Məhkəmə qərarları › İş №2(004)-3173/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3173/2021

27.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3173/2021 27.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdeh “xxxx” MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDX-nin yanında DƏDRX-nın 4 saylı Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “xxxx” MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDX-nin yanında DƏDRX-nın 4 saylı Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası ƏMDX-nin yanında DƏDRX tərəfindən “xxxx” MMC-yə verilmiş xx.xx.2014-cü il tarixli ******* saylı, xx.xx.2014-cü il tarixli ******* saylı və xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışların etibarsız hesab edilməsi, xx.xx.2003-cü il tarixli JN-0639 seriyalı 30800108 nömrəli dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin ərazisində yerləşən 20,0 ha torpaq sahəsinin cavabdeh tərəfindən tutulmuş hissəsində inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı iddia tələbində xx.xx.2003-cü il tarixli dövlət aktına əsasən mülkiyyətində olan Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin ərazisində yerləşən 20,0 ha torpaq sahəsinə dair cavabdehin adına verilmiş çıxarışların etibarsız hesab edilməsini, həmin torpaq sahəsinin cavabdeh tərəfindən tutulmuş hissəsində inşa edilmiş tikililərin sökülməsini və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılmasını xahiş edir. Bu səbəbdən hazırkı iddia tələbi - torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi haqqında olduğuna görə Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinin tələbinə uyğun olaraq torpaq sahəsinin olduğu yerə görə (müstəsna aidiyyat qaydasında) Abşeron rayon Məhkəməsinə verilməlidir. Hazırkı iddia ərizəsi aiddiyyət qaydalarının pozulması ilə verildiyinə görə, ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, müstəsna aidiyyat üzrə torpaq sahəsinin olduğu yerə görə Abşeron rayon Məhkəməsinə müraciət edə bilər. Çünki, Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 39.1, 152, 152.1.3, 263-264cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “xxxx” MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDX-nin yanında DƏDRX-nın 4 saylı Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar