Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-302/2024 13.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh X2 nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 70 manat dövlət rüsumunun, maddi ziyan 3.000 və mənəvi zərərin əvəzi isə 2.000 manat dəyərində hesablanaraq ümumi 5.070 manatın Cavabdeh Lənkaran qızından alınaraq mənim xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil iddiaçı olaraq İddiaçı məxsusdur. Cavabdeh X7 ilə Facebook sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdu. Tanışlığının səbəbi onun plastik aynı-qapı ustası kimi bərpaçı kimi fəaliyyət göstərməyi olmuşdur. O İddiaçı fiziki şəxs kimi vergi ödəyicisi olaraq fərdi qaydada Facebook və İnstaqram sosial şəbəkələrində elan verərək evlərdə qapı-pəncərələrin düzəlməsi və bərpası işləri ilə məşğuldur. Gördüyü işin müqabilində hər ay vaxtlı-vaxtında vergi ödəyir. Gördüyü işi ilə bağlı o 2022-ci ildə Korrekt Flome qrupunun Facebook sosial şəbəkəsində iş elanı vermək fikrinə düşmüşdü. O bir çox qrup və saytlarda iş elanları verir və buna görə heç bir ödəniş etmir. X17 qrupunda ustalara qarşı belə hərəkətlər var. O ilk dəfə bu qrupa elan vermək istəyəndə cavabdeh X7 onun şəxsinə 4 elana görə 300 manat, 2 elana görə 200 manat ödəməli olduğunu bildirib və ustalara etibar etmədiyinə görə bunu etdiyini bildirdi. Həmçinin cavabdeh X5 həyat yoldaşı Vaqif də ona zəng edib qrupun pullu olduğunu, onların reklamlara guya pul xərclədiyini demişdir. Ancaq bunu ona desələr də ona müqavilə haqda heçnə deməyiblər. O cavabdeh X5 admini olduğu qrupa elan verdikdən sonra bir işi görüb onunla ata malı kimi gəliri bölüb 40 manat onun Leobank kartına atmışdı. Bir müddət sonra sosial şəbəkədə rəy yazdığına görə heç bir səbəb olmadan blok edilib, qrupdan qovulub və üstəlik də polisə verildi. Bununla bağlı Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı polis mayoru X13 cavabdeh X5 müraciəti əsasında cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu Eldar Ağayev küçəsi ev 334 mənzil 41-də yaşayan X1 RPİ 27-ci PB-nə arizə ilə müraciət edərək bildirmişdir ki, paltaryuyan maşının ustası kimi Viktor Karpyuk ( 70 731 41 80) va plastik pəncərə ustası (makler) kimi tanıdığı Elmar PVC kimi (55 653 14 43, 70 653 14 43) tanıdığı şəxslər Facebook sosial şəbəkəsində müxtəlif qruplarda onu izləyərək barəsində həqiqətə uyğun olmayan rüsvayedici sözlər yazır, onu təhqir edirlər. Buna səbəb onların ondan əsassız və hiyəli təklifləri olub. Belə ki, facebook səhifəsində fəaliyyət göstərən, rəhbərlik edən “Correct Home” səhifəsində əsassız yerə və uyğun gəlməyən standartlara Tərəfindən reklam olunacaqlarına rədd cavabı alan hər iki şəxs bunun acığına onu sosial şəbəkədə təqib etməyə başlamışlar. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. İzahatı alımmış X8 bildirmişdir ki, paltaryuyan maşının ustası kimi Viktor Karpyuk (70 731 41 80) va plastik pəncərə ustası (makler) kimi tanıdığı Elmar PVC kimi (55 653 14 43, 70 653 14 43) tanıdığı şəxslər Facebook sosial şəbəkəsində müxtəlif qruplarda onu izləyərək barəsində həqiqətə uyğun olmayan rüsvayedici sözlər yazır, onu təhqir edirlər. Buna səbəb onların ondan əsassız və hiyəli təklifləri olub. Beləki, facebook səhifəsində fəaliyyət göstərən, rəhbərlik edən “Correct Home” səhifəsində əsassız yerə və uyğun gəlməyən standartlara tərəfindən reklam olunacaqlarına rədd cavabı alan hər iki şəxs bunun acığına onu sosial şəbəkədə təqib etməyə başlamışlar. İddiaçı izahatımda bildirmişdi ki, X8 özü ondan qrupunda elan verməyinə görə aya 100 manat pul istəmiş və xahiş edəndən sonra bir elanın çıxmasına icazə vermişdir. Onda bir bərpa işi görərək ona 80 manat qazandığını və ona kart göndərməyini xahiş edərək ona pul göndərməyini yazmışdı. Səbinə ona Leobank kartı göndərmiş, onda həmin karta 40 manat pul köçürmüşdüm. Sonra isə facebook sosial şəbəkəsində tanımadığı bir xanım ustadan şikayət edəndə yazmışdı ki, əgər usta qrupda adminə pul verirsə, deməli o ustaya görə admində məsuliyyət daşıyır. Bu yazıya görə Şəbinə onu qrupda blok etmişdir. Ona yazdığı bütün şəxsi yazıları pozmuşdur. O, evlərə gedərək bərpa işləri ilə məşğul olur və pul qazanıb ailəni dolandırır, buna görə vergi ödəyir. Səbinənin əri Vaqif bildirir ki, onlar hamıdan pul alırlar. Bunu edirlərsə dövlət vergi ödəməli və ustalara məsuliyyət daşımalıdır. Səbinə dəfələrlə müəyyən vaxtdan bir onu facebook səhifəsi olan öz qrupunda pisləyir və bu işə öz dostlarını ona tanımayan oxucuları qoşur, onu dəllal adam aldadan kimi qələmə verir. Amma onun facebook qrupunda ancaq tərifləri var. Səbinə onun əmək imicinə görə ona böhtan atıb zərbə vurur. Səbinə ilə olan bütün yazışmaları, pul göndərdiyi qəbz fotoları subut kimi var. Səbinə onu hətta evinə dəvət etsədə getməmişdir. Səbinəni izləməmiş, onun barəsində göstərlikləri tam yalan və böhtandır. İzahatı alınmış Nümayəndə göstərmişdir ki, o, həyat yoldaşı Cavabdeh şikayət ərizəsinə əsasən bildirmişdir ki, admin olduğu “Correct Home” qrupunda PVC ustası kimi tanınan İddiaçı tanımır, onunla heç bir əlaqəsi, tanışlığı və ədavəti yoxdur. Həmin yaranmış anlaşılmazlıqla bağlı qrupda yaranan mübahisə ilə bağlı Elmar ilə telefonda danışıb məsələni müsbəti həll etmişdir. Elmar tərafındən facebook sosial şəbəkədə yoldaşı ilə bağlı yazdığı postların silinməsini xahiş etmiş və həmin şəxsin onları narahat etməməsini istəmişdir. Onların yaratdığı Correct Home qrupu rasmi vergi qeydiyyatdandadır, vergi ödəyicisidir. Bununla da o hesab edir ki, cavabdeh X8 onun əmək imicinə görə ona böhtan atıb zərbə vurub. Cavabdeh X6 ona qarşı elədiyi bu hərəkət ona maddi və mənəvi zərər vurub. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi X12 iddia ərizəsinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi sübut olunmadığından və əsassız olduğundan təmin edilməməlidir. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilə azadlığı prinsipləri təsbit olunmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 3.000 manat məbləğində maddi ziyan və həmçinin 2.000 manat dəyərində mənəvi zərər barədə iddiaçı yərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Odur ki, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası məhkəməyə hər hansı sübut təqdim olunmadığından əsassız hesab edilməli və təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iddiaçı tərəfindən ödənilmiş 101 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-302/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-302/2024
13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver