Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3364/2021 16.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Baxşəliyev Cavabdeh oğluna qarşı “pul tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Baxşəliyev Cavabdeh oğluna qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi ilə 28.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 2018-ci ildə yaşadığı Bakı şəhəri Yasamal rayonu Əbilov küçəsindəki 51 nömrəli evinin təmiri üçün Baxşəliyev Cavabdeh oğluna verdiyi 3.100 ABŞ dolları puldan ona borclu qaldığı 2.200 ABŞ dolları (3.738,91 manat) pulun, ödədiyi 150 manat məhkəmə xərclərinin, ödədiyi 30 manat dövlət rüsumunun, vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat pulun cavabdeh Baxşəliyev Cavabdeh oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, 26 ildir tanıdığı və özü kimi güvəndiyi Baxşəliyev Cavabdeh oğluna özünün yaşadığı Bakı şəhəri Yasamal rayonu Əbilov küçəsindəki 51 nömrəli evi təmir etdirməyi tapşırmış, materialların alınması və ustaların zəhmət haqqı ilə birlikdə Baxşəliyev Cavabdeh oğluna 2018-ci ildə 3.100 ABŞ dolları pul vermişdir. Özü isə müalicəyə getmişdir. Pulun verilməsinə dair Baxşəliyev Cavabdeh oğlundan hər hansı bir yazılı və imzalı sənəd almamışdır. O, müalicədən qayıtdıqdan sonra evinin təmin edilmədiyini görmüşdür. Bu səbəbdən pulunu qaytarmağı Baxşəliyev Cavabdeh oğlundan xahiş etmişdir. X9 Əzizağa oğlu müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən o, polisə şikayət etmişdir. Bundan sonra Baxşəliyev Cavabdeh oğlu 1.700 manat gətirmiş, lakin polis ona cəmi 500 manat pul vermişdir. O, 500 manatı almasına dair qəbz yazaraq Yasamal RPİ 27-ci PB-nin təhqiqatçısı Nəsimi Seyidzadəyə vermişdir. Bundan başqa borcun əvəzində cavabdeh öz adına 1200 manat dəyərində soyuducunu kreditlə götürərək ona vermişdir. Həmçinin qədimi əşya kimi şamdanları vermişdir. Həmin şamdanları o, 100 manata İçəri şəhərdə satmışdır. Hazırda cavabdehin ona 2.200 ABŞ dolları (3.738,91 manat) borcu qalmışdır. Cavabdehin iddia ərizəsinə etirazında göstərdiyi - 01.10.2016-cı il tarixdə ondan 3.000 ABŞ dolları alaraq X5 borca verməsinə dair qeyd etdikləri həqiqəti əks etdirmir. O, cavabdehin vasitəsilə X5 borc verməmişdir. Cavabdeh Baxşəliyev Cavabdeh oğluna yalnız 2018-ci ildə 3.100 ABŞ dollarını öz evini təmir etdirmək üçün vermişdir, 01.10.2016-cı ildə Baxşəliyev Cavabdeh oğluna pul verməmişdir. Hazırda 2018-ci ildə yaşadığı Bakı şəhəri Yasamal rayonu Əbilov küçəsindəki 51 nömrəli evinin təmiri üçün Baxşəliyev Cavabdeh oğluna verdiyi 3.100 ABŞ dolları puldan ona borclu qaldığı 2.200 ABŞ dolları (3.738,91 manat) pulun, ödədiyi 150 manat məhkəmə xərclərinin, ödədiyi 30 manat dövlət rüsumunun, vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat pulun cavabdeh Baxşəliyev Cavabdeh oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Baxşəliyev Cavabdeh oğlu məhkəməyə ərizə göndərərək, qardaşı X3 vəfat etdiyini və 16.07.2021-ci il tarixdə üç mərasiminin keçirilməsi ilə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Bundan əvvəl cavabdehin teleqramı əsasında işə baxılması 16.06.2021-ci il tarixdən 16.07.2021-ci il tarixə təxirə salınmışdır. Cavabdeh iddiaçının tələbinə qarşı yazılı etirazını 14.06.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, covid-19 pandemiyası ilə bağlı ölkə ərazisində yas mərasimlərinin keçirilməsinə məhdudiyyət olduğuna görə cavabdehin məhkəməyə gəlməməsinin səbəbləri üzürlü hesab edilə bilməz, cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını verməklə münasibətini bildirdiyinə görə, Azərböaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. Cavabdeh Baxşəliyev Cavabdeh oğlu iddia ərizəsinə qarşı yazılı etirazında iddianı qəbul etmədiyini bildirmiş və qeyd etmişdir ki, İddiaçı faizlə borc verməklə məşğuldur. İddiaçı 01.10.2016cı il tarixdə onunla birlikdə 43 saylı notariat kontoruna gedərək X5 3.000 ABŞ dolları borc vermək istəmişdir. Notariat kontorunda müqavilə bağlanan zaman tərəflərin fotoşəkillərini kamera vasitəsilə müqaviləyə çəkildiyini gördükdən sonra, İddiaçı şəklinin müqaviləyə düşməsini istəməmiş və 3.000 ABŞ dollarını ona verərək, müqaviləni öz adından bağlamağı xahiş etmişdir. O, İddiaçı xahişi ilə X5 3.000 ABŞ dolları borc verməsinə dair öz adından 01.10.2016-cı il tarixdə müqavilə bağlamış və pulu X5 vermişdir. X2 pulu qaytarmadığına görə İddiaçı ona hədə-qorxu gələrək X5 verdiyi 3.000 ABŞ dollarının qaytarılmasını ondan tələb etmiş və polisə şikayət etmişdir. O, 2019-cu ildə 18-ci əsrdən qalmış iki ədəd qədimi şamdanı və alışqanı İddiaçı vermişdir ki, X8 pulu qaytardıqdan sonra geri alsın. Lakin İddiaçı ondan aldığı şamdanları satdığını bildirdikdə, o, əşyaların geri qaytarılması üçün 27-ci Polis Bölməsinə 500 manat pul vermişdir ki, İddiaçı verib, onun əntiq əşyalarını geri qaytarsınlar. Lakin İddiaçı 500 manatı almasına dair polisə qəbz versə də, əşyaları geri qaytarmamışdır. X8 pulu qaytarmadığına və borca dair 01.10.2016-cı il tarixli müqavilə onunla bağlandığına görə, borcun qaytarılması üçün məhkəməyə müraciət etmişdir. Şahbuz rayon Məhkəməsinin 25.04.2018-ci il tarixli 2(090)-99/2018 nömrəli qətnaməsi ilə X4 01.10.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 3.000 ABŞ dolları pulun alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə icra olunandan sonra alacağı 3.000 ABŞ dollarını İddiaçı qaytarmağa etiraz etmir. Bu günə kimi X1 Nərgiz Mişi qızına 1.700 manat pul qaytarmışdır. İddiaçı bununla razılaşmayaroaq onun adına 1.200 manat dəyərində kreditlə soyuducu və 300 manat dəyərində elekrik sobası almışdır. Buna baxmayaraq İddiaçı ona hədə-qorxu gəlməkdə davam edir. 2018-ci ildə (ay və gün göstərilməyib) İddiaçı yaşadığı Bakı şəhəri Yasamal rayonu Əbilov küçəsindəki 51 nömrəli evinin təmiri üçün ona 3.100 ABŞ dolları pul verməmişdir. Bu barədə onların arasında hər hansı razılaşma olmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazını, təqdim edilmiş və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Mülki Məcəllənin 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. İddiaçı iddia tələbində və məhkəmə iclasında verdiyi izahatında yaşadığı Bakı şəhəri Yasamal rayonu Əbilov küçəsindəki 51 nömrəli evinin təmiri üçün 2018-ci ildə cavabdeh Baxşəliyev Cavabdeh oğluna 3.100 ABŞ dolları pul verdiyini bildirsə də, 3.100 ABŞ dolları pulun verilməsinə və evin təmirinin cavabdehə tapşırılmasına dair tərəflər arasında sadə yazılı formada və ya notarial qaydada təsdiq edilmiş, hər hansı bir tapşırıq, podrat, sifariş müqaviləsini, smeta və sair yazılı sənədi məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı cavabdehin ona borclu qalmasına dair sadə yazılı formada və ya notarial qaydada təsdiq edilmiş yazılı sübutu olmadığı bildirmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının qeyd etdiyi kimi cavabdehin özünü ustalarla əlaqəli insan kimi təqdim etməsi, 2018-ci ildə iddiaçının evinin təmiri üçün cavabdehin ondan 3.100 ABŞ dolları pul alması öz təsdiqini tapmamışdır. İddiaçının özünün şifahi izahatı əsasında bu hal təsdiq edilə bilməz, iddiaçının izahat iddianın təmin edilməsi üçün yetərli mötəbər sübutlar kimi qəbul edilə bilməz. Cavabdeh Baxşəliyev Cavabdeh oğlu yazılı etirazında İddiaçı 01.10.2016-cı il tarixdə onunla birlikdə 43 saylı notariat kontoruna gedərək X5 3.000 ABŞ dolları borc vermək istədiyini, notariat kontorunda müqavilə bağlanan zaman tərəflərin fotoşəkillərinin kamera vasitəsilə müqaviləyə çəkildiyini gördükdən sonra, İddiaçı şəklinin müqaviləyə düşməsini istəmədiyini və 3.000 ABŞ dollarını ona verərək, müqaviləni öz adından bağlamağı xahiş etdiyini, onun İddiaçı xahişi ilə X5 3.000 ABŞ dolları borc verməsinə dair öz adından 01.10.2016-cı il tarixdə müqavilə bağladığını və pulu X5 verdiyini, X4 pulu alaraq İddiaçı qaytarmağa etiraz etmədiyini göstərsə də, İddiaçı məhkəmə iclasında buna etiraz etmiş və 01.10.2016-cı il tarixdə Baxşəliyev Cavabdeh oğlunun vasitəsilə X5 3.000 ABŞ dolları borc vermədiyini bildirdi. X10 Əzizağa oğluna yalnız 2018-ci ildə 3100 ABŞ dolları pul verdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Baxşəliyev Cavabdeh oğluna qarşı “2018-ci ildə yaşadığı Bakı şəhəri Yasamal rayonu Əbilov küçəsindəki 51 nömrəli evinin təmiri üçün Baxşəliyev Cavabdeh oğluna verdiyi 3.100 ABŞ dolları puldan ona borclu qaldığı 2.200 ABŞ dolları (3.738,91 manat) pulun, ödədiyi 150 manat məhkəmə xərclərinin, ödədiyi 30 manat dövlət rüsumunun, vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat pulun cavabdeh Baxşəliyev Cavabdeh oğlundan tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3364/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3364/2021
16.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver