Məhkəmə qərarları › İş №2(004)-3081/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3081/2024

21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3081/2024 21.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək Şabran rayonunda yerləşən 0,4141 ha və 1,4382 ha torpaq sahələrinin qiymətləndirilməsinə dair Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, QXM3576 saylı qiymətləndirmə hesabatının ləğv edilməsi və həmin əmlakların yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Şabran rayon Məhkəməsinin 2(031)-2342/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı hər ayda 117 manat sabit pul məbləğində aliment tutulub 30 may 2007-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X3 verilməsi barədə qətnaməsi xx.xx.2017-ci il tarixdə icraya yönəldilmişdir. Şabran rayon Məhkəməsinin 8(031)-63/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən verilmiş borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimat təmin edilmiş, borclu İddiaçı mülkiyyətində olan Şabran rayonunun ərazisində yerləşən daşınmaz əmlakın reyestr nömrəsi **********39 seriyalı olan 1.4382 hektar torpaq sahəsinin və reyestr nömrəsi **********79 olan 0,4141 hektar torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, QXM3576 saylı qiymətləndirilmə hesabatına əsasən İddiaçı mülkiyyətində olan Şabran rayonunda yerləşən 0,4141 ha torpaq sahəsinin bazar dəyəri 3.000 manat və 1,4382 ha torpaq sahəsinin bazar dəyəri isə 4.500 manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə göndərilmiş xx.xx.2024-cü il tarixli 46908/17 nömrəli hərracın keçirilməsinə dair sifariş məktubu ilə hərracın keçirilməsi xahiş olunmuşdur. İşin hallarından aydın olur ki, iddiaçı işin icra mərhələsində icra məmurunun müraciətinə əsasən alimentin artırılması tələbindən irəli gələn borclunun ipoteka predmeti olmayan əmlakının Cavabdeh MMC tərəfindən qiymətləndirilməsi nəticəsində verilmiş hesabatı mübahisələndirir. İddiaçıya izah olunmalıdır ki, icra icraatının gedişində icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) narazı qalan tərəflər sözügedən halları bu barədə ayrıca iddia qaldırmaqla deyil, müvafiq məhkəməyə şikayət verməklə icra icraatı qaydasında mübahisələndirə bilər. Müvafiq olaraq belə şikayətlərə əsas işin davamı kimi baxılmalı, şikayətlə bağlı materiallar və ona dair qəbul edilmiş məhkəmə aktları ayrıca icraatda toplanmamalı, məhz həmin əsas işin tərkibində olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 02/2021 saylı 24 noyabr 2021-ci il tarixli “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiq üzrə” qərardadından görünür ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya icra mərhələsində icra məmurunun qərar və hərəkətlərini (hərəkətsizliyini) ayrıca iddia qaldırmaqla deyil, icra icraatı qaydasında şikayət verməklə mübahisələndirə bilmək hüququ izah olunmalı, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat məbləğində rüsum iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, icra mərhələsində icra məmurunun qərar və hərəkətlərini (hərəkətsizliyini) ayrıca iddia qaldırmaqla deyil, icra icraatı qaydasında şikayət verməklə mübahisələndirə bilər . İddiaçıya izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar