləlik müddətində və övladı dünyaya gəldikdən sonra ona maddi və mənəvi olaraq dəstək göstərməmişdir. 25 iyul 2023-cü il tarixində isə yoldaşı onun xəbəri və razılığı olmadan, eyni zamanda ona aid olan heç bir rəsmi sənəd təqdim etmədən, yalnızca öz şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsini təqdim edərək Maraqlı şəxsndən övladına doğum haqqında şəhadətnamə alaraq, Gülay adı vermişdir. Məhkəmə Ərizəçi Müşfiq qızının ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, ərizəçinin tələbi nəticə etibarı ilə doğum akt qeydinin ləğv edilməsi tələbidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6.1-ci bəndində göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Ərizəyə əlavə olunmuş sənədlərdən də görünür ki, ərizəçi 25 iyul 2023-cü il təvəllüdlü X2 ilə bağlı verilmiş doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bu baxımdan, məhkəmə hesab edir ki, Ərizəçi Müşfiq qızının ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi Müşfiq qızının 25 iyul 2023-cü il təvəllüdlü X1 doğum akt qeydinin ləğv edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə həmin tələb üzrə aidiyyəti üzrə qeydiyyat orqanının imtinasından inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Belə ki, hazırki ərizənin icraata qəbulundan imtina edildiyinə görə ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən Yasamal Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264- cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Müşfiq qızının (Maraqlı şəxs qismində cəlb edilməklə) “vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydinin ləğv olunması barədə” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi Müşfiq qızına hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüquqlarının olması izah olunur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi Müşfiq qızına qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar