Məhkəmə qərarları › İş №2(004)-3011/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3011/2023

26.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3011/2023 26.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Əlimusa qızı, X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsində olan qanunsuz tikilinin sökülərək həmin torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Əlimusa qızı, X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsində olan qanunsuz tikilinin sökülərək həmin torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, MPM-nin 149.2-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyinə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Lakin iddiaçılar məhkəməyə müraciət edərkən MPM-nin 149.2.3-cü maddəsinin tələblərinə riayət etməmiş, yəni iddiaçılar məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hazırda yaşadıqları onun xüsusi mülkiyyətində olan 1 otaqlı qanunsuz tikilinin həmin şəxslərin öz vəsaitləri hesabına sökülməsi, onların torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin boşaldılması və onlara təhvil verilməsini xahiş etsə də, cavabdehlərin hansı torpaq sahəsindən (ünvan göstərilməmişdir) çıxarılmasını ərizədə qeyd etməmişdir. Odur ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Əlimusa qızı, X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən hansı torpaq sahəsinin boşaldılmasını ərizədə göstərmədiklərindən iddiaçıların tələbi dəqiq deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Əlimusa qızı, X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsində olan qanunsuz tikilinin sökülərək həmin torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2022-ci il tarixli xx.xx.2021-ci il tarixli dövlət rüsumu Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçlara qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar