Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3219/2020 22.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız və qanunsuz tərtib olunmuş aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız və qanunsuz tərtib olunmuş aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə “xxxxxxxx” ASC-nin xx xxxxx 2020-ci il tarixli razılaşma protokolunun etibarsız hesab edilməsi və xx.xx.2020-ci il tarixli, NDM 017965 saylı akta əsasən ondan 741,95 manatın tələb edilməsinin cavabdeh “xxxxxxxx” ASC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixində “xxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları qeydiyyatda olduğu ünvan 1 ünvanına gələrək yoxlama aparmış, qonşuluqda yaşayan Anar Cəfərova məxsus yaşayış sahəsində sayğacdan kənar xətt aşkar etmişdir. Sayğacdan kənar xətt aşkar edilməsi barədə Akt tərtib edilmişdir. Bundan təxminən iki ay sonra qonşuluqda yaşayan Anar Cəfərovun barəsində tərtib olunmuş aktı nəticəsində 756 manat cərimə qanunsuz və əsassız olaraq qanuni qəyyumu olduğu fəaliyyət qabiliyyətsiz 1-ci qrup əlillər Kəmalə Baxşıyevaya və Həlilə Baxşıyevaya məxsus yaşayış evinin sayğacına köçürülmüşdür. Akt tərtib edilən vaxt yoxlanış edilmiş və Akta üç nəfər mühəndis imza etmişdir. Lakin buna baxmayaraq iki ay keçdikdən sonra tərtib olunmuş Akt nəticəsində 756 manat cərimənin qanuni qəyyumu olduğu fəaliyyət qabiliyyətsiz 1-ci qrup əlillər Kəmalə Baxşıyeva və Həlilə Baxşıyevaya məxsus yaşayış evinin sayğacına köçürülmüşdür. Bunulda da bağlanmış Aktdan görünür ki, saxtakarlığa yol verilmiş qanunsuz və əsassız olaraq fəaliyyət qabiliyyəti olmayan 1-ci qrup əlil Kəmalə Baxşıyeva və Həlilə Baxşıyevaya küllü miqdarda ziyan vurulması nəticəsində öz maddi məqsədləri üçün (varlanmaq niyyəti Hə) sui-istifadə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, abonentlərin müraciətinə əsasən xx.xx.2020-ci il tarixli, NDM 017965 saylı akta görə verilmiş 6745 kvts əlavə enerji sərfiyyatı ilə əlaqədar baxılaraq xx.xx.2020-ci il tarixli, AŞ/018 saylı protokol tərtib edilmişdir. Müəyyən olunmuşdur ki, həmin sərfiyyata səbəb iddiaçının sayğacında yaranmış qüsur olmuşdur və iddiaçının iddia ərizəsində göstərdiyi hallar işin faktiki halları ilə üstə üstə düşmür. Ona görə də o, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AŞ/018 saylı X8 Razılaşma Protokoldan görünür ki, Abunə haqqında bildiriş vərəqələrinin təhlilini və X5 rəisinin X3 Direktoruna ünvanladığı xidməti məlumatını nəzərə alaraq, xx.xx.2020-ci il tarixli NDM 017965 saylı aktına əsasən **********50019 saylı əhali koduna daxil edilmiş 6746 kvts, məbləği 741,95 manat çıxarılsın və **********50016 saylı əhali koduna işlənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, Cəfərov Anar məxsus yaşayış sahəsində yoxlama zamanı müəyyən olunmuşdur ki, elektrik sayğacına gələn xətti abonent zədələyərək, birbaşa kənar xətt çəkmişdir. Axan yük onlar tərəfindən ampermasa vasitəsilə ölçülmüşdür. Kənar xəttin kəsiyinin 2,5 mm ev kəsikli mis naqildən ibarət olduğu müəyyən edilmişdir. İş materiallarında olan xxxxxxxx tərəfindən verilmiş Abunə haqqında Çıxarışdan görünür ki, Həlimə Baxşıyevaya xx.xx.2020-ci il tarixli, protokola əsasən 741,95 manat məbləğində cərimə yazılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xxxxxxxx tərəfindən Baxşıyeva Həliməyə verilmiş qəbzdən görünür ki, ona 774,47 manat borcun olduğu bildirilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, Cəfərov Anar məxsus yaşayış sahəsində yoxlama zamanı müəyyən olunmuşdur ki, elektrik sayğacına gələn xətti abonent tərəfindən zədələnmişdir. Lakin həmin mənzildə sayğacda aşkar edilmiş qüsura görə 741,95 manat cərimə pulu xx.xx.2020-ci il tarixli protokola əsasən iddiaçı Həlimə Baxşıyevaya yazılmışdır. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, **********650019 abunə (Cəfərov Anar) koduna işlənmiş 6746 kvts x 0,11 manat= 741,95 manat çıxarılaraq **********650016 (Baxşıyeva Həlimə) koduna 6746 kvts x 0,11 manat= 741,95 manat işənmişdir. X9 məxsus yaşayış sahəsində aparılmış yoxlama nəticəsində sayğacda aşkar edilmiş qüsura görə cərimənin xx.xx.2020-ci il tarixli protokola əsasən iddiaçıya yazılması tamamilə yanlışdır və iş materiallarında cərimənin hansı səbəbdən**********650019 kodundan **********650016 abunə koduna keçirilməsini izah edən heç bir sənəd yoxdur. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 8.4-cü bəndindən görünür ki, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəməhesabedirki, iddia tələbi tamamilə əsaslı olduğundan və xx xxxxx 2020-ci il tarixli AŞ/018 saylı protokolun heç bir hüquqi əsası olmadığından etibarsız hesab edilməli, xx.xx.2020-ci il tarixli NDM017965 saylı akta əsasən iddiaçıdan 741,95 manat pulun tələb edilməsi cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qadağan edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxx 2020-ci il tarixli, AŞ/018 saylı Razılaşma protokolu etibarsız hesab edilsin. xx.xx.2020-ci il tarixli NDM017965 saylı akta əsasən iddiaçıdan 741,95 (yeddi yüz qırx bir manat doxsan beş qəpik) manat pulun tələb edilməsi cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qadağan edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3219/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3219/2020
22.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver