Məhkəmə qərarları › İş №2(004)-322/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-322/2020

17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-322/2020 17.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı X4 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 Vladimiroviç cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın odənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada maddi zərər kimi onun avtomobilə görə ödədiyi 10000 (on min) manat, avtomobili təmirinə xərclədiyi 50000 (əlli min) ABŞ dolları milli manatla və 50000 (əlli min) manat mənəvi zərər, həmçinin həmçinin vəkilə ödədiyi 1000 manat və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə və həmçinin cavabdehlərin əməllərində dələduzluq cinayətinin tərkibi olduğu üçün barələrində cinayət işinin başlanması üçün xüsusi qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, rəhbərlik etdiyi “xxxxxxxxx" MMC avtomobillərin təmiri və tüninqi ilə məşğul olur. 2017-ci ilin sonu o klassik avtomobil almaq qərarına gəlmiş və bu məqsədlə Cavabdeh2lə tanış olmuşdur. O, özünə məxsus 1968-ci il istehsalı olan ** NF *** dövlət nömrə nişanlı X16 markalı avtomobili satdığını bildirmiş və iddiaçıda öz briqadası ilə maşına yerində baxmaq üçün onun bağ evinə getmişdir. Avtomobil Cavabdeh2 məxsus olsa da sənədlərdə onun oğlu digər Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Yerində avtomobilə baxdıqdan sonra həmin avtomobili 10000 (on min) manata razılaşmış və iddiaçl həmin məbləği Cavabdeh2 ödəməklə avtomobilin və onun texniki pasportunu təhvil almışdır. xx xxxxxx 2019-cu il tarixində isə onlar 5 saylı ASAN xidmətə gedib maşına dair iddiaçının adına baş etibarnamə alıblar. İddiaçı avtomobili "xxxxxxxxxxxxxxxxxxi"-in Babək prospekti məhəllə 2360-dakı sexinə gətirmiş və həmin tarixdən də ustalar işə başlamışlar. Avtomobilin üzərinə quraşdırılmış Qaz 24 matoruda olmaqla demək olar ki, maşında dəyişdirilməyən detal qalmmış və əlavə olaraq, bütün zəruri aksesuarların yenisini quraşdırmışlar. Belə ki, həmin avtomobil “xxxxxxxxx" MMCnin yubileyində prezentasiya olmalı idi. Onlar avtomobili ustaların səyi nəticəsində böyük əziyyətlərlə vaxtında hazır etmiş və avtomobil tədbirdə təqdim olunmuşdur. Avtomobil demək olar ki, sıfırdan yığılmışdır və yeni ehtiyat hissələri xarici ölkələrdən gətirilmişdir. 2018-ci ildə iddiaçı işləri ilə bağlı ABŞ-a getməli olmuşdur və avtmobil "xxxxxxxxxxxxxxxxxxi"-in Babək prospektindəki qarağında qalmışdır. İddiaçı ABŞ-da olan zaman cavabdeh və qeyriləri iddiaçının xaricdə olmağından sui-istifadə edərək tam hazır vəziyyətə gətirilmiş avtomobili ələ keçirmək məqsədi ilə iddiaçının razılığı olmadan avtomobili qarajdan aparmışlar. İddiaçı xəbər tutan kimi cavabdehlə bir neçə dəfə telefon əlaqəsi yaratsa da, cavabdeh iddiaçı ilə kobud danışaraq, maşının özünə məxsus olmasını, iddiaçıya cəmi 10000 manat borcu olduğunu bildirmişdir. Cavabdehə rəsmi pretenziya da ünvanlanmış lakin, heç bir nəticəsi olmamışdır. Cavabdehlə nə maşını nə də ki, pulu qaytarmaqdan imtina edirlər. Qeyd edir ki, 1968-ci il istehsalı olan ** NF *** dövlət nömrə nişanlı X16 markalı avtomobil alınarkən çox pis vəziyyətdə olduğu üçün iddiaçı onu Dövlət Yol Polisində alqı-satqı edə bilməmiş, atomobil cavabdehin mülkiyyətində qalmışdı, ona avtomobilə dair yalnız etibarnamə verilmişdi. Bundan sui istifadə edən cavabdehlər üçüncü şəxs xxxxxxxxxxxxxxxxxx MMC-yə gəlib avtomobilin mülkiyyətçiləri olduqlarını bildirməklə hay şüvənlə avtomobilin götürülməsinə nail olmuşlar. Halbuki, iddiaçı həmin avtomobili pul verməklə almış ona böyük əmək və külli miqdarda maddi vəsait xərcləmişdir. Hesab edir ki, üçüncü şəxs xxxxxxxxxxxxxxxxxx MMC öz növbəsində avtomobili cavabdehlərə verməməli idi. Belə ki, həmin avtomobilin üzərinə iddiaçı tərəfindən külli miqdarda vəsait və əmək qoyulduğundan xəbərdar idi. Əlavə olunmuş video diskdə bütün bu porseslər tam əksini tapmışdır. Həmin çəkilişlərdə avtomobilin əldə edilməsi, sıfırdan necə yığılması, rənglənməsi əks olunub hətta cavabdehlərin özləri və üçüncü şəxs də maraq səbəbindən həmin proseslərin bəzisində iştirak etmiş avtomobilin yığılmasının şahidi olmuş, avtomobilin necə ərsəyə gəlməsini müşahidə etmişlər. Lakin sonradan iddiaçının ölkədə olmadığından yararlanıb xaincəsinə və qanunsuz olaraq, hazır avtomobili ələ keçirmək qərarına gəlmiş və bununla iddiaçıya külli miqdarda maddi və mənəvi zərər vurmuşlar. Hesab edir ki, iddiaçının avtomobilə görə ödədiyi 10000 (on min) manat, avtomobili təmirinə xərclədiyi 50000 (əlli min) ABŞ dolları milli manat olmaqla maddi zərər və 50000 (əlli min) manat mənəvi zərər, həmçinin vəkilə ödənilən 1000 manat və 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Mənəvi zərər dedikdə iddiaçının çəkdiyi mənəvi əzab və stressləri nəzərdə tutur. Həmin stress və depresiyalar səbəbindən o, ürək xəstəliyinə düçar olmuş və bunu o heç bir pula bərpa edə bilməyəcək. Bütün bunlarda cavabdehlər təqsirkardırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı sözün əsl mənasında doğurdan da, şoumendir. Çünki belə uydurma səhnələrin qurulmasında, saxta sövdələşmələrin aparılmasında o, doğurdan da mahirdir. İddiaçı utanmadan avtomobiliтə külli miqdarda pul vəsaitini, əməyini sərf etdiyini bildirir, avtomobili 10000 (on min) manat pula aldığını iddia edir. İddiaçı əslində, necə ki, indi Amerikada şou göstərir, bir vaxtlarda Azərbaycanda belə bir “xxxxxxxxx" adlı şou verliş təşkil edərək, xaricdə istehsal olunan avtomobil sahibləri olan Azərbaycan vətəndaşlarını, o cümlədən də, onları yaxşı gəlir əldə edəcəklərini vəd edərək həmin verilişə cəlb edərək sözün əsil mənasında onlardan özünün gəlir mənbəyi kimi istifadə etmək məqsədi ilə onların inamından sui-istifadə edərək onları və verlişə gələnləri aldadaraq külli miqdarda vəsaiti əlinə keçirməklə Azərbaycandan qaçıb gedən birisidir. İddiaçı onun avtomobilinə heç bir xərc çəkməmiş, əksinə avtomobilini şou proqramın çəkilişlərinin qurbanına çevirərək bərbad vəziyyətə qoymuşdur. Avtomobili normal vəziyyətə qaytara bilməyi üçün özünün külli miqdarıda vəsaitini xərcləmişdir ki, bunu da servisə ödədiyi qəbzlər təsdiq edir. Eləcə də, avtomobili təmir etmiş servis tərəfindən verilən arayışlar da bunun sübutudur. İddiaçının öz tələbini sübut edən heç bir dəlili yoxdur. Onun qeyd etdiyi video görüntülər də, şou veriliş üçün hazırlanan çəkilişlər üçündür. Harada görsənmişdir ki, avtomobilin sahibini birinci dəfə gördüyün gün ona çəkilişlə, şou göstərə-göstərə pul təqdim edib razılaşma əldə edəsən. Onun hec bir zaman avtomobilini satmaq niyyəti olmamış, Davudun bu təklifinə də sırf reklam üçün razılaşmışdır. Qeyd olunan video görüntülərdə də, onların şou üçün guya alqı-satqıya dair sövdələşməri əks olunmuşdur. Madam ki, o sübutdur və həqiqəqətəndə alqı-satqı baş verir, bəs onda nə üçün görüntülərdə pulun da verilməsi yoxdur? Çünki belə bir alqı-satqı ümumiyyətlə baş verməmiş bütün bunlar sadəcə görüntü üçün və bir neçə gün öncədən düşünülərək hazırlanmış bir səhnə olmuşdur. Cavabdeh izahatına əlavə olaraq göstərdi ki, mübahisəli maşın 33 ildir ki, ondadır. O baş usta olmaqla özünə məxsus emalatxanası var və mübahisəli maşın onu evində idi. O, özü köhnə maşınların həvəskarıdır və onda onlarla müxtəlif köhnə maşın kolleksiyaları var. Davud bir gün obyektinə gələrək mübahisəli maşın haqqında onunla söhbət edərək, öz verilişi üçün çəkiliş aparmaq, şou yaratmaq, bunu nəticəsində onun da, reklam olunacağını, köhnə maşın kolleksioneri kimi tanınacağını, onda olan köhnə maşın detallarının tərəfindən alınacağını bildirmiş, o da, razılaşaraq çəkilişdə iştirak etmək istəmədiyini bə bu səbəbdən də, şou üçün oğlu ilə çəkiliş aparmaqlarını bildirmişdir. Onda antikvar maşınların ehtiyat hissələri də, olduğundan Davud başqa maşınlar üçün də, həmin ehtiyat hissələrini ondan alacağına vədd vermişdir. Həmin ehtiyat hissələrini ondan alsa da, pulunu ödəməmişdir. Davud bildirmişdir ki, çəkiliş edəcəklər və guya o, maşını onlardan alaraq aparacaqdır. Məqsəd çox sayda kütlənin cəlb edilməsi idi. Bütün bunlar çəkilişlə olacaqdı. O, özü mübahisəli maşını təzə yığdırmışdı, ona təzə nömrə almışdır. Davudgil bir gün öncədən onlara gələrək maşının benzinnasosunun şlankını çıxartmışdırlar ki, çəkiliş zamanı görsənsin ki, guya maşın xoddanmır. Bundan başqa maşına köhnə görüntü vermək üçün maşının üstünü torpaqla toz etmiş, təkərlərin kolpaklarını çıxartmış və itələyib qaraja salmışdırlar. Daha sonra isə növbəti gün guya ilk dəfə və təsadüfən gəlirmiş kimi şouyla çəkilişlə gəlmişlər. Çəkiliş küçənin başından başlamışdır. Qapını oğlu Fərid açmış və ondan soruşmuşdurlar ki, «sizdə belə bir maşın varmı?» Oğlu isə bildirmişdirdi ki, var və qarajın qapısını açmışdır. O zaman Davud şedevr deyərək dizlərini yerə qoymuş və onun arzularının maşını olduğunu bildirmişdir. Maşını guya xodlanmadığı üçün itələyərək qarajdan çıxartmışlar. Oğlu əvvəlcədən maşının nömrəsini çıxardaraq nömrəni evə qoymuşdur. Əvvəlki gün maşının benzin nasosunu çıxartdıqlarından maşın xoddanmamış, bu zaman onun adamlarından biri əyilərək maşının nasosunu qoşaraq, guya ki, həmin usta maşını xoda saldı görüntüsü verilmişdir. Təbii ki, bütün bunlar şou idi. O isə bu arada evinin 2-ci mərtəbəsindən çay içərək baş verənləri izləyirdi. Daha sonra maşını başqa bir maşının qoşqusuna qoyaraq aparmış və yol boyu da, çəkiliş etmişlər. Məqsəd camaatı verilişə cəlb etmək idi. İlkin olaraq maşını “Audi Mərkəzi”nə aparmış və guya necə yığacaqları barədə müzakirə etməyə başlamışlar. Gütüntülərdə biri deyir ki, Amerikadan mator gətirər, digəri başqa şey deyir və s... Daha sonra Davudgili “Audi Mərkəzi”ndən qovmuşlar və bundan sonra maşını Chevrolet Mərkəzinə sökülmüş vəziyətdə aparmışlar. O, bu barədə sonradan məlumatlı olmuşdur. O, maşının sökülmüş hissələrini ordan burdan taparaq həmin mərkəzə aparmış və Chevrolet mərkəzdə maşını yığmağa başlamışlar. Həmin ərəfədə də, bütün xərci özü çəkmişdir. Qəbzlər də özündədir. Bir gün oğlunun 2 ədəd maşını üçün stop nişanı lazım olmuş və bu barədə Davuda bildirmiş, Davud isə ondan pul alaraq uzun müddət həmin stopları ona verməmiş və məhz bundan sonra da, onun düzgün adam olmamasını başa düşmüşdür. Bəli o, Davuda maşına görə etibarnamə vermişdir. Cünki Davud bildirdi ki, maşını sərgidə nümayiş etdirəcəkdir. Buna görə xaricdən adamlar gələcək. Ümumi etibarnaməni verməyinə səbəb o idi ki, Davud xahiş etmişdir ki, maşını yeni briqada yığır və maşını pulsuz yığmaqları üçün onları inandırmaq lazımdir ki, bu maşın onundur. Onun maşını satmaq niyyəti olmamışdır. Əgər o maşını satsaydı Davud onu 1 il ərzində öz adına keçirərdi. Eyni zamanda maşının nömrələri də, onun evində idi. Ona görə də, etibarnaməni rahat vermişdir. Çünki nömrələr onda saxlanıldığından onun iştirakı olmadan maşını özgəninkiləşdirə bilməzdi. Amerikadan maşın üçün bir çöp belə gətirilməmişdir. Əgər xaricdən mator və ya hansısa hissələr gətirilibsə bunun rəsmi sənədlərini, o cümlədən gömrük sənədlərini də məhkəməyə təqdim edərdi. Davud xahiş etmişdir ki, maşını sərgi üçün Pasaja aparsınlar. Çünki xaricdən qonaqları gələcəkdir. Qonaqlar görsün ki, burda da, belə bir veriliş vardır. Maşını yarı hazır vəziyyətdə kanteynere qoyularaq pasaja aparmışlar. Orada fişənglər tüstülər buraxılmış, rəqqasə qızların iştirakı ilə şou proqram keçirilmiş, hazır olmadığı üçün maşının yalnız bir az ön hissəsini qaz verərək çıxarmış, maşının tam görüntüsünü çəkməyə qoymamışlar. Çünki tam çıxarılsa idi maşının içi və arxası da, görsənəcəkdir. Daha sonra isə maşını yenədə servisə aparmışlar. O görəndə ki, Davud onu aldadır, etibarnaməni ləğv etdirmişdir. Davud Amerikaya qaçmış, maşın isə Chevrolet mərkəzində qalmışdır. O, Chevrolet mərkəzinə gedərək maşınını tələb etmiş, oranın sahibi isə ilkin olaraq onun maşınını gizlədərək ona maşının orada olmadığını bildirmiş, daha sonra o müvafiq orqanlara müraciət etmiş və ona bildirmişlər ki, maşını evakuatrla apararaq 20 yanvar ərazisində yerləşən General Motors şirkətinin dayanacağına yerləşdirmişlər. Oranın sahibi Baba müəllim idi. Həmin obyektə Davudun Azad adlı dostu ilə getmiş, bu zaman oradakı emalatxanada onlarla maşının bu vəziyyətdə qalmasını görmüşdür. O, ora müraciət edərək bildirmişdir ki, əgər maşını verməsələr prokurorluğa şikayət edəcəkdir. Bu zaman ona Davudun onlarla adamı bu şəkildə aldadaraq maşınlarını təmir adı ilə bura yığması və hazırda da, həmin maşınların təmirinə görə şirkətə borcu yaranması, Davud barəsində İnterpolda axtarış verildiyindən özünün isə qaçıb getməsini bildirərək, bu məsələrin aydınlaşdırılması üçün ondan 2 ay möhlət istəmişlər. O, yenə də, deyilən müddətdən sonra təkrar həmin yerə getmiş, bu zaman ona Davudun vəkili olduğu və həmin vəkilin onunla əlaqə saxlayacağı bildirilsə də, vəkil onunla əlaqə saxlamamışdır. Daha sonra isə ona bildirmişdirlər ki, Davud zəng edərək onun tərəfindən maşının təmirinə görə şirkətə olan borcunun ödənildikdən sonra maşını aparmağını bildirmişdir. O, məcbur qalaraq həmin servisə 8000 manat ödəmiş və onlar maşınını evakuatra qoyaraq özünün iştirakı olmadan Mərdəkandakı obyektinin qabağına qoyaraq getmişlər. Maşın pis gündə idi, fırçası belə yox idi. Bundan başqa iddiaçının vəkili bütün məhkəmə iclaslarında yalan danışmışdır. Əgər onlar onun maşınına görə Chevrolet Mərkəzində hər hansı ödəniş etmişdirlərsə buna dair sübut təqdim etsinlər. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh1 digər Cavabdeh2 izahatı ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, Davud çox sayda vəzifəli şəxslərə bu hərəkəti etmiş, daha sonra isə X1çmışdır. Maşını ona verməkdə məqsədləri bir şou üçün görüntü yaratmaq olmuş, alqısatqı məqsədləri olmamış və ona, eləcə də atasına maşının alınmasından ötəri bir qəpikdə pul verilməmişdir. Videoçəkilişlərə diqqət edilsə görünər ki, maşının nömrəsi üstündə deyildir. Çünki maşının nömrəsini o əvvəlcədən çıxartmışdı. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X10 ifadəsində göstərmişdir ki, Rövşənlə qonşudur və onun başına nə gəlibsə öz günahı ucbatından gəlmişdir. Rövşənin Mərdəkanda bağlar zonasında bağ evində bir neçə antikvar maşını vardır. Bir gün Rövşənin qapısının ağzında iddiaçı ilə danışdığını görmüşdür. Rövşəndən soruşduqda nə məsələdir, sonuncu bildirmişdir ki, Davud onun maşınını veriliş üçün götürmək istəyir. Onun maşını şou proqram üçün lazımdır. Daha sonra bildirdi ki, maşının motorunu sökəcəklər. Bundan başqa Rövşəndə bir sıra maşının ehtiyat hissələri var idi. Həmin ehtiyat hissələrinin də iddiaçıya verilməsini görmüşdür. Davud isə onların pulunu daha sonra verəcəyini bildirmişdir. Lakin Davud Rövşənə borclu olduğu pulu verməmişdir. Daha sonra Rövşənin dediyinə görə Davud onda olan qara rəngli Pikup markalı maşını və yaşıl maşını almaq istədiyini bildirmiş, Rövşən isə maşınları satmaq niyyətinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı ifadə vermiş Əliyev Rövşən Məzaim oğlu ifadəsində göstərmişdir ki, Rövşən ilə dostdur, əvvəllər, yəni maşın söhbəti yaranan zaman Rövşənin kafesi olmuş, kafe icarəyə götürülmüşdür. Kafenin 2-ci mərtəbəsini çayxana kimi işlətmiş, 1-ci mərtəbəsində isə Rövşənin antikvar maşınları olmuşdur. Bir gün obyektə 4 nəfər gələrək çəkiliş etmək istədiklərini bildirdilər. O, orada qulaq şahidi olmuş, söhbət zamanı maşından, şoudan söhbət getmişdir. Alqı satqıdan hər hansı söhbət getməmişdir. Rövşənə maşının şou proqram üçün onlara verilməsini, onlar tərəfindən maşının sökülərək yığılmağı təklif edilmişdir. Əgər alqı-satqı olmuş olsaydı ən azından hər hansı sənəd imzalanardı. Əvvəlki məhkəmə baxışı zamanı ifadə vermiş şahid X3 göstərmişdir ki, X6 əvvəldən tanıyır. Bir gün Davud Deqterov ona Mərdəkan qəsəbəsində bir avtomobil bəyəndiyini və onu almaq istədiyini bildirmiş və onlar birlikdə avtomobili almağa getmişdirlər. Ora gedən zaman onları Cavabdeh2 qarşılamışdır. Həmin vaxt avtomobil qeyri-işlək vəziyyətdə idi və avtomobilin üzərinə Qaz 24 matoru da, quraşdırılmışdır. Cavabdeh2 avtomobili Davud Deqterova təxmini 8000-10000 satmağa razılaşmışdır. Təxmini 5000-6000 manat pulu onun yanında Davud Deqterov Cavabdeh2 vermiş, avtomobili onun avtomobilinə quraşdırılmış qoşqu vasitəsilə "xxxxxxxxxxxxxxxxxxi"-in Babək prospekti məhəllə 2360dakı sexinə gətirmişlər. X14 ilə birlikdə açdıqları “xxxxxxxxx” adlı şou verilşi üçün avtomobilin bütün zəruri aksesuarların yenisi quraşdırılmışdır. Həmin avtomobilin ehtiyat hissələrini tapmağda o Davud Deqterova köməklik etmişdir. Əvvəlki məhkəmə baxışı zamanı ifadə vermiş şahid X11 göstərmişdir ki, “xxxxxxxxx” MMC-də çilingər vəzifəsində çalışmışdır. O, həmin avtomobilin mühərrikini, kondisionerini və s. quraşdırmış və gördüyü işə görə Davud Deqterov ona 4000 manat pul verilmişdir. Həmin avtomobil “xxxxxxxxx” MMC-nin yubileyində təqdim olunması üçün 1 ilə yaxın sıfırdan yığılmışdır və yeni ehtiyat hissələri xarici ölkələrdən gətirilmişdir. Əvvəlki məhkəmə baxışı zamanı ifadə vermiş şahid X12 göstərmişdir ki, “xxxxxxxxx” MMC-də maşınların sökülməsi işi ilə məşğul olmuşdur. Bir gün dostu ona Mərdəkan qəsəbəsində X16 markalı avtomobil satıldığını bildirmişdi. O da bu barədə Davud Deqterova bildirmiş və o, avtomobili Cavabdeh2 müəyyən məbləğ müqabilində almışdır. Cavabdeh2 avtomobili Davud Deqterova hansı məbləğə satdığından xəbəri yoxdur. Əvvəlki məhkəmə baxışı zamanı ifadə vermiş şahid X8 göstərmişdir ki, o, “xxxxxxxxxxxxxxxxxx”in işçisidir. Avtomobil yanvar ayında servisə qoşqu vasitəsi ilə Davud tərəfindən “xxxxxxxxx” MMC-nin yubileyində təqdim olunması üçün gətirilmişdir. Avtomobil servisə gətirilən zaman pis vəziyyətdə idi. Avtomobilin üzərində ondan başqa bir neçə usta işləmişdir. Onlar avtomobilin mühərrikini dəyişmişlər. Ödəniş xəzinəyə olduğu üçün, bundan məlumatsızdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzürlü səbəblərdən olmasına dair məlumatlar verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, onların izahatlarını, ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, hadisələin görüntüsünü özündə əks etdirən diskə baxış kesirərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - «Asan» Xidmət Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ƏN-Vİ № 071428 etibarnamənin məzmunundan görünür ki, Cavabdeh1 “X16” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilini X7 1 il müddətinə idarə etmək, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək və digər hərəkətləri etibar etmişdir. - servis kartı № F00597851 saylı Cavabdeh1 adına olan müştəri kartından görünür ki, “X16” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilinin təmir və ehtiyat hissələrinə görə cəmi 5800 AZN təşkil edir. - «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin kassa mədaxil qəbzlərindən görünür ki, Cavabdeh2 tərəfindən müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə ödənişlər edilmişdir. - Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 1263 saylı ekspertiza rəyinin nəticə hissəsində məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadında qoyulan suallar üzrə ardıcıllıqla verilən cavablarından görünür ki, İ sual üzrə Nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1968-ci il istehsalı olan “X16” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4023,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 3785,00 manat; Təmir- bərpa işlərininq iyməti - 2015,00 manat. İİ sual üzrə “X16” markalı”, 1968-ci il buraxılışlı, minik markalı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiyməti təxminən 120000,00 yüz iyirmi min) manat müəyyən olunur. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyyən edilmişdir ki, 1968-ci il istehsalı olan ** NF *** dövlət nömrə nişanlı «X16» markalı avtomobil Cavabdeh2 məxsus olmaqla faktiki olaraq onun və atası Cavabdeh1 istifadəsindədir. X13 Vladimiroviç Cavabdeh2lə tanış olduğunu, sonuncunun oğluna məxsus 1968-ci il istehsalı olan ** NF *** dövlət nömrə nişanlı «X16» markalı avtomobili ona satdığını bildirərək bu məqsədlə ona yerində avtomobilə baxdıqdan sonra həmin avtomobili 10000 (on min) manata razılaşmasını və qeyd edilən məbləği ona ödəməklə avtomobilin və onun texniki pasportunu təhvil almasını, bu məqsədlə də xx xxxxxx 2019-cu il tarixində 5 saylı ASAN xidmətə gedib maşına dair iddiaçının adına baş etibarnamə verilməsini, avtomobili "xxxxxxxxxxxxxxxxxxi"-in Babək prospekti məhəllə 2360-dakı sexinə gətirərək həmin tarixdən də, ustaların işə başlamasını, avtomobili təmirinə bu məqsədlə 50000 ABŞ dolları məbləğində vəsait xərcləməsini iddia etmişdir. Cavabdeh tərəfin isə iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallar əsasən ondan ibarətdir ki, 1968-ci il istehsalı olan ** NF *** dövlət nömrə nişanlı «X16» markalı avtomobili iddiaçıya satmaq niyyətləri olmamış, maşın onun rəhbərlik etdiyi “xxxxxxxxx" MMC tərəfindən təşkil edilmiş “xxxxxxxxx" adlı şou proqramın çəkilişlərində istifadə edilməsi niyyəti ilə verilmiş, verilən etibarnamənin məqsədinin isə maşın şou proqramda istifadə edilən zamanı avtomaşının guya iddiaçıya aidiyyatını təsdiq etmək üçün formal verilmişdir. İddiaçı həmin avtomobilə heç bir xərc çəkməmiş, əksinə avtomobili şou proqramın çəkilişləri zamanı bərbad vəziyyətə qoyulduğundan, onun normal vəziyyətə qaytara bilməyi üçün cavabdeh tərəf özünün vəsaitini xərcləmiş, bu da servisə ödənilmiş qəbzlərlə təsdiq edilir. Məhkəmə iddia tələblərinə qiymət verərkən ilk növbədə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Başqa sözlə, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallardan biri olan 1968-ci il istehsalı olan ** NF *** dövlət nömrə nişanlı «X16» markalı avtomobilin cavabdehlərdən 10000 manata alınması ilə bağlı razılaşmalarının olması və onun da bu məbləği cavabdehlərdən Cavabdeh2 ödənilməsi ilə bağlı dəlili ilə əlaqədar hesab edir ki, iddiaçı bu faktın həqiqət olmasını təsdiq etmək üçün məhkəməyə mötəbər və tutarlı sübut növləri təqdim etməmişdir. Belə ki, iddiaçı tərəf cavabdehdən qəbz almağa ehtiyac olmamasını videoçəkilişin olması ilə əsaslandırsa da, bununla bağlı təqdim edilərək baxış keçirilmiş diskdə belə bir halın pulun ödənilməsinin baş verməsi öz təsdiqini tapmamışdır. Digər tərəfdən işin materiallarında olan avtomaşına dair iddiaçının adına verilən etibarnamənin mövcudluğuna da məhkəmə qiymət verərək hesab edir ki, bu hal da avtomaşının cavabdehlər tərəfindən iddiaçıya satılmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Belə ki, belə bir hal baş vermiş olsa idi, iddiaçı həmin etibarnamədən istifadə etməklə avtomaşının özgəninkiləşdirilməsi ilə bağlı müəyyən hərəkətlər edərdi. Həmçinin də, avtomaşının etibarnamə yolu ilə deyil, birbaşa iddiaçının adına rəsmiləşdirilməsi imkanlarını həyata keçirilməsi üçün hər hansı məhdudiyyətlərin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının bu halın (alqı-satqı ilə bağlı) təsdiq edilməsi üçün təqdim etdiyi şahid ifadələrinə isə məhkəmə qiymət verərək onları mötəbər sübut kimi qiymətləndirmir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin şahidləri X7 yaxın şəxslər olmaqla (tanışı, “xxxxxxxxx" MMC-də işçiləri) onun maraq və mənafeyinə uyğun ifadələr vermişlər. Həmçinin onların bu ifadələri də, iddiaçının alqı-satqı ilə bağlı tələbinin əsası kimi istinad etdiyi hallarla tam uzlaşmır. Belə ki, iddiaçı ərizəsində cavabdehə alqı-satqı ilə bağlı yerində 10000 manata razılaşaraq bu məbləği də dərhal verməsini göstərsə də, şahid X3 ifadəsində Cavabdeh2 avtomobili Davud Deqterova təxmini 8000-10000 satmağa razılaşaraq, təxmini də 5000-6000 manat pulu onun yanında Davud Deqterov Cavabdeh2 verməsini göstərmişdir. Daha sonra şahid X11 və şahid X12 ifadələrində Cavabdeh2 avtomobili Davud Deqterova hansı məbləğə satdığı barədə heç nə göstərməmişlər. Həmçinin şahid X11 mübahisəli avtomobilin “xxxxxxxxx" MMC-nin yubileyində prezentasiya olmaq üçün 1 ilə yaxın sıfırdan yığılması və yeni ehtiyat hissələri xarici ölkələrdən gətirilməsini göstərərək həmin avtomobilin matorunu, kondisionerini və s. quraşdırmışdırma işlərinə görə Davud Deqterovun ona 4000 manat pul verilməsini göstərsə də, şahidin bu barədə verdiyi məlumatların heç biri iddiaçı tərəfin sübutları ilə tamamlanmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iddiaçı tərəfin şahid ifadələrinə qiymət verərkən nəzərə alır ki, bu ifadələr həmçinin iddiaçının mübahisəli avtomaşına dair iddia etdiyi kimi 50000 ABŞ dolları məbləğində xərc çəkməsini də təsdiq etmir. İşin materiallarından görünür ki, cavabdeh tərəfin təqdim etdikləri qəbzlərə əsasən «xxxxxxxxxxxxxxxxxxx» MMC-yə 8000 manat ödəməsi faktı mövcuddur. Həmçinin də iş üzrə aparılmış ekspertiza zamanı 1968-ci il istehsalı olan “X16” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4023,00 manat müəyyən edilmişdir. Beləliklə, iddiaçının mübahisəli avtomaşına dair iddia etdiyi kimi 50000 ABŞ dolları məbləğində xərc çəkməsinə dair heç bir mötəbər sübutlar təqdim edilmədiyi üçün məhkəmə iddianın bu hissəsinin də əsassız olması nəticəsinə gəlir. Məhkəmə cavabdeh tərəfin şahidlərinin də ifadələrinə qiymət verərək qeyd etməyi zəruri sayır ki, onların ifadələrində verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmuşdur. Belə ki, onlar ifadələrində iddiaçı ilə Cavabdeh2 arasında Picap markalı maşının və sonuncuda olan bir sıra maşının ehtiyat hissələrinin alqı-satqı ilə bağlı söhbətlərin olmasını, iddiaçının ehtiyat hissələri ilə bağlı Rövşənə borclu qalmasını, mübahisəli maşının şou proqram üçün onlara verilməsi və yalnız bu məqsədlə maşını yığmağın təklif edilməsi barədə söhbətlərinin olmasını təsdiq etmişlər ki, bu məlumatlar da işin araşdırılmış halları ilə uzlaşır. Məhkəmə qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Cavabdeh tərəfin şahidləri, iddiaçı tərəfin şahidlərindən fərqli olaraq iddiaçı ilə Cavabdeh2 arasında olan hadisələri aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Buna görə də məhkəmə bu şahidlərin ifadələrini sübut növü kimi qiymətləndirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin (mənəvi zərərlə bağlı) araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının avtomobilə görə ödədiyi 10000 (on min) manat, avtomobili təmirinə xərclədiyi 50000 (əlli min) ABŞ dolları milli manat olmaqla maddi zərərlə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi bu hissələrdə rədd edilməlidir. İddianın qeyd olunan hissələri əsassız olduğu üçün rədd olunduğundan məhkəmə həmçinin hesab edir ki, iddianın digər, yəni, mənəvi ziyanın tutulması və digər tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia təmin olunmadığı halda ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərci iddiaçı X2 tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərci iddiaçı X2 tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar