Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3176/2021 15.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı “mənzil əşyalarının məhv edilməsi ilə bağlı dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı mənzil əşyalarının məhv edilməsi ilə bağlı dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən 10 saylı mənzildəki daşınar əşyaların dəyəri kimi, 371.120.00 (üç yüz yetmiş bir min yüz iyirmi) manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddiaçı və ailə üzvlərinin ünvan 1 ünvanda yerləşən 10 saylı mənzildən istifadə və sahiblik hüququnun cavabdehlər tərəfindən məhrum edildiyi üçün dəymiş maddi ziyanın həcmininin 40.000 (qırx min) manat müəyyən edilməsi və həmin məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, mənəvi zərər kimi 100.000 (bir yüz min) manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki ,əşyaların harda olduğunu bilmirlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 17.06.2021-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı gedib əşyalara baxmaq istəmir, ümumiyyətlə onlara orda hansı əşyaların olduğu maraqlı deyil. Bildirmişdir ki, cavabdeh 2018-ci ildən iddiaçını mənzilidə yaşamağa qoymayıb. Onlara dəymiş ziyanı sübut etmək yükü iddiaçının üzərində deyil. İddiaçı mənzilindən məhrum edilmişdir, bu proses MMC və Nəsimi İcra hakimiyyəti tərəfindən həyata keçirilmişdir. Əşyaların videogörüntüsü çəkilmiş, hətta iddiaçının qızıl-zinət əşyaları həmin mənzildə olmuşdur. Cavabdeh sübut etməlidir ki, iddiaçıya ziyan dəyməyib, mənzildən və əşyalarından məhrum olan iddiaçıdır. 17.06.2021-ci il tarixdə məhkəmə iclasında iştirak Cavabdeh1 MMC –nin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, bina qəzalı vəziyyətdə olduğundan sökülüb. Əvvəlcədən İddiaçı məlumat verilmışdir, lakin məcburiyət qarşısında Mənzil Kommunal Birliyinin əməkdaşları, polis sahə inspektoru və Cavabdeh1 MMC-nin 3 nümayəndəsinin iştirakı ilə iddiaçıya məxsus əşyalar saxlanc anbarına qoyulmuşdur. Fevral ayından bu günə qədər dəfələrlə iddiaçıya zəng olunaraq gəlib əşyalarını götürməsi deyilsə də, iddiaçı gəlib ona məxsus əşyaları götürməmişdir. Götürülən əşyalar bir-bir yazılaraq akt tərtib edilib və səliqəli şəkildə saxlanc anbarına qoyulmuşdur. Akt İcra Hakimiyyətinin nümayəndəsi ilə birlikdə tərtib olunmuşdur. 01.07.2021-ci il tarixdə keçirilən məkhəmə iclasında iştirak edən Cavabdeh1 MMC –nin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı gəlib əşyalarına baxa bilər, əgər əşyalarına ziyan dəydiyini aşkar edərsə onlar həmin zərərin əvəzini ödəyəcəklər. İddiaçıya heç bir ziyan vurulmayıb, hansı ziyandan söhbət gedə bilər. Onlar siyahı tərtib ediblər, gəlib baxsınlar, ziyan dəyibsə iddia qaldırsınlar. Onlar iddiaçının əvəzinə əşyalar məhv olmasın deyə onun xeyri üçün əşyaları götürüblər. Onlar hüç bir hüquqazidd əmələ yol verməyiblər, əksinə içtimai faydalı hərəkət ediblər. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 17.06.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi H.Aberkarov məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddia tələbini qəbul etmir, binanı sökən də, tikən də Cavabdeh1 MMC-dir. Hazırki mülki iş üzrə Cavabdeh2 cavabdeh olmamalıdır. Çünki onlar əşyaların çıxarılmasında iştirak etməyiblər. Əşyaların çıxarılmasında iştirak edən Mənzil Kommunal Birliyinin Cavabdeh2nə tabeçiliyi var. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş matariallarında olan ÖM №190840 seriya nömrəli BAkı şəhər İcra Hakimiyyəti texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin qeydiyyat vəsiqəsinə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən 10 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı Şəhər Cavabdeh2 Başçısının 23.06.2017-ci il tarixli, 172 saylı sərəncamına əsasən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86№-li qərarını rəhbər tutaraq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1052 saylı, 12.06.2017ci il tarixli şəhərsalma əsaslandırılması barədə məktubu nəzərə alaraq, Cavabdeh1 MMCyə Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin 49 illik istifadəsinə verilmişdir. İş materiallarında olan 07.07.2017-ci il tarixli Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış müqaviləyə əsasən müəyyən olunur ki, Cavabdeh1 MMC tərəfindən Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki binaların tikintisi üçün NK qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ərazidə tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması hazırki müqavilənin pedmetini təşkil edir. İş materiallarında olan 09.02.2021-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanda yerləşən 10 saylı mənzil qəzalı vəziyyətdədir və mənzilə daxil olmaq çox təhlükəlidir. Həmçinin, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 12.12.2020-ci il tarixli 37/34-07837 saylı telefonoqramına əsasən bina yaşamaq üçün təhlükəli vəziyyətdədir. Lakin, mülkiyyətçi Həmid Əfəndiyev və ailə üzvləri Gülarə Əfəndiyeva və Elmar Kərimov mənzilə daxil olaraq oraya baxış keçirmək istəyilər. Nəsimi RİHBA Baş məsləhətçisi Elvin Bağırov, Cavabdeh1 MMC-nin direktoru Məmməd Ələkbərov, 13 saylı MKİS-in mühəndisi Vasif Nuriyev və Nəsimi RPİ-nin Ərazi üzrə sahə inspektoru X1 tərəfindən sözügedən mənzilin mülkiyyətçisi və sakinlərinə binaya daxil olmağın təhlükəli olması barədə bir daha izahat verilmiş və binaya giriçin tövsiyyə edilmədiyi bildirilmişdir. Vətəndaşlar bununla bağlı bütün məsuliyyətin öz üzərlərinə düşəcəyinə söz verirlər. Hər hansı xoşagəlməz hal baş verəcəyi təqdirdə bütün məsuliyyət vətəndaşlar H.Əfəndiyev, G.Əfəndiyeva və E.Kərimova həvalə olunur. Sağlamlıqlarına hər hansı bir xətər olduqda adı çəkilən inzibati qurumların heç bir məsuliyyəti olmayacaqdır. X15, Məmməd Ələkbərov, Vasif Nuriyev, Nizami Hüseynli, Həmid Əfəndiyev, Gülarə Əfəndiyeva və Elmar Kərimov tərəfindən imzalanmışdır. İş materiallarında olan 03.03.2021-ci il tarixli Cavabdeh1 MMC-nin direktoru Ələkbərov Məmməd Rafiq oğlu, Fədək” MMC-nin texniki təhlükəsizliyə nəzarət üzrə mühəndisi Babayev Adəm, Fədək” MMC-nin X7, Nəsimi rayonu 13 saylı MKİS-in mühəndisi Nuriyev Vasif Firqət oğlu, sahə nəzarətçisi X2, Nəsimi RPİ-ni 20-ci sahəsinin PB-nin sahə inspektoru polis leytenantı X5 tərəfindən imzalanmış aktdan görünür ki, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi telefonoqramda Cavabdeh2nə müraciət edərək bildirmişdir ki Azadlıq prospekti 80 saylı ünvanında Vaqif prospektinə baxan 3 girişli 4 mərtəbəli yaşayış binası qəzalı vəziyyətdə olduğuna görə hazırda hava şəraiti və yağan qar, yağış suları nəticəsində yarı uçmuş vəziyyətdə olmaqla ətrafdakılar üçün ciddi təhlükə yaratmışdır. Bina sakinləri təxliyə edilmiş, əşyaları aktlaşdırılaraq götürülmüş və özlərinə təhvil verilmişdir. Müayinə zamanı ikinci girişin 1-ci mərtəbəsində yerləşən 10№-li mənzildə otaqların birində tavanın üçması, mənzildə yaşayışın olmaması və mənzilin daxilində məişət əşyalarının qaldığı müəyyən edilmişdir. Mənzilin mülkiyyətçisi Həmid Efendiyevlə telefon vasitəsilə əlaqə saxlanılmış, mövcud vəziyyət ona izah olunmuş, o halhazırda Bakıda olmadığını və hazırda gəlib əşyaları təhvil ala bilməyəcəyini bildirmişdir. Bu səbəbdən mənzilin daxilindəki əşyaların videoçəkiliş vasitəsilə aktlaşdırılaraq, xüsusi ayrılmış sahəyə yerləşdirilməsini xahiş etmiş, daha sonra gəlib götürəcəyini demişdir. Bununla əlaqədar olaraq, aktı imzaedənlər həmin ünvanda olmuş, aktlaşdırma zamanı müraciətdə qeyd olunmuş faktlar öz əksini tapmışdır. Aşağıda göstərilən əşyalar qeyd edilmişdir: yataq otağı 1- televizor Shap, paltar skafı, termo güzgülü, pianino Royal, kondisioner 1 ədəd, videokamera balaca, tumbuçka, balaca şkaf, servis (qab-qacaq), noçnik-2 ədəd, sumkalar, zinət əşyası hesab edilməyən adi bəzək əşyaları, radio, müxtəlif sənədlər, suvenirlər, ayaqqabılar, yataq otağı2- kreslo, yataq dəsti, tumbuçka 2 (iki) ədəd, əl kamerası, kalonka balaca, ütü, paltar şkafı, kondisioner, paltar, suvenir; yataq otağı 3xalça, paltar şkafı, yataq dəsti, kondisioner 1(bir) ədəd, paltar, suvenir güzgü, müxtəlif kitablar, zinət əşyaları hesab edilməyən bəzək əşyaları; mətbəx- soyudu 3 ədəd, televizor LG balaca, peç LG, peç simfer, sok maşını, tefal su qızdırıcı, paltaryuyan, qab-acaq, saxsı qablar; dəhliz – termo güzgülü, şəkil 4 ədəd, 3(üç) ədəd silah 1(bir) ədəd tir,1 (bir) ədəd sınmış tüfəng lüləyi və qundağı. Qeyd edilən əşyalar mənzildən çıxarılaraq Fədək” MMC-nin gözətçisi X3 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş cavavdeh Fədək” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 İzzət oğlu tərəfindən təqdim edilmiş siyahıdan görünür ki, iddiaçıya məxsus mənzildən Paltaryuyan (Samsung) 1 ədəd, Kondisioner (Bergmann) 1ədəd, Qaz peçi (İCE) 1 ədəd, soyuducu (Flush Back) 1ədəd, soyuducu (İndesit) 1ədəd, Televizor (Star)1 ədəd, mikro dalğalı soba (LG) 1ədəd, televizor (Samsung) 1ədəd, Pianino 1ədəd, Çamadan içində(notebook çantası, əl çantası,idman çantası, kişi çantası, bazar çantası 1 ədəd, soyuducu (kod: tbg 165AZBRWH) 1 ədəd, stol 2ədəd, Yataq dəsti 2 ədəd, Portret 1ədəd, Portret(gül şəkli) 1ədəd, güzgü 1 ədəd, 3 korobka müxtləlif kitablar və 1 çanta kitab 3 ədəd, 1 korobka ayaqqabı 13ədəd, televizoraltı 1ədəd, 1 korobka(xırdavat, çanta, balonka, idman paltarı, 5 ədəd futbolka, çantalar) 1ədəd, 1 korobka pərdə, mələfə 1ədəd, 1 korobka xırdavat, 1 korobka qab-qacaq, 1 çamadan (əl çantası, ədyallar),1 korobka paltar-paltar, 1 korobka ip və balaca koşelok, 1 korobka paltar, 1 çamadan süfrələr, 1 korobka paltarlar, 1 çanta süfrələr, 2 balaca və 1 böyük xalça, 2 korobka mələfə, çuxol, 1 bağlama paltar, 1 sarı meşok qarışıq paltarlar, 1 korobka kitab, taxta heykəl 1ədəd, 1 korobka paltar, qaz açarı 1 ədəd, 1 çanta qadın, kişi paltarı, blender (REDMOND) 1ədəd, salat doğrayan (Multi Wonder) 1ədəd, salat doğrayan (Polaris) 1 ədəd, kukla (şir) 1 ədəd,, kopron yemək dəsti 1 ədəd, 1 qara çanta yun ədyallar, şüşə qab (Paşabahçe) 2ədəd, şüşə suvenir 1 ədəd, 1 yaşıl sumka süfrə və qadın paltarı, 1 sarı çanta parçalar, yaşıl pərdə 1ədəd, 1 korobka paltar, qırmızı çanta yorğan, 1 sarı çanta çuxol, mələfə,1 korobka paltar, tefal çaynik 1 ədəd, 1 ədəd yorğan, 2 ədəd balınc, naçnik 1 ədəd, 1 korobka kitab, 1 sarı kopron yeşik (hamam dəsti, sabun, yeşik), qazan (Premier) 2 ədəd, sarı dəri çanta (parçalar), sarı çantada bijuteriya 1 ədəd, meyvə qabı 3 ədəd, balaca stəkan 9 ədəd, bakal (ayaqqabı şəkli) 2ədəd, şüşə naçnik 1 ədəd, kül qabı 1 ədəd, qrafinka 1 ədəd, suvenir (adam şəkli) 1 ədəd, salat boşqabı 20 ədəd, yemək boşqabı 7 ədəd, çay fincanı 8 ədəd, vaza (xrustal) 1 ədəd, mürəbbə qabı 3 ədəd, bakal 1 ədəd, Madonna serviz ( çaynik -1 ədəd, fincan - 9 ədəd), Madonna boşqablar 12 ədəd, kofe fincanları 6 ədəd,6 ədəd kofe fincanı, 6 ədəd nəlbəki, dəst salat boşqabları 24 ədəd, böyük salat qabı 1 ədəd, çay servizi (1 ədəd pesok qabı, 1 ədəd çaynik) , 1 ədəd qənd qabı, 6 ədəd nəlbəki, 6 ədəd fincan, böyük dəm çayniki 1 ədəd, boş koşelok 1 ədəd, ədyal (yun) 1ədəd, suvenir butulkalar 12 ədəd, setka qab 1 ədəd, elektrikli 1 tava ədəd, 2 əl məhrabası, 4 böyük məhrəba 6 ədəd, 2 dəst qadın alt paltarı, kül qabı 2 ədəd, böyük boşqab 12 ədəd, çay dəsti (6 ədəd fincan, 6 ədəd nəlbəki), 6 ədəd salat boşqabı, 1 ədəd sok qrafini, 6 ədəd fincan, boş çanta 2 ədəd, boş çanta 1 ədəd, kauçuk vanna 3 ədəd, palto 1 ədəd, kətan şalvar 2 ədəd, hamam xalatı 1 ədəd, qadın köynəyi 5 ədəd, qadın pencəyi 2 ədəd, qadın çəkməsi 1 ədəd, toxuma ipi (balaca) 12 ədəd, toxuma ipi (böyük) 21 ədəd, paltar asılqanı 1 ədəd, 1 korobka açılmamış qazan dəsti, 1ədəd ədyal, 2 ədəd balaca yastıq, krasovka ( 1 ədəd - qadın və 1 ədəd - kişi üçün), çəkmə (kişi) 1 cüt, piti qabı 3 ədəd, balaca banka bal 1ədəd, cins pencək (kişi) 1 ədəd, böyük məhrəba dəsmal 1 ədəd, limonad duşes (7 ədəd böyük və 4 ədəd balaca),1 ədəd albom, 1 ədəd skop, 1 ədəd adapter,1 ədəd qadın eynəyi, 1 ədəd kişi eynəyi,1 korobka müxtəlif kitablar, sulu qəlyan 1 ədəd, qadın çantası 3 ədəd,kişi şalvarı 1 ədəd, kişi köynəyi 2 ədəd, qadın pencəyi 1ədəd, kişi pencəyi 1 ədəd, böyük fincan 2 ədəd, qənd qabı 1ədəd , bel qaşıyan 1 ədəd, suvenir xəncər 2 ədəd, kitab (müxtəlif) 2 ədəd, 1 korobka sap (müxtəlif rəng), adaptor (telefon) 5 ədəd, şirniyyat qabı 1 ədəd, suvenir (şüşə) 1 ədəd, böyük dəsmal 3 ədəd, uzadıcı kabel 3 ədəd, saat (stolüstü) 1 ədəd, şampun 1 ədəd, suvenir (1 dəd adam şəkli, 1 ədəd ayaqqabı şəkli), asılqan 1 ədəd, idman çantası 1 ədəd, dəm çayniki 1 ədəd, qadın xalatı 1 ədəd, böyük dəsmal 8 ədəd, qadın xalatı 1 ədəd, çexol, mələfə 12 ədəd, qız kukla 1 ədəd, mürəbbə qabı 6 ədəd, vaza 1ədəd, parça (top) 4 ədəd, qadın koftası 2 ədəd, 1 korobka paltar, kişi ayaqqabısı 1 ədəd, qadın ayaqqabısı 1 cüt, qyaqaltı (rəngli) 1 ədəd, termos ( balaca) 1 ədəd, ədyal (təzə) 1 ədəd, mikser 1ədəd, şirə çəkən 1ədəd, vaza 1 ədəd, piti qabı 2 ədəd , böyük boşqab 4 ədəd, nəlbəki 4 ədəd, qazan 3 ədəd, bakal 7 ədəd, termos (balaca) 1 ədəd, nəlbəki 5 ədəd, boşqab (böyük) 8 ədəd, termos (balaca) 1 ədəd, fincan (çay) 12 ədəd, kasa 6 ədəd, bakal 1ədəd, parça 1 ədəd, tül pərdə 1 ədəd, jilet (qadın) 2 ədəd, başmaq (qadın) 2 ədəd, sap (hörmə) 18 ədəd, 1 korobka paltar, kitab (müxtəlif) 3ədəd, səs kolonkası 1 ədəd, naçnik 2 ədəd, termos (yemək üçün) 1ədəd, boş koşelok 1 ədəd, kəlbətin 1ədəd, 1 korobka kişi, qadın paltarı, it çantası 1 ədəd, kauçuk çanta 1 ədəd, suvenir 3ədəd, kül qabı 2 ədəd, vaza 2 ədəd, suvenir 2ədəd, böyük vaza 1 ədəd, rəng qabı 1 ədəd, çaynik (dəm) 1 ədəd, piti qabı 2 ədəd, şərab qabı 3 ədəd, 1 ədəd su qabı, 6 ədəd fincan (serviz),1 korobka su qabı dəsti , təsbeh 1 ədəd, adaptor 3ədəd, termos 1ədəd, tərəzi 1 ədəd, çəkmə (qadın) 1 ədəd, 1 korobka paltar 1 ədəd, şərf 3 ədəd, əl tərəzisi 2 ədəd, fen 1ədəd, çətir 1 ədəd, zvonok (qapı) 1ədəd, portret 4 ədəd, keçmiş pul vahidi 1 ədəd, 1 Korobka paltar,suvenir (adam heykəli) 3 ədəd, eynək (görmə) 4 ədəd, ralyon (cizgi filmi)disk 1ədəd, kişi ətri 1 ədəd, əl çantası (qadın)2 ədəd, çanta (qadın) 2ədəd,koşelok 3ədəd, fincan (böyük) 1ədəd, 1 korobka paltar, Ədyal (böyük) 1ədəd, yataq örtüsü 1ədəd, qadın paltarı 1 ədəd, bulud (qab) 1 ədəd, Güldan 2ədəd , boşqab (böyük) 14ədəd, boşqab (kiçik) ədəd 14, nəlbəki 16ədəd, fincan 16 ədəd, Ləpə qabı 12 ədəd, bakal (böyük) 1ədəd, rəng qabı 1ədəd, bakal (çəkmə)1ədəd, Bakal (böyük) 1ədəd, meyvə qabı 1ədəd, vaza 3ədəd, qazan (Elektrik) 1ədəd, Qazan 1ədəd ,təzyiq ölçən 1ədəd,uzadıcı kabel 1 ədəd, 1 korobka yeni il aksessuarları (yolka oyuncaqları), ütü 1ədəd, meyvə qabı 7ədəd, Şlanq (işıq) 1ədəd, 1 korobka paltar, toxumaq üçün iynələr 16ədəd, ip (kəndir) 1 paçka, toxumaq üçün iplər 4ədəd,çay dəsti (1 çaynik, 12 ədəd fincan, 12 ədəd nəlbəki, 1 qənd qabı və 1 pesok qabı),bulud (meyvə qabı) 2ədəd, dəsmal (böyük) 1ədəd, dəmir qab 3 ədəd, meyvə doğrayan 1ədəd, 2 banka xiyar şorabası,2 banka düyü (yarımçıq), meyvə qabı 4ədəd, Boşqab 23ədəd, fincan 12 ədəd, böyük boşqab 2 ədəd, iynə-sap qabı 2 ədəd, qlobus 1 ədəd,1 korobka paltar 1ədəd, 1 korobka şəkil çərçivələri, payalnik 1ədəd, elektrik qazan 2ədəd, qazan 3 ədəd, salafan (1 rulon), Şiprist 1ədəd , boş açar çamadanı 1ədəd, elektron tərəzi 1ədəd, naçnik 1ədəd, elektrik qazan 2 ədəd, 2 ədəd böyük bulud, 14 ədəd boşqab, 4 ədəd meyvə qabı, 14ədəd balaca boşqab, 1 korobka musiqi diski, 1 korobka yolka aksessuarı, Dərman koşeloku 2ədəd,Massaj aparatı1 ədəd,Krem 6ədəd, fen (saç)1ədəd, qadın paltarı (4 dəst), apteçka 1ədəd,xalat (qadın) 1ədəd,Gözəllik salonuna aid ( kiprik) 1 korobka, telefon (köhnə mobil telefon; Samsung) 1 ədəd, paltar 3 korobka, ayaqqabı 1ədəd,Tozsoran 1ədəd,1 korobka qadın ayaqqabısı, 1 korobka dəftər ləvazimatı, 1 korobka ədyal, termos (elektrik) 1ədəd, Çaynik (elektrik) 3ədəd, Şahmat 1 ədəd, Koşelok 3 ədəd, Domino 1ədəd, Viski qabı 1ədəd, Duşes 1ədəd, 3 ədəd uzadıcı kabel, Adaptor (telefon) 3 ədəd, 1 korobka sap (toxumaq üçün), 1 ədəd pərdə, 2 korobka paltar (qarışıq) ədəd, nərd taxta 1 ədəd, Kondisioner 1 ədəd, 1 korobka qadın paltarı, televizor LG 1ədəd, xalat 1 ədəd, serviz (böyük boşqab) 4 ədəd, Kiçik boşqab 4, remen 4ədəd, xalat (qadın) 2 ədəd, 1 çamadan məhrəba, 1 korobka paltar , 1 korobka başmaq, 2 korobka paltar, 3 korobka paltar, 1 korobka paltar, pərdə 1ədəd, palaz 1 ədəd, paltar 1ədəd, 1 korobka xırdavat (düymə,iynə,sancaq) , banka 2 ədəd, Vaza 2 ədəd, çaynik (böyük) 1ədəd, 1 korobka ip (hörmə), çamadan 1ədəd, radiator 1 ədəd, çanta (idman) 5 ədəd, yataq örtüsü 4 ədəd, çanta 1 ədəd, ədyal (yun) 1 ədəd, hərbi forma ( 2 komplekt) ,pərdə 1 ədəd, yorğan 1ədəd, naçnik 1 ədəd, t elevizor altlığı 1 ədəd, ət çəkən maşın 1ədəd , palto 1 ədəd, yorğan 2 ədəd, 1 korobka paltar, 1 korobka qadın paltarı,1 çanta parça, yastıq 1 ədəd, setka səbət 1ədəd, 1 ədəd yorğan, 2 ədəd yastıq, 1ədəd manqal (elektrik),6 ədəd nəlbəki, 2 ədəd pesok qabı,1 bağlama paket paltar, 1 ədəd Kreslo (massaj), 2 ədəd mürəbbə (3 kq) , 2 ədəd Vaza (böyük), çaynik, 12 ədəd fincan, 12 ədəd nəlbəki, 2 ədəd pesok qabı,1 korobka paltar,1 korobka şəkil , 1 ədəd Ət çəkən maşın (əl), 4 ədəd Vanna (kauçuk), 1 ədəd Qazan , 1ədəd Başmaq, 12 ədəd İp (hörgü), 12 ədəd boşqab (böyük), 3 ədəd vaza, 4 ədəd bokal, 19 ədəd Paltar, 1 ədəd Soba (Simfer), 1 paket baş yaylığı, 3 ədəd Oyun kartı, 3 ədəd elektrikli tava, 1 ədəd Universal mətbəx maşını, 1 karobka paltar, 1 ədəd Güzgü, 2 ədəd Foto çərçivə, 1 korobka xırdavat, 1 korobka paltar, 1 paket ədyal, 1 ədəd Açılan stul, 1 korobka paltar, 1 paket ip (toxuma), 1 korobka kitab, 1 ədəd Yorğan, 1 ədəd Mücrü Pandora bijuteriya boyunbağı), 1 ədəd Klaç (içərisində boyunbağı bijuteriya), Adriana Vitadini sadə, 1 ədəd muncuqlu saat, 1 ədəd Gün eynəyi (Daniel Klin), 1 ədəd Gün eynəyi (Massimo Dutti), 1 ədəd Foto kamera (Nikon), 1 ədəd Mücrü (içərisində bijuteriya), 1 ədəd Suviner (içərisində 44000 Özbək pulu), 1 ədəd Mücrü (içərisində bijuteriya üzüklər), 1 ədəd Göy salafan içərisində kosmetika, 3 ədəd Adapter, 1 ədəd Kisə (işərisində qara muncuq bijuteriya), 1 ədəd Yaşıl qolbaq bijuteriya (qutuda), 1 ədəd Ağ qutu (işərisində breloklar, açar), 1 ədəd Qırmızı mücrü (içərisində qara muncuq boyunbağı bijuteriya), 1 ədəd Sarı balaca qutu (boş), 2 ədəd Ağ balaca qutu (boş), 1 korobka plastik kartlar, 1 ədəd Doro Matra, 1 ədəd Şəkil albomu, 1 ədəd Qara eynək qabı (boş), 1 ədəd Yaşıl papka (işərisində xəstəxana kağızları), 1ədəd Spirometr, 1 ədəd Givenchy eynək qabı (boş), 1 ədəd Chanel paket (içərisində xırda qəpiklər), 1 səbət qadın aksessuarları, 1 salafan (içərisində 3 ədəd papka), 1 salafan (içərisində 2 ədəd kəlbətin) 1 salafan (içərisində sənəd), 1 salafan (içərisində 1 Quran, sənəd), 1 salafan (içərisində sənəd) götürülmüş və hal hazırda Fədək MMC-in saxlanc anbarında saxlanılır. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehlərin ona məxsus əşyalara ziyan vurmasını əsas gətirərək ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb etsə də, iddia tələbinin əsaslandığı hallarla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus əşyalara ziyan vurması, eləcə də iddiaçıya maddi və mənəvi zərər dəyməsi, ünvan 1 ünvanda yerləşən 10 saylı mənzildən istifadə və sahiblik hüququnun cavabdehlər tərəfindən məhrum edildiyi iş materiallarına əsasən müəyyən edilmir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Cavabdeh1 MMC tərəfindən iddiaçıya əşyaların saxlanıldılığı anbardan götürülməsi və əşyalara ziyan vurulduğu aşkar ediləcəyi təqdirdə zərərin Cavabdeh1 MMC tərəfindən ödənilməsi təklif edilmiş, iddiaçı bu təklilə razılaşmamış və sübutetmə yükünün cavabdehin üzərində olduğunu bildirmişdir. İş materialları ilə iddiaçıya hər hansı maddi və mənəzi ziyan dəyməsi məhkəmə tərəfindən müəyyən edilmir və iddiaçı tərəfindən sübuta yetirilmir, qeyd edilənlərə əsasən iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən 10 saylı mənzildəki daşınar əşyaların dəyəri kimi, 371.120.00 (üç yüz yetmiş bir min yüz iyirmi) manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddiaçı və ailə üzvlərinin ünvan 1 ünvanda yerləşən 10 saylı mənzildən istifadə və sahiblik hüququnun cavabdehlər tərəfindən məhrum edildiyi üçün dəymiş maddi ziyanın həcmininin 40.000 (qırx min) manat müəyyən edilməsi və həmin məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, mənəvi zərər kimi 100.000 (bir yüz min) manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3176/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3176/2021
15.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver