Məhkəmə qərarları › İş №2(004)-3222/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3222/2023

13.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3222/2023 13.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh3nə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1, Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh3nə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “SƏRRAF-M" Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən ünvan 1 ünvanındakı 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 12 saylı mənzil ünvanındakı mənzilinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, 0016/23 saylı qiymətləndirmə hesabatının ləğv edilməsi və həmin mənzilə dair cavabdeh Azərbaycan Respublikası “X1" “Əmlak Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərrac nəticələri barədə 03 aprel 2023-cü il tarixli 83/23 saylı protokolunu və həmin mənzilə dair bu hərrac protokolu əsasında cavabdehlər Azərbaycan Respublikası “X1" “Əmlak Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti və Bank “BTB" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən xx.xx.2022-ci il tarixində İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra qeydi aparılmışdır. Həmin İcra qeydinə əsasən 18706.67 AZN əsas borc, 375.92 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 19082.59 AZN tutularaq Bank "xxxx" ASC-nin hesabına köçürülməsi, tutmanın İddiaçı mülkiyyətində olan AS-İP-024 AİF nömrəli, 20 iyul 2009-cü il tarixli Alqı-Satqı və İpoteka müqaviləsi əsasında "xxxx" ASC qarşısında yüklü edilmiş ünvan 2ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 12 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satışa çıxarılması və mənzilin satışından əldə edilmiş məbləğdən 20 iyul 2009-cu il tarixli, 024 AİF saylı kredit müqaviləsi üzrə olan 18706.67 AZN əsas borc, 375.92 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 19082.59 AZN məbləğində borc pulun həmin ünvanda yerləşən ünvan 2 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 12 saylı əmlaka tutma yönəldilmişdir. Bu İcra qeydi əsasında icra vərəqəsi çıxarılmışdır. Həmin iş üzrə cavabdehlər Azərbaycan Respublikası “X1” Cavabdeh1 və Cavabdeh3 Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən xx.xx.2023-cü il tarixli, 0016/23 saylı əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabata əsasən mübahisələndirilən əmlakın ilkin qiyməti 80.000 manat qiymətləndirilmişdir. Bundan sonra, cavabdehlər Azərbaycan Respublikası “X1” Cavabdeh1 və Bank "xxxx" ASC 03 aprel 2023cü il tarixdə hərracı keçiriblər və həmin tarixdə icra predmeti olan yuxarıda göstərilən mənzilin hərracının nəticələri haqqında 88/23 saylı protokol tərtib ediblər, Elə xx.xx.2023-cü il tarixdə də cavabdehlər Azərbaycan Respublikası “X1-' “X13” Məhdud Məsuliyyətli Cəmiyyəti və Bank "xxxx" ASC arasında mənzilin alqı-satqısı müqaviləsi bağlanmışdır. Protokola və müqaviləyə əsasən keçirilmiş hərracda istinad edilən əmlak 51.000 (əlli bir min) manat məbləğdə satılıb. Aşağıdakılara əsasən hesab edir ki, cavabdehlər Cavabdeh3 Qiymətləndirmə və konsaltinq şirkəti və Azərbaycan Respublikası “X1” Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 0016/23 saylı qiymətləndirmə hesabatı və hərrac nəticələri barədə 03 aprel 2023-cü il tarixli, 88/23 saylı protokol və onun əsasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Qiymətləndirici təşkilat olan Cavabdeh3 Qiymətləndirmə və konsaltinq şirkəti öz qiymətləndirmə rəyində yalnız mənzilinin texniki sənədlərində əks olunmuş texniki göstəriciləri qeyd etmiş və qiymətləndirmə zamanı istifadə edilən metodları sadalamış, sonda isə nəticəsini yazmışdır. Lakin cavabdeh mənzilin qiymətinin niyə məhz bu qədər olduğunu öz qiymətləndirmə aktında bu metodlara əsasən təhlil etməyib. Bundan əlavə, cavabdeh qiymətləndirmənin fakt üzrə aparıldığını və evə xx.xx.2023-cü il tarixində baxış keçirildiyini qeyd etsə də, qiymətləndirmə fəaliyyətində nəzərdə tutulmuş qaydada evə baxış keçirilməmiş və qiymətləndirici təşkilat sadəcə mənzildən kənarda və yalnız mənzilin texniki sənədləri əsasında rəy hazırlayıb.Əgər mənzilə dair qiymətləndirmə keçirilsəydi qiymətləndirmə hesabatında evə baxış keçirilməsinə dair fotoşəkillər olardı və rəydə ümumi şəkildə mənzilin təmirili olması deyil, təmirin nədən ibarət olması qeyd olunardı. Mübahisələndirilən hesabatda yalnız mənzilin texniki göstəriciləri, mühəndis avadanlıqları və tikintinin texniki xarakterizəsi qeyd edilmiş, daha sonra isə metodlar sadalanmışdır.Lakin mübahisələndirilən hesabatda qanunla tələb edilən qiymətləndirmənin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmayıb.Qeyd olunan tələblərin hesabatda əks edilməsi imperativ qaydada müəyyən edilib. Hazırki hesabat bu imperativ tələblərə uyğun deyil. Bundan əlavə, yaşayış yerinin təmirli olması göstərilsə də, buna dair heç bir təhlil aparılmayıb. Nəticə etibarilə hazırki hesabat qanunla müəyyən edilmiş qaydada hazırlanmamaqla bərabər icra vərəqəsinin predmeti olan mənzilə dair real vəziyyəti əks etdirmir. Hesab edir ki, hərrac bir sıra pozuntularla müşayiət edilərək keçirilib. Bakı şəhəri Binəqədi rayonu İcra şöbəsi tərəfindən hərracın keçirilməsinə dair sifariş düzgün verilməyib. Buna baxmayaraq, 03 aprel 2023-cü il tarixli protokolda sifarişçinin olduğu göstərilib. Lakin həmin protokolda Bakı şəhəri Binəqədi rayonu İcra şöbəsi sifarişçi kimi qeyd edilsə də, onun səlahiyyətli nümayəndəsi protokolda buna dair müvafiq qeyd aparmayıb. Baxmayaraq ki, Bakı şəhəri Binəqədi rayonu icra şöbəsi protokolda 21 dekabr 2022-ci il tarixli icra qeydinə əsasən sifarişçi kimi göstərilib, lakin həmin icra vərəqində hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti əks etdirilməmişdir. İkincisi, protokola əsasən istinad edilən əmlak 51.000 manat məbləğdə pula hərracda satılıb. Lakin əmlakın ilkin qiyməti 68.000 manat hesablanmışdır. Lakin mənzilin real bazar qiyməti 100.000 manatdır. Belə olan halda qanunvericiliyə görə ilkin əmlak ilkin hərracda satıla bilməz. Çünki ilkin hərracda əmlakın ilkin satış qiymətinin 70 faizindən aşağı məbləğ təklif edilə bilməz (faktiki olaraq indiki məbləğ 50 %-ni təşkil edir). Baxmayaraq ki, protokolda qeyd edilib ki, təkrar hərracda əmlak və enmiş faizlər əsasında satılıb, hazırki hərrac üzrə təkrar hərracın keçirilməsi qanunvericiliyin tələblərinə zidd olub. Belə ki, təkrar hərracın keçirilməsi qaydası AR Mülki Məcəlləsinin 319.5-ci maddəsinə və İpoteka haqqında Qanunun 43-cü maddəsinə əsasən təkrar hərrac birinci hərrac formasnda keçirilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, 03 aprel 2023-cü il tarixli hərrac qanunvericiliyinin tələblərinə, xüsusilə Mülki Məcəllədə nəzərədə tutulmuş hərracın keçirilməsinə dair qaydalara uyğun olmayan formada keçirilib satılmışdır. Cavabdeh1 MMC iddiaya etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon icra Şöbəsindən Cavabdeh1 MMC-yə ünvanlanmış xx/xx- 308450-16 saylı, xx.xx.2023-cü il tarixli (daxil olma xx.xx.2023-cü il) sifariş məktubundan görünür ki, Bakı şəhəri 32 saylı Notariat Konturunun 8İ-12010 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən, ilkin satış dəyəri 80.000 (səksən min) manata olmaqla, tələbkar "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsində istifadədə olan 0.13154 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 2 otaqlı, 46.94 kv.metr ümumi, 31.11 kv.metr yaşayış sahəsindən ibarət olan, 6 nömrəli evin 12 saylı mənzilinin (Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* №-li çıxarışa əsasən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2002-ci il tarixli, reyestr nömrəsi **********68 05101 -093003) açıq hərracda satılması Cavabdeh1 MMC-yə sifariş olunmuşdur. (26 yanvar 2023-cü il tarixli sifarişin surəti əlavə edilir). Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 28 fevral 2023-cü il tarixinə, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, borclular X5, İddiaçı, eləcə də tələbkar “Bank BTB ASC-nə 292/23 saylı, xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində elektron kütləvi informasiya vasitəsi kimi “Birjanyus” X2 (Portalında) (www.birıanews.az) dərc olunmuş və həmin elan, eyni zamanda, hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 28 fevral 2023-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. (xx.xx.2023-cü il tarixli protokolun surəti əlavə edilir). 28 fevral 2023-cü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin mənzil ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 68.000 (altmış səkkiz min) manata olmaqla 17 mart 2023-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (www.birianews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Eyni zamanda qeyd edilir ki, sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2023-cü il tarixə, saat ll:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X2 (Portalında) (www.birianews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “X4 dair” xx.xx.2023- cü il tarixli, 465/23 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. (Bildirişin və poçt qəbzinin surəti əlavə edilir). Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 17 mart 2023- cü il tarixli protokolun surətindən görünür ki, 17 mart 2023-cü il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən xx.xx.2023-cü il tarixli, 646/23 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur. İpoteka saxlayan "xxxx" ASC-ti ipoteka predmetini təklif edilən 51.000 (əlli bir min) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X1” nəzdində “Əmlak Hərrac Mərkəzi MMC-ti tərəfindən xx.xx.2023cü il tarixli, 83/23 saylı “X8 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Əmlak Hərrac Mərkəzi” MMC-nin 657/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi icra Şöbəsinə göndərilmişdir. Hərracın etibarsız sayılmasına və ya digər hüquqi əsas yoxdur. Xahiş olunur göstərilənləri nəzərə almaqla, işə nümayəndənin iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia əsassızdır, çünki hazırki iclasda iddiaçı hərracda iştirak etmədiyini desə də, digər məhkəmə işlərində hərracda iştirak etdiyini etiraf etmişdir. Çünki bank tərəfindən iddiaçıya telefonla zəng edilmiş, bununla yanaşı bildiriş də göndərilmişdir. Buna görə də hərrac qanuni keçirilmişdir. Evin likvid dəyəri ilə hərrac qiyməti arasında çox fərq də yoxdur. Bundan əlavə evə dair hərracda alıcı tapılmadığına mənzil banka təklif edilmiş, nəticədə bank tərəfindən satın alınmışdır. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 MMC-nə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin müddəalarını nəzərə alaraq işə Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3nə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin müddəalarını nəzərə alaraq işə Cavabdeh3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri 3 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2009cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı X7 ünvan 1 ünvanındakı 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 12 saylı mənzili alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verir. Müqavilənin 1.4-cü bəndinə əsasən mənzilin satış dəyəri 46000 manatdır, mənzilin dəyərinin 7000 manatı alıcı-ipoteka qoyan özü tərəfindən, 39000 manatı kreditor-ipoteka saxlayan tərəfindən 20 iyul 2009-cu il tarixli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit hesabına ödənilir. İş materiallarında olan Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli icra qeydinin surətindən görünür ki, ipoteka qoyana məxsus ipoteka predmeti olan ünvan 1 ünvanındakı 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 12 saylı mənzilə tutma yönəldilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsində istifadədə olan 0.13154 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 2 mərtəbəli binada, 46.94 kv.m ümumi, 31.44 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 12 nömrəli mənzil tam mülkiyyət huququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1000 nömrəli reyestr kitabının 89863 nömrəli vərəqində xx.xx.2009-cu il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh3 17 yanvar 2023-cü il tarixli 0016/23 saylı qiymətləndirmə hesabatının surətindən görünür ki, bazarda olan tələb və təklif nəzərə alınmaqla, anoloji obyekt üzrə bazar araşdırmaları aparılmaqla, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.O.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsində yerləşən 1 nömrəli evin 12 nömrəli mənzilinin likvid dəyəri 80 000 manat təşkil edir. İş materiallarında olan, Bakı şəhəri Binəqədi rayon icra şöbəsindən Cavabdeh1 MMCyə ünvanlanmış xx/xx-308450-16 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubundan görünür ki, Bakı şəhəri 32 saylı Notariat Konturunun 8İ-12010 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən, ilkin satış dəyəri 80.000 manata olmaqla, tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsində istifadədə olan 0.13154 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 2 otaqlı, 46.94 kv.metr ümumi, 31.11 kv.metr yaşayış sahəsindən ibarət olan, 6 nömrəli evin 12 saylı mənzilinin (Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* №-li çıxarışa əsasən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2002ci il tarixli, reyestr nömrəsi **********68 05101 -093003) açıq hərracda satılması Cavabdeh1 MMC-yə sifariş olunmuşdur. İş materiallarında olan, acıq hərracın keçirilməsinə dair ilkin hərracın keçirilməsi 28 fevral 2023-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Sifarişçi tərəfindən icra şöbəsinə, borclular X5, İddiaçı, eləcə də tələbkar “Bank BTB ASC-nə bildiriş göndərilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli www.birjanews.az saytında yerləşdirilmiş açıq hərracın keçirilməsinə dair elanda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-308450-16 saylı, xx.xx.2023-cü il tarixli sifarişi üzrə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəsbəsi, Həsrət Ağamalıyev küçəsində istifadədə olan 0.13154 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 46.94 kv.metr ümumi 31.11 kv.metr sahəsindən ibarət olan, 1 nömrəli evin 12 saylı mənzili açıq hərracda satılmalıdır. İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 28 fevral 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Hərrac Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir. Əmlakın ilkin satış qiyməti 80.000 manat müəyyən edilmişdir. Hərracın təşkilatçısı Cavabdeh1 MMC-dir. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli hərracın baş tutmamasına dair protokola əsasən müəyyən edilir ki, 28 fevral 2023-cü il, saat 10:00-a təyin edilmiş ilkin hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, 28 fevral 2023-cü il tarixinə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadı. İş materiallarında olan, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə, X5, İddiaçı ünvanlanmış X4 dair bildirişdə qeyd edilmişdir ki, Bakı şəhəri 32 saylı Notariat Konturunun 8İ-12010 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən, Bakı şəhəri, Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-308450-16 saylı, xx.xx.2023-cü il tarixli sifarişi üzrə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəsbəsi, Həsrət Ağamalıyev küçəsində istifadədə olan 0.13154 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 46.94 kv.metr ümumi 31.11 kv.metr sahəsindən ibarət olan, 1 nömrəli evin 12 saylı mənzilinə dair 28 fevral 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar olaraq təkrar hərrac 17 mart 2023-cü il tarixinə saat 10.00-a təyin edilmişdir. Hərrac Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir. Hərracın təşkilatçısı Cavabdeh1 MMC-dir. İş materiallarına əlavə edilmiş 245649 nömrəli 01 mart 2023-cü il tarixli qaimədən görünür ki, Cavabdeh1 MMC tərəfindən göndərilmiş məktub 01 mart 2023-cü il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli www.birjanews.az saytında yerləşdirilmiş X4 dair elanda qeyd edilmişdir ki, Bakı şəhəri 32 saylı Notariat Konturunun 8İ-12010 saylı, xx.xx.2021-ci icra qeydinə əsasən, Bakı şəhəri, Binəqədi Rayon İcra Şöbəsinin xx/xx- 308450-16 saylı, xx.xx.2023-cü il tarixli sifarişi üzrə, tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, İddiaçı oğluna məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəsbəsi, Həsrət Ağamalıyev küçəsində istifadədə olan 0.13154 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 46.94 kv.metr ümumi 31.11 kv.metr sahəsindən ibarət olan, 1 nömrəli evin 12 saylı mənzilinə dair 28 fevral 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından,68.000 manata təkrar açıq hərraca çıxarılmışdır. Təkrar hərrac 17 mart 2023cü il tarixi, saat 10:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir. Təkrar hərracda iştrak üçün satış qiymətinin 5%-i, yəni 3.400 manat miqdarında beh ödənilməlidir. İş materiallarında olan 17 mart 2023-cü il tarixli hərracın baş tutmamasına dair protokola əsasən müəyyən edilir ki, 17 mart 2023-cü il, saat 10:00-a təyin edilmiş təkrar hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, 17 mart 2023-cü il tarixinə təyin edilmiş təkrar hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadı. İş materiallarında olan 03 aprel 2023-cü il tarixli, 83/23 nömrəli hərracın yekunları barədə protokola əsasən müəyyən olunur ki, Bakı şəhəri 32 saylı Notariat Konturunun 8İ- 12010 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsində istifadədə olan 0.13154 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 2 otaqlı, 46.94 kv.metr ümumi, 31.11 kv.metr yaşayış sahəsindən ibarət olan, 6 nömrəli evin 12 saylı mənzilinin (Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* №-li çıxarışa əsasən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2002-ci il tarixli, reyestr nömrəsi **********68 05101 - 093003) təkrar hərracda alış qiyməti 51.000 manat olmaqla “Bank BTB" ASC-nə satılmışdır. Hərracın yekunları barədə bu protokol Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsində istifadədə olan 0.13154 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 2 otaqlı, 46.94 kv.metr ümumi, 31.11 kv.metr yaşayış sahəsindən ibarət olan, 6 nömrəli evin 12 saylı mənzilinin (Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* №-li çıxarışa əsasən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2002-ci il tarixli, reyestr nömrəsi **********68 05101 -093003) fərdi yaşayış evinin yeni mülkiyyətçi “Bank BTB"xxxx" ASC-nin adına dövlət qeydiyyatına alınması üçün əsasdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların X6 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi, ev 1, mənzil 12 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında Bank "xxxx" ASC-yə məxsusdur. İş materiallarında olan “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2023-cü il tarixli YDQMN№ 004-089/2023 nömrəli Qiymətləndirmə hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilin 2023-cü yanvar ayına olan bazar dəyəri 104000 manat, likvid dəyəri isə 88400 manat təşkil edir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun: 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-cü maddəsinə əsasən: 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə, məhkəmə araşdırması zamanı və iş materiallarından olan sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri 32 saylı Notariat Kontorunın 8İ-12010 nömrəli, xx.xx.2022-ci il tarixli sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsində istifadədə olan 0.13154 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 2 otaqlı, 46.94 kv.metr ümumi, 31.11 kv.metr yaşayış sahəsindən ibarət olan, 6 nömrəli evin 12 saylı mənzilinin açıq hərracda satılması Cavabdeh1 MMC-yə sifariş olunmuşdur. Sözügedən sifarişdə qeyd olun əmlakların açıq hərracda ilkin satış dəyəri 80.000 (səksən beş min) manat məbləğində müəyyənləşdirilmişdir. Sözügedən hərrac sifarişi "Əmlak Hərrac Mərkəzi” MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan mənzillərə dair ilkin hərracın keçirilməsi 28 fevral 2023-cü il tarixə saat 10:00da (növbəlik qaydasında) təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış Birjanyus X2 (portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısının, rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. Bundan sonra sifariş olunan əmlakla dair açıq hərracın keçirilməsinə dair 292/23 saylı, xx.xx.2023-cü il tarixli bildiriş hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkarlara poçt vasitəsi ilə göndərilmişdir. “Hərracın baş tutmamasına dair” 28 fevral 2023-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 28 fevral 2023-cü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin mənzil ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 68.000 min manata olmaqla, 17 mart 2023-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (vvww.birjanevvs.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də ("E-herrac.com”) yerləşdirilmişdir. Daha sonra sifariş olunan mənzilə dair açıq hərracın keçirilməsinə dair 465/23 saylı, xx.xx.2023-cü il tarixli bildiriş hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkarlara və adları qeyd olunan əmlak sahiblərinə poçt vasitəsi ilə göndərilmişdir.“Hərracın baş tutmamasına dair” 17 mart 2023-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 17 mart 2023-cü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin mənzil satış qiymətindən 25 % aşağı qiymətə ipoteka saxlayana təklif olunmuş, ipoteka saxlayan “Bank BTB" ASC təklifə razı olmuş, sözügedən mənzil 51.000 manata “Bank BTB" ASC-ə satılmış, bu barədə xx.xx.2023-cü il tarixli, 83/23 saylı “X8 barədə protokol” tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli, 83/23 saylı hərracın yekunları barədə protokol qalib alıcı, eləcə də hərracın təşkilatçısının protokol bölməsinin rəhbərinin və direktorunun imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sonra elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Belə ki, protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qurumuna göndərilmişdir. Yuxarıda qeyd edilən xüsusatlardan, eləcə də iş materiallarında olan sənədlərdən görünür ki, sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. İddiaçı iddia tələbində həm əmlakın aşağı qiymətləndirilməsi, həm də keçirilmiş hərracdan məlumatlı olmaması səbəbindən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş və təkrar hərracın keçirilməsi ilə bağlı elanlar “Birjanyus” X2 (www.birjanews.az) dərc olunmuş və həmin elanlar həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (E-herrac.com) yerləşdirilmişdir. Daha sonra sifariş olunan mənzilə dair təkrar açıq hərracın keçirilməsinə dair bildirişlər hərracın sifarişçisinə, icra sənədi üzrə tərəflərə poçt vasitəsilə göndərilmişdir. Nəticədə hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq “Bank BTB" ASC-ə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hərraca çıxarılmış mənzil “İcra haqqında” və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Belə ki, hazırkı mübahisə üzrə Cavabdeh1 ünvan 1 ünvanındakı 2 mərtəbəli binanın 1ci mərtəbəsində yerləşən 12 saylı fərdi yaşayış evinə dair keçirdiyi hərracın və hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 83/23 saylı tarixli protokolunun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə, belə nəticəyə gəlir ki, qiymətləndirilmə aparılarkən qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında iddiaçı qiymətləndirilmə barədə rəyin etibarsız hesab olmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.) Həmin Qanunun 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Qanunun qeyd edilən tələblərindən görünür ki, qiymətləndirmənin nəticələri haqqında rəy Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən qaydalar daxilində tərtib olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutulan prinsiplər əsasında işlənməlidir. Həmin “Qaydalar”ın 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir. Məhkəmə tərəfindən təkrar olaraq ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilinin 2020-ci ilin yanvar ayına likvid qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin olunmuş, bu dəfə müvafiq torpaq sahəsinin likviddəyəri 88400 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli 0016/23 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatında göstərilən sahənin qiymətinin aşağı göstərilməsi barədə iddiaçı X3 dəlili kəskin fərq olmadığından (8400 manat fərqi ilə) əsassızdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh3nə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh3nə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar