Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3192/2023 04.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X42 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMMC-yə qarşı “ümumi yığıncağın qərarının ləğv edilməsi və ümumi yığıncağın yenidən keçirilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMMC-yə qarşı “ümumi yığıncağın qərarının ləğv edilməsi və ümumi yığıncağın yenidən keçirilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən çoxmənzilli binanın 29 nəfərdən ibarət sahə mülkiyyətçilərinin 01 oktyabr 2021-ci il tarixli qərarının, həmçinin 03 noyabr 2021-ci il tarixli "xxxx" MMMC-nin təsis yığıncağının qərarının etibarsız hesab edilməsi, "xxxx" MMMC-nin dövlət qeydiyyatına alınmasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılmış 11 fevral 2022-ci il tarixli, 1122-MM9-0234 saylı qeydin ləğv edilməsi, eləcə də "xxxx" MMMC-nin xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarının etibarsız hesab edilməsinə və qanunvericiliyin tələblərinə riayət edilməklə "xxxx" MMMC-nin ümumi yığıncağının yenidən keçirilməsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanındakı 47 və 125 saylı mənzillər onun xüsusi mülkiyyətindədir. Yaşadığı binanın idarə edilməsi Cavabdeh tərəfindən həyala keçirilir, "Yasamal-57” MMMC ilə onun arasında hər hansı bir müqavilənin mövcud olmamasına baxmayaraq MMMC-nin rəhbərliyi onun guya kommunal xidmətlərə görə 600 manat məbləğində borcu olduğunu qeyd edərək, borcunun mövcudluğu barədə bütün bina sakinlərinə əsassız məlumatlar vermişdir. Bir müddət əvvəl ona məlum olmuşdur ki, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 468-472-ci məhəllə ünvanındakı 127 saylı evin bir qrup sakini tərəfindən ona, eləcə də çoxsaylı sakinlərə hər hansı bir məlumat verilmədən, hər hansı bir iclas keçirmədən, ’‘Yasamal-57” MMMC-nin yeni İdarə Heyətinin sədri seçilmişdir. Lakin bu barədə məlumatlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada binanın sahə mülkiyyətçilərinə, o cümlədən ona bildirilməmişdir. Vəkil tərəfindən müvafiq sorğu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət edilərək ’‘Yasamal-57” MMMC-nin hal-hazırdakı sədrinin kim olması, həmin şəxsin nə vaxtdan İdarə Heyətinin sədri olması barədə arayışın, həmçinin İdarə Heyətinin sədrinin seçilməsi barədə müvafiq iclas protokolunun surətinin onlara təqdim edilməsinin təmin edilməsi xahiş edilmişdir. Sorğuya verilmiş xx.xx.2023-cü i tarixli cavab məktubunda Cəmiyyətin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarına əsasən X21 İdarə Heyətinin sədri seçildiyi qeyd edilmişdir. Hesab edir ki, yuxarıda da qeyd etdiyi kimi ona və binanın digər sakinlərinə müvafiq qaydada məlumat verilmədən, hər hansı bir iclas keçirilmədən həmçinin qanunvericiliyin digər tələblərinin açıq-aşkar pozulması ilə keçirilmiş ’‘Yasamal- 57” MMMC-nin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və qanunvericiliyin tələblərinə riayət edilməklə, ’‘Yasamal-57” MMMC-nin ümumi yığıncağının yenidən keçirilməsi təmin edilməlidir. Daha sonra cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi X41 İddiaçı cavabdeh "xxxx" MMMC-yə qarşı “ümumi yığıncağın qərarının ləğv edilməsi və ümumi yığıncağın yenidən keçirilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddianı qəbul etmirlər. İddiaçı iddia ərizəsində 2 mənzilin ona məxsus olmasını bildirmişdir. Halbuki ilk öncə qeyd olunmalıdır ki, iddiaçının mülkiyyətində 4 mənzil, onun yaxın qohumlarının mülkiyyətində isə ümumilikdə 14 mənzil mövcuddur. İddiaçı mövcud qanunvericiliyin tələblərinə əsasən hər bir halda kommunal xidmətlərə görə haqları və digər ödəmələri vaxtında və tam şəkildə ödəməyə borcludur. İddiaçının hazırda kommunal xidmətlərə görə borcu 3970 manat borcu vardır. MMMC-nin rəhbərliyinin dəyişməsi və ya hər-hansı qərarının etibarsız hesab edilməsi mənzil mülkiyyətçisini ümumi xərclərdə iştirak etməkdən və ya kommunal xidmətlərin ödənilməsindən azad etmir. Həmin xərclər yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyi andan əmələ gəlir və həmin hüquqların xitamı ilə başa çatır. İddiaçının kommunal borcu barədə məlumatlar həm illik hesabatda göstərilmiş, həm də müvafiq bildirişlərlə iddiaçıya göndərilmişdir. Qanunverici MMMC-yə mütləq ödəniş və haqların əvəzinin məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət etmək hüququnu vermişdir. "xxxx" MMMC 2022-ci ilin əvvəlindən 144 mənzil və qeyri-yaşayış sahə mülkiyyətçisinin səs verməsi yolu ilə ünvan 3 ünvanında yaradılmışdır. Cəmiyyətin yaradılması ilə bağlı təşəbbüs 29 nəfər sakin tərəfindən irəli sürülmüşdür. Mövcud 144 yaşayış və qeyri-yaşayış sahəsi mülkiyyətçisinin 79 nəfəri cəmiyyətin yaradılması lehinə səs vermişdir. Cəmiyyət yaradıldığı gündən bugünə qədər Cəmiyyətdə idarə heyətinin üzvləri 2 dəfə, cəmiyyətin sədri isə üç dəfə seçilmişdir. Qanunvericiliyə əsasən mənzil mülkiyyətçiləri cəmiyyətinin iştirakçısı olmayan iddiaçı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaq üçün müvafiq ərizə ilə müraciət etməli idi. Bu halda o Cəmiyyətin üzvlüyünə qəbul olunduqdan sonra mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçısı statusunu əldə edəcəkdi. İddiaçının idarə heyətinin seçilməsi üçün keçirilən ümumi iclasda iştirak hüququ yalnız mənzil müştərək cəmiyyətinə üzv seçildikdən sonra yaranır. Nə qədər ki, iddiaçı cəmiyyətə üzv deyil onun həmin belə bir hüququ qanunvericiliklə təsbit edilməyib. Hətta üzv seçildikdən sonra iddiaçının mübahisələndirdiyi qərarlar bir üzvün iradəsi deyil, bütün cəmiyyət üzvlərinin səs çoxluğu ilə qəbul edilir. Bundan əlavə qanunverici növbədənkənar iclasın çağırılması hüququnu yalnız idarə heyətinin üzərinə qoymuşdur. Həmçinin idarə heyəti üçün müəyyən səlahiyyət müddəti müəyyən etmişdir. Mübahisələndirilən qərar cəmiyyət üzvlərinin ümumi səsverməsi yolu və qanunvericiliyə uyğun bildiriş məktubları, səsvermə büllütenləri, qutunun açılması, səslərin sayılması və səsvermədə iştirak edən cəmiyyət iştirakçılarının imzaları ilə təsdiq olunmuş protokol ilə qəbul olunmuşdur və həmin qərarın ləğv olunması qanuna zidd olmaqla, bütün səsvermədə iştirak edən Cəmiyyət üzvlərinin hüququnun pozulması deməkdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, tələbləri Cavabdeh MMMC-nin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarının etibarsız hesab edilməsi və qanunvericiliyin tələblərinə riayət edilməklə Cavabdeh MMMC-nin ümumi yığıncağının yenidən keçirilməsinin təmin edilməsindən ibarətdir. İddialarını belə əsaslandırmışlar ki, ünvan 2 ünvanındakı 47 və 125 saylı mənzillər iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının yaşadığı və mülkiyyətçisi olduğu binanın idarə edilməsi Cavabdeh tərəfindən həyata keçirilir. Cavabdeh MMMC ilə iddiaçı arasında hər hansı müqavilə mövcud deyil, buna baxmayaraq MMMC-nin rəhbərliyi kommunal xidmət haqları tələb edir. Bir müddət əvvəl iddiaçıya məlum olmuşdur ki, yaşadığı binanın bir qrup sakini tərəfindən iddiaçıya və çoxsaylı sakinlərə hər hansı məlumat verilmədən, iclas keçirilmədən Cavabdeh MMMC-nin yeni sədri seçilmişdir. Mənzil mülkiyyətçilərinin məlumatlandırılmasının qaydası qanunvericilikdə nəzərdə tutulmuşdur. Lakin nə iddiaçıya, nə də digər sakinlərə bu barədə məlumat verilmişdir. Bundan sonra iddiaçı müvafiq hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillə müqavilə bağlayıb və tərəfindən Ədliyyə Nazirliyinin Notariat Qeydiyyat Baş İdarəsinə sorğu verilib. Orada MMMC-nin hal-hazırdakı sədrinin kim olması, həmin şəxsin nə vaxtdan sədr olması və müvafiq iclas protokolunun təqdim edilməsi xahiş edilmişdir. Sorğuya verilmiş müvafiq cavabdan aydın olur ki, xx.xx.2022-ci il tarixli qərara əsasən X32 idarə heyətinin sədri seçilmişdir. Həmin protokoldan da görünür ki, orada cəmi 59 nəfər iştirak edib. Bəziləri ərizə ilə müraciət ediblər. Onlara ümumiyyətlə məlumat verilməyib. Qarşı tərəf təqdim etdiyi etirazda da qeyd edir ki, orada cəmi 144 mənzil mülkiyyətçisi mövcuddur. Qanunvericiliyin tələbinə görə ümumi yığıncağın keçirilməsi müəyyən məsələlər 2/3 iştirakla həyata keçirilir. Qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğuna görə onlar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Sədr qanunsuz seçilməsinə baxmayaraq, iddiaçıdan kommunal haqlar tələb edir. Qanunvericiliyin tələbinə görə müvafiq müqavilə olmalıdır. Hər hansı bir müqavilə olmadan həmin haqlar tələb olunur. Sahə mülkiyyətçisi kimi onun da hüququdur ki, həmin yığıncaqda iştirak etsin, rəhbərliyin seçilməsinə münasibət bildirsin. İddiaçı və digər çoxsaylı şəxslər bu hüquqlarından məhrum olublar. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişlər. Bildiyinə görə, iddiaçının həmin MTK-da 2 mənzili var. Cavabdehin nümayəndəsi birinci dəfə ötən məhkəmə iclasında iştirak etmiş və çıxışları zamanı onlara bəzi hallar aşkar olmuşdur. Buna görə də ərizə ilə müraciət edərək iddia tələbinin artırılmasını xahiş etmişlər. Belə ki, məhz 29 nəfər şəxsin yığışaraq yığıncaq keçirməsi və hansısa qərar qəbul etməsi qalan 115 nəfər mənzil mülkiyyətçilərinin hüquqlarının kobud şəkildə pozulması hesab edilməlidir. Cavabdeh tərəf hər nə qədər bu yığıncaqların qanun normalarına əməl edilməklə həyata keçirildiyini desə də, onlar bunu qəbul etmirlər və iddia ərizəsinə əlavədə göstərilənlərin təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, qeyd etmək istəyir ki, idarə heyətinin dəyişdirilməsi, sədrin dəyişdirilməsi kommunal ödənişləri ödəmək vəzifəsindən azad etmir. Onlar kommunal borcla bağlı məhkəməyə müraciət etməmişlər. Bu preventiv tədbir kimi atılan addımdır. İddiaçının hər hansı hüququ pozulmayıb. İddiaçı ona məlumat verilmədiyini bildirir. Onun özü ərizə ilə müraciət etməli idi. Əgər narazılıq var idisə, birgə iddiaçılar formasında məhkəməyə müraciət etməli idilər. Sadəcə ərizə təqdim etmək kifayət deyil. Lakin onların elə bir fikirləri yoxdur. Həmin MMMC-nin fəaliyyətində hər hansı narazılıq yoxdur. İdarə heyətinin sədri öz adına kredit götürüb və həmin vəsaiti MMMC-nin su xətlərinin dəyişdirilməsinə yönəldib. Təqdim etdiyim ərizədə də qeyd etdiyi kimi, hesab edir ki, bu ərizənin verilməsi işi yubatmaq məqsədi daşıyır. Buna görə də icraata qəbul edilməməli və iddiaçı və onun nümayəndəsi cərimə edilməlidir. İddiaçı tərəf hələ dəqiq bilmir ki, hansı qərarla onun hansı hüququ pozulub. İddiaçının anasının mənzil mülkiyyətçilərinə cavabdeh qurumun ləğvi ilə bağlı ərizələr təqdim edilsə də, onlar tərəfindən imza edilməmişdir ki, bunu da məhkəməyə təqdim etmişik. Həmçinin iddiaçının səs-küy salaraq ətrafdakı insanlara hücum etməsi ilə bağlı videogörüntüləri əks etdirən fləşkartı da məhkəməyə təqdim edirik. Bundan başqa təmsil etdiyi quruma sədrin seçilməsi ilə bağlı mənzil mülkiyyətçilərinə göndərilən məktublar və təkliflər də mövcuddur ki, bunları da təqdim edir. Bu təqdim etdiyi sübutlar onu təsdiq edir ki, oktyabr ayının 1-dən bütün edilən hərəkətlər hər biri qanunauyğun formada protokollaşdırılıb. Həmin protokollar da tərəfindən təqdim edilib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirmişdir ki, qarşı tərəfin vəkili qanunu qarışdırıb. Ümumi mənzil və sahə mülkiyyətçilərinin sayı 144dür. Təsis olunan müddətdə 144 nəfərdən 79-u səs verib və 2 il qabaq təsis olunub. İdarə heyətinin tərkibinin formalaşması, sədrin seçilməsi məsələlərini idarə heyəti özü öz tərkibindən seçir. İdarə heyətinin tərkibinin seçilməsi yalnız cəmiyyətin üzvlərinin səlahiyyətindədir. Sahə mülkiyyətçilərinə məktub verilməli deyil. İddiaçı həmin vaxt burada idi, xəbəri var idi. İddiaçı MTK rəhbəri Aida Rəhimovanın qızıdır. İddiaçının hansı hüququnun pozulması onlara aydın deyil. Seçilmənin bir neçə mərhələsi var. Protokollar var, məktublar göndərilib. Hətta onlar idarə heyətinin üzvləri seçiləndən sonra narazılıq olmasın deyə ikinci dəfə məktublar paylandı ki, onlar kimi sədr görmək istəyərdi. Bülletenlər qoyuldu, səs verildi. Səs hesablama komissiyası yaradıldı. Hesab edir ki, iddiaçının iddiası əsassızdır. Onlar təkliflər də etmişlər, lakin Aida Rəhimova bildirdi ki, nə ona, nə də onun uşaqlarına təkliflər verilsin, onlar cəmiyyətə daxil olmayacaqlar. Cəmiyyətə daxil olmaq könüllüdür. Ərizələr yazılır. Borc məsələsinə gəldikdə isə, iddiaçının müqaviləsi var. Müqaviləyə imza atmaqdan imtina edib. Həmçinin iddiaçının 2 mənzili yox, 4 mənzili var. İddiaçının binaya olan borcu artıq 4000 manatı ötüb. Keçən ilki hesabatda iddiaçının borcları qeyd olunub. Mülkiyyətçilərin üzərinə 60 manat düşür. Ümumi iclasın protokollarında da var. bu məsələ müzakirəyə çıxarılır. Bu ilin əvvəlindən 10 manat artırılıb. Birinci mərtəbədəkilər isə liftdən istifadə etmədiklərinə görə 10 manat az ödəyirlər. Hər mənzilə görə 60 manatdır. Əvvəldən qayda belə olub. Onlar kvadrata görə etmək istəyəndə sakinlərin narazılığına səbəb oldu. 4 otaqda 2 nəfər də yaşaya bilər, 3 otaqda 8 nəfər də. Ona görə də onlar qaydanın bu formada saxılanılmasını qərara almışlar. Həmin mənzillərə görə iddiaçının nə qədər cərimələri var, nə qədər şikayətlər verilib. Çünki iddiaçı burada yaşamır, xaricdə yaşayır, ildə 1-2 dəfə gəlir. Özləri də bildirirlər ki, binaya obyekt kimi baxırlar. İddiaçıda ola 4 mənzil üzrə turizmlə məşğul olunur. Onlar həyətə kamera quraşdırmışlar. İddaçı mənzili pozğunluq yuvasına döndərmişdi. Mənzili icarəyə verirdi. Həmin mənzil üzrə istifadə digərlərindən qat-qat çoxdur. Bununla belə borclar ödənilmir. Hazırda borclara görə iddia qaldırılıb. Həm iddiaçı, həm də digər ailə üzvləri məhkəməyə verilir. Kommunal xərclərlə bağlı məhkəmə qətnaməsi yoxdur. Kommunal xərclərlə bağlı hər hansı digər sakini məhkəməyə verməklərinə ehtiyac olmayıb. MTK "xxxx" olub. İddiaçı MTK-nın sədrinin qızıdır. Onun özü də payçı olmuşdur. Onlar mənzil sakinləri birlikdə MMMC yaratmışlar. Mənzil Məcəlləsinə görə sahə mülkiyyətçilərinin iclası o vaxt çağırılır ki, onların payı olan ümumi əmlakda müdaxilə olsun. Nalayiq də olsa, onlarda videolar var, iddiaçı, onun anasının onlara söyüş söyməsi videolarda əks olunub. Təsis olunan müddətdə bir neçə dəfə problemlər yarandı. Onlar iclas keçirdi, onlar mane olmaq istəyirdilər. Onlardan əvvəl kommunal xəcləri MTK özü yığırdı. Hazırda həmin pulu onlar yığırlar. Mübahisə predmeti olan iclasla bağlı bildirişlər gedib, “whatsapp” qrupu ilə təsisçilər arasında müzakirələrə çıxarılıb. Məktublar göndərilib. Bununla bağlı sübutları təqdim etmişdir. İdarə heyətinin sədri seçiləndə onlar ancaq cəmiyyət üzvlərini çağırmışlar. İddiaçı cəmiyyətin üzvü deyil. Sədrin seçilməsi ilə bağlı səlahiyyət cəmiyyət üzvlərindədir. Məmmədova Nərgiz də cəmiyyətin üzvü deyil. Gəlib ərizə yazsaydı, onlar onu cəmiyyət üzvü kimi qəbul edərdilər. MMMC yaradılanda iddiaçı məlumatlı idi və mane olurdular. Həmin dövr pandemiya dövrü idi. İclas olub və bu barədə məlumat verilmişdi. İddiaçının onlara maneə olması ilə bağlı videolar var. İlk dəfə MMMC-nin yığıncağı 3 oktyabrda keçirilib. Zeynalova üzvdür. Aybəniz, Nuriyev Firqət, Həşimova Kəmalə MMMC-nin üzvləridir. Məhkəmə iclasında iştirak edən şahid X16 ifadəsində bildirmişdir ki, o N.Nərimanov prospektində qeydiyyatdadır, amma S.Rüstəm küçəsində yaşayır. "xxxx" MMMC-də olan evdə yaşamır. İddiaçıı tanıyır. Münasibəti yaxşıdır. Cəmiyyətlə bağlı iclasın keçirilməsi barədə məlumatı yoxdur. Hətta cəmiyyətin sədrini də tanımır. Mənzildə tanışları yaşayır. İcarəyə vermişlər. Mənzildə kommunal xərcləri yaşayan ailə özü ödəyir. Kommunal xərcləri Rəhim adlı şəxsə ödəyirlər. O da bildiyi qədərilə Aida xanımın işçisidir. Ev tikiləndən Aida xanımı tanıyırdı. O, Xarici İşlər Nazirliyinin əməkdaşıdır və daima ezamiyyətdə olur. N.Nərimanov prospekti, ev 127 ünvanındakı ev onun mülkiyyətindədir. Orada "xxxx" MMMC-nin fəaliyyət göstərdiyi barədə yeni məlumatı olub. 2021-ci ilin oktyabr ayında ona belə bir cəmiyyətin yaradılması ilə bağlı məlumat verilməyib. Yığıncaq barədə məlumatı olmayıb, iştirak etməmişdir. Həmin ünvana məktub verilsə idi, orada yaşayan adam ona bu barədə məlumat verərdi. Cəmiyyət haqqında yeni eşitmişdir. Onlar imzanın olmağı barədə demək istəyirlərsə, ona Rəhim mağazada həmin imzanı çəkdirmişdir. Onun məlumatı yox idi. O düşünmüşdür ki, Aida xanıma lazım olduğu üçün imza tələb edir. Lakin cəmiyyətin yaradıldığını bilmirdi. MMMC-yə daxil olmaq haqqında ərizədəki imza ona məxsusdur. O, Meksikada və Polşada işləmişdir. Ona tələsik imza atdırmışlar. Həmin vaxt o ezamiyyətdən təzə qayıtmışdı. Ona izah olunsa idi, bu barədə maraqlanardı. Bu vaxta kimi Aida xanım olub və onun problemi olmayıb. Onun anası da arxitektordur. O vaxtı bu bina arxitektorlar birliyinin adına tikilirdi. Aida xanım da arxitektorlar birliyinin üzvü idi. Həmin evi də anası arxitektor kimi almışdı və ona bağışlamışdı. 15 sentyabr 2022-ci il tarixdə ümumi yığıncağın olması barədə hər hansı məlumat verilməyib. Sənədi oxumamışdır və bu onun səhvidir. Həmin ailə pulu yoldaşına verirdi və o da ödəyirdi. Yoldaşı hazırda ezamiyyətdədir. Yoldaşı pulu Rəhimə ödəyib. Bir dəfə Rəhimlə telefonda mübahisələri olmuşdur. Ondan sonra işığı blokdan ayırdılar. Daha sonra Rəhimə 1-2 adam zəng etdi, sonra işıq düzəldi. Ona orada problem yaradırdılar və o bildirmişdir ki, ona qəsdən hər hansı problem yaradılsa, polisə müraciət edəcək. Həmçinin bildirir ki, əgər onun adı cəmiyyətdə varsa, onu cəmiyyətdən çıxartsınlar. Fikrət Həsənov adlı şəxsi tanımır. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində bildirmişdir ki, o, N.Nərimanov prospektində 61 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı onun qızıdır. Lakin o bura sakin kimi gəlmişdir. Özü də cəmiyyət yaradılmasını istəmişdir. Lakin onu dəvət etməyiblər, bildiriş göndərməyiblər. Kimlərin seçilməsi ilə bağlı da onun məlumatı yox idi. Sonradan bu barədə ona məlumat verilməsini istəmişdir və kimlərin seçildiyi ilə bağlı məlumat ona göndərildi. Heç yerdə iştirak etməmiş, bildiriş almamış, nə vaxt iclasın olacağı ilə bağlı məlumatı yoxdur. Qızı cəmiyyətin qurulmasını çox istəyirdi. Lakin onun 4 səsi ola-ola onu çağırmayıblar. Qızı kommunal xərcləri ödəməyə hazırdır, lakin cəmiyyəti tanımadığına görə ona ödəmək istəmir. Cəmiyyət onu dəvət etməyib. O, mülkiyyətçidir, cəmiyyət yarananda onun da kimi seçəcəyi ilə bağlı səsi olmalıdır. Cəmiyyət yaradılana qədər idarəetmə onda olub, ya da firma yaradılıb. Firma sakinlər tərəfindən yaradılıb, sahibkarlıq fəaliyyətini həyat keçirib. İdarəçilikdə sakinlərdən birinin firma açması da mümkündür. Rəhim komendantdır. O, onu gətirmiş, fiziki şəxs kimi VÖEN açdırmış və hamıya imza atdırmışdır. Onlar Rəhimi seçmişlər. 2021-ci il tarixli sahə mülkiyyətçilərinin iclası barədə ona hər hansı məlumat verilməyib. 3 noyabr 2021-ci il tarixli ümumi yığıncaq barədə də ümumiyyətlə xəbəri olmayıb. 15 sentyabr 2022-ci il tarixli ümumi yığıncaq barədə də məlumatı olmayıb. O, cəmiyyətin ləğv olunması ilə bağlı heç yerə müraciət etməmişdir. Cəmiyyət yaranan gündən idarə heyətində özlərinin aralarında mübahisə olduğu üçün üzv olmaq istəmir. Ona Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən zəng vurdular, dedilər ki, cəmiyyət yaradılıb, layihəsini istəyirlər. O da məktub yazmışdır ki, o cəmiyyəti tanımır. O, cəmiyyətin yaradılmasını istəyir. Amma bir neçə dəfə bildirmişdir ki, gəlin yenidən yaradaq. Rəhim komendantdır, sədrin kim olması bilinmir. Hazırda sədr Hikmətdir. O da özü dedi ki, istəmir. Orada hər şey səhvdir. Rəhim orada diversiya ilə məşğuldur. Onun cavabdehin nümayəndəsi ilə münasibəti yaxşı olub. Lakin cəmiyyət yaranandan sonra düşmənçilik yaratmaq lazım deyildi. Məhkəmə iclasında iştirak edən şahid X25 ifadəsində bildirmişdir ki, iddiaçı onun qonşusudur. Əvvəldən sədr Aida xanım olub. Nigar xanım onların binasında yaşayır, amma üzdən tanımır. Kommunal xərcləri Rəhimə ödəyir. Rəhim komendantdır. Nə iclas olub, nə də o kimisə seçmişdir. MMMC yaradılması ilə bağlı ona məlumat verilib. Lakin iclaslar barədə ona məlumat verilməyib. İmzası var. Kəmalə xanım üzv olmaq üçün imza atıb. Nəyi imzaladığını bilmir. İmzalasa belə, heç nə təşkil olunmayıb. Cəmiyyətin yaradılmasına etirazı olmayıb. Kimin seçilməsindən xəbəri yoxdur. Məhkəmə iclasında iştirak edən şahid X26 ifadəsində bildirmişdir ki, 2021-ci ildən həyətdə müəyyən problemlər var idi. Sakinlər özləri qərar verdilər ki, belə bir cəmiyyət yaratsınlar. 2021-ci ilin axırlarında artıq 30 nəfər sakin yığıldı və cəmiyyət yaratmaq qərarına gəldilər. 2022-ci ildə də iclas keçirildi. Cəmiyyət yaradılana kimi MTK-da komendant işləyirdi. Komendant olduğu zaman kommunalı o yığırdı. Texniki işləri görürdü. İdarəçiliklə Aida xanım məşğul olurdu. Hazırda MMMC-nin işçisi kimi kommunalı o yığır. MMMC-dən əvvəl fiziki şəxs kimi kommunalı yığırdı. MTK-nın sədrinə tabe idi. Aida xanıma hesabat verirdi. Nigar xanım kommunal xərcləri ödəmir. Cəmiyyəti tanımadığını bildirir və ona görə də ödəməkdən imtina edir. İdarəetmə ilə Aida xanım məşğul olan vaxtda Nigar xanım özü şəxsən ona kommunal xərcləri ödəməyib. İşçi kimi hər bir sakinə deyir ki, kommunal xərcləri ödəmək lazımdır. Aida xanım özü bilirdi, o qarışmırdı. Məhkəməyə ərizə ünvanlamışdır. Bəzi sakinlər tərəfindən fikirlər var idi ki, MMMC artıq ləğv olunub. Ona görə o məhkəməyə ərizə ünvanlamışdır. O, MMMC yaradılan gündən orada işçi kimi fəaliyyət göstərir. MMMC 2022-ci ilin fevral ayında yaradılıb. 2018-ci ildən Aida xanımla birlikdə işləmişdir. 2021-ci ildə iclas keçirildi. 2021-ci il noyabrın 3-də cəmiyyət təsis olunub. İclaslar barədə sakinlərə məlumat verilib, elan verilib. “Whatsapp” qrupu yaradılıb. Qrupda bütün sakinlər yoxdur. Cəmi 126 sahə mülkiyyətçisi var. Bütün sakinlərə məlumat verilib. Elanlar vurulmuşdu. MMMC yaradılandan sonra kommunalın məbləğində dəyişiklik oldu. Məbləğ xərclərlə iclas vasitəsi ilə müəyyən olundu. Həmin iclasda o, iştirak etmişdir. İclas 2022-ci ilin axırında olub. Hesabatda göstərildi ki, 50 manat illik xərcləri ödəmir. Sədr, idarə heyəti və aktiv sakinlər orada iştirak edirdilər. Ədalət bəyə iclas barədə məlumat verilmişdi. Ədalət bəy Kəmalə xanımın həyat yoldaşıdır. İclaslarla bağlı lövhələr quraşdırılır. Sakinlər bir-birilərinə həyətdə də məlumat verirlər. Onun Nigar xanımla münasibəti yaxşıdır. O, kommunal ödənişindən qaçmır. Əvvəl ödəmədiyi pulları ondan tələb etməmişdir. Onunla anası məşğul olub. Həmin pul kassaya gəlməyib. Məhkəmə iclasında iştirak edən şahid X33 ifadəsində bildirmişdir ki, Aida xanım MTK-nın sədri idi. Onlar bilirdilər ki, prezidentin sərəncamı var ki, MTK-lar ləğv olunsun, cəmiyyətlər yaradılsın. Aida xanımın idarəçiliyi onları qane etmirdi, çox problemlər var idi və narazılıqlar yaranmışdı. Bundan sonra sakinlər qərara gəlmişlər ki, binanın idarəsini özləri həyata keçirsinlər. 2021-ci ilin yayından onlar bu barədə işləməyə başlamışlar. Lakin həmin vaxt pandemiya var idi və Aida xanım onlara maneə olmağa çalışırdı, polisə xəbər verirdi. Bilirdi ki, sonda onlar cəmiyyət yaradacaqlar və idarəçilik onun əlindən çıxacaq, ona görə də onlara maneə olmağa çalışırdı. Oktyabrda artıq qərara gəlmişlər ki, cəmiyyət yaratsınlar. Rəhim əvvəl Aida xanımla işləyirdi, lakin sonradan sakinlər də onu yaxşı tanıdığı üçün cəmiyyətlə işləməyə başladı. Onlar evlərə elanlar asmış, hər kəsə zəng edib məlumat vermişlər. Nigar xanım Azərbaycanda az yaşayır. Xəbəri olmaması məsələsi də düzgün deyil, onlar onu dəvət etmişlər. Həyətdə birinci mərtəbədə ofislər var. Lakin Aida xanım onları zəbt etmişdi. Sonra onlar onu məcbur etmişlər ki, oranı boşaltsın, onlar orada iclaslarını keçirə bilər. Nigar xanımı da ora dəvət etmişlər, o da gəlmişdir. Ona da cəmiyyətə qoşulmağı, mənzilə dair pulu ödəməyi təklif etmişlər. Nigar xanımdan başqa cəmiyyətin üzvü olmayan sakinlər də pulu veriblər. Hamı başa düşür ki, lift işləyir, mühafizə var və s. Kimindən nə qədər yığılması, nə qədər xərclənməsi ilə bağlı hesabatı Yeganə xanım hər ilin sonu təqdim edir. Onlar 50-60 nəfər həyətdə yığışanda Nigar xanım da gəldi və çox pis sözlərlə təhqir etdi. Video da çəkmişlər. Evin fundamenti qurulandan o mülkiyyətçidir. 2005-ci ildən orada yaşayır. Əvvəl kommunal xərcləri ödəyirdi. Sonra düşünmüşdür ki, Aida xanım pulları mənimsəyir. Ona görə də ödəməmişdir. Onlar çox iclas keçirmişlər. Onlar əvvəllər müzakirə etmək məqsədilə toplaşmışlar. 126 mənzil var. 144 sahə mülkiyyətçisi var. Təşəbbüskarlardan biri də o olmuşdur. Onlar bir çox sakinlə telefon vasitəsi ilə əlaqə saxlayıb məlumat vermişlər. Həmçinin onların elanları var idi, hansi ki Aida xanım onları cırırdı. Ola bilsin ki, məktub da göndərmişlər. Onlarda çox toplantı olub. Onlar həmişə çalışmışlar ki, sakinlərin rəyini bilsinlər. Hətta onlar sədrin seçilməsi zamanı qutu da yerləşdirmişlər ki, səs versinlər. Hikmət bəy 2022-ci ildə seçilib. 1 oktyabr 2021-ci il tarixli yığıncaq barədə sakinləri dəvət etməmişlər. Yəni məktub göndərməmişlər, sadəcə telefon vasitəsi ilə məlumat vermişlər. 3 noyabr 2021-ci il tarixli yığıncaq barədə də sakinlərə telefonla məlumat vermişlər. “Whatsapp” qrupunda, qapılara elan yapışdırmaqla da məlumat vermişlər. Məhkəmə iclasında iştirak edən şahid X15 ifadəsində bildirmişdir ki, eyni mərtəbədə iki mənzil var, biri yoldaşının, digəri isə onun adına idi, oğluna bağışlamışdır. Cəmiyyətin yaradılması ilə bağlı onun məlumatı olmayıb, xəbərdar olunmamışlar. İclas olubsa da, onları çağırmayıblar. Kommunal xidmətləri yanvara kimi ödəyirdi, sonra qiyməti qaldırdılar. Rəhimə zəng edib demişdir ki, yanvar və fevral aylarının kommunal xərcini götür, demişdir ki, götürə bilməz, çünki kommunal xərci 60 manat etmişlər. O bildirmişdir ki, qiyməti qaldıran zaman onlara sakin kimi məlumat verməmişlər. Ona görə də ödəməmişdir. Eşitmişdir ki, Nigar xanım kommunal xərcləri ödəmir. Cəmiyyət yaradılıb, amma onlara məlumat verilməyib. MMMC-nin ümumi yığıncağı barədə məlumatlandırılmamışdır. 3 noyabr 2021-ci il tarixli iclasa dəvət olunmamışdır. 15 sentyabr 2022-ci il tarixli iclasa dəvət olunmamışdır. Çağırsalar, cəmiyyətdə iştirak edərdi. Onlar məhkəmədən qabaq ərizə ilə müraciət etmək istəyirdi. O, bilirdi ki, cəmiyyət var. Həyətdən cəmiyyət barədə eşitmişdi, Aida xanım da danışırdı. Aida xanımın evində bir dəfə iclasda olmuşdur. Pulun artırılması ilə əlaqədar elanları görmüşdür, amma cəmiyyətin yaradılması ilə əlaqədar elanı görməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə iclasında iştirak etmiş tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 468/472-ci məhəllə, Nəriman ünvan 5 ünvanında yerləşən mənzil xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 026777 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən mənzil xx.xx.2011-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 15, mənzil 103-də yerləşən mənzil xx.xx.2011-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən mənzil xx.xx.2012-ci il tarixdə X17 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2, mənzil 124 ünvanında yerləşən mənzil xx.xx.2012-ci il tarixdə X27 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 468-472-ci məhəllə, 127 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2012-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Nəriman ünvan 11 ünvanında yerləşən mənzil xx.xx.2014-cü il tarixdə X6 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Nəriman ünvan 12 ünvanında yerləşən mənzil xx.xx.2012-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır. İş materiallarında olan X7 xx.xx.2021-ci il tarixli Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə daxil olmaq haqqında Ərizəsindən görünür ki, ünvan 13 ünvanda yerləşən çoxmənzilli binanın idarə edilməsi üçün seçilmiş MMMC-yə üzv qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Nəriman ünvan 14 ünvanında yerləşən mənzil xx.xx.2011-ci il tarixdə X13 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Nəriman ünvan 15 ünvanında yerləşən mənzil xx.xx.2011-ci il tarixdə X13 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 16 ünvanında yerləşən mənzil xx.xx.2012-ci il tarixdə X22 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 17 ünvanında yerləşən mənzil xx.xx.2012-ci il tarixdə X14 adına qeydiyyata alınmışdır. İş materiallarında olan X14 xx.xx.2021-ci il tarixli Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə daxil olmaq haqqında Ərizəsindən görünür ki, ünvan 13 ünvanda yerləşən çoxmənzilli binanın idarə edilməsi üçün seçilmiş MMMC-yə üzv qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 18 ünvanında yerləşən mənzil xx.xx.2012-ci il tarixdə X23 adına qeydiyyata alınmışdır. İş materiallarında olan X18, X19 və X20 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, "xxxx" MMMC-nin xx.xx.2022-ci il tarixli iclas protokolunda onların imzalarının qeyd edilməsinə etiraz edirlər. Belə ki, iclasın keçirilməsinin vaxtı və yeri barədə onlara məlumat verilməmişdir. Onlar iclasın keçirilməsindən məlumatsız olmaqla bərabər səsvermə prosesində də iştirak etməmişlər. Protokolda qeyd edilən imzalar həqiqəti ks etdirmir. İş materiallarında olan X8 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli Ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixli akt ona mahiyyəti və nəticələri izah olunmadan imza etdirilmişdir. O, "xxxx" MMMC-nin səsvermə prosesində iştirak edərək xx.xx.2022-ci il tarixli protokola imza atmışdır. İş materiallarında olan X9 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli Ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixli akt ona mahiyyəti və nəticələri izah olunmadan imza etdirilmişdir. O, "xxxx" MMMC-nin səsvermə prosesində iştirak edərək xx.xx.2022-ci il tarixli protokola imza atmışdır. İş materiallarında olan X6 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli Ərizəsindən görünür ki, "xxxx" MMMC-nin ümumi yığıncağının 15 sentyabr 2022-ci il tarixli protokolundan onun guya həmin protokolda imza etməyi göstərilsə də, o həmin yığıncaqda iştirak etməmiş, tərəfindən həmin protokolda imza edilməmişdir. İş materiallarında olan X6 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli Ərizəsindən görünür ki, "xxxx" MMMC-nin könüllü olaraq üzvü olmuş və Cəmiyyətin xx.xx.2022-ci il tarixli protokolu və səs vermə prosesi barədə məlumatlı olmuşdur. Sözügedən protokola onun icazəsi ilə əvəzinə daim həmin mənzildə yaşayan anası imza atmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X3 Reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, "xxxx" MMMC ümumi yığıncağın xx.xx.2022-ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Əvvəlki qanuni təmsilçi X5, hazırki qanuni təmsilçi X28r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X3 Reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, "xxxx" MMMC ümumi yığıncağın xx.xx.2022-ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Əvvəlki qanuni təmsilçi X34, hazırki qanuni təmsilçi X29r. İş materiallarında olan "xxxx" MMMC-nin İdarə heyətinin cəmiyyət iştirakçısı Hüseynov İsmayıla ünvanladığı xx.xx.2022-ci il tarixli Bildiriş məktubundan görünür ki, cəmiyyətin yeni sədrinin seçilməsi üçün sədr kimi görmək istədikləri hər hansı cəmiyyət üzvünün namizədliyinin irəli sürülməsi təklif olunmuşdur. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, "xxxx" MMMC-nin təsis edildiyi Yasamal rayon, N.ünvan 22 ünvanında yerləşən çoxmənzilli yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmiş, 04 may 2011-ci il tarixli Aktla istismara qəbul edilmişdir. Bina istismara qəbul edilərkən 3 ədəd 16 mərtəbəli, 2 ədəd 10 mərtəbəli, ümumilikdə 126 mənzil və qeyri-yaşayış sahələri istismara qəbul edilmişdir. İş materiallarında olan ünvan 23 ünvanında yerləşən bir qrup Mənzil Mülkiyyətçiləri tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onların "xxxx" MMMC-nin idarə heyəti tərəfindən 15 sentyabr 2022-ci il tarixdə iclasın keçirilməsi barədə məlumatları yoxdur. Belə ki, mənzil mülkiyyətçiləri olaraq "xxxx" MMMC-nin idarə heyəti tərəfindən 15 sentyabr 2022-ci il tarixli iclasın keçirilməsinin vaxtı və yeri barədə onlara məlumat verilməmişdir. Onlar iclasın keçirilməsindən məlumatsız olmaqla bərabər, səsvermə prosesində də iştirak etməmişlər. İş materiallarında olan "xxxx" MMMC-nin mənzil mülkiyyətçisi İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, yaşayış sahəsinin saxlanılma haqqına görə xx.xx.2023-cü il tarixinə yaranmış 4160 manat borcunun 3 gün ərzində ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, məhəllə 468-472, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən çoxmənzilli binada idarəetmənin təşkilinə dair sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli Qərarına əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi üçün sahə mülkiyyətçilərinin ümumi yığıncağının qiyabi səsvermə formasında keçirilməsi, həmçinin müvafiq məlumatların çatdırılması üsulu kimi binanın girişlərindəki elanlar lövhəsi və “Watsapp” qrupunun yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis olunmasına dair zəruri qərarların qəbul edilməsi məqsədilə üzvlərin növbəti ümumi yığıncağın keçirilməsi üçün zəruri tədbirlərin görülməsi və ümumi yığıncağın 3 noyabr 2021-ci il tarixində saat 19:00-a təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, məhəllə 468-472, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən "xxxx" MMMC-nin təsis yığıncağının xx.xx.2021-ci il tarixli Qərarına əsasən "xxxx" MMMC-nin təsis edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMMC-nin İdarə Heyətinin iclasının xx.xx.2022-ci il tarixli Protokoluna əsasən "xxxx" MMMC-nin İdarə Heyətinin sədri X2 istefasının qəbul olunması və idarə heyətinin yeni sədrinin X1 qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMMC-nin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli Protokoluna əsasən "xxxx" MMMC-nin İdarə Heyəti sədri Ramiz Abdinovun fəaliyyətinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMMC-nin İdarə Heyətinin iclasının xx.xx.2022-ci il tarixli Protokoluna əsasən "xxxx" MMMC-nin İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibində dəyişikliklərin edilməsi məqsədilə cəmiyyətin ümumi cəmiyyətin ümumi yığıncağının çağırılmasının məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMMC-nin İdarə Heyətinin açıq iclasının xx.xx.2022ci il tarixli Protokoluna əsasən İdarə Heyətinin tərkibinin Zabelin Mixail, Zülfüqarlı Yeganə, X57, Həsənov Hikmət, Qorçu Heyran, Təftiş Komissiyasının tərkibinin Paşa Daşqın, Nuriyev Firqət, Cahangirova Gülşən kimi müəyyən olunması qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMMC-nin ümumi yığıncağının qiyabi iclasının xx.xx.2022-ci il tarixli Protokoluna əsasən "xxxx" MMMC-nin İdarə Heyəti sədrliyə namizədlərin seçilməsi ilə əlaqədar keçirilmiş qiyabi səsvermənin nəticələrinə əsasən Hikmət Həsənovun namizədliyinin təsdiq olunması və ümumi yığıncağın səsverməsinə qoyulması qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMMC-nin İdarə Heyətinin iclasının xx.xx.2022-ci il tarixli Protokoluna əsasən "xxxx" MMMC-nin idarə orqqanlarının tərkibində dəyişikliklərin edilməsi haqqında yekun protokolunun təsdiq edilməsi üçün cəmiyyət iştirakçılarına təqdim olunması qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMMC-nin ümumi yığıncağının iclasının xx.xx.2022-ci il tarixli Protokoluna əsasən "xxxx" MMMC-nin idarə heyəti və nəzarət-təftiş komissiyasının aşağıdakı kimi müəyyən edilməsi qərara alınmışdır: 1. "xxxx" MMMC-nin idarə heyəti: X32, X40, Abduyeva Umu-Leyla Qafur qızı, X33, X5; 2. Yasamal 57” MMMC-nin idarə heyətinin sədri X32; 3. Yasamal 57” MMMC-nin nəzrət-təftiş komissiyası (müfəttişi) X18, X44, X12. İclasda "xxxx" MMMC-nin 59 nəfər sahə (mənzil) mülkiyyətçiləri iştirak etmiş və gündəlikdə duran məsələlər üzrə hər biri lehinə səs verərək öz imzaları ilə təsdiqləmişlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Həmin Məcəllənin 44.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Bundan əlavə həmin Məcəllənin 45.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Qeyd edilən Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmçinin Məcəllənin 121.1-ci maddəsinə əsasən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. Məcəllənin 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Qeyd edilən Məcəllənin 125.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Həmçinin Məcəllənin 125.2.4-cü maddəsinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətinə aiddir. Məcəllənin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 468-472, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən çoxmənzilli binada idarəetmənin təşkilinə dair sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2021ci il tarixli Qərarına əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi üçün sahə mülkiyyətçilərinin ümumi yığıncağının qiyabi səsvermə formasında keçirilməsi, həmçinin müvafiq məlumatların çatdırılması üsulu kimi binanın girişlərindəki elanlar lövhəsi və “Watsapp” qrupunun yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis olunmasına dair zəruri qərarların qəbul edilməsi məqsədilə üzvlərin növbəti ümumi yığıncağın keçirilməsi üçün zəruri tədbirlərin görülməsi və ümumi yığıncağın 3 noyabr 2021-ci il tarixində saat 19:00-a təyin edilməsi qərara alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, məhəllə 468-472, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən "xxxx" MMMC-nin təsis yığıncağının xx.xx.2021-ci il tarixli Qərarına əsasən "xxxx" MMMC-nin təsis edilməsi qərara alınmışdır. "xxxx" MMMCnin ümumi yığıncağının iclasının xx.xx.2022-ci il tarixli Protokoluna əsasən "xxxx" MMMCnin idarə heyəti və nəzarət-təftiş komissiyasının aşağıdakı kimi müəyyən edilməsi qərara alınmışdır: 1. "xxxx" MMMC-nin idarə heyəti: X32, X40, Abduyeva Umu-Leyla Qafur qızı, X33, X5; 2. Yasamal 57” MMMC-nin idarə heyətinin sədri X32; 3. Yasamal 57” MMMC-nin nəzrət-təftiş komissiyası (müfəttişi) X18, X44, X12. İclasda "xxxx" MMMC-nin 59 nəfər sahə (mənzil) mülkiyyətçiləri iştirak etmiş və gündəlikdə duran məsələlər üzrə hər biri lehinə səs verərək öz imzaları ilə təsdiqləmişlər. Hazırda İddiaçı cavabdeh "xxxx" MMMCyə qarşı “ümumi yığıncağın qərarının ləğv edilməsi və ümumi yığıncağın yenidən keçirilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən çoxmənzilli binanın 29 nəfərdən ibarət sahə mülkiyyətçilərinin 01 oktyabr 2021-ci il tarixli qərarının, həmçinin 03 noyabr 2021-ci il tarixli "xxxx" MMMC-nin təsis yığıncağının qərarının etibarsız hesab edilməsi, "xxxx" MMMC-nin dövlət qeydiyyatına alınmasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılmış 11 fevral 2022-ci il tarixli, 1122-MM9-0234 saylı qeydin ləğv edilməsi, eləcə də "xxxx" MMMC-nin xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarının etibarsız hesab edilməsinə və qanunvericiliyin tələblərinə riayət edilməklə "xxxx" MMMC-nin ümumi yığıncağının yenidən keçirilməsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən Qərarlar qəbul edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən Qərarların etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Habelə iddiaçının qərarların etibarsız hesab olunmasına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılmış 11 fevral 2022-ci il tarixli, 1122-MM9- 0234 saylı qeydin ləğv edilməsinə dair isitnad etdiyi sübutlar əsassızdır və qeyd edilən Qərarların etibarsız hesab olunmasına və qeydin ləğv edilməsinə səbəb deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında məhz iddiaçı tərəfindən dəvət edilən şahidlər cəmiyyət və onun iclasları barədə məlumatlı olmadıqlarını qeyd etsələr belə, sonradan bəzilərinin cəmiyyətə üzv qəbul olunma haqqında ərizələrinin mövcud olması müəyyən edilmişdir. Bundan əlavə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən çoxmənzilli binanı tikən MTK-nın sədri olmuş Aidə Rəhimovanın qızıdır. Uzun illər boyu bina sakinləri tərəfindən MMMC yaradılanadək iddiaçı ümumiyyətlə komunal xidmətləri ödəməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, bina sakinləri tərəfindən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaradılandan sonra belə komunal xidmətlərə görə heç bir ödəniş etməmişdir və hazırda böyük məbləğdə borcu vardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3192/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3192/2023
04.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver