Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3189/2021 09.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ərizəsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 məxsus əşyaların məcburi qaydada ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yasamal yaşayış massivi, Talıblı küçəsində “xxxx” MMC tərəfindən inşa edilmiş binanın 1112 saylı mənzilndən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3ndə “xxxx” MMC tərəfindən inşa edilmiş binanın 1112 saylı mənzilinin ½ hissəsi ona məxsusdur. Belə ki, bununla bağlı cavabdehlə aralarında olmuş məhkəmə mübahisəsi nəticəsində yekun olaraq məhkəmə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş binanın 1112 saylı mənzilinin ½ hissədə iddiaçıya, ½ hissədə isə X3 pay haqqının olmasını müəyyən edilmişdir. Lakin həmin qətnamə qüvvəyə mindikdən sonra da cavabdeh könüllü qaydada qeyd edilən mənzili boşaldaraq ona təhvil vermədiyi üçün o yenidən cavabdehin məcburi qaydada qeyd edilən mənzildən çıxarılması və ailə üzvləri ilə birlikdə qeyd edilən mənzilə köçürülməyi haqqında məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Yekun olaraq məhkəmə cavabdehin qeyd edilən mənzildən məcburi qaydada çıxarılmasını və ailə üzvləri ilə birlikdə onun qeyd edilən mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə artıq icra edilmiş və cavabdeh məcburi qaydada qeyd edilən mənzildən çıxarılmış və o ailə üzvləri ilə birlikdə qeyd edilən mənzilə köçürülmüşdür. Lakin indi də cavabdeh ona məxsus olan əşyalarını qeyd edilən mənzildən çıxarmaqdan imtina edir. Cavabdehlə bununla bağlı apardığı danışıqlar isə heç bir nəticə verməmişdir. Belə ki, cavabdeh könüllü olaraq əşyalarını qeyd edilən mənzildən çıxardaraq mənzili boşaltmaqdan imtina etmişdir. Bu isə onun hüquqlarını kobud şəkildə pozur. Belə ki, cavabdehin əşyaları ona mənzildən sərbəst surətdə istədiyi kimi istifadə etməyə imkan vermir. Bu səbəbdən də o, pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra İddiaçı vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd “LG” markalı paltaryuyan, 1 ədəd mətbəx stolu, 4 ədəd mətbəx stulu, yataq dəsti (1 ədəd 2 nəfərlik çarpayı, 1 ədəd şkaf, 1 ədəd termo), yataq dəsti (2 ədəd 1 nəfərlik çarpayı, 1 ədəd şkaf, 1 ədəd tumba), 1 ədəd “Elenberg” markalı televizorun məcburi qaydada ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Yasamal yaşayış massivi, Talıblı küçəsində “xxxx” MMC tərəfindən inşa edilmiş binanın 1112 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə və iddia tələblərinin dəqiqləşdirilməsin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, qeyd olunan əşyalar Cavabdeh əşyalarının hamısı deyil, başqa əşyalar da ola bilər. İcra məmuru tərəfindən tərtib edilən aktda olmayan əşyalar da vardır. Mənzilə baxış cavabdehin iştirakı olmadan aparılmışdır, aktın tərtib edilməsindən xəbəri olmamışdır. Bu səbəbdən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 17.05.2017-ci il tarixli 1112 saylı müqavilənin surətindən görünür ki, İddiaçı ilə “xxxx” MMC arasında Bakı şəhəri, Yasamal rayonu, Yasamal yaşayış massivi, Talıblı küçəsində “xxxx” MMC tərəfindən inşa edilmiş binanın 1112 saylı mənzilə dair müqavilə bağlanılmışdır. İş materiallarında olan AA serialı 366799 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Fətəliyeva X8 rayonundan məcburi köçkündür. İş materiallarında olan 23.06.2020-ci il tarixli elektron çıxarışının surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 04.06.2020-ci il tarixli Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X13 tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd “LG” markalı paltaryuyan, 1 ədəd mətbəx stolu, 4 ədəd mətbəx stulu, yataq dəsti (1 ədəd 2 nəfərlik çarpayı, 1 ədəd şkaf, 1 ədəd termo), yataq dəsti (2 ədəd 1 nəfərlik çarpayı, 1 ədəd şkaf, 1 ədəd tumba), 1 ədəd “Elenberg” markalı televizor siyahıya alınaraq tələbkara təhvil edildi. İş üzrə borclu Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlanılmışdır. Borclu Cavabdeh mənzildə olan əşyaların kirayəçi kimi mənzildə yaşayan Hüseynzadə İsmayıla təhvil verilməsini xahiş etmişdir. Bu barədə akt tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 yanvar 2014cü il tarixli, 2(004)-432/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Akif qızının cavabdehlər “xxxx” MMC, Cavabdeh, X4 qarşı müqavilənin etibarsızlığı və ümumi birgə əmlakın bölünməsinə dair iddia ərizəsi üzrə iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə “xxxx” MMC arasında bağlanılmış 02.03.2013-cü il tarixli mənzil tikintisi haqqında müqavilə etibarsız hesab olunaraq ünvan 3 ünvanında inşa edilmiş binada yerləşən 1112 saylı mənzil üzrə pay haqqı hər birinin ½ hissəsi olmaqla, X7 ilə İddiaçı arasında bərabər bölünməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2646/2015 saylı, 15 may 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 yanvar 2014-cü il tarixli, 2(004)-432/2014 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 yanvar 2014-cü il tarixli qətnamə ləğv edilərək İddiaçı Akif qızının cavabdehlər “xxxx”MMC, Cavabdeh, X4 qarşı müqavilənin etibarsızlığı və ümumi birgə əmlakın bölünməsinə dair tələbinə dair iddiası qismən təmin edilərək ünvan 3ndə “xxxx” MMC tərəfindən inşa edilmiş binanın 1112 saylı mənzilinə dair cavabdehlər “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 2 mart 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə görə ödənilmiş pay haqqı üzərində İddiaçı və X2 hər birinin ½ hissəsi paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 28 iyun 2016-cı il tarixli 2(102)-3097/2016 saylı qərarı ilə Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2646/2015 saylı, 15 may 2015-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2646/2015 saylı, 15 may 2015 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 2706/2019 saylı 08 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilərək, İddiaçı Akif qızının övladları X5 və X6 ilə birlikdə məcburi qaydada Bakı şəhəri, Yasamal rayonu, Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş binanın 1112 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən eyni zamanda görünür ki, Ali Məhkəmənin 22.09.2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 15 may 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmış, işə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 yanvar 2014-cü il tarixli, 2(004)-432/2014 saylı qətnaməsi qismən ləğv edilmiş, iddianın qismən təmin edilərək, mübahisəli mənzilə dair “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 02.03.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə görə ödənilmiş pay üzərində İddiaçı Akif qızının və cavabdeh X2 hər birinin ½ hissədə paylarının müəyyən olunması, həmin müqavilə üzrə X3 ödənilmiş 52000 manat məbləğində pul vəsaitinin ondan alınaraq Cavabdeh ödənilməsi, “xxxx” MMC-nin hesabına 02.03.2013-cü il tarixli kassa mədaxil orderinə əsasən ödənilmiş 3000 manatın “xxxx” MMC-dən alınaraq Cavabdeh verilməsi, qalan hissədə iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11693/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2706/2019 saylı 08 may 2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2020-ci il tarixli 2(102)-1409/2020 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11693/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Akif qızı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında Bakı şəhəri, Yasamal rayonu, Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş binanın 1112 saylı mənzilinin ½ hissədə paylı mülkiyyətçisi kimi tanınmış və ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülmüşdür. Lakin Cavabdeh həmin mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədləri olmadan, eləcə də mənzildə hər hansı bir hüquqi əsas olmadan əşyalarının olması paylı mülkiyyətçi kimi onun mülkiyyətindən sərbəst şəkildə istifadə hüququnun həyata keçirilməsinə mane olur. İddianın məzmunundan göründüyü kimi İddiaçı Akif qızı ona məxsus mənzildən maneəsiz istifadə hüququnun təmin olunması məqsədilə cavabdehə məxsus əşyaların oradan çıxarmasını tələb etmişdir. Belə olan halda, iddiaçı qeyd olunan əşyaların həmin mənzildən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində göstərilmişdir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinin tələbinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunan təminatların əsas mahiyyəti həm də ondan ibarətdir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzilin sahibinin iradəsi ziddinə heç kəs mənzilə zorla daxil ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqların əsas təminat vasitələrindən biri məhkəmələr tərəfindən həyata keçirilən ədalət mühakiməsidir. Konstitusiyanın 60-cı maddəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125 və 127-ci maddələrinin məzmununa görə belə təminat şəxsin məhkəməyə müraciət hüququnun təmin edilməsi və onun işinə baxılması ilə məhdudlaşmır, həmçinin, məhkəmə baxışının qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna uyğun olaraq, o cümlədən, müvafiq məhkəmə icraatının qanunla müəyyən edilmiş hədləri çərçivəsində həyata keçirilməsini tələb edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd “LG” markalı paltaryuyan, 1 ədəd mətbəx stolu, 4 ədəd mətbəx stulu, yataq dəsti (1 ədəd 2 nəfərlik çarpayı, 1 ədəd şkaf, 1 ədəd termo), yataq dəsti (2 ədəd 1 nəfərlik çarpayı, 1 ədəd şkaf, 1 ədəd tumba), 1 ədəd “Elenberg” markalı televizor Bakı şəhəri, Yasamal rayonu, Yasamal yaşayış massivi, Talıblı küçəsində “xxxx” MMC tərəfindən inşa edilmiş binanın 1112 saylı mənzildən məcburi qaydada çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd “LG” markalı paltaryuyan, 1 ədəd mətbəx stolu, 4 ədəd mətbəx stulu, yataq dəsti (1 ədəd 2 nəfərlik çarpayı, 1 ədəd şkaf, 1 ədəd termo), yataq dəsti (2 ədəd 1 nəfərlik çarpayı, 1 ədəd şkaf, 1 ədəd tumba), 1 ədəd “Elenberg” markalı televizor məcburi qaydada Bakı şəhəri, Yasamal rayonu, Yasamal yaşayış massivi, Talıblı küçəsində “xxxx” MMC tərəfindən inşa edilmiş binanın 1112 saylı mənzilindən çıxarılsın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3189/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3189/2021
09.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver