Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-336/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, avtomobilə vurulmuş ziyana görə ödənilmiş 400 manat məbləğində sığorta ödənişinin və 20 manat məbləğində dövlət rüsumunun, cəmi 420 manat məbləğində pulun Cavabdeh tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KİA Sorento” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh tərəfindən “xxxx” ASC-də PAZ ********** nömrəli şəhadətnamə ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" ilə sığortalanmışdır. Cavabdeh sahibliyində olan “KİA Sorento" markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə saat 23:00-da Binəqədi rayonu, Novxanı yolu ilə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törədərək “Mersedes Bcnz" markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin avtomobilə maddi ziyan vurmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə ilə bağlı Abşeron DYPŞ tərəfindən araşdırma aparılmış, hadisə yerindən yayındığına görə cavabdehin barəsində AR İXM-nin 327.6-cı maddəsi ilə İnxibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli 06.04 2020-ci il tarixli qərar edilmişdir. “xxxx" ASC tərəfindən ‘Mersedes Benz” markalı, **-VP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş ziyan 400 manat məbləğində müəyyən edilərək, həmin məbləğdə sığorta ödənişi avtomobilin sahibinə ödənilmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-4193/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. İddiaçı “xxxx” ASC xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək 2(004)- 336/2021 saylı mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, ekspert rəyi ilə razı deyil. Maşının əvvəldən problemi olub. Hadisə nəticəsində sadəcə adi sürtünmə olub. Ona görə həmin detalların sıradan çıxması yalandır. O elə bir zərblə vurmamışdır ki, kapotun altında yerləşən detal xarab olsun. Ekspert onun maşınına baxmayıb, onunla əlaqə saxlamayıb. Dəyişdirilmiş detalları xərcinin ondan tutulmasına etiraz edir, yalnız təmir-bərpa işlərinə çəkilmiş xərclərin ondan tutulmasına razıdır. İddiaçı tərəfindən şişirdilmiş məbləğ tələb olunduğuna görə ekspertiza keçirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də ekspertiza xərcinin iddiaçıya aid edilməsini xahiş edir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci tarixli TP ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən Cavabdeh “KİA Sorento” markalı, **-VP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli PAZ ********* №-li sığorta müqaviləsinin surətinə əsasən “KİA Sorento” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən “xxxx” ASC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığorta edilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dəymiş zərərin hesabatına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz” markalı **- BU-*** nömrəli avtomobilin təmir xərclərinin ümumi məbləği 400 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli CML-1032/2020-AKT1435 saylı sığorta aktına əsasən xx.xx.2020-ci il tarixdə, Binəqədi rayonu ərazisində baş vermiş toqquşma nəticəsində dəymiş 400 manat məbləğində zərər xx.xx.2020-ci il tarixdə X3 ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 9/4916 saylı ekspert rəyinə əsasən, “xxxx” ASC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı “Mersedes Benz” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilməli olan ehtiyyat hissələrinin qiyməti 90 manat, təmir-bərpa işlərinin qiyməti 210 manat olmaqla, cəmi təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 300 manat müəyyən edilmişdir. Məhkəmə iclasına dəvət olunmuş mütəxəssis X1 ifadəsində bildirir ki, şəkildən aydın görünür ki, təkərə zərbə dəyməmişdir. Əgər avtomobilin təkərinə zərbə dəyməyibsə “stupisa” adlanan ehtiyyat hissəsi xarab ola bilməz. ABS datçiki adlanan ehtiyyat hissəsi də təkərlə bağlıdır, stupisanın üstündə yerləşir. Yalnız güclü zərbə nəticəsində həmin hissələr zədələnə bilər. Hazırki şəkildən görünür ki, təkərin heç diski belə əyilməyib. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hadisə baş verən zaman “KİA Sorento” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətində və istifadəsində olmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində X2 mülkiyyətində olan “Mersedes Benz” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 400 manat xx.xx.2020-ci il tarixdə iddiaçı “xxxx” ASC tərəfindən X4 ödənilmişdir. Ekspertin rəyinə əsasən hadisə nəticəsində “Mersedes Benz” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilməli olan ehtiyyat hissələrinin qiyməti 90 manat, təmir-bərpa işlərinin qiyməti 210 manat olmaqla, cəmi təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 300 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iş materialların əlavə edilmiş fotoşəkilləri, ekspert rəyini və mütəxəssisin ifadəsini nəzərə alaraq hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilin daxili ehtiyyat hissələrinə zərər dəyməsi iş materialları ilə sübut olunmur. Belə olan halda məhkəmə qeyd edir ki, vurulmuş zərər, yəni təmir-bərpa işlərinin əvəzi olan 210 manat məbləğində pul subraqasiya qaydasında Cavabdeh tutulmalıdır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 210 (iki yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pul “xxxx” ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 210 manat hissədə təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manatı cavabdehə aid edir. Məhkəmə qeyd edir ki, iddia tələbində zərərin əvəzi artıq göstərildiyindən və bu səbəbdən də ekspertiza keçirilməsinə zərurət yarandığından keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (yüz) manat məbləğində pul iddiaçı “xxxx” ASC-dən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 210 (iki yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (yüz) manat məbləğində pul iddiaçı “xxxx” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-336/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-336/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver