Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3224/2022 14.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə Yusif oğlunun iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh X5 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdeh X5 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdeh X6 tərəfindən idarə olunan “Mercedes Benz” markalı, ** VL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Fiat Doblo” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı olan “Fiat Doblo” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı X6 təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsı ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Fiat Doblo” markalı ** JA *** qeydiyyat nişanlı avtomobilə 2934.96 (iki min doqquz yüz otuz dörd manat doxsan altı qəpik) AZN ziyan dəymişdir. **********7 saylı sığorta müqaviləsinin 092616 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Fiat Doblo” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 2934.96 AZN (iki min doqquz yüz otuz dörd manat doxsan altı qəpik) AZN məbləğində ödəniş heyata keçirilmişdir. X4 təqsirli olması DYPİ-nin ******* saylı inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır. Göstərilənlərə əsasən “Fiat Doblo” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2934.96 AZN (iki min doqquz yüz otuz dörd manat doxsan altı qəpik) sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ile bağlı 50 AZN (elli manat) dövlət rüsumu X3 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə Yusif oğlu iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) cavabdeh X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş Yasamal rayon Polis İdarəsinin Qeydiyyat və X2 göndərilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə cavabdeh X6 “Mercedes Benz” markalı, ** VL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə iddiaçı tərəfindən sığortalanmış “Fiat Doblo” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsi zamanı X6 təqsirli bilinərək, barəsində İXP saylı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati protokol tərtib edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı olan “Fiat Doblo” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobilə 2934.96 manat məbləğində maddi ziyan dəymiş və həmin ziyan sığorta şirkəti tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/4992 nömrəli, xx.xx.2022-ci il tarixli rəyinə əsasən “Fiat Doblo” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2392 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən sığorta ödənişinin əvəzi olaraq 2934.96 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/4992 nömrəli, xx.xx.2022-ci il tarixli rəyinə əsasən avtomobilə dəymiş zərər 2392 manat müəyyən edildiyindən, sığorta ödənişi miqdarında əvəzi 2392 (iki min üç yüz doxsan iki) manat cavabdeh X3 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriya tələb (reqress) hüququ vardır. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, sığorta ödənişi miqdarında əvəzi 2392 (iki min üç yüz doxsan iki) manat cavabdeh X3 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 18.50%-i, yəni 9 (doqquz) manat 25 (iyirmi beş) qəpiyi İddiaçı Sığorta Şirkəti ASC-yə aid edilsin, qalan 81.50%-i, yəni 40 (qırx) manat 75 (yetmiş beş) qəpiyi isə cavabdeh X3 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 18.50%-i, yəni 18 (on səkkiz) manat 50 (əlli) qəpiyi İddiaçı Sığorta Şirkəti ASC-dən, digər 81.50%-i, yəni 81 (səksən bir) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti cavabdeh X3 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sığorta ödənişi miqdarında əvəzi 2392 (iki min üç yüz doxsan iki) manat cavabdeh X3 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 18.50%-i, yəni 9 (doqquz) manat 25 (iyirmi beş) qəpiyi İddiaçı Sığorta Şirkəti ASC-yə aid edilsin, qalan 81.50%-i, yəni 40 (qırx) manat 75 (yetmiş beş) qəpiyi isə cavabdeh X3 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 18.50%-i, yəni 18 (on səkkiz) manat 50 (əlli) qəpiyi İddiaçı Sığorta Şirkəti ASC-dən, digər 81.50%-i, yəni 81 (səksən bir) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti cavabdeh X3 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3224/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3224/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver