Məhkəmə qərarları › İş №2(004)-3250/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3250/2022

08.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3250/2022 08.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 67.034 (altmış yeddi min otuz dörd) manat məbləğində maddi zərərin, 18000 (on səkkiz min) manat məbləğində mənəvi zərərin, 347 manat dövlət rüsumu üçün çəkilən xərcin ümumilikdə 85381 (səksən beş min üç yüz səksən bir) manat məbləğin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə iddiaçıya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayətkarlıqla Mübarizə idarəsinin rəhbər vəzifəli şəxsləri ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanaraq, iddiaçının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1673.1. 214-1 və 218.2-ci maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmiş oğlu Babək Məmmədlini azadlığa buraxılmasına köməklik göstərməsi barədə ona müraciət edib. Cavabdeh bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda, yalandan sonuncunun azadlığa buraxılmasına köməklik göstərmək imkanına malik olması görüntüsü yaratmaqla, əslində həmin pulu ələ keçirmək niyyəti ilə iddiaçını aldadıb. Belə ki. 2020-ci il fevral ayının sonlarında iddiaçı cavabdehə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Bulaq” restoranında 20.000 (iyirmi min) manat. 2020-ci il mart ayının əvvəllərində həmin ünvanda iddiaçının kürəkəni Kənan İsmayılovun vasitəsilə göndərdiyi 20.000 (iyirmi min) manat. 2020-ci ilin mart ayının ortalarında Babək Məmmədlinin azadlığa buraxıldıqdan sonra şikayət olmaması üçün sonuncu ilə birlikdə tutulan şəxslərdən bir neçəsini də azadlığa buraxdırmaq adı ilə həmin ünvanda 20.000 (iyirmi min) manat Bəbək Məmmədliyə həbsdə saxlanıldığı təcridxanada yaxşı baxılması adı ilə iddiaçının qızı Firuzə Məmmədova vasitəsi ilə X3 məxsus “Kapital Bank“a aid kart hesabına xx.xx.2020-ci il tarixdə göndərdiyi 324 (üç yüz iyirmi dörd) manat. xx.xx.2020ci il tarixdə göndərdiyi 710 (yeddi yüz on) manat olmaqla, cəmi 1.034 (min otuz dörd) manatı Salyan rayonunun ərazisində Sahil Piriyevin vasitəsilə nağdlaşdırmaq yolu ilə, Babək Məmmədlinin işi ilə bağlı guya prokurorluqda yaranmış problemi həll etmək adı ilə 02 aprel 2020-ci il tarixdə Bakı şəhəri,Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən «Üç Tac» yaşayış binasının qarşısında İddiaçı kürəkəni Kənan İsmayılov vasitəsilə göndərdiyi 6.000 (ahı min) manat olmaqla, ümumilikdə ona məxsus 67.034 (altmış yeddi min otuz dörd) manat pulu etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, zərərçəkmiş şəxs İddiaçı külli miqdarda ziyan vurub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 1(101)-l 153/2021 saylı hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qəran ilə ilkin instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Cavabdeh hazırda 9 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun ifadə verərək, iddia tələbini müdafiə edərək tam təmin olunmsı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Penitensiar Xidmət 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etirazda göstərmişdir ki, iddiaçı tərəfindən ona 67.000 manat məbləğində pulun verilməsinə dair sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçı ona nə kimi mənəvi zərər dəydiyini və buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi tam əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-1153/2021 saylı, 26.102021-ci il tarxili hökmündən müəyyən olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cı maddəsi ilə təqsirləndirilən şəxs Kərimov X7 Şamxal Mahir oğlu tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbər vəzifəli şəxsləri ilə işgüzar və şəxsi ələqələnnin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanaraq. İddiaçı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində istintaq olunan ********* nömrəli dnayət işi üzrə 09.05 2019-cu il tanxdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1673.1. 214-1 və 218.2-d maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmiş oğlu Babək Məmmədlini azadlığa buraxılmasına köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncunun azadlığa buraxılmasına köməklik göstərmək imkanına malik olması görüntüsü yaratmaqla, əslində həmin pulu ələ keçirmək niyyəti ilə İddiaçı aldadaraq, vahid niyyətlə əhatə olunanan qəsdlə 2020-ci il fevral ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Bulaq" restoranında 20.000 (iyirmi min) manat. 2020-ci il mart ayının əvvəllərində həmin ünvanda İddiaçı kürəkəni Kənan İsmayılovun vasitəsilə göndərdiyi 20.000 (iyirmi min) manat 2020-ci ilin mart ayının ortalarında Babək Məmmədlinin azadlığa buraxıldıqdan sonra şikayət olmaması üçün sonuncu ilə birlikdə tutulan şəxslərdən bır neçəsini də azadlığa buraxdırmaq adı ilə həmin ünvanda 20 000 (iyirmi min) manat, Bəbək Məmmədliyə həbsdə saxlanıldığı təcridxanada yaxşı baxılması adı ilə İddiaçı qızı Firuzə Məmmədova vasitəsi ilə X4 məxsus “Kapital Bank”a aid kart hesabına xx.xx.2020-ci il tarixdə göndərdiyi 324 (üç yüz iyirmi dörd) manat, xx.xx.2020-ci il tarixdə göndərdiyi 710 (yeddi yüz on) manat olmaqla, cəmi 1.034 (min otuz dörd) manatı Salyan rayonunun ərazisində Sahil Piriyevin vasitəsilə nağdlaşdırmaq yolu ilə Babək Məmmədlinin işi ilə bağlı guya prokurorluqda yaranmış problemi həll etmək adı ilə 02 aprel 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi küçəsində yerləşən «Üç Tac» yaşayış binasının qarşısında İddiaçı kürəkəni Kənan İsmayılov vasitəsilə göndərdiyi 6.000 (altı min) manat olmaqla, ümumilikdə ona məxsus 67.034 (altmış yeddi min otuz dörd) manat pulu etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, zərərçəkmiş şəxs İddiaçı külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Hökmə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 10 mart 2021-ci iİ tarixdən hesablanması, iş üzrə mülki iddia verilməməsinin, əmlak üzərinə həbs qoyulmamasının, maddi sübutların olmaması və məhkəmə məsrəflərinin müəyyən edilməməsinin nəzərə alınması və zərərçəkmiş şəxslər X5 və İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək huquqlan izah edilməsi hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-286/2022 saylı, xx.xx.2022-ci il tarxili qərarından müəyyən olunur ki, məhkum olunmuş Cavabdeh və müdafiəçisi X6 tərəfindən ayn-aynlıqda verilmiş, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin həmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1153/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli hökmü məhkum olunmuş Cavabdeh və müdafiəçisi X6 tərəfindən ayrıayrılıqda verilmiş, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ümumilikdə İddiaçı məxsus 67.034 (altmış yeddi min otuz dörd) manat pulu etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, zərərçəkmiş şəxs İddiaçı külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması Bakı Ağır Cinayətlər məhkəməsinin qanuni qüvvəsini almış hökmü ilə təsdiqini tapmışdır. Bununla əlaqədar məhkəmə belə qənaətə gəlir ki, İddiaçı məxsus 67.034 (altmış yeddi min otuz dörd) manat pul hər hansı hüquqi əsas olmadan Cavabdeh saxlanılmış, bununla da əssassız varlanmış və cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul) əldə etmə kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə qeyd edir ki, iddia tələbi qismən edilərək vurulmuş maddi ziyana görə 67,034 (altmış yeddi min otuz dörd) manat pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, mənəvi zərərin ödənilməsinə dair tələb iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və iddiaçı tərəfindən tələbi təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, bu hissədə tələb kifayət qədər əsaslandırılmadığından, mənəvi zərərin ödənilməsi barədə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 459.1-ci maddəsinə görə zərərin əvəzini ödəməyə borclu olan hal baş verməsəydi, mövcüd olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda, hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 347 (üç yüz qırx yeddi) manat dövlət rüsumunun 300 (üç yüz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı qaytarılmalı, dövlət rüsumu qalan 47 (qırx yeddi) manat hisssədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 67,034 (altmış yeddi min otuz dörd) manat məbləğində pul tutularaq İddiaçı qaytarılsın. Ödənilmiş 347 (üç yüz qırx yeddi )manat dövlət rüsumunun 300 (üç yüz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı qaytarılsın, dövlət rüsumu qalan 47 (qırx yeddi) manat hisssədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar