Məhkəmə qərarları › İş №2(004)-3414/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3414/2021

03.06.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3414/2021 03.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Göyçay Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş AZ-İİİ № 507513 saylı doğum haqqında şəhadətnamədə doğum haqqında akt qeydi “04.09.1964-cü il tarixdən “xx.xx.1964-cü il” ə düzəliş olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxxxxx 1964-cü ildə Göyçay rayonunda anadan olmuşdur. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən 28 aprel 2015-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədə onun doğum tarixi xx.xx.1964-cü il qeyd edilsə də doğum haqqında akt qeydləri kitabında onun doğum tarixi qeydiyyatı səhvən 1964-cü ilin 09-cu ayın 04-cü günü kimi göstərilmişdir. Buradan da görünür ki, onun doğum haqqında akt qeydi Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən 04.09.1964-cü il tarixdə yəni o anadan olmadan əvvəl tərtib edilmişdir. Bu isə absurddur. Həmçinin o adımı, soyadını dəyişdirmişdir. Belə ki, Maraqlı şəxs tərəfindən 16 fevral 2021-ci il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnaməyə əsasən onun adı Gilanə-dən Könül-ə, soyadı isə Cahangirova-dan Əliyeva-ya dəyişdirilmişdir. Hal-hazırda onun doğum tarixi qeydiyyatı səhv qeyd olunduğu üçün Maraqlı şəxsnə ərizə ilə müraciət edərək doğum haqqında şəhadətnamədə doğum haqqında akt qeydi “04.09.1964-cü il”dən “xx.xx.1964-cü il”ə düzəliş edilməsini xahiş etmişdir. Maraqlı şəxs 05 mart 2021-ci il tarixli 05/76-292/15 saylı məktubuna əsasən onun ərizəsi təmin edilməmiş və ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hesab edir ki, Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş AZ-İİİ 507513 saylı doğum haqqında şəhadətnamədə doğum haqqında akt qeydi “04.09.1964-cü il’dən “xx.xx.1964-cü il”ə düzəliş olunmalıdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X8 ərizənin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş AZ-İİİ №507513 saylı doğum haqqında şəhadətnamədə doğum haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən 28 aprel 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 507513 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Göyçay rayonunda doğulmuşdur. X1, anası X2r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 19 mart 2019-cu il tarixdə verilmiş AZ- T seriyalı, 087829 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 19.09.1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası X2r. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 14.05.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1964-cü ildə Göyçay şəhərində anadan olmuş Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən 16 fevral 2021-ci il tarixdə təkrar verilmiş adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxx 1964-cü il tarixdə doğulmuş X4 adını “Gilanə”dən “Könül”ə, soyadını “Cahangirova”dan “Əliyeva”ya dəyişdirmişdir. Bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 18 aprel 2015-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi ünvanladığı 05/76-292/15 saylı, 05.03.2021-ci il tarixli məktubda qeyd edilir ki, doğum haqqında akt qeydi Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən 04.09.1964-cü il tarixdə tərtib edilməsinə baxmayaraq, doğum akt qeydində doğum tarixi xx.xx.1964-cü il yazılmışdır. Göstərilənlərə əsasən, doğum haqqında akt qeydinin ləğv edilməsi imkanları xaricində olduğundan qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün olmamış, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Göyçay rayonunda doğulmuşdur. X1, anası X2r. Ərizəçi adına təkrarən tərtib edilmiş 28 aprel 2015-ci il tarixli, AZ-İİİ № 507513 saylı doğum haqında şəhadətnamədə yanlış olaraq, doğum haqqında akt qeydləri kitabında qeyd edilmə tarixi “04 sentyabr 1964-cü il” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001–ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1–ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 2–ci bəndinə görə aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsaslında aparılır. Əsas Müddəaların 3–cü bəndinin 8–ci hissəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin olmasının qeyddə dəyişikliyə səbəb olması təsbit edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi adına təkrarən tərtib edilmiş 28 aprel 2015-ci il tarixli, AZ-İİİ № 507513 saylı doğum haqında şəhadətnamədə göstərilmiş doğum haqqında akt qeydləri kitabında qeyd edilmə tarixinin “04 sentyabr 1964cü il” kimi qeyd edilməsinin düzgün olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi adına təkrarən tərtib edilmiş 28 aprel 2015-ci il tarixli, AZ-İİİ № 507513 saylı doğum haqında şəhadətnamədə göstərilmiş doğum haqqında akt qeydləri kitabında qeyd edilmə tarixinin “04 sentyabr 1964-cü il” kimi qeyd edilməsinin düzgün olmaması müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar