Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-337/2022 13.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə “BMW 320 İ” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı və “Nazlifan” markalı, **- VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərə vurulmuş maddi ziyana görə cəmi verilmiş 5000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “Ravon Nexia” markalı, **-PJ-***9 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də 03.062020-ci il tarixdən 03.06.2021-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ ********** №-li nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh etibarnamə olmadan "xxxx" MMC-yə məxsus olan ““Ravon Nexia” markalı, **-PJ-***9 dövlət qeydiyyat nişanlı avtomobillə 01.01.2021-ci il tarixdə Bakı şəhəri, A.M.Şərifzadə küçəsi ilə idarə edərək, yol-nəqliyyat hadisəsi törədib, X2 məxsus “BMW 320 İ” markalı **- CR-*** d.n.n. və X1 məxsus “Nazlifan” **-VZ-*** d.q.n avtomobillərə toqquşmuş, həmin avtomobillərə 6205 manat və 1783.30 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə Yasamal RPİ-nin DYPBŞ tərəfindən qeydə alınmış, cavabdeh barəsində İXM-nin 327.1-ci və 332.1-cimaddələri (etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmək) ilə tarixli inzibati xəta haqqında İXP ******* №-li 15.01.2021-ci il tarixli protokol tərtib edilərək, o, TP ******* №-li 15.01.2021cı il tarixli inzibati tənbeh vermə haqqında qərarla 40 manat məbləğində cərimələnmişdir. “X6 Azerbaijan” MMC tərəfindən “BMW 320 İ” markalı **-CR- *** d.n.n. avtomobilə baxış keçirilərək, avtomobilə vurulmuş maddi ziyan 6205 manat mbələğində, "xxxx" MMC tərəfindən “Nazlifan” **-VZ-*** d.q.n avtomobilə vurulmuş ziyan 3440 manat məbləğində müəyyən edilərək, icbari sığorta ilə ödənilən məbləğ müvafiq olaraq, İddiaçı ASC tərəfindən CML-0002/2021-AKT 519/21 və CML-0002/2021-AKY 514/21 saylı aktlara əsasn “BMW 3201” markalı **-CR-*** d.n.n. avtomobilin sahibinə 3216,69 manat, “Nazlifan” **-VZ-*** d.q.n. avtomobilin sahibinə isə 1783,30 manat ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə nümayəndəsinin iştirakı olmadan baxılmasını və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci, ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsi nəzərə alaraq, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC tərəfindən icbari sığortası üzrə sığortalanaraq, Cavabdeh tərəfindən idarə olunan “Ravon Nexia” markalı, **-PJ-***9 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, yəni 01.01.2021-ci il tarixdə Bakı şəhəri, A.M.Şərifzadə küçəsi ilə idarə edərək, yol-nəqliyyat hadisəsi törədib, X2 məxsus “BMW 320 İ” markalı **-CR-*** d.n.n. və X1 məxsus “Nazlifan” **-VZ-*** d.q.n avtomobillərə toqquşmuş, həmin avtomobillərə 6205 manat və 1783.30 manat məbləğində maddi ziyan vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. Bu hal iş materiallarına əlavə edilmiş Qəbələ Yasamal RPİ-nin DYPBŞ-nin 15.01.2021-ci il tarixli inzibati xəta haqqında İXP ******* №-li protokolu və TP ******* №-li 15.01.2021cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdeh İXM-nin 327.1-ci və 332.1-cimaddələri (etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmək) ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimələnmişdir. İşə əlavə olunmuş aktlardan görünür ki, “X6 Azerbaijan” MMC tərəfindən “BMW 320İ” markalı **-CR-*** d.n.n. avtomobilə vurulmuş maddi ziyan 6205 manat məbləğində, "xxxx" MMC tərəfindən “Nazlifan” **-VZ-*** d.q.n avtomobilə vurulmuş ziyan 3440 manat məbləğində müəyyən edilmişdir. İşə əlavə olunmuş 17.02.2021-ci il tarixli qəbzlərin məzmunundan görünür ki, İddiaçı ASC tərəfindən CML-0002/2021-AKT 519/21 və CML-0002/2021-AKY 514/21 saylı aktlara əsasən “BMW 3201” markalı **-CR-*** d.n.n. avtomobilin sahibinə 3216,69 manat, “Nazlifan” **-VZ-*** d.q.n. avtomobilin sahibinə isə 1783,30 manat ödənilmişdir. Hazırda iddiaçı sığortalıya ödənilmiş pulun subroqasiya qaydasında cavabdehdən tutulmasını iddia etmişdir. Belə ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Habelə həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizimlərindən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayan maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla baglı digər fəaliyyətlərin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğuna, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığına görə iddia tələbi təmin edilməli, cavabdehdən cəmi 5000 manat məbləğində sığorta ödənişi və 30 manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh “BMW 320 İ” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı və “Nazlifan” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərə vurulmuş maddi ziyana görə cəmi verilmiş 5000 (beş min) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-337/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-337/2022
13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver