Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2983/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs cəlb edilməklə “hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs cəlb edilməklə “hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən DSMF-yə olan 2019,86 manat, işsizlikdən sığorta fonduna olan 83,98 manat, İcbari Tibbi Sığorta Fonduna olan 343,54 manat məbləğdə borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix xx xxxxx 1960-cı il, doğulduğu yer- Azərbaycan, Bakı, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 3552005) barəsində “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikləri üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “Yasamal-9” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (VÖEN: **********) DSMF-yə olan 2019,86 manat, işsizlikdən sığorta fonduna olan 83,98 manat, İcbari Tibbi Sığorta Fonduna olan 343,54 manat olmaqla, ümumilikdə 2447,38 manat borcu vardır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı vergi ödəyicisinə bildirişlər göndərilsə də, borc məbləği ödənilməmişdir. Reyestr məlumatlarına əsasən, borclu hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Azərbaycan Respublikası MPM-in 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Göründüyü kimi, vergi ödəyicisi olan vergi ödəyicisi olan “Yasamal-9” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin icra orqanının rəhbəri Maraqlı şəxs ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən, “Yasamal-9” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin dövlət büdcəsinə borcu DSMF-yə 2019,86 manat, işsizlikdən sığorta fonduna 83,98 manat, İcbari Tibbi Sığorta Fonduna 343,54 manat olmaqla ümumi borcu 2447,38 manat təşkil edir. Ərizəçi orqan vergi ödəyicisi olan hüquqi şəxsə bildiriş göndərərək, vergi borcunu 5 gün müddətində ödəmədiyi halda, qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görüləcəyi barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək, vergi orqanlarının hüququdur. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi olan fiziki şəxsin vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi, yəni hesablanmış vergilər üzrə borcları və faizləri ödəməməsi məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən, həmin öhdəliklərinin icrasını təmin etmək üçün hazırkı iş üzrə maraqlı şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-in 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-in 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası MPM-in 234.1-ci maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.1, 355-7, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan “Yasamal-9” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ümumilikdə 2447,38 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (doğulduğu tarix xx xxxxx 1960-cı il, doğulduğu yer- Azərbaycan, Bakı, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 3552005) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2983/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2983/2023
31.05.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver