Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-321/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 18118 (on səkkiz min yiiz on səkkiz) manat maddi ziyan və 10000 (on min) manat mənəvi ziyan, eləcə də dövlət rüsumu 174.87 (yüz yetmiş dörd manat səksən yeddi qəpik) manat iddiaçıların xeyrinə tutulması (ümumilikdə 28292.87 (iyirmi səkkiz min iki yiiz doxsan iki manat səksən yeddi qəpik) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 mart 2024-cü il tarixində saat 17:30 radələrində həyat yoldaşı İddiaçı2 ilə birlikdə idarə etdiyi, ona məxsus **-HG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki FHN Hospitalının yerləşdiyi küçə ilə üzü Beynəlxalq Avtovağzal mərkəzinə doğru saatda 30-40 km sürətlə hərəkət edərkən qarşıdan gələn, sonradan adını bildiyi Cavabdeh1 idarə etdiyi qara rəngli,’’Ford” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bütöv düz xətti kəsərək öz yolundan çıxaraq sürətlə idarə etdiyi avtomobilin qarşısına çıxdığını görüb mən toqquşmanın qarşısını almaq məqsədi ilə idarə etdiyi avtomobilin əyləcini basaraq saxlamışdır. Həmin anda qarşıdan gələn avtomobillə onun avtomobili toqquşdu, yol nəqliyyat hadisəsi nəticəsində yəni sürətlə gələn avtomobilin zərbəsi nəticəsində idarə etdiyi avtomobil arxaya 27.5 metr gedərək, yoldan çıxaraq ağaclıq olan torpaq sahəsində olan kötüyün üzərindən keçərək dayandı. Zərbə nəticəsində avtomobildə olan bütün qoruyucu yastıqlar açılsa da o, və həyat yoldaşı İddiaçı2 müxtəlif bədən xəsarətləri aldılar. Çətinliklə də olsa onlar maşından enərək hadisə yerinə gəldilər. O, baş vermiş hadisə ilə bağlı AR DİN-nin 102 qaynar xəttinə və icbari sığorta şirkətinə məlumat verdi. Hadisə yerində olan qara rəngli “Ford’' markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən, sonradan adını bildiyi sürücü Röyal adlı şəxsə o və həyat yoldaşı hadisə ilə bağlı öz iradlarını bildirdilər. Röyal öz günahını etiraf edərək bildirdi ki, onun əlində olan siqaret avtomobilin ayaq altısına düşdüyündən və siqareti götürərkən idarəetməni itirdiyindən yol nəqiliyyat hadisəsi (qəza) baş vermişdir. Bundan sonra o, Röyal adlı sürücüyə bildirdi ki, avtomobilində video reqistrator aparatı var və baş vermiş hadisə həmin aparat vasitəsi ilə qeydə alınmışdır, sübut şəkilində lazım olan orqanlara təqdim olunacaqdır. Qısa müddət ərzində hadisə yerinə polis əməkdaşları gəlib araşdırmaya başladılar. Hadisə Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X7 tərəfindən araşdırılaraq “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ilə yekunlaşmışdır. Qərarda qeyd edilir ki, sürücü Cavabdeh1 əməlində AR İXM-nin 327.7 və 327.8-ci maddəsinin tərkib əlamətləri müəyyən olunduğundan toplanmış material Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nə göndərilsin. Bizə yol nəqiliyyat hadisəsi nəticəsində maddi, mənəvi və fiziki ziyan çəkmişlər. Ona məxsus avtomobilə də xeyli miqdarda ziyan dəymişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya BirliyT publik hüquqi şəxsin 17 aprel 2024-cü il tarixli, 590 və 591 nömrəli rəylərindən də görünür ki, o və həyat yoldaşı İddiaçı2 avtomobil qəzası nəticəsində müxtəlif bədən xəsarətləri almışlar. Ekspertizanın 590 saylı rəyinə görə “1967-ci il təvəllüdlü İddiaçı1 bədən səthində aşkar edilmiş xəsarətlər-sağ və sol baldır nahiyələrinin dərialtı hematomasıfsağ süd vəzisinin və döş qəfəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlmişdilər və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərəvürmaya aiddir və həmin xəsarətlər qərada göstərilən şəraitdə, yəni idarə etdiyi minik avtomomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ sələ bilərdilər. Ekspertizanın digər 591 saylı qərarına görə isə “1958-ci il təvəllüdlü İddiaçı2 bədənində aşkar olunmuş xəsarətlər-sağ tərəfli 5-ci qabırğasının sınığı ilə müşahidə olunan döş qəfəsinin sağ yarısının ön səthinin qançırı, sol bud-çanaq oynağında ağrı və hərəkət məhdudluğu ilə müşahidə olunan sol bud-çanaq oynağı nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Avtomobilimə dəyən ziyanın məbləği "xxxx" ASC-nin müəyyən etdiyi zərər məbləği 14763 ( on dörd min yeddi yez altmış üç ) manat təşkil edir. Amma onlar bu qiymətləndirmə ilə razı deyildir. Ona məxsus olan maşın xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək baxış keçirilməsi üçün “X9”də olmuş, baxış keçirilmiş və dəyən zərərin sığortanın qiymətləndirilməsindən daha çox, yəni 20.000 ( iyirmi min) manat olduğu müəyyən edilmişdir. Onlar “X9”ə rəsmi sorğu göndərmişlər, lakin hazırki vaxta kimi cavab almamışlar. Ona sığorta şirkəti tərəfndən 5000 ( beş min) mant sığorta ödənişi ödənilmişdir. Qalan 15.000 (on beş min) manat ziyan cavadehlərdən Müştərək qaydada tutulmalıdır. Sürücü Cavabdeh1 qəza törədilən vaxt avtomobili idarə etmək hüququ olmayıb. Belə ki, ona verilən yol vərəqəsinin etibarlılığı 22 mart 2024-cü il saat 11-00 a dək olub. Avtomobilin icarə müqaviləsinin 5.2 ci maddəsində qeyd edilir ki, "Tərəflərin razılığı ilə bu müqaviləyə əlavə və dəyişiklik edilə bilər. Müqavilənin vaxtından 2 ssat əvvəl xitam yalnız tərəflərin razılığı ilə verilə bilər”. Göründüyü kimi tərəflər arasında əlavə və dəyişikliklərlə bağlı heç bir razılıq olmamışdır. Qəza hadisəsi isə isə saat 17:30 radələrində baş vermişdir. Belə olan nalda avtomobilin mülkiyyətçisi də mülkiyyətində olan avtomobilin qanunsuz idarə olunmasına görə məsuliyyət daşıyır. Qəza törədilən zaman avtomobil birmənalı olaraq “X12” MMC-nin mülkiyyətində olub və Röyalın avtomobili idarə etmək hüququ olmayıb. Onlar ilk olaraq Binəqədi Rayon Yol Polisi İdarəsinə sorğu ünvanlayaraq onlardan qəza törəymiş Cavabdeh1 barəsində hər hansı bir cəza və ya tənbeh tədbiri olub olmaması barədə məlumat istədilər. Yol polisindən onlara bildirdilər ki, lavadov Röyal Habil oğlu barədə xx.xx.2024-cü il tarixində AR İXM-nin 327.4-cü maddəsi üzrə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol üzrə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. (150 manat cərimə edilmişdir). İddiaçılara maddi və mənəvi zərər dəymişdir. Onlar, ümumi mülkiyyətləri olan avtomobilin zədələnməsinə görə artıq altı aydır ki, maşınsızdırlar. Ay ərzində öz işlərini görmək üçün hər ay ortalama 500 (beş yüz) manat, altı ay olmaqla ümumilikdə 3000 (üç min) manat nəqliyyata pul xərcləmişdirlər. Maşının qəzadan sonra evakuator vasitəsi ilə avtoservisə aparılması 43 ( qırx üç) manat, cərimə meydançası 25 (iyirmi beş) manat, dayanacaq xərci 25 (iyirmi beş) manat, servisdə müayinə xərci 25 (iyirmi beş) manat, maşına dəyən zərər 15.000 (on beş min) manat, ona və həyat yoldaşı İddiaçı2 dəymiş mənəvi zərərin miqdarı 10.000 (on min) manat olmaqla ümumilikdə 28118 (iyirmi səkkiz min yiiz on səkkiz) manat məbləğində maddi və mənəvi zərər çəkmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “İcarəyə verən” X11 şəxsində təmsil olunan Cavabdeh2 ilə “icarədar” Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli Avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən mülkiyyət hüquqi ilə ona məxsus olan ** KR *** dövlət qeydiyyat nişanlı avtomaşını icarədarın müvəqqəti istifadəsinə verir, icarədar isə həmin avqonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği icarəyə verənə ödəyir. BA seriyalı, 291456 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 77KR999 dövlət qeydiyyat nişanlı, “Fusion minik” sedan markalı nəqliyyat vasitəsi X4 mülkiyyətindədir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin cinayət işi başlanılmasının rədd edilməsi haqqında 25 aprel 2024-cü il tarixli qərarından görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, sürücü Cavabdeh1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.4 və 327.8-ci maddəsinin tərkib əlamətləri müəyyən olunduğundan toplanmış material Bakı Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarın məzmunundan görünür ki, “Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı yol nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, fotoşəkilləri və sxemi çəkilərək araşdırma materialına əlavə edilmişdir. Baxış zamanı xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanının qarşısında Cavabdeh1 idarə etdiyi “Ford Fusion” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı1 qızının idarə etdiyi “Hyundai İONİQ”markalı, 77-HG- 518 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verməsi müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli ******* saylı aktından müəyyən edilmişdir ki, Cavabdeh1 ayıqdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli ******* saylı aktından müəyyən edilmişdir ki, İddiaçı1 ayıqdır. Araşdırma zamanı izahatı alınmış İddiaçı1 göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə “Hyundai İONİQ” markalı, **-HG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili nəğd şəkildə almışdır və həmin vaxtdan idarə edir. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, xx.xx.2024-cü il tarixdə günorta saatlarında həyat yoldaşı İddiaçı2 ilə birlikdə anası Qəndab Tağıyevanm novruz bayramını təbrik etmək üçün yaşadığı Bakı şəhəri Nərimanov rayonundakı mənzilə qonaq getmişdir. Həmin gün saat 16:20 radələrində o və həyat yoldaşı İddiaçı2 ilə birlikdə anasının yaşadığı mənzilidən çıxıb yaşadıqları evə getmək məqsədi ilə onun idarə etdiyi “Hyundai İONİQ” markalı, **-HG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşdik. Mən təxminən saat 17:30 radələrində avtomobilini Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki X2 yerləşdiyi küçəsi ilə üzü Beynalxalq Avtovaqzal mərkəzinə doğru saatda 30-40 km.sürətlə idarə edərkən qarşından gələn qara rəngli avtomobil bütöv düz xətti kəsərək öz yolundan çıxaraq sürətlə onun idarə etdiyi avtomobilin qarşısına çıxdığını görüb o, toquşmadan qarşısını almaq məqsədi ilə idarə etdiyi avtomobilin əyləcini basaraq saxladı. Həmin anda qarşıdan gələn avtomobillə onun avtomobili toquşdu, yol nəqliyyat hadisəsi nəticəsində yəni sürətlə qarşıdan gələn avtomobilin zərbəsi nəticəsində onun idarə etdiyi avtomobili arxaya 27.5 metr gedərək, yoldan çıxaraq ağaclıq olan torpaq sahəsində olan kötüyün üzərindən keçdikdən sonra dayandı. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobildə olan bütün qoruyucu yastıqlar açılsada o və həyat yoldaşı İddiaçı2 bədən xəsarəti aldılar. Sonra onlar avtomobildən enib hadisə yerinə gəldik, mənim avtomobilimin üzərində olan dövlət qeydiyyat nişan nömrəsi toquşma yerində qaldığını gördük. Mən baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası DiN-nin 102 qaynar xəttinə və avtomobilin icbari sığorta şirkəti məlumat verdi. Hadisə yerində olan qara rəngli “Ford” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sonradan adını bildiyi sürücü Röyal adlı şəxsə baş vermiş hadisə ilə bağlı o və həyat yoldaşı hadisə ilə bağlı öz iradlarını bildirdilər. Röyal öz günahını etiraf edərək bildirdi ki, onun əlində olan siqaret avtomobilin ayaq altısına düşdüyündən və siqareti götürərkən idarəetməni itirdiyindən yol nəqiliyyat hadisəsi (qəza) baş vermişdir. Bundan sonra o, Röyal adlı sürücüyə bildirdi ki, avtomobilində video reqistrator aparatı var və baş vermiş hadisə həmin aparat vasitəsi ilə qeydə alınmışdır, sübut şəkilində lazım olan orqanlara təqdim olunacaqdır. Qısa müddət ərzində hadisə yerinə polis əməkdaşları gəlib araşdırma başladılar. İzahatı alınmış İddiaçı2 eyni məzmunlu izahat verərək İddiaçı1 izahatını bir daha təsdiq edərək analoji izahat vermişdir. Faktla bağlı izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, 21 mart 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu “Bakı Mail” mərkəzinin yaxınlığında yerləşən “999 Redikar” adlanan ofisdən o, icarəyə 2 (iki) gün müddətinə idarə etmək üçüri “Ford Fusion” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb idarə etmişdir. Həmin gün o, yaxın dostu olan X8 ilə birlikdə idarə etdiyi avtomobillə Lənkaran rayonuna getdilər və bir gün rayonda qaldılar. O, səhərisi gün yəni, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Ford Fusion” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin yerində olan dostu X8 ilə birlikdə Bakı şəhərinə qayıtdı. O, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində avtomobildə qabaq sərnişin yerində olan dostu X5 rayonu, Biləcəri qəsəbəsindəki Ozan dairəsindəki yolu keçdi, üzü Xırdalan şəhərinə doğru avtomobili saatda 50 km.sürətlə idarə edərkən siqareti alışqanla yandırmaq istərkən sükanı buraxdı, nəticədə onun idarə etdiyi avtomobilin razvalı xarab olduğundan yoldan çıxıb adı bilmədiyi küçə ilə hərəkət edən ağ rəngli “Hyundai İONİQ” markalı avtomobillə onun idarə etdiyi avtomobil toqquşdu, ağ rəngli avtomobil zərbə nəticəsində arxaya tərəf gedərək, yoldan çıxaraq ağaclıq olan torpaq sahəsinə düşdü. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun avtomobilində olan sərnişin Eldar Babayev alın nahiyəsindən xəsarət aldı. Ağ rəngli avtomobili idarə edən adını unutduğu qadın baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 qaynar xəttinə zəng məlumat verdi. Qısa müddət ərzində hadisə yerinə polis əməkdaşları gəlib araşdırma başladılar. İzahatı alınmış X8 eyni məzmunlu izahat verərək Cavabdeh1 göstərdiklərin bir daha təsdiq edərək analoji izahat vermişdir. MTE və PA ETT birliyinin Binəqədi rayon şöbəsinin Publik hüquqi şəxsin 17 aprel 2024-cü il tarixli 590 saylı rəyindən görünür ki, vət. İddiaçı1 bədən səthində aşkar olunmuş xəsarətlər-sağ və sol baldır nahiyələrinin dərialtı hemotaması , sağ süd vəzinin və döş qəfəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığa qısa müddətə pozan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. Yət.İddiaçı1nm bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərada göstərilən şəraitdə, yəni idarə etdiyi minik avtomaşının digər minik avtomaşın ilə toquşması nəticəsində əmələ gələ bilərdilər. MTE və PA ETT birliyinin Binəqədi rayon şöbəsinin Publik hüquqi şəxsin 17 aprel 2024-cü il tarixli 591 saylı rəyindən görünür ki, vət. İddiaçı2 bədən səthində aşkar olunmuş xəsarətlər-sağ tərəfli V qabırğanın sınığı iiə müşayiət olunan döş qəfəsinin sağ yarısı ön səthinin qançırı, sol bud-çanaq oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bud-çanaq oynağı nahiyəsinin dərialtı hemotoması, sağ bud-çanaq nahiyəsinin qançırı bərk küt əşyanın (əşyalrm)təsirindən,qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığa qısa müddətə pozan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər.Yət.İddiaçı2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərada göstərilən şəraitdə, yəni sərnişin olduğu minik avtomaşınının digər minik avtomaşın ilə toquşması nəticəsində əmələ gələ bilərdilər. MTE və PA ETT birliyinin Binəqədi rayon şöbəsinin Publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli 602 saylı rəyindən görünür ki, vətəndaş X3-alm nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin edilmir.Vətəndaş E.H.Babayevin bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterin vəlokalizasiyalarmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərada göstərilən şəraitdə, yəni sərnişin olduğu minik avtomaşınının digər minik avtomaşın ilə toquşması nəticəsində əmələ gələ bilərdilər. Toplanmış materillardan göründüyü kimi, xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Hyundai İoniq” markalı **-HG-*** d.q.n-lı avtomobilini sürücüsü İddiaçı1 və həmin avtomobildə sərnişin olan İddiaçı2 yüngül dərəcəli bədən xəsarətləri almışlar, “Ford Fusion” markalı **-KR-*** d.q.n-lı avtomobildə sərnişin olan X1 zərərvurmayan bədən xəsarəti almışdırlar.” Binəqədi rayon DYPŞ YNH tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixində saat 18:20-də Binəqədi rayonu, R.İsmayılov küçəsi ərazisində Ford Fusion minik markalı, 77KR999 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfuqi nişanlama xəttlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək, nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi nəticəsində onun tərəfindən İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. “X6 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, 004-018/2025 saylı, 04 aprel 2025-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-321/2025 saylı 16 yanvar 2025-ci il tarixli qərardadında göründüyü kimi, qarşıya qoyulmuş sualın tədqiqatı üzrə ekspert hesab edir ki, “Hyundai İoninq” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa işləri və əvəzolunmalı ehtiyyat hissələri nəzərə alınmaqla, ümumilikdə avtomobilə dəymiş maddi zərər 17,465 (on yeddi min dörd yüz yetmiş beş) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 idarə etdiyi “Ford Fusion” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı1 qızının idarə etdiyi “Hyundai İONİQ”markalı, 77-HG- 518 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə iddiaçıya 18.118 manat maddi ziyan dəymişdir. Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdehin idarə etdiyi avtomobil digər Cavabdeh2 mülkiyyətində olub xx.xx.2024cü il tarixli Avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən əsasən Cavabdeh1 oğluna Azərbaycan Respublikası hüdudlarında idarə etməsi üçün müvəqqəti istifadəsinə verilmişdir. Həmin müqavilənin müddəti xx.xx.2024-cü il, saat 11:00-dək olmuşdur. Göründüyü kimi Cavabdeh1 hadisəni törədərkən, yəni xx.xx.2024-cü il, saat 17:30 radələrində onun avtomobili idarə etmək səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili qanunsuz əsasla idarə edən Cavabdeh1 və avtomobilin mülkiyyətçisi Cavabdeh2 birgə mülki məsuliyyətə cəlb edilməlidir. Maddi zərərə dair hissədə məhkəmə qeyd edir ki, iddia qismən əsaslıdır. Belə ki, “X6 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, 004-018/2025 saylı, 04 aprel 2025-ci il tarixli rəyindən görünür ki, “Hyundai İoninq” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa işləri və əvəzolunmalı ehtiyyat hissələri nəzərə alınmaqla, ümumilikdə avtomobilə dəymiş maddi zərər 17,465 (on yeddi min dörd yüz yetmiş beş) manat təşkil edir. Qalan hissədə (653 manata dair hissədə) yetərincə sübut edilmədiyindən təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıların sağlamlığına xəsarətlərin yetirilməsinin, bununla əlaqədar iddiaçıların mənəvi sarsıntı və iztirab keçirməsinin işdə olan sənədlərlə sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, mənəvi zərərin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, cavabdehdən 500 manat mənəvi zərər qismində müştərək qaydada tutularaq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş dövlət rüsumunun 143,90 (bir yüz qırx üç manat doxsan qəpik) manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçılara aid edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə-əmtəəlşünaslıq ekspertizasının dəyəri olan 400 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2ndən 17.465 (on yeddi min dörd yüz altmış beş) manat məbləğində maddi ziyan, 500 (beş yüz) manat məbləğində mənəvi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 143,90 (bir yüz qırx üç manat doxsan qəpik) manat hissəsi müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş məhkəmə-əmtəəlşünaslıq ekspertizasının dəyəri olan 400 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2ndən 17.465 (on yeddi min dörd yüz altmış beş) manat məbləğində maddi ziyan, 500 (beş yüz) manat məbləğində mənəvi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 143,90 (bir yüz qırx üç manat doxsan qəpik) manat hissəsi müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş məhkəmə-əmtəəlşünaslıq ekspertizasının dəyəri olan 400 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-321/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-321/2025
15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver