Məhkəmə qərarları › İş №2(004)-3114/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3114/2020

29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3114/2020 29.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı «xxxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxxx» ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 350 manat məbləğində verilmiş sığorta ödənişin və 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin “xxxxxxxxxxxxx” ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, «xxxxxxxxxxxxx» ASC-də 01.12.2017-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Hyundai Tucson” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 29.11.2018-ci il tarixdə Cavabdeh1 tərəfindən idarə edilərkən Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində x2 tərəfindən idarə olunan “Kia Optima” markalı, **-RA- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Xəzər Rayon DYPŞnin x7 Haqqında Qərarı ilə Cavabdeh2 x1 335.3-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində 180 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(004)-2064/2018 saylı, 29.10.2018-ci il tarixli qərarı ilə Cavabdeh1 İXM-nin 332.4-cü maddəsi ilə təsqirli bilinərək, 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Müəyyən edilmişdir ki, hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar 350 manat məbləğində sığorta ödənişi verilmişdir. Eyni zamanda “Hyundai Tucson” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin x5 olduğu müəyyən edilmişdir. Sözü gedən avtomobil qanuni əsaslarla idarə edilmək üçün Cavabdeh2 verilmiş və “Hyundai Tucson” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun faktiki istifadəsində olan zaman qanuni əsaslar olmadan Cavabdeh1 istifadə üçün verilmiş və o da, özü növbəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 21, 936.2, 1096, 1097, 1108.2, 1114 və «x4» Azərbaycan Respublikası Qanununun 25.13 və 25.2-ci maddəsinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 350 (üç yüz əlli) manat məbləğində verilmiş sığorta ödənişi tutularaq iddiaçı «xxxxxxxxxxxxx» ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 20 (iyirmi) manat 40 (qırx) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq «xxxxxxxxxxxxx» ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 350 (üç yüz əlli) manat məbləğində verilmiş sığorta ödənişi tutularaq iddiaçı «xxxxxxxxxxxxx» ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat 40 (qırx) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq «xxxxxxxxxxxxx» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar