Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3356/2021 21.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Salamova Azadə Telman qızının katibliyi, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin vəkili Vəkil, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universiteti Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetinin balansında olan girişçıxış qapısına nəzarət edən, mühafizə otağı kimi istifadə olunan qeyri-yaşayış sahəsində Cavabdeh və onun məxsus əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən müqavilənin şərtlərini pozduğuna görə ona dəymiş reklamların dəyəri 700 manat, köçürülmə ilə bağlı xərcləri 300 manat, yeni iş yeri tapılmasında ödəniləcək makler xərcləri qismində 200 manat, bundan əlavə iş yerinin dəyişdirilməsi səbəbindən əldə edəcəyi gəliri 2020-ci ilin mart ayından hesablansa təqribi olaraq hazırki vəziyyətdə illik 10000 manat, soyuqdəymə nəticəsində müayinələrə və ev şəraitində etdiyi müalicələrin xərclərinin, yəni 1500 manatın tutularaq öna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin vəkili Vəkil izahatında mülki işin aidiyyəti üzrə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iİlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2 mülki işin aidiyyəti üzrə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında mülki işin aidiyyəti üzrə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan AZEMİS elektron sistemindən çıxarışa əsasən görünür ki, Cavabdeh 14.07.2017-ci il tarixdən VÖEN almış, VÖEN nömrəsi ********** kimi qeyd edilmişdir. Məhkəmə iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş materialları aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə qeyd edir ki, iş üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universiteti hüquqi şəxsdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan və mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan 2(004)-3356/2021 saylı mülki iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31,35,44,45,263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində, qərardaddan işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3356/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3356/2021
21.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver