Məhkəmə qərarları › İş №2(004)-30/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-30/2024

10.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-30/2024 10.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Nümayəndə2, Cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Nümayəndə2, Cavabdeh6, Cavabdeh2, Bayramova (Əhmədzadə) Nənəxanım Hidayət qızı və Cavabdeh3 qarşı “kompensasiya ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 755000 manat pulun tutularaq kompensasiya olaraq ödənilməsi, mənəvi zərər kimi 30000 manat məbləğində pulun cavabdehdən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Yasamal rayon Kazım Kazımzadə küçəsində 0,0443 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 15 otaqlı 183,9 kv.m. yaşayış sahəsi, 118,1 kv.m. köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisidir. 30 iyun 2017-ci ildə Yasamal rayon icra hakimiyyəti Başçısı 219 saylı “Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi evlərinin sökülməsi və yeni yaşayış binalarının tikintisinin layihələşdirilməsi haqqında” sərəncam imzaladı. Sərəncama əsasən Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi evlərinin sakinlərinin qarşılıqlı razılaşma əsasında "xxxx" MMC tərəfindən köçürülərək həmin binaların Azərbaycan Respublikası FHN-nin əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilmiş, sökülmüş binaların yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin laiyhələşdirilməsi üçün torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilmiş, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi evlərinin sakinlərinin qarşılıqlı razılaşma müqaviləsi əsasında yeni mənzillə təmin edilənədək hər kirayə haqqı verilməklə başqa yerə köçürülməsini və qəzalı binanın sökülməsini tapşırmışdır. Bakı şəhəri, Yasamal rayon Kazım Kazımzadə küçəsində 0,0443 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 15 otaqlı 183,9 kv.m. yaşayış sahəsi, 118,1 kv.m. köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evi titullu mülkiyyəti idi. 2018-ci ilin aprel və may aylarında onun mülkiyyətində olan ev əvvəlcədən bazar qiymətinə uyğun kompensasiya ödənilmədən və ya digər yaşayış mənzili verilmədən Yasamal rayon İcra hakimiyyətinin əməkdaşlarının iştirakı ilə və polisin nəzarətində söküldü. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcada ədalətli ödəmək şərti ilə yol verilə bilər. Qanun tələbindən göründüyü kimi dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın dəyəri bazar qiyməti müəyyən edilmişdir. Ona məxsus daşınmaz əmlakın bazar qiyməti isə ekspertiza nəticəsində müəyyən edilməli idi. Bundan əlavə bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı və dövlət ehtiyacları mövcud olmalı idi. Göründüyü kimi onun evi hər hansı dövlət ehtiyacları üçün deyil, yalnız kommersiya maraqları ilə məcburi səkildə alınır. Bakı şəhərində həmin zonada mənzillərin hər 1 (bir) kvadratmetri üçün orta bazar qiyməti 2500 təşkil edir. Beləliklə ona vurulmuş zərər (183,9 kv.m. + 118,1 kv.m.) x 2500= 755000 manat, mənəvi zərər 30000 manatdır. İşə məhkəmədə baxılan zaman İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbini tam təmin edərək, Cavabdeh1 MTK-dan (əvvəlki Cavabdeh1 MMC-dən – VÖEN **********) mülkiyyətində olan mənzilin qeyri-qanuni olaraq sökülməsinə görə 755000 (yeddi yüz əlli beş min) manat kompensasiyanın, mənəvi zərərə görə 30000 (otuz min) manat pulun, həmçinin ödənilmiş məhkəmə rüsumu kimi 1077 (bir min yetmiş yeddi) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh1 MMC dəyişdirilərək Cavabdeh1 MTK kimi qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, Nümayəndə2, Cavabdeh6, Cavabdeh2, Bayramova (Əhmədzadə) Nənəxanım Hidayət qızı və Cavabdeh3 iş üzrə cavabdehlər qismində cəlb olunmasını və cavabdehlər Cavabdeh1 MTK, Nümayəndə2, Cavabdeh6, Cavabdeh2, Bayramova (Əhmədzadə) Nənəxanım Hidayət qızı və Cavabdeh3 mülkiyyətində olan mənzilin qeyri-qanuni sökülməsinə görə 755000 (yeddi yüz əlli beş min) manat kompensasiyanın, mənəvi zərərə görə 30000 (otuz min) manat pulun, həmçinin ödənilmiş məhkəmə rüsumu kimi 1077 (bir min yetmiş yeddi) manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayon Kazım Kazımzadə küçəsində yerləşən 1 və 2 mərtəbəli 15 otaqlı 183,9 m2 yaşayış sahəsi, 118,1 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi onun mülkiyyətindədir. O, həmin evdə yaşamamış, lakin onlar hər şeyi bilirdilər. O, bir neçə dəfə cavabdehin Kazım Kazımzadə küçəsində yerləşən ofisinə getmişdir. Onlar onu buraxmadılar, bildirdilər ki, zəng olacaq. Cavabdehlə razılığa gəlmək istəyirdilər, lakin bu mümkün olmadı. Bildirmişdir ki, ev 2018ci ildə sökülüb, evdə o yaşamırdı və əşyaları yox idi, evdə başqa şəxslər qanunsuz olaraq yaşayırdılar və orada kimin yaşadığını bilmirdi. Bu məsələlərlə o, məşğul olmurdu, məşğul olan şəxs vəfat edib. Onun iddia tələbi kompensasiya ilə bağlıdır, ev 302 m2 sahədən ibarətdir. Hər kvadrat metrin satış qiyməti 2500 manatdır, mənəvi zərəri də özü müəyyən etmişdir. Onun həmin evə aid heç bir foto şəkil və s. sübutları yoxdur. O, mənzili Elmira Hüseynovadan almışdı. Həmin evin fotoşəkilləri onda olmasa da, o ev istismara yararlı olub və yaşayış üçün münasib olub, lakin heç kəs o evdə yaşamayıb. Sədrlik edən sualına iddiaçı bildirmişdir ki, cavabdehin nümayəndəsi mənzilin qəzalı vəziyyətdə olmasını söyləyir, lakin bu barədə hər hansı bir sübut təqdim edilməyib. Həmçinin orada insanlar yaşayıblar hansı ki, onlara kv.m-ə 4500 və ya 2500 manat hesablanmaqla kmpensasiya verilib. Hətta ona 5 il bundan qabaq kv.m-ə 1500 manat hesablanmaqla kompensasiya ödənilsəydi belə, bu təxmini 450000 manata yaxın pul edirdi. O, həmin pulu banka qoysaydı xeyli gəlir əldə etmiş olardı. O, məhkəməyə 2003-cü ildə iddia verdikdə Elmira xanımın qızı hərəkətə başlayıb. 2006-cı ildən bəri heç kim faktiki olmayan mənzilə görə iddia qaldırmamışdır. Məhkəməyə bu gün təqdim edilən qəbzlə bağlı onu prokurorluğa çağırıblar, orada geniş izahat vermişdir. Müqavilə imzalanan anda boşanmışdılar. Çünki boşanmış olsalar da, uşaqları var idi. O, Elmiraya evin pulunu 182000 manat ödəmişdi. Elmira xanım pulun yarısını qohumuna ödəməmişdir. Ona görə aralarında belə danışıq oldu ki, o bu pulu verəcək. Danışıqları belə olmuşdu. O bilmir həmin evdə kim yaşayıb. O özü həmişə bağ evində olub. Çıxarış aldıqdan sonra o ev heç kimin sahibliyinə və istifadəsinə verilməmişdir. Alqı-satqıdan sonra ev bağlı qalmışdır. İcarəyə də verilməmişdir. O, bilmir orada kim olmuşdur, kim yaşamışdır. Evi daimi nəzarətində saxlamalı deyil axı. Göstərilənlərə əsasən, məhkəmədən iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o vaxt işləri Ramiz müəllim idarə edirdi. Oradakı adamların 1 aya, 3 aya, yoxsa başqa müddətə çıxacaqlarını Ramiz müəllim həll etmişdir. Onların mənzilini alan şəxs Elmira xanımdır. İltizamnamədə heç Elmira xanımın da adı yoxdur. O sənəd sadəcə Elmira xanımın uşaqlarının xeyrinə verilən iltizamnamədir. Ruhəngiz xanım Elmira xanımın qohumuna vermişdir. Belə də ola bilər ki, Azərbaycan reallığı, sökülməyə gedən ərazilər olmuşdur. İnsanlar ucuz qiymətə bir evi alır, hansı ki, yaxın müddətdə sökülmə ehtimalı olur. O ümüdlə ki, ev söküləndə onlara daha dəyərli ev verilir. Rifah halının yaxşılaşdırılmasına yönəlmiş addımdır. Belə olan hallarda qohum-əqrəba bir yandan çıxır ki, orada yaşamışam və s. Bu iltizamnamə Elvin müəllim tərəfindən sistemə yükləndikdən sonra heç əlavə vəsatət və ya ərizə yazmayıb ki, iltizamnamə nə üçün əlavə edilib. İltizamı müdafiə edəndə özləri dedi ki, bu ev olubdur. Bu evlə bağlı alqı-satqı müqaviləsi bağlanıb. Bu evdə Elmira xanımdan başqalarının da maraqları var. O iltizamnamənin yiyəsi gəlib Ruhəngiz xanıma deyə bilər ki, “gəl mənimlə halallaş”. Lakin bu məsələnin onların işinə aidiyyəti yoxdur. Qarşı tərəfin niyyəti – onların mənzili ümumiyyətlə olmayıb, onlar tərəfindən sökülməyib və s. istinad etməkdir. İddiaçı tərəf olaraq iddia ilə bağlı kifayət qədər sübut əlavə etmişlər. Ən mötəbər sübut odur ki, 2005-ci ildə Bakı şəhəri İcra Hakimiyyəti (o vaxtkı adla “BT”) başçısının müavini Arif Qaraşova məktub var ki, həmin ünvandan Cəbiyev Oktayı, Mehrəliyev Cabbarı və başqalarını köçürüblər, qalan 15 yaşayış otağı Xədicə Dadaş qızına məxsusdur. Yəni adıçəkilən şəxslərə aid otaqlardan savayı hamısı, X14 alıb, Elmiradan da iddiaçı Ruhəngiz. Qarşı tərəfin vəkili Elvin bəyin fikri ilə əlaqədar bildirmişdir ki, iddiaçının evinin başqa bir əraziyə düşməməsini təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Həmin qərarı da qarşı tərəf mübahisələndirməyib. Cavabdeh hüquqi şəxsin hüquqi ünvanı mübahisə predmetin evin ünvanı ilə üst-üstə düşür. Cavabdeh tərəfindən mülkiyyət hüquqları pozulmuşdur. Nümayəndə2 inzibati məhkəmədə müvəkkilinin adına olan çıxarışın ləğv olunması barədə ərizə vermişdir. Bu da sübut edir ki, Ruhəngiz xanımın orada evi olmuşdur. Maraqlarına toxunmursa, niyə çıxarışın ləğvini istəyirdilər. Göstərilənlərə əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Nümayəndə2 iddia tələbinə etiraz edərək, iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onlara heç müraciət etməyib, onda rəsmi sənədlər var. Məhkəmələrdə də dəfələrlə işləri olub. Onlardan əvvəl həmin ünvan başqa şirkətə verilmişdir. Pilot layihə olduğuna görə əvvəldən Mənzil İstismar Sahəsi tərəfindən siyahılandırılıb. Mənzillər ad-ad kvadratına qədər ölçülərək yazılıb. Bildirmişdir ki, ümumiyyətlə siyahıda belə adda adam yoxdur, ünvan da dəqiq müəyyən edilməyib. Ola bilsin ki, orada park salınıb. Onlar 5 hündür mərtəbəli bina tikmişlər, bina Nərimanov heykəlindən yuxarıda yerləşir. Həmin küçə İsmayıl bəy Qutqaşınlı küçəsidir, lakin Kazım Kazımzadə küçəsində də müəyyən mənzillər köçürülüb, sərəncamla hissə İsmayıl bəy Qutqaşınlı, Ayna Sultanova, Kazım Kazımzadə küçəsini əhatə edir. İddia ərizəsində dəqiq ünvan göstərilməyib, onlarda ünvan Kazım Kazımzadə 76, 72, 78-dir. Sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. O, sübut etməlidir ki, bu ünvan onların ərazisinə düşür. X31 küçəsinin sadəcə 5%-ni sökmüşlər. Həmin evin sökülməsi onların layihəsinə daxil deyil. Çünki onlar 3 il ərzində sökmüşlər. Həmçinin qeyd etmişdir ki, siyahını da məhkəməyə təqdim etmişlər, orada konkret adlar, ünvanlar, müqavilələr göstərilmiş, lakin iddiaçının adı həmin siyahıda yox idi. İddia ərizəsində qeyd olunub ki, 2018-ci ilin aprel-may aylarında onun mülkiyyətində olan ev əvvəlcədən bazar qiymətinə uyğun kompensasiya ödənilmədən və ya digər yaşayış mənzili verilmədən Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə və polisin nəzarətində söküldü. X32 adı çəkilir. 2018-ci ilin aprel-may aylarında onlar ümumiyyətlə həmin şəxslərlə müqavilə bağlamamışlar. Həmin evlər hamısı mövcud olmuşdu. Qarşı tərəf iddia edir ki, həmin evlər sökülmüşdü. Onlar müqavilələri iyun, iyul, avqust aylarında bağlamışlar. İddiaçının qeyd etdiyi ərazinin onlar tərəfindən sökülməsini təsdiq edən hər hansı sübut təqdim olunmayıb. Onlar qeyd olunan ünvanın da onlar sökdüyü ərazilərin ünvanları olmasını qəbul etmirlər. Cəbiyev Oqtayın evi sənəddə 80 nömrəli ev kimi görünür, lakin onlarda onun evi 72/80-dir. Ola bilsin 80 nömrəli evi olub, onu satıb 72/80-dən ev alıb. X22 evi sənəddə orderlə qeyd olunur, lakin o, onunla müqavilə bağlayanda onun çıxarışı olub. X33 200 m2 sahəyə uyğun 400000 manat kompensasiya ödəmişlər. X23 aldıqları evin ünvanı 72/80 olub, çıxarışda da 72/80 qeyd olunub. X12 və X1 Oqtayın baldızlarıdır. Cəbiyev Oqtayın yaşadığı ev vaxtilə qayınatasının evi olub. Baldızları da həmin həyətdə yaşayıblar. Cəbiyev Oqtayın evinin girişi tamam ayrı olub. İddiaçı tərəf yeni çıxarış təqdim etsə də, bu çıxarış faktiki mövcud olmayan əmlaka verilib. Belə olan halda əvvəlki çıxarışın da əslində mövcud olmayan əmlaka verildiyi ortaya çıxır. Yəni faktiki olaraq iddiaçı tərəf əmlakın mövcud olmasını sübut edə bilmir. Bu çıxarışlar da kağız parçası kimi heç bir qüvvəsi yoxdur. Qarşı tərəf alqı-satqı müqavilələrinə istinad edir. Alqı-satqı müqaviləsini iddiaçının adından keçmiş həyat yoldaşı Ramiz Zeynalov imzalayıb. Başqa adla Elmiradan etibarnamə alıb, evi keçirib həyat yoldaşının adına. Həmçinin qarşı tərəf 2018-ci ildə İcra Hakimiyyətinə müraciət edən zaman onların cavabında "xxxx" MMC-yə müraciət etməli olduğunu deyilib, lakin iddiaçı müraciət etməyib. Həmin vaxt hələ Cəbiyev Oqtayın müqaviləsi bağlanılmamışdı. Onlar çıxarışdan əlavə özbaşına tikililərə də pul vermişlər. Ev var idisə, işıq pulunun, su pulunun, qaz pulunun ödənilməsi ilə bağlı sübut təqdim edərdilər. Bildirmişdir ki, faktiki olaraq iddiaçı mənzili Elmira Hüseynovadan almışdır. Sorğu əsasında da sənədlər təqdim ediblər. Yasamal Rayon İcra Başçısının 2005-ci il 309 nömrəli sərəncamında göstərilir ki, müraciət araşdırılan zaman məlum olmuşdur ki, qeyd olunan evin tikililəri keçmiş illərdə aparılmış tikintilərdir. Aparılmış tikintilərin texiki vəziyyəti qənaətbəxş olmaqla, istifadə üçün yararlıdır. İddiaçı özü də etiraf edir ki, alandan sonra həmin mənzildə yaşamayıblar, həmin mənzildən istifadə etməyiblər. Həmin mənzilin qaz, su, elektrik təminatı olmamışdır, bu da mənzilin istifadəyə yararsız olmasını təsdiq edən amillərdən biridir. 2005-ci ildən bəri yaşanılmayan evdə təmir işləri aparılmamış və daha da bərbad vəziyyətə düşmüşdür. Həmçinin Nazirlər Kabinetinin qərarına istinad etmişlər. Onların layihəsi pilot layihə idi. Nazirlər Kabinetinin 2016-cı il tarixli 86 nömrəli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə şəhərin ümumi görünüşünə xələl gətirən qəzalı vəziyyətdə və mövcud şəhərsalma normallarına cavab verməyən binaların sökülməsi və yenidən qurulması tapşırılmışdır. Bu qərara əsasən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı 30 iyun 2017-ci il tarixdə 219 nömrəli sərəncam verərək Yasamal rayonunun Qutqaşınlı, Kazımzadə və Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sakinləri ilə qarşılıqlı razılaşma əsasında Cavabdeh1 MMC tərəfindən köçürülərək həmin binaların Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilmişdi. Fövqəladə Hallar Nazirliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən 28 dekabr 2018-ci il tarixdə tərtib edilmiş rəydə bildirilir ki, qeyd edilən sahədə 1 və 2 mərtəbəli yaşayış evləri mövcuddur. Bu tikililər XX əsrin əvvəllərində inşa edilmişdir. Ekspert rəyində də həmin tikililərin vəziyyəti insanların yaşaması üçün yolverilməz kimi qiymətləndirilir. İddiaçı özü də bildirib ki, həmin mənzildə yaşamayıb. Bütün bunlar həmin mənzilin yararsız olmasını təsdiq edir. Bundan əlavə qeyd edilməlidir ki, Xədicə öləndən sonra bunlar həmin evlə əlaqədar Ramiz Zeynalovla tanış olublar. Ramiz Zeynalov onlardan öhdəlik alıb ki, mən sizin ev üçün sənəd düzəldəcəm. Elmiranın adına keçirəcəm. Burdan da mənə ödəniş edərsən. Elmira xanımın qızının dediyinə görə, Elmira xanım hələ ölməyib. Sənəd hazırlanır deyə-deyə vaxt keçib. Ramiz Zeynalov da həmin etibarnamə əsasında notarial müqavilə olmadan yoldaşı Ruhəngiz xanımın adına keçirir. Sənəd hazır olmayanda isə onları sakitləşdirmək üçün 100 min dollarlıq həmin bu iltizam verilir. 2007-ci ildə, yəni bu evi satacayıq və sizə pul verəcəyik. O, özü söhbətdə olmamamışdır. Amma Elmira xanımın qızı deyib ki, Ruhəngiz xanım hətta deyib ki, bu pulu verəcək, lakin köhnə kursun məzənnəsi ilə. Yəni təqribi 80 000 manat. Buna görə aralarında söz-söhbət də olmuşdur. Hətta bu yaxınlarda söhbət də olub ki, ekspertiza rəyi nəticəsində evə görə 700 – 800 min pul alınacaq, oradan 100 min dollar ödəniləcək. Qız demişdi ki, onun anasının müalicəsi üçün 30 min pul lazımdır. Pul verilsin, o iltizamdan imtina edəcək. Qalan məsələləri özləri həll etsin. Elmira xanım professor xanım olub, ağayana olub. Üstünə düşməyib işin. İddiaçı tərəf də bundan istifadə ediblər. Onlar əvvəl deyirdi ki, bəlkə Ruhəngiz xanımın evi parkın ərazisi olmuşdur. Lakin indi aydın olur ki, heç bir şəkildə adıçəkilən ev mövcud olmamışdır. Bu barədə cüzi bir sübut da yoxdur. Həmçinin ilk məhkəmə iclasında xəritəni açıb Ruhəngiz xanımın qarşısında qoyduqda, o heç evini tapa bilmədi. Daha doğrusu Qutqaşınlı küçəsini göstərdi. Elmira xanımın qızı anası öldükdən sonra bu işlərdən çəkildi. O, özü əvvəllər hakim peşəsində idi. O vaxt dövlət sənəd əsasında belə şəxslərə kompensasiya verirdi. “Sovetski” camaatı da deyirdi ki, bəs burada sənədlə evim var. Dövlət bu binalara sökəndə pul verəcək. Ramiz Zeynalovun da kifayət qədər əlaqələri olmuşdur. İddia tam əsassızdır. Nə jekdən arayış yoxdur, nə kommunal sənədlər də yoxdur. Qeyd olunanlara əsasən, məhkəmədən iddia əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iş bir ildən çoxdur ki, icraatdadır. Tərəfin ərizə ilə məhkəməyə müraciət etmək hüququ var. Lakin Mülki Məcəllənin birbaşa tələbi var ki, təsisçilər hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyət daşıya bilməzlər. Hesab edir ki, bu işə xitam verilməlidir. Mübahisəli ərazi 9 ha torpaqda yerləşir. Orada rəsmi 4 ev olub. Onlar həmin ərazini sökərkən arayış almışlar. Orada hansı evlərin olması barədə onlara məlumat verilib. Mübahisəli ərazinin yanında yerləşən Cəbiyev Oqtaya məxsus evi onlar sökmüşlər. Onların ən son sökdükləri ev Cəbiyev Oqtayın evi olub. Cəbiyev Oqtayın evindən sonrakı ev onların ərazisinə düşmür. Onların tikinti apardıqları əraziyə düşmürsə, bu artıq işin həlli deməkdir. Belə olduğu halda həmin evin Cavabdeh1 MMC-yə də, onun təsisçilərinə də aidiyyatı yoxdur. İddia ərizəsində qeyd edilmişdir ki, mübahisə predmeti olan fərdi ev Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri və polis əməkdaşlarının nəzarəti altında sökülmüşdür. Buradan da belə nəticə çıxır ki, fərdi ev Cavabdeh1 MTK tərəfindən sökülməmişdir. MİS tərəfindən verilmiş siyahıda da iddiaçının adı, soyadı qeyd edilməmişdir. Qeyd edilən ərazidə iddiaçının bildirdiyi ev olmayıb. Ümumiyyətlə həmin ev heç yerdə olmayıb. Xanımın yoldaşı Ramiz Zeynalov vəkil olub. 2007-ci ildə Ruhəngiz xanımla Elmira Hüseynova arasında alqı-satqı müqaviləsi iş materiallarında var. Həmin müqaviləyə baxsaq satıcı Elmira xanımın adından imzalayan şəxs Rühəngiz xanımın yoldaşıdır. Əslində bu da qanunvericiliyə ziddir. Çünki burada Ramiz müəllim öz xeyrinə əməliyyat aparmış olur. Həmin alqı-satqı müqaviləsi formal müqavilə olmuşdur, real olmamışdır. Məsələnin mahiyyəti budur ki, həmin ev faktiki ev olmamışdır. Sənəd üzərində olmuşdur. Ramiz müəllimlə Elmira xanım arasında danışıq olub ki, bu ərazilər söküləcək. Onların əlində çıxarış var, amma faktiki ev yoxdur. Faktiki evin yoxdursa, əlində çıxarış varsa, bu demək deyil ki, sənə çıxarış ödənilməlidir. Ramiz müəllim onlara vəd verib ki, siz narahat olmayın. Evi mənim adıma keçirin. Ramiz müəllim də evi yoldaşı Ruhəngiz xanımın adına keçirmişdir. Təqdim etdiyi ərizə ilə öhdəlik götürüb ki, “bu ev satılanda mən sizə 100 min $ pul verəcəm”. Evin olmadığını göstərən digər sübutunu da məhkəmənin diqqətinə çatdırmışdır - Mənzil İstismar Sahəsinin məktubu. Sırf həmin ərazi üçün 15 nəfər qeyd olunub. Həmin ərazidə Hüseynova Elmiranın və ya qeyrisinin adı yoxdur. Xədicənin adından Elmiranın adına keçib, Elmiranın da adından hazırkı iddiaçı Ruhəngiz xanımın adına keçib. Bu da sübut edir ki, orada ev olmayıb. Ev olsa idi, işığın, suyun və qazın sayğacı olardı. Hər hansı qonşu gəlib deyərdi ki, burada həqiqətən bu adamların evi olub. Evin bir fotoşəkli də yoxdu. Və yaxud 2018-ci ilin aprel ayında İcra Hakimiyyətinə məktub yazmışdı ki, şirkət bu binanı sökəcək. Yasamal MMC-yə müraciət etmək əvəzinə yenidən avqust ayında İcra Hakimiyyətinə məktub yazdı. İcra Hakimiyyətini verdilər məhkəməyə və İcra Hakimiyyətinə imza atdırırlar ki, guya buranı "xxxx" MMC söküb. Niyə vaxtında şirkətə müraciət etmirlər. Digər sübut iddiaçı Ruhəngiz xanımın iddia ərizəsində özü tərəfindən göstərilmişdir. İddia ərizəsində qeyd olunur ki, mübahisə predmeti olan ev Yasamal Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən polis əməkdaşlarının iştirakı ilə sökülmüşdür. Hesab edir ki, o ərazidə ev olmayıb. Onlar xanımın evini sökməmişlər. Sübutetmə yükü iddiaçının üzərindədir. İddiaçı sübut təqdim etmir ki, orada onun evi olub və ev onların şirkəti tərəfindən sökülüb. Bunlar məsələnin faktiki tərəfləridir. Bundan əlavə o, vəsatət də vermişdi ondan ötəri ki, çıxarışın olması evin həqiqətən olması demək deyil. Çıxarışdakı ərazinin onların sökdüyü əraziyə düşməsi sual olaraq qalır. Bunu dəqiq ancaq ekspert müəyyən edə bilər. Əvvəl şirkət "xxxx" MMC olmuş, sonradan MTK-ya çevrilmişdir. Söküntü gedən vaxtı MMC olmuş, sonra 2023-cü ildə MTK olmuşdur. MTK-ya çevriləndə tikinti də başa çatmışdı. MMC-in Mülki Məcəllədə dəqiq anlayışı vardır. Onun təsisçiləri Cəmiyyətin öhdəlikləri üçün məsuliyyət daşımır. Cəmiyyət də təsisçilərin öhdəlikləri üzrə məsuliyyət daşımır. Təsisçilər ancaq cəmiyyətdəki paylarının miqdarında məsuliyyət daşıyır. Yəni mübahisə predmeti ev həmin ərazidə olsa idi, ev şirkət tərəfindən sökülmüş belə olsa idi, təsisçilər cəmiyyətin öhdəlikləri üzrə məsuliyyət daşıya bilməzdi. Bildirmişdir ki, o dövr üçün şirkət MMC idi, MTK deyildi. Amma misal üçün deyək ki, MTK olmuşdu. Bu zaman MTK-nın təsisçiləri MTK-nın öhdəlikləri üzrə məsuliyyət daşıyır. Amma artıq Yasamal MTK ləğv olunub. İş materiallarında da var. Mülki Məcəllənin 59.1-ci maddəsi var. Həmin maddəyə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. İndiki halda hüquqi şəxs ləğv olunub. Hüquqi şəxsi ləğv edən vergi orqanıdır. Əgər iddiaçı hesab etsə ki, ləğvetmə düzgün aparılmayıb, bu halda ləğvetmə qərarından inzibati məhkəməyə şikayət verə bilərlər. Həmçinin qeyd etmişdir ki, Elmira Hüseynova, hazırkı evi Ruhəngiz xanıma satan adam rəhmətə getmişdir. Onlar söküntü vaxtı bu məsələləri bilməmişlər. Elmira xanımın qohumları söküntüdən və bina tikintisindən sonra onlara müraciət ediblər ki, onlara kömək etsinlər. Ramiz müəllim iddiaçının yoldaşı onları aldadıb ki, bu ev söküləndə onlar şirkətdən pul alacaqlar və oradan da onlara 100 min dollar pul verəcəklər ki, onlara indi pul vermirlər, vermək də istəmirlər. Pulu verməkdən tamamilə imtina edirlər. Ərizəni verən şəxsi Nümayəndə2 daha yaxşı bilər. Çünki onlarla birbaşa kontakt quran Elnur müəllim olmuşdur. X30 xanımın bacısıdır. Bu iş başlayanda onlar keçən ildə onlara çıxmışdılar və bildirmişlər ki, bəs eşidiblər ki, Ruhiyyə xanım onlara qarşı iddia qaldırıb. Onlar Ruhəngiz xanımı axtarırlar, amma tapa bilmirlər. Zəng edəndə də deyir ki, o, şəhərdə yaşamır, Buzovnada yaşayır. İddia ərizəsinə baxıb orada özünün qeyd etdiyi ünvanı onlara demişdi və onlar onu tapıb, danışmışlar. Aralarında nə söhbət olub, onlara aidiyyəti yoxdur. Lakin sonradan onlara iltizamı təqdim etdilər. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi qeyd etmişdir ki, Yasamal Rayon İcra Hakimiyyətinin 30 iyun 2017-ci il 219 saylı sərəncamına əsasən Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, Kazım Kazımzadə, keçmiş A.Ağayev – indiki Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış üçün yararsız üçün yarasız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sökülməsi və yerində yeni yaşayış binalarının tikilməsi haqqında sərəncam olub. Həmin sərəncamla da tikinti işlərinin Cavabdeh1 MMC-yə həvalə olunması müəyyən olunub. Şəhərsalma və Arxitektura Komitəsinin 20 iyun 2017-ci il tarixli razılaşma məktubuna əsasən həmin ərazidə köhnə, yararsız fərdi yaşayış evlərinin sökülərək yerində yeni hündür mərtəbəbəli binanın tikintisi, eyni zamanda orada yaşayan vətəndaşlarla razılığa gəlinərək kompensasiyanın ödənilməsi və mənzil verilənədək kirayə haqqının ödənilməsi haqqında sərəncam olmuşdur. Sərəncamdan irəli gələn məsələlərin həll olunması üçün Cavabdeh1 MMC tərəfindən söküntü işləri aparılmış və yerində hündürmərtəbəli binaların tikintisi həyata keçirilmişdir. Cavabdeh1 MMC 3 küçə üzrə tikinti işlərini aparmışdır. Ola bilsin ki, iddiaçıya məxsus ərazidə başqa tikinti şirkəti işi aparıb. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı, xx.xx.2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində istifadədə olan 0,0443 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 15 otaqlı, 183.9 kv.m. yaşayış – kv.m. qeyri-yaşayış, 118.1 kv.m. köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 444 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9181/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamış, iddiaçıya hazırki iddia tələbi ilə "xxxx" MMC-yə qarşı aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün ümumi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9181/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 1595/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı İdarəsinin çıxarışına əsasən "xxxx" MMC xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Qurumun hazırki adı "xxxx" MTK-dır. Qanuni təmsilçi Nümayəndə2dur. - Yasamal rayonu 64 saylı MKİS tərəfindən verilmiş Yasamal rayonu 64 saylı MKİSin ərazisində "xxxx" MMC tərəfindən sökülən evlərin siyahısına əsasən İddiaçı adı siyahıda yox idi. - xx.xx.2006-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 nümayəndəsi X21 Bakı şəhəri, Ə.Ağayev küçəsində yerləşən ümumi sahəsi 288,80 kv.m., yaşayış sahəsi 175,90 kv.m., köməkçi sahəsi 112,90 kv.m., 14 otaqdan ibarət 80 saylı evi İddiaçı 182000 manata satmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 309 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən vətəndaş X5 3-cü Xrebtovı küçəsi 80 saylı evin vərəsəlik sənədlərinin qəbul olunması üçün həmin evdə aparılmış tikintilərin sənədləşdirilməsi haqqında müraciətinə baxılaraq məlum olmuşdur ki, qeyd olunan evin tikililəri keçmiş illərdə aparılmış tikintilərdir. Aparılmış tikintilərin texniki vəziyyəti qənaətbəxş olmaqla istismar üçün yararlıdır. Sahəsi 16,54 kv.m., 21,50 kv.m., 42,96 kv.m., 26,20 kv.m., 22.10 kv.m. ölçüdə olan tikintilər müxtəlif illərdə sökülmüşdür. 3-cü Xrebtovı küçəsi 80 saylı evdə aparılmış yaşayış otaqlarının, qarajların, giriş otaqlarının tikilməsi faktının təsdiq edilməsi sərəncam edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının müavininin 676/d saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Yasamal rayon MKTByi rəhbərliyi ünvan 1 ünvanın tam və ya qismən balansda olub olmaması barədə məktuba cavab olaraq bildirmişlər ki, göstərilən ünvan ünvan 2 Ə.Ağayev küçəsi, 80 saylı ünvan ümumi sahəsi 910,0 kv. m torpaq sahəsindən, yaşayış sahəsi 272,0 kv. m olan ümumi sahəsi 442,30 kv. m olan 22 yaşayış otağından ibarətdir, bina 636,0 kv. m torpaq sahəsində yerləşir. Yasamal rayon İcra Hakimiyyəti Başçısının 927 saylı xx.xx.1998-ci il tarixli sərəcamma əsasən yaşayış sahəsi 37,6 kv. m, ümumi sahəsi 70,5 kv.m 3 yaşayış otağı X15 adına özəlləşdirilmişdir. xx.xx.2004-cü il tarixli 037254 saylı orderə əsasən sahəsi 50,5 kv.m köməkçi sahəsi 4,4 kv. m olan 4 (dörd) yaşayış otağı X19 adına özəlləşdirilmişdir. xx.xx.2004-cü il tarixli 1076 saylı ünvan 3 ünvanda sahəsi 15,0 kv.m olan qaraj X6 verilmişdir. Qalan 15 (on beş) yaşayış otağı, yaşayış sahəsi 183,9 kv. m ümumi sahəsi 302 kv.m. ölçüdə olmaqla Xədicə Dadaş qızına məxsusdur (qeydiyyat vəsiqəsinə əsasən). - 23 iyul 2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 16 iyun 1966-cı il tarixdə vəfat etmiş Xədicə Dadaş qızının vərəsəsi ünvan 4 ünvanında yaşayan X7r. Şəhadətnamə verilən miras əmlak ünvan 5 ünvanında yerləşən mülk mərhuma məxsus mirasdan ibarətdir. - xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X24 ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi 87,14 kv.m. olan 5 otaqdan ibarət mənzili tam mülkiyyət üzrə "xxxx" MMC-yə 400000 manata satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən 80 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 01 saylı Bakı Ərazi İdarəsinin 09 iyun 2023-cü il tarixli məktubuna əsasən ünvan 7 ünvanında yerləşən 5 otaqlı mənzil X19 adına xx.xx.2004-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 01 saylı Bakı Ərazi İdarəsinin 16 iyun 2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən 80 nömrəli fərdi yaşayış evi sökülmüş və yerində yeni çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Koordinatlarla göstərilmiş, torpaq sahəsinin də daxil olduğu 879,0 kv.m. hissəyə digər fiziki şəxs tərəfindən müraciət olunub və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Sözügedən **********94- 10301 reyestr nömrəli çıxarış barədə elektron bazada məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ-nin 28 dekabr 2018-ci il tarixli rəyinə əsasən qeyd edilən sahədə 1 və 2 mərtəbəli yaşayış evləri mövcuddur. Bu tikililər XX əsrin əvvəllərində inşa edilmişdir. Yaşayış evləri müxtəlif inşaat materiallardan - mişarlanmış əhəngdaşı, but daşı, kərpic, həmçinin mövcud daş hasarlardan divar kimi istifadə edilməklə tikilmişdir. Yaşayış evlərinin əksəriyyətinin dam konstruksiyasının örtükləri çardaqsız olub bitum ruberoidlə örtülmüşdür. Burada yerləşən yaşayış evlərinin bir hissəsi artıq sökülmüşdür. Yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Əsas yükdaşıyan divarlarda, divar birləşmələrində, pəncərə və qapı boşluqları ətrafında eni 1-4 millimetrə qədər olan müxtəlif istiqamətli keçici çatlar və hörgüarası aralanmalar müşahidə olundu. Evlərin əksəriyyətinin divarları xaricdən suvanmayıb, atmosfer təsiri nəticəsində mişarlanmış əhəngdaşından olan hörgülərdə aşınmalar müşahidə olundu. Torpaqla təmasda olan divarlarda xaricdə və daxildə nəmişliklər mövcuddur. Kommunikasiya sistemləri fərdi qaydada xaotik şəkildə yerinə yetirilmişdir. Kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir. Tikililərin əksəriyyətinin dam örtükləri yararsız vəziyyətdə olduğundan atmosfer suları bəzi yerlərdə tikililərin daxilinə sızaraq tavanlarda və divarlarda nəmişliklər yaratmışdır. Ağac konstruksiyadan olan tavanlarda və döşəmə tirlərində çürümələr və deformasiyalar mövcuddur. Tikinti normativlərinin tələblərinə əməl olunmadan XX əsrin əvvəllərində inşa edilmiş yaşayış evlərinin vəziyyəti insanların yaşaması üçün yolverilməz kimi qiymətləndirilir. Burada hər hansı bir bərpa-gücləndirmə və ya əsaslı təmir işlərinin aparılması iqtisadi və texniki cəhətdən məqsədəuyğun hesab edilmir. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının müavininin 219 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC-nin müraciət məktubunu, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20 iyun 2017-ci il tarixli, xx/xx-1110 nömrəli razılaşdırma məktubunu, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 30 iyun 2017-ci il tarixli 218 nömrəli sərəncamını nəzərə alaraq: Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma əsasında "xxxx" MMC tərəfindən köçürülərək həmin binaların Azərbaycan Respublikası FHN-nin əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilməsi, sökülmüş binaların yerində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi "xxxx" MMC-yə icarəyə ayrılması, sifarişçiyə tapşırılsın: Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma müqaviləsi əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsini və qəzalı binanın sökülməsini təmin etməsi; sahəni yerində qəbul etməsi, müvəqqəti hasara alınması və onun sanitar vəziyyətinə nəzarət etməsi; ayrılmış torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənədin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmasının təmin etməsi, layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiyaları aşkar edildikdə, həmin kommunikasiyaların köçürülməsi Yasamal rayon İcra Hakimiyyəti və əlaqədar təşkilatlarla razılaşdırılması sərəncam edilmişdir. Bu sərəncam yalnız söküntü işlərinin aparılması və layihələndirmə üçün əsasdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 oktyabr 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məktubuna əsasən ekspertiza qarşısında qoyulmuş sualda, X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində 0,0443 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 15 otaqlı 183,9 kv.m yaşayış sahəsi, 118,1 kv.m köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evinin yaşayış üçün yararlı vəziyyət sökülən tarixə (2018-ci il) bazar dəyərinin nə qədər olmasının müəyyən edilməsi tələb olunmuşdur. Bununla əlaqədar olaraq qeyd olunur ki, Məhkəmə Ekspertizası Mərkəzində 2018-ci il tarixdə hər hansı tikilinin (fərdi yaşayış evi, mənzil, qeyri-yaşayış sahəsi) bazar qiymətinin müəyyən edilməsinə dair tədqiqat aparılmadığından, qərardadda qeyd edilən fərdi yaşayış evi söküldüyündən, eləcə də internet məlumatlarında fərdi yaşayış evlərinin 2018-ci il üçün bazar qiymətlərinə dair məlumatlar olmadığından, qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 30 oktyabr 2023-cü il tarixli bildirişinə əsasən xx.xx.2017-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" MTK xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. - İddiaçı xx.xx.2007-ci il tarixli əlyazma iltizama (raspiskaya) əsasən o, Bakı şəhəri, A.Ağayev küçəsində yerləşən 80 nömrəli evi satdıqdan sonra 100000 ABŞ dolları məbləğində pulu X8 verəcəyinə vəd vermişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 22 dekabr 2023-cü il tarixli məktubuna əsasən dövlət reyestrində "xxxx" MMC adlı kommersiya qurumu aşkar edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 22 dekabr 2023-cü il tarixli məktubuna əsasən "xxxx" MTK xx.xx.2023-cü il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. "xxxx" MTK-nın təsviyyəçisi X4 olmuşdur və hüquqi şəxsin hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. - "xxxx" MTK-nın təsviyyəçisi X3 25 sentyabr 2023-cü il tarixli hesabatına əsasən kooperativin balansında heç bir əmlakı mövcud olmadığı üçün onun bölünməsi prosesi də olmamışdır. - "xxxx" MTK-nın təsisçilərinin 25 sentyabr 2023-cü il tarixli qərarına əsasən "xxxx" MTK-nın təsisçiləri olaraq kooperativin qalıq əmlakın bölünməsi planını əks etdirən hesabatını və son ləğv balansını təsdiq etmişlər. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 03 oktyabr 2023-cü il tarixli arayışına əsasən ləğvetmə prosesində olan 18 yanvar 2017-ci il tarixdə hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin (VÖEN **********) və onun ləğvi ilə bağlı yaradılmış ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) faəliyyəti nəticəsində Milli arxiv fondunun tərkibinə daxil edilməli arxiv sənədləri olmadığı üçün təhvil verilməmişdir. - "xxxx" MTK-nın 03 oktyabr 2023-cü il tarixli aktına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin qeydiyyat şöbəsinin böyük hüquqşünası Şahin Əliyev və baş hüquqşünası Yunis Əhmədov aktı ona görə tərtib etdilər ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin (Ləğv prosesindədir) (VÖEN **********) ləğv edilməsi ilə əlaqədar quruma məxsus 01 (bir) ədəd möhür tərəflərindən məhv edilmişdir. - "xxxx" MMC-nin M/01-PLS saylı, xx.xx.2024-cü il tarixli hesabatına əsasən qiymətləndirməyə təqdim olunan əmlakın, yəni ünvan 8 ünvanında 0,0443 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 15 otaqlı 183,9 kv.m. yaşayış sahəsi, 118,1 kv.m. köməkçi sahədən ibarət fərdi-yaşayış sahəsinin söküldüyü və onun üzərində müasir tipli yaşayış evi (yeraltı qarajı olan) inşa edildiyi aşkar olundu. Bu səbəbdən qiymətləndirmə işi təqdim olunan sənədlər və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi ********** çıxarışda əks edilən məlumatlar əsasında aparılmışdır. Tərəflərindən aparılmış monitorinq nəticəsində müəyyən edilmişdir ki, qiymətləndirilən fərdi-yaşayış sahəsi infrastruktur baxımından inkişaf etmiş ərazidə yerləşir, coğrafi mövqeyi əlverişli sayılır və ekoloji baxımından Bakı şəhərinin ən yaxşı rayonlarından biri hesab olunur. İddiaçı məxsus ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış üçün yararlı vəziyyətdə 2018-ci ilə bazar dəyəri 454.350 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ilk öncə mübahisəli mənzil Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsdən daxil olmuş məlumatlara əsasən Xədicə Dadaş qızına məxsus olmuş, daha sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 adına keçirilmişdir. İş materialları ilə müəyyən edilir ki, 2005-ci il tarixdə X5 adından etibarnamə vasitəsilə Ramiz Zeynalov ilə hazırki iş üzrə İddiaçı arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, etibarnamə üzrə X9 təmsil edən məhz iddiaçının keçmiş həyat yoldaşı Ramiz Zeynalov olmuşdur, yəni o, mülkiyyətçidən etibarnamə alaraq, öz həyat yoldaşı ilə əqd bağlamışdır. Məhkəmə iclasında İddiaçı həmin tarixdə onların artıq nikahlarının ləğv olunduğunu bildirmişdir, lakin bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan sonra İddiaçı 2005-ci il tarixdə mübahisəli mənzilə dair çıxarış əldə etmişdir. Məhkəmə iclasında qarşı tərəf müəyyən əlyazma iltizamı (raspiska) təqdim etmiş, həmin iltizama əsasən İddiaçı ev satılandan sonra 100000 ABŞ dolları məbləğində pulu X8 verəcəyinə vəd vermişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X13 mübahisəli mənzili satan X5 bacısı olmuş və tərəflər bunu qəbul etmişlər. İddiaçı alqı-satqı zamanı 182000 manatın tam olaraq mənzili alan zaman X10 ödənildiyini bildirmişdir. Hazırda məhkəmə iclasında İddiaçı məhkəmənin verdiyi sualı tam cavablandıra bilməmişdir. İlk öncə qeyd etmişdir ki, 182000 manat tam ödənilib, sonra isə 182000 manat tam ödənildiyi halda mənzili əldə etdiyi halda hansı səbəbdən bu cür vəd verilməsini məhkəmədə izah edə bilməmişdir. Yalnız formal olaraq bildirmişdir ki, guya X5 bacısı ilə haqq-hesabı olmuş, ona mənzilə görə pul ödəmədiyi üçün, iddiaçı belə bir vəd vermişdir. Məhkəmə həmin ifadəni inandırıcı hesab etmir. Həmçinin məhkəmə araşdırılması zamanı İddiaçı mübahisəli mənzili əldə etdikdən sonra mənzilin kimin istifadəsində və sahibliyində olması barədə hər hansı bir izah verə bilməmiş, mənzil alındıqdan sonra kimin – özünün və ya hələ də satıcının istifadəsində olması barədə dəqiq məlumat verməmiş, həmçinin mənzildə hər hansı bir kommunal ödənişlər barədə, yəni istifadə edilən elektrik enerjiyə görə işıq, qaz, su və ya hər hansı bir sayğac barədə sübut təqdim olunmamış, evin mövcudluğuna dair (çıxarış istisna olmaqla), evin fotoşəkli, video materialı və ya hər hansı bir şahid evin harada yerləşməsindən, ümumiyyətlə mövcudluğu barədə hər hansı bir subut və ya məlumat məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 61.12-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdehlər tərəfindən onun hüquqlarının pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Belə olduğu halda məhkəmə iddiaçının iddiasının təmin olunmasını məqsədə müvafiq hesab etmir. Mübahisəli əmlakın qiymətləndirilməsinə dair ekspertizaların təyin olunmasına baxmayaraq, bu cür iddianın təmin olunması üçün kifayət qədər sübutlar yoxdur və iş materiallarında olan sübutlar bu məbləğdə iddianın təmin olunması üçün əsas ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi mənəvi ziyan hissəsində də təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, nəticədə iddiaçıya maddi və mənəvi zərər vurulması halı müəyyən edilmədiyindən, iddiaçı tərəfindən həmin halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Nümayəndə2, Cavabdeh6, Cavabdeh2, Bayramova (Əhmədzadə) Nənəxanım Hidayət qızı və Cavabdeh3 qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar