Məhkəmə qərarları › İş №2(004)-3015/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3015/2020

12.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3015/2020 12.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxx” MMC-yə qarşı “hərəkətlərin qanuna zidd hesab edilməsi, cavabdehə vəzifələrinin yerinə yetirilməsinin tapşırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxx” MMC-yə qarşı “hərəkətlərin qanuna zidd hesab edilməsi, cavabdehə vəzifələrinin yerinə yetirilməsinin tapşırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxx” MMC-nin hərəkətlərinin qanuna zidd hesab edilməsi, cavabdehə ona təqdim edilmiş müraciətə qanunla müəyyən edilmiş tələblərin təmin edilməsi, yəni, müraciətə ətraflı cavab verilməsi ilə bağlı hərəkətlərin yerinə yetirilməsinin tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı xx.xx.2020-ci il tarixə saat 11:30-a təyin olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını və Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini, iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxxx” MMC-yə qarşı “hərəkətlərin qanuna zidd hesab edilməsi, cavabdehə vəzifələrinin yerinə yetirilməsinin tapşırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar