Məhkəmə qərarları › İş №2(004)-3109/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3109/2024

02.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3109/2024 02.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Şöbəsi) qarşı “hərraca dair sifarişin qanunsuz hesab edilməsi, hərracın yekunları barədə protokolun etibarsız sayılması və ona dair verilən çıxarışın ləğv edilməsi’’ tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: hərrac protokolu) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Şöbəsi) qarşı “hərraca dair sifarişin qanunsuz hesab edilməsi, hərracın yekunları barədə protokolun etibarsız sayılması və ona dair verilən çıxarışın ləğv edilməsi’’ tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Şöbəsi) qarşı “hərraca dair sifarişin qanunsuz hesab edilməsi, hərracın yekunları barədə protokolun etibarsız sayılması və ona dair verilən çıxarışın ləğv edilməsi’’ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron icra şöbəsi tərəfindən 17Y756502V saylı ,xx.xx.2023-cü il tarixli hərracın keçirilməsinə dair sifarişin qanunsuz hesab edilməsi , cavabdeh Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinin tərtib etdiyi xx.xx.2023ci il tarixli ,197\23 nömrəli Hərracın Yekunları barədə Protokolun və ona dair verilən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1031/2022 saylı, xx.xx.2022-ci il tarixli ,xx.xx.2022-ci il tarixli (xx.xx.2023-cü il tarixdə .verilmiş) icra vərəqəsinə əsasən ,Abşeron rayon icra şöbəsi tərəfindən verilmiş 17/756502V saylı ,xx.xx.2023-cü il tarixli (daxil olma xx.xx.2023-cü il) sifarişi üzrə borclu İddiaçı məxsus, ünvan 1 ünvanında yerləşən , 2 otaqlı 53,7 kv metr ümumi, 34 kv metr əsas ,19.7 kv metr yardımçı sahədən ibarət olan 34 saylı mənzili ilkin hərracda alış qiyməti 70050 (yetmiş min əlli) manata olmaqla X2 və bununla əlaqədar olaraq, hərracın təşkilatçısı tərəfindən hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli ,197/23 nömrəli protokol tərtib edilmişdir. Belə ki, Abşeron rayon icra şöbəsi tərəfindən 17/756502V saylı ,xx.xx.2023-cü il tarixli (daxil olma xx.xx.2023-cü il) sifarişi hərraca göndərməmişdən öncə icra vərəqəsi üzrə borclu İddiaçı qərar bildiriş göndərilməmişdir. Bu da icra haqqında qanunvericiliyə ziddir. Bu baxımdan da Abşeron rayon icra şöbəsi tərəfindən 17/756502V saylı ,xx.xx.2023-cü il tarixli hərraca göndərilən sifariş qanunsuz hesab edilməli və hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 197/23 nömrəli protokolu hesab edir ki, etibarsız sayılmalıdır. Ondan əlavə hərracın keçirilməsinə dair bildirişi qərəzli olaraq o, yaşadığı ünvan 2 ünvanda yox, Tovuz rayonu, Qaraxanlı kəndində əmimgili ünvanına göndərilmişdir.

3. Cavabdeh iddiaya etiraz edərək idda tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1031/2022 saylı, xx.xx.2022-ci il tarixli (xx.xx.2023-cü il tarixdə verilmiş) icra vərəqəsinə əsasən Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/756502V saylı, xx.xx.2023-cü il tarixli üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus, tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 4 ünvanında yerləşən 2 otaqlı, 53.7 kv.metr ümumi, 34 kv.metr əsas, 19.7 kv.metr sahədən ibarət olan 34 saylı mənzilin açıq hərracda satılması Cavabdeh MMC-yə sifariş olunmuşdur. Sözügedən sifarişdə qeyd olunan mənzilin açıq hərracda ilkin satış dəyəri 70.000 (yetmiş min) manat məbləğində müəyyənləşdirilmişdir. Yuxarıda sözügedən hərrac sifarişi “Əmlak Hərrac Mərkəzi’ MMC-yə daxil oduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan əmlaka dair ilkin hərracın keçirilməsi 11 avqust 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya kimi Azərbaycan Respubikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Birjanyus” internet informasiya saytında (portalında) (www.birianews.az) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkiltaçısının rəsmi internet səhifəsində də (“E-herrac.com'’) yerləşdirilmişdir. Bundan sonra iş olunan əmlaka dair açıq hərracın keçirilməsinə dair 1486/23 saylı, xx.xx.2023-cü il tarixli keçirilmiş hərracın sifarişçisinə, borclular İddiaçı, X8, eləcə də digər tərəflərə poçt vasitəsi ilə göndərilmişdir. Yuxarıda sözügedən tarixə təyin olunmuş ilkin açıq hərracda iştirak etmək üçün X9 və X4 ərizə ilə "Əmlak Hərrac Mərkəzi” MMC-yə müraciət edərək, iştirakının təmin olunmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən açıq hərracda hərracın predmeti olan mənzil 70.050 (yetmiş min əlli) manata X1. Bununla əlaqədar olaraq, hərracın yekunları barədə 197/23 saylı, xx.xx.2023cü i tarixli protokol tərtib olunmuşdur. 197/23 saylı, xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə protokol qalibi alıcı, eləcə də hərracın təşkilatçısının sənədlərlə iş üzrə bölmə rəhbəri və direktor müavinin imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sonra elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Kağız daşıyıcısında tərtib və təsdiq olunmuş protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qurumuna göndərilmişdir. Konstutisiva Məhkəməsinin Plemunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, bu maddənin ("İpoteka haqqında” Qanunun 42.1-ci maddəsi) məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif hesab edilir və bu maddədə hərracın keçirilməsini yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan sənədlərdən görünür ki, yuxarıda sözügedən sifariş üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Ona görə də iddia rədd edilməlidir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edimiş iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Cavabdeh Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi iddia ərizəsinə dair etirazını göndərərək, işə nümayəndəsinin iştirakı omadan baxılmasını xahiş etmişdir.

7. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəməyə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd olunmalıdır.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1031/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, ipoteka predmeti olan İddiaçı mülkiyyətindəki ünvan 5 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m sas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 nömrəli mənzilin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdeh İddiaçı, X6 və "xxxx" MTK-dan tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi; İpoteka predmeti olan İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 nömrəli mənzil açıq hərraca çıxarılarkən ilkin satış qiyməti onun dəyərinə uyğun 70 000 manat müəyyən edilmişdir.

13. Abşeron rayon İcra və Probasiya şöbəsinin 13 iyul 2023-cü il tarixli Sifarişinə əsasən ünvan 5 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 nömrəli mənzilin satılması ilə bağlı hərracın keçirilməsi Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə sifariş olunmuşdur.

14. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 8(105)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş bildirişin qanunsuz hesab olunması barədə borclu İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərarın əsaslandırıcı hissəsindən görünür ki, “...Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən tələbin könüllü icra edilməsi ilə bağlı borclu İddiaçı xx.xx.2023-cü il tarixdə bildiriş və bir neçə SMS göndərilmiş, bildiriş borclunun ünvanında yaşayan əmisi D.Əmiraslanov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Borclu İddiaçı tərəfindən tələb könüllü icra edilmədiyindən icra məmuru hərracın keçirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli sifariş vermişdir."

15. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 8(105)- 28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, “...İcra sənədində göstərilən tələbin könüllü icrası üçün borcluya təqdim edilməli olan bildiriş hüquqi nəticələrə səbəb olsa da, icra məmuru tərəfindən bu hərəkətlərin aparılması zamanı qanunvericiliyin hər hansı bir tələbləri pozulmamışdır...”

16. X3 Cavabdeh MMC tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli hərracın yekunları barədə 11 avqust 2023-cü il tarixli 197/23 nömrəli protokoldan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1031/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə və Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sifariş əsasında ünvan 6 ünvanında yerləşən 2 otaqlı mənzil 70050 manata X1.

17. xx.xx.2023-cü il tarixli 1486/23 №-li bildirişin surətindən müəyyən olunur ki, “X3” nəzdində yaradılmış Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 11:00-də ilkin satış qiyməti 28000 manat və xx.xx.2021-ci il tarixdə, saat 10:00-də ilkin satış qiyməti 70000 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə xəbərdarlıq-bildirişlər İddiaçı Tovuz rayonu Qaraxanlı kəndində yerləşən və ünvan 7 ünvanına göndərilmişdir.

18. “Birja News” qəzetinin xx.xx.2023-cü il qəzetinin surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 2 otaqlı mənzil üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur.

19. X9 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ərizədən görünür ki, S.Ə.Ələkbərli xx.xx.2023-cü il tarixdə keçiriləcək açıq hərracda iştirak etmək üçün müraciət etmiş və 3500 manat məbləğində beh ödəmişdir.

20. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMCnin X12 tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 14/530 nömrəli cavab məktubundan görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı 50928-4N reyestr nömrəli,Ə xx.xx.2023-cü il tarixdə göndərilən SS805471312AZ saylı məktub xx.xx.2023-cü il tarixində Elnarənin əmisi Əmiraslanov Dilqəmə F-8 çatdırma vərəqəsinə imza edilərək verilmişdir.

21. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə rədd edilməlidir.

22. Belə ki, “İpoteka haqqında” AR Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

23. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

24. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

25. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.

26. Həmin Qanunun 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.

27. Həmin Qanunun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

28. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.

29. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.

30. Azərbaycan Respublikası Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

31. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

32. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hərrac təşkilatı icra məmurunun sifarişi əsasında hərracı keçirir və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə (vaxtı və yeri barədə) icra sənədi üzrə tələbkar və borcluya məlumat verilir.

33. Məhkəmə qeyd edir ki, hərracın keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.

34. İşin hallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1031/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş ipoteka predmeti, İddiaçı mülkiyyətindəki ünvan 5 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 nömrəli mənzilin açıq hərracdan satılması; ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1031/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş İddiaçı göndərilmişdir. Habelə, icra sənədinin icrasıyla bağlı İddiaçı istifadəsində olan mobil nömrəsinə ayrı-ayrı vaxtlarda SMS bildiriş göndərilmişdir. İcra sənədi üzrə borclu İddiaçı tərəfindən tələb könüllü icra edilmədiyindən icra məmuru hərracın keçirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli sifariş vermişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin 13 iyul 2023-cü il tarixli Sifarişi üzrə ünvan 5 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 nömrəli mənzil ilkin hərracda alış qiyməti 70.050 manat olmaqla, X2 və bununla əlaqədar olaraq, hərracın təşkilatçısı tərəfindən hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 197/23 saylı qiyməti protokol tərtib edilmişdir.

35. İddiaçı iddia edir ki, Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş ona qərəzli olaraq, göndərilməmiş, bu səbəbdən müvafiq sifariş, hərrac protokolu və çıxarış qanunsuzdur. Halbuki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının qanuni qüvvəyə minmiş 8(105)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş bildirişin qanunsuz hesab olunması barədə borclu İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Eyni zamanda İddiaçı həm Tovuz rayonu Qaraxanlı kəndində yerləşən və ünvan 7 ünvanına hərracın keçirilməsi ilə bağlı rəsmi qaydada xəbərnaməli bildiriş göndərilmiş, eləcə də “Birja news” qəzetində də müvafiq qaydada elan yerləşdirilmişdir.

36. Bununla yanaşı məhkəmə “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmadığını, yalnız “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulduğu vurğulanmışdır.

37. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

38. Habelə, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

39. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar