Məhkəmə qərarları › İş №2(004)-3286/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3286/2021

26.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3286/2021 26.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsinə olan qəsdlərin qarşısının alınması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçıya məxsus cehiz əşyalarının 1/2 hissədə mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən "OLİMP MTK"-ya məxsus, 3 saylı yaşayış binasının 31 saylı mənzilindən qanunsuz olaraq çıxarılmasına və iddiaçıya maddi ziyan vurmasına görə Cavabdeh 2250 AZN (iki min iki yüz əlli) manat, cehizlərin daşınması üçün 166 yükdaşıma taksi xidmətinə iddiaçı tərəfindən verilmiş 85 AZN (səksən beş) məbləğində pulun tutularaq maddi zərərin əvəzi olaraq iddiaçıya ödənilməsi, Cavabdeh tərəfindən 1/2 hissədə mülkiyyət hüququ ilə iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən "OLİMP MTK"-ya məxsus, 3 saylı yaşayış binasının 31 saylı mənzildən iddiaçıya məxsus cehizlərinin qanunsuz olaraq çıxarılması, həmin mənzil üzərində mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına görə iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq (fiziki və mənəvi iztirablar) 1000 AZN (min) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, cavabdehin onun əşyalarını evdən çıxarması barədə məlumat aldıqdan sonar qeyd edilən ünvana gəlib, onun əşyaları blokda olub, bir qismi koridora yığılıbmış. Qonşulardan kiminsə boş evi vardı, bəziləri də həmin evə yığılmışdı. O evdə yalnız Vüqar yaşayır, arada isə qızı gedib-gəlir. Mebel sınmış, döşək isə olmayıb. Yatağın başı, ayağı sınıb. Bununla bağlı hər hansı bir akt, görüntü qeydi yoxdur, çünki orda dava düşmüşdür. Çəkdiyi şəkillər evində çəkilmişdir. O gedəndə mebel sökülü şəkildə blokda olub. Məhkəmə iclasında iştirak edən Cavabdeh Yasəf oğlu məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, növbədə olduğu gün İddiaçı ona zəng edərək ona məxsus əşyaları götürməyə gələcəyini bildirmişdir. O təxminən 1-2 saat sonra evə gəlmiş, qapını bağlamışdır. Günəş qohumları ilə birgə gəlmiş, o qapını açmamış, yalnız Günəşə və bir nəfər qohumuna içəri daxil olmağa icazə vermişdir. Bu zaman video çəkiliş də edib. Günəş özüylə karopkalar gətirmiş, əşyalarını yığmışdır. Qızının bir neçə əşyasını saxlayıb. Onun hazırki həyat yoldaşı yaşadıqları evə cehiz əmlak gətirmək istəmiş, yer olmadığından gətirə bilməyib. Çünki Günəşin əşyalarına toxunmayıblar hamısı öz yerində olub. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, mebeli kim söküb, bilmir, iddiaçı özüylə gətirib. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 24 aprel 2021-ci il tarixli qərara əsasən müəyyən olunur ki, 15.04.2021-ci il tarixdə saat 11 radələrində İddiaçı, anası İradəxanım Tağıyeva, xalası Xatirəxanım Tağıyeva, rəfiqəsi Qalina Mirzəyeva və qohumu İlahə adlı qadınla cehizlik əşyalarını götürmək üçün keçmiş əri Mİrzəyev Vüqar Əliyasəf oğlunun yaşadığı ünvan 2 ünvanına getmiş, orada tərəflər arasında sonuncunun İddiaçı və digərlərini gözlətməsi səbəbindən mübahisə yaranmış, mübahisə cehizlik əşyaları daşınıb qurtaranadək davam etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin ona məxsus cehiz əşyalarına ziyan vurmasını əsas gətirərək ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb etsə də iddia tələbinin əsaslandığı hallarla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya məxsus cehiz əşyalarına ziyan vurması, eləcə də iddiaçıya maddi və mənəvi zərər dəyməsi iş materiallarına əsasən müəyyən edilmir. Həmçinin məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən iddiaçıya hər hansı maddi və ya mənəvi zərərin vurulması müəyyən ediləmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçıya məxsus cehiz əşyalarının 1/2 hissədə mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən "OLİMP MTK"-ya məxsus, 3 saylı yaşayış binasının 31 saylı mənzilindən qanunsuz olaraq çıxarılmasına və iddiaçıya maddi ziyan vurmasına görə Cavabdeh 2250 AZN (iki min iki yüz əlli) manat, cehizlərin daşınması üçün 166 yükdaşıma taksi xidmətinə ididaçı tərəfindən verilmiş 85 AZN (səksən beş) məbləğində pulun tutularaq maddi zərərin əvəzi olaraq iddiaçıya ödənilməsi, Cavabdeh tərəfindən 1/2 hissədə mülkiyyət hüququ ilə ididaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən "OLİMP MTK"-ya məxsus, 3 saylı yaşayış binasının 31 saylı mənzildən iddiaçıya məxsus cehizlərinin qanunsuz olaraq çıxarılması, həmin mənzil üzərində mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına görə iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq (fiziki və mənəvi iztirablar) 1000 AZN (min) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə İddiaçı iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar