Məhkəmə qərarları › İş №2(004)-3188/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3188/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3188/2020 10.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X6 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə və Əşrəfov Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı” Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Əşrəfov Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Subary-İmpreza” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1000 manat sığorta ödənişi məbləğin və ərizənin verilməsi ilə bağlı ödənilmiş 30,40 manat dövlət rüsumun, cəmi 1030,40 manat (bir yüz yetmiş manat qırx qəpik) məbləğində pul vəsaitin cavabdehlər Cavabdeh1 MMC-dən və Əşrəfov Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əşrəfov Cavabdeh2 xx.xx.2015-ci il tarixdə idarə etdiyi “Daewoo” markalı, ** AM *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, H.Əliyev prospekti ilə hərəkət edərkən “Subary-İmpreza” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Əşrəfov Cavabdeh2 avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Əşrəfov Cavabdeh2 avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Əşrəfov Cavabdeh2 təqsirli olması Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 3(027)- 676/2015 saylı İnzibati xəta haqqında iş üzrə Qərarında öz əksini tapmışdır. xx.xx.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Subary-İmpreza” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə 1000 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta Müqaviləsinin 019706 saylı sığorta aktına əsasən "İddiaçı” Sığorta Şirkəti 1000 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 1000 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərisəzinə etiraz təqdim etmiş və bildirilmişdir ki, iddia tələbinin Cavabdeh1 MMC-dən pul tələbinə hissəsi əsassızdır. Belə ki, xx xxx 2015-ci il tarixdə Əşrəfov Cavabdeh2 AL- 969 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və “Daewoo Gentra” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil M.Əşrəfovun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmçinin Cavabdeh1 MMC tərəfindən Əşrəfov Cavabdeh2 avtomobilin idarə olunmasına dair xx xxx 2015-ci il tarixli etibarnamə verilmiş və həmin etibarnamənin müddəti xx xxxx 2015-ci il tarixdə bitmişdir. Cavabdeh1 MMC tərəfindən xx xxxx 2015-ci il tarixdə lizinq alan Əşrəfov Cavabdeh2 xəbərdarlıq məktubu göndərilərək avtomobilin idarə olunmasına dair verilmiş etibarnamənin bitməsi və lizinq obyektindən heç bir hüquqi əsası olmadan istifadə nəticəsində üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. Qeyd olunanlara əsasən, İddiaçı Sığorta Şirkəti ASC cavadehlər Cavabdeh1 MMC və Əşrəfov Cavabdeh2 cəmi 1030.40 manat məbləğin iddiaçıya ödənilməsi tələbinin Cavabdeh1 MMC-dən tutulması hissəsi əsassızdır və buna görə də iddianın həmin hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Əşrəfov Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına olan AB 492583 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin suərtindən görünür ki, “Subary-İmpreza” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. İş materiallarına olan icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə electron çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixli PAT********** saylı X4 əsasında ** AM *** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtomobil "İddiaçı” Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. İş materiallarına olan Quba RDYPİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında xx xxxxxx 2018-ci il tarixli, MYP 629712 №-li protokolunun surətinə əsasən Əşrəfov Cavabdeh2 ** AM *** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtomobili idarə edərkən xx.xx.2015-ci il tarixdə Quba şəhəri, H.Əliyev prospektində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin tələbini pozaraq avtomobili sürücülük hüququ olmadan idarə edərək “Subary-İmpreza” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə vurmuşdur. Xəta nəticəsində X3 maddi zərər vurulmuşdur. Törədilmiş xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 152.4-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi zamanı sürücü Əşrəfov Cavabdeh2 verilmiş etibarnamənin müddəti bitmişdir. İş materiallarına olan Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 3(027)- 676/2015 saylı Qərardan görünür ki, Əşrəfov Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində həmin Məcəllənin 21-ci maddəsi tətbiq edilməklə ona qanunla nəzərdə tutulduğundan daha yüngül cəza – xəbərdarlıq cəzası təyin edilmişdir. İş materiallarına olan "İddiaçı” Sığorta Şirkəti ASC-nin X2 tərəfindən tərtib edilmiş 019706 saylı sığorta aktına əsasən, “Subary-İmpreza” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi miqdarı 1000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına olan X5 tərəfindən "İddiaçı” Sığorta Şirkəti ASC-yə ünvanlanmış ərizədən görünür ki, X5 ona ödəniləcək sığorta ödənişin özünə məxsus bank hesabına köçürülməsini xahiş etmişdir. İş materiallarına olan xx.xx.2015-ci il tarixli, 4637 saylı ödəniş tapşırığından görünür ki, "İddiaçı” Sığorta Şirkəti ASC tərəfindən X3 ödənilməli olan sığorta ödənişi ona məxsus bank hesabına ödənilmişdir. İş materiallarında olan “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, ** PD *** dövlət qeydiyyat nişanlı “Subary-İmpreza” markalı avtonəqliyyat vasitəsinə 1000 manat məbləğində zərər vurulmuşdur. İş materiallarına olan xx.xx.2015-ci il tarixli “Bayce Limited”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“İddiaçı Sığorta Şirkəti” ASC-dən 1000 AZN sığorta ödənişini almaq, “Bayce Limited” şirkətini təmsil etmək və bunula bağlı bütün zəruri hərəkətləri etmək hüququ X3 etibar edilmişdir. İş materiallarına olan Cavabdeh1 MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, ** AM *** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtomobil xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Əşrəfov Cavabdeh2 etibar edilmişdir. İş materiallarında olan pretenziya məktublarından müəyyən olunur ki, “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən cavabdehlər Əşrəfov Cavabdeh2 və Cavabdeh1 MMC-yə xəbardarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC-nin mülkiyyətində olan ** AM *** dövlət qeydiyyat nişanlı “Daewoo”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən icbari sığorta edilmişdir. Məhkəmə araşdıması zamanı müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi zamanı Əşrəfov Cavabdeh2 Cavabdeh1 MMC-nin mülkiyyətində olan ** AM *** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtonəqliyyat vasitəsini etibarnaməsiz idarə etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, Əşrəfov Cavabdeh2 sığortalanmış avtomobili etibarnaməsiz idarə edərkən “Subary-İmpreza” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə 1000 manat dəyərində zərər vurulmuşdur ki, həmin zərər “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan əlavə Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh Əşrəfov Cavabdeh2 sığortalanmış avtomobili etibarnaməsiz və sürücülük hüququ olmadan idarə edərək, təqsirli olduğu yol-nəqliyyat hadisəsi zamanı “Subary-İmpreza” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobillə zərər vurduğundan və həmin zərər “İddiaçı Sığorta” ASC ilə “xxxxxxxxxxxx” MMC arasında bağlanmış X4nin şərtlərinə əsasən sığortaçı “İddiaçı Sığorta” ASC tərəfindən ödənildiyindən, sonuncuda «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının 25ci maddəsinə əsasən verilmiş sığorta ödənişi həcmində cavabdehlərdən vurulmuş zərəri tələb etməkdən ibarət subroqasiya hüququ yaranmışdır. Bundan əlavə “DAEWOO GENTRA” markalı avtomobil məhz “xxxxxxxxxxxx” MMCnin mülkiyyətindədir və bilavasitə özü tərəfindən Əşrəfov Cavabdeh2 istifadəsinə verilmiş olsa da, sonuncu tərəfindən etibarnamənin müddəti bitəndən sonra idarə olunmuşdur. Başqa sözlə, Əşrəfov Cavabdeh2 avtomobilə hüquqa zidd şəkildə deyil, bilavasitə mülkiyyətçinin iradəsi ilə sahiblik etmiş, lakin bu sahiblik qanuni əsaslarla rəsmiləşdirilməyərək əslində avtomobilin müvafiq hüququ olmayan şəxs tərəfindən idarə olunmasına şərait yaradılmışdır. Bu isə o deməkdir ki, yüksək təhlükə mənbəyi hesab edilən “DAEWOO GENTRA” markalı avtomobilin hüququ olmayan şəxs tərəfindən idarə olunmasında “xxxxxxxxxxxx” MMC təqsirli olmuş və Mülki Məcəllənin 1108.2-ci maddəsinin üçüncü cümləsinin mənasına görə o, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımalıdır. Bu baxımdan məhkəmənin qənaətinə görə, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərə görə həm yol-nəqliyyat vasitəsinin törədilməsində təqsirli bilinmiş Əşrəfov Cavabdeh2, həm də yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsinin) sahibi “xxxxxxxxxxxx” MMC məsuliyyət daşımalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı “İddiaçı Sığorta Şirkəti” ASC-nin iddia tələbi əsaslı hesab edilməli, Cavabdeh1 MMC və Əşrəfov Cavabdeh2 1000 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq “İddiaçı Sığorta Şirkəti” ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq Cavabdeh1 MMC-nin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi üzrə qeyd edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Cavabdeh ərizəsində hazırda iddiaçının müqavilə tələbləri üzrə iddia qaldırdığını və müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olmasını və bu səbəbdən iddiaçının qanunvericilkdə nəzərdə tutulmuş müddəti buraxaraq məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci ümumi iddia müddəti on il təşkil edir. Belə ki, Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iş üzrə tərəflər arasında öhdəliyin əmələ gəlmə əsasını müqavilə deyil, cavabdeh Əşrəfov Cavabdeh2 təqsirli hərəkəti (delikt) nəticəsində vurduğu zərərin subroqasiya qaydasında tələb edilməsi təşkil edir. Bu halda tərəflər arasında müqavilə münasibəti olmadığı üçün müqavilə tələbləri üzrə qanunla müəyyən edilən üç illik iddia müddəti hazırki tələbə şamil edilə bilməz. Bununla bərabər Mülki Məcəllənin mülki hüquq pozuntuları (deliktlər) nəticəsində vurulmuş zərərin ödənilməsinin əsaslarını müəyyən edər müddəalarında xüsusi iddia müddəti müəyyən edilməmişdir. İddia müddətlərinin əsasların müəyyən edən qanunvericiliyin tələblərinə görə tələblərin ayrı-ayrı növləri üzrə xüsusi iddia müddətləri müəyyən edilmədiyi halda həmin tələblərə ümumi iddia müddətləri şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisə tərəfi olan Cavabdeh1 MMC iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia tələbinin məhz bu əsasla rədd edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı “İddiaçı Sığorta Şirkəti” ASC-nin iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 MMC və Əşrəfov Cavabdeh2 müştərək qaydada “İddiaçı Sığorta Şirkəti” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. “Subary-İmpreza” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1000 (min) manat sığorta ödənişi məbləği və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehlər Əşrəfov Cavabdeh2 və Cavabdeh1” X1 İddiaçı X6 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar