Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3178/2020 06.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixdə şifahi borc müqaviləsinə əsasən aldığı 300 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.2019cu il tarixdə şifahi borc müqaviləsinə əsasən tanışı Cavabdeh 10 gün müddətinə qaytarmaq şərtilə 300 manat borc pul vermişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Bu müddət ərzində dəfələrlə əlaqə saxlayıb maraqlandıqda işlərinin pis getdiyini, bundan başqa da borclarının olmasını bildirmişdir. Bununla bağlı cavabdehlə olan “whatsapp” yazışmalarını məhkəməyə təqdim edir. Qeyd edilən məsələ ilə bağlı Yasamal RPİ 29-cu PB-nə müraciət etmiş, lakin polis bölməsi tərəfindən qeyd edilən xüsusatların mülki xarakterli olması səbəbindən aiddiyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh ünvan 1 ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Həmçinin “AZEMİS” vasitəsilə +**********09 və +**********45 nömrəli mobil telefonuna “SMS” bildirişi göndərilməklə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiaəsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixdə şifahi borc müqaviləsinə əsasən Cavabdeh 300 manat borc pul vermişdir. Cavabdeh tərəfindən alınan borcu 10 gün müddətinə qaytarılması bildirilsə də, borcu geri qaytarmamışdır. İş materiallarında olan “whatsapp” vasitəsilə aparılan danışıqlardan görünür ki, borc verən tərəfindən dəfələrlə borcun ödənilməsi tələb edilmiş, lakin qarşı tərəf müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı 300 manat borcu iddiaçıya qaytarmamışdır. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixdə şifahi borc müqaviləsinə əsasən aldığı 300 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 320 manat pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixdə şifahi borc müqaviləsinə əsasən aldığı 300 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3178/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3178/2020
06.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver