Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3322/2024 05.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-yə və Sumqayıt şəhər 4 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə və Sumqayıt şəhər 4 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2024-cü il tarixli icra qeydi ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" BOKT MMC arasında bağlanmış 3934/2022 saylı, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsinə əsasən illik 32% olmaqla ona 36 ay müddətinə 75.000 manat məbləğində kredit verilmişdir. Həmin Kredit Müqaviləsinin təminatı olaraq anası X4 məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 25-ci məhəllə, 62 A/12 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi "xxxx" BOKT MMC-nə təqdim edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli, 3934/2022-İP nömrəli İpoteka Müqaviləsi bağlanmışdır. Göstərilən kredit məbləği və ona hesablanmış faizlərin ödənişi tərəfindən pozulduğuna görə xx.xx.2024-cü il tarixə kredit üzrə ümumi olaraq 128771,68 manat məbləğində (71120,86 manat əsas borc, 24650,82 manat faiz borcu və 33000 manat dəbbə pulu) borcu yaranmışdır. Hazırda, "Notariat haqqında" AR Qanununun 76-cı maddəsinə və "İpoteka haqqında" AR Qanununun 38-ci maddəsinə əsasən, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X1 təklifi ilə İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli İcra Qeydi verilmiş, tələbkar "xxxx" BOKT MMC-nin tələbi ilə anası X4 məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 25-ci məhəllə ünvanında yerləşən 0,0684 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 62 A/12 saylı fərdi yaşayış evinə tutma yönəldilmişdir. Bu iş üzrə 4 saylı notariat ofisi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə "İcra qeydi" göndərsə də, cavabdeh tərəf olaraq ona bu barədə heç bir rəsmi məlumat verməmişdir. Bu səbəbdən məcburi icra haqqında məlumatı Sumqayıt şəhəri üzrə İcra İdarəsindən ona göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişə əsasən almışdır. O, bununla razı deyil və ona görə də yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona "xxxx" BOKT MMC-dən kredit veriləndə həmin məbləğdən 10.076.00 manat pul tutulmuş, sonra 4 ay ərzində hər ay 3.300 manat olmaqla ödədiyi kredit məbləğindən 9.320.00manat faiz borcuna, 3.880.00 manat isə əsas borcdan silinmişdur. Lakin, "xxxx" BOKT MMC-nə yuxarıda göstərilən məbləğdə (10.076.00 manat) komisyon haqqı və faiz borcu (9.320.00 manat) ödəniş edilməsinə baxmayaraq, onun üzərinə əsassız olaraq 24650,82 manat faiz borcu və 33000 manat dəbbə pulu hesablanmışdır. Belə olan halda "xxxx" BOKT MMC-nin onun üzərinə hesabladığı faiz borcu, komisyon haqqı və dəbbə pulu ümumilikdə onun kredit borcunu üstələyir. Bildirir ki, hazırki kredit müqaviləsindən əvvəl o, "xxxx" BOKT MMC-dən 36 ay müddətinə 35.000 manat məbləğində kredit götürmüşdür və vaxtından əvvəl bir il ərzində tam ödəmişdir. Lakin, hazırki kredit məbləğini aldıqdan sonra maddi vəziyyətində baş vermiş dəyişiklik nəticəsində xeyli ziyana düşmüşdür. Bu hal onun maddi durumuna öz təsirini göstərmiş və onsuz da ağır olan maddi vəziyyəti bir az da ağırlaşmışdır. Ona görə də "xxxx" BOKT MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirə bilməmişdir. Lakin, maddi durumu tezliklə əvvəlki vəziyyətinə qayıdarsa və ona münasib vaxt verilərsə, hesab edir ki, tələbkara olan kredit borcumu ödəyə bilər. Hesab edir ki, “İcra qeydi"ndə göstərilmiş 33.000 manat dəbbə pulu və 24650,82 manat məbləğində faiz borcu düzgün hesablanmamışdır. Ona görə də dəbbə pulu tamamilə silinməli, faiz borcunun yenidən hesablanması üçün isə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə Sumqayıt şəhər 4 saylı Notariat ofisinin cavabdeh qismində cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, əvvəllər də həmin kredit təşkilatından kredit götürmüş və borcunu vaxtında bağlamışdır. Hazırki borcunu hər ay ödəyirdi, maddi sıxıntıları ilə əlaqədar 2 ay ödəyə bilməmiş, lakin sonradan ödənişini həyata keçirmişdir. İcra qeydi ilə razı deyil, Cavabdeh tərəfindən əsassız olaraq 33.000 manat məbləğində dəbbə borcu hesablanmışdır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X6 iddianı qəbul etməyərək, rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: "xxxx" BOKT” MMC ilə İddiaçı arasında bağlanmış 3934/2022 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT” MMC ilə İddiaçı arasında bağlanmış 3934/2022 saylı, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, illik 32% olmaqla, 75000 manat məbləğində 36 ay müddətinə kredit verir. “İpoteka qoyanla”-X7,“İpoteka saxlayan”-"xxxx" BOKT” MMCarasında Bakı şəhərində bağlanmış xx.xx.2022-ci il tarixli İpoteka müqaviləsinə əsasən, İpoteka qoyam mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 21 sentyabr 2022-ci il tarixli, 2022/3934 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmetinin olduğu yer : Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 25-ci məhəllə, 62A/12 ünvanında 0,0684 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 101,7 kv.m ümumi, 38,1 kv.m yaşayış 63,6 kv.m yardışçı sahədən ibarət olan fərdi yaşayış evidir. İpotekaya qoyulan əmlak 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X4 məxsusdur. İpoteka predmetinin dəyəri “ipotekaya qoyanın” və “ipoteka saxlayanın” razılığına əsasən 138000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" BOKT” MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli,3934/2022 nömrəli kredit müqaviləsi üzrə 71120,86 manat əsas, 24650,82 manat faiz borcu,33000 manat dəbbə borcu olmaqla, ümumi borc 128771,68 manat təşkil edir. "xxxx" BOKT MMC-nin İddiaçı və X4 ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli 3934/2022 saylı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən xx.xx.2024-cü il tarixinə əsas kredit 71120,86 manat əsas, 24650,82 manat faiz borcu, 33000 manat dəbbə borcu olmaqla, ümumi borc 128771,68 manat məbləğində borcun ödənilməsi 5 (beş) gün ərzində təmin edilməsi, əks təqdirdə Bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bildiriş xx.xx.2024-cü il tarixdə borclular tərəfindən qəbul edilmişdir. 24 oktyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" BOKT” MMC-yə 1300 manat məbləğində kredit ödənişi edilmişdir. 28 oktyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" BOKT” MMC-yə 2000 manat məbləğində kredit ödənişi edilmişdir. 01dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" BOKT” MMC-yə 3300 manat məbləğində kredit ödənişi edilmişdir.. 30 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" BOKT” MMC-yə 3300 manat məbləğində kredit ödənişi edilmişdir. 21 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" BOKT” MMC-yə 3300 manat məbləğində kredit ödənişi edilmişdir. xx.xx.2024-cü il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki,Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X3 təklif etmişdir ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- AZ1065, BAKİ ŞƏHƏRİ YASAMAL RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev 177 ünvanında yerləşən Cavabdeh2 VÖEN:**********/ tələbi ilə ipoteka qoyan- SUMQAYİT ŞƏHƏRİ, 17-Cİ MİKRORAYON, EV 12, MƏNZİL 81 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2020 Asan-Sumqayıt; FİN: xxxxxxx; d/t: xx.xx.1982), SUMQAYİT ŞƏHƏRİ, 17-Cİ MİKRORAYON, EV 12, MƏNZİL 81 ünvanında qeydiyyatda olan X11 QİZİna (AA4505507, xx.xx.2022 Asan-Sumqayıt; FİN: 3JA01J2; d/t: xx.xx.1963) məxsus ipoteka predmeti clan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 25-ci məhəllə ünvanında olan 0.0684 ha torpaq sahəsi və həmin torpaq sahəsinın Zərində yerləşən 62A/12 saylı fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən 2022/3934 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 71120.86 AZN əsas borc, 24650.82 AZN faiz borcu 33000.00 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 128771.68 AZN təşkil edir.) Bundan əlavə təklif etmişdir ki, borclular İddiaçı VƏ X11 QİZİNDAN tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu haqq) olmaqla cəmi 128796 manat 68 qəpik (bir yüz iyirmi səkkiz min yeddi yüz doxsan altı manat altmış səkkiz qəpik) bul tutulmalıdır. Həmin icra qeydi xx.xx.2024-cü il arixdə aparılmışdır. Reyestrdə 8İ -4030 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, 25.00 manat haqq tutulmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli İcra qeydi üzrə icraata başlanılmış və borclu İddiaçı və X4 tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Sumqayıt şəhər 4 saylı Notariat Konturunun 8İ-4030 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılması, borclu İddiaçı 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi barədə təklifin olunması qərara alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 722221 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər X8, X5r. 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfinən göndərilmiş 19 fevral 2024-cü il tarixli məktubdan görünür ki, X4 məxsus olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 25-ci məhəllə ünvanda yerləşən 62A/12 nömrəli fərdi yaşayış üzərinə yönəldilmiş tutma barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə görə Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Təlimatın 169-1-ci hissəsinin "ə" bəndinə görə ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi aparılır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2024-cü il tarixli icra qeydi ləğv edilməlidir. Belə ki, tələbkar icra qeydinin aparılacağı barədə borculara bildiriş göndərsə də, ipoteka qoyan tərəfindən 21 təqvim günü müddətində əsas öhdəliyi icra edilməsini gözləmədən notariat ofisinə müraciət etmişdir. İş materiallarındakı sənədlərlə müəyən olunur ki, "Kəpəz” BOKT” MMC tərəfindən borclulara xəbərdarlıq məktubu çatdırıldıqdan sonra, 21 fevral 2023-cü il tarixində İddiaçı tərəfindən "xxxx" BOKT” MMC-yə 3300 manat məbləğində kredit ödənişi edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhər 4 saylı Notariat ofisinin “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2024-cü il tarixli icra qeydi ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3322/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3322/2024
05.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver