Məhkəmə qərarları › İş №2(004)-3418/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3418/2024

13.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3418/2024 13.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Yasamal Rayon İcra Şöbəsinin icra məmuru qarşı “icra məmurundan vurulmuş zərərin tutulması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yasamal Rayon İcra Şöbəsinin icra məmuru qarşı “icra məmurundan vurulmuş zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Müəyyən edilir ki, iddia ərizəsi üzrə cavabdeh qismində Yasamal Rayon İcra Şöbəsinin icra məmuru qeyd edilsə də, fiziki şəxs olaraq onun anket məlumatları, qeydiyyat ünvanı və s. barədə məlumatlar təqdim edilməmişdir. Bu səbəbdən, həmin fiziki şəxsin şəxsiyyətini və qeydiyyat ünvanını, nəticə etibarilə isə məhkəmə aidiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iddia ərizəsi üzrə dövlət rüsumunun ödənilməsi təmin edilməmişdir. Müəyyən edilir ki, hazırki iddia tələbinin qaldırılmasına əsas qismində müvafiq inzibati məhkəmənin icra sənədi çıxış edir. Azərbaycan Respublikası İPM-in 116.2-ci maddəsinə əsasən, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Məhkəmə iddiaçıya izah edir ki, müvafiq ərizə ilə icra sənədinin icrası təmin etmək istimətində Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Mülki işin aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edilməsi yolverilməzdir. Bu səbəbdən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.1.3, 152.1.5 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Yasamal Rayon İcra Şöbəsinin icra məmuru qarşı “icra məmurundan vurulmuş zərərin tutulması” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar