Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3124/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakın bazar qiymətinin yenidən müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakın bazar qiymətinin yenidən müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, **-SR-*** dövlət qeydiyyat nişanlı Ford Tranzit yük markalı avtomobilin real bazar qiymətinin yenidən müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Lənkəran rayon 1 saylı Notariat Konturunun xx.xx.2024-cü il tarixli, 8i-1405 saylı icra qeydinə əsasən, borclu İddiaçı mülkiyyətində olan “Ford Transit MİNİK” markalı, **- SR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə tutma yönəldilmişdir. Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli “borclunun əmlakının axtarılması haqqında” və “əmlak üzərinə həbs qoyulması barədə” qərarlarına əsasən, İddiaçı mülkiyyətində olan “Ford Transit MİNİK” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, LP-046/2024 saylı mütəxəssis rəyi və qiymətləndirilmə hesabatına əsasən, İddiaçı mülkiyyətində olan “Ford Transit” yük markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 22000 manat qiymətləndirilmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin ******* saylı, xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən, İddiaçı məxsus olan əmlak "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. xx.xx.2024-cü il tarixli hərrac bildirişinə əsasən, hərracın tarixi və vaxtı 29 may 2024-cü il, saat 11:00 müəyyən edilmişdir. İşin hallarından aydın olur ki, İddiaçı Cavabdeh MMC tərəfindən müəyyən edilmiş “Ford Transit” yük markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti ilə razılaşmayaraq, avtomobilin real bazar qiymətinin yenidən müəyyən edilməsini xahiş edir. İddiaçıya izah olunmalıdır ki, icra icraatının gedişində icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) narazı qalan tərəflər sözügedən halları bu barədə ayrıca iddia qaldırmaqla deyil, müvafiq məhkəməyə şikayət verməklə icra icraatı qaydasında mübahisələndirə bilər. Müvafiq olaraq belə şikayətlərə əsas işin davamı kimi baxılmalı, şikayətlə bağlı materiallar və ona dair qəbul edilmiş məhkəmə aktları ayrıca icraatda toplanmamalı, məhz həmin əsas işin tərkibində olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 02/2021 saylı 24 noyabr 2021-ci il tarixli “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiq üzrə” qərardadından görünür ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya icra mərhələsində icra məmurunun qərar və hərəkətlərini (hərəkətsizliyini) ayrıca iddia qaldırmaqla deyil, icra icraatı qaydasında şikayət verməklə mübahisələndirə bilmək hüququ izah olunmalı, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakın bazar qiymətinin yenidən müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı icra mərhələsində icra məmurunun qərar və hərəkətlərini (hərəkətsizliyini) ayrıca iddia qaldırmaqla deyil, icra icraatı qaydasında şikayət verməklə mübahisələndirmə hüququ izah olunsun. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-3124/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3124/2024
23.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver