Məhkəmə qərarları › İş №2(004)-3428/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3428/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3428/2020 21.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı “İddiaçı Sığorta Şirkəti” ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı Sığorta Şirkəti” ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Renault” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı, 99 EA 23 dövlət qeydiyyat nişanlı və “Audi” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə 1320 manat sığorta ödənişi məbləği və ərizənin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 1350,40 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1” MMC-dən müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 01.03.2017-ci il tarixdə idarə etdiyi “Daewoo” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi şossesində müvafiq ara məsafəsi saxlamayıb, nəticədə “Renault” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı və “Audi” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 avtomobili idarəetməyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması DYPİ-nin YPXA-nin KYP 681816 saylı x3 Protokolunda öz əksini tapmışdır. 17.03.2017-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Audi” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat ziyan dəymişdir. 27.03.2017-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, Renault” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilə 870 manat ziyan dəymişdir. 31.03.2017-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, Mercedes Benz” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə 200 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta Müqaviləsinin 036736, 036832, 037041 saylı sığorta aktlarına əsasən İddiaçı Sığorta Şirkəti 1320 manat sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan DYPİ-nin YPXA-nin KYP 681816 saylı x3 Protokolundan və Qərardan görünür ki, Cavabdeh2 “Daewoo” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat cərimə olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh2 verilmiş etibarnamənin müddəti bitmişdir. İş materiallarında olan “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən tərtib edilmiş 17.03.2017-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata **-UM-*** dövlət qeydiyyat nişanlı “AUDİ A7 E” markalı avtonəqliyyat 250 manat məbləğində zərər vurulmuşdur. İş materiallarında olan “İddiaçı Sığorta” ASC tərəfindən tərtib olunmuş 17.03.2017ci il tarixli, 036736 saylı sığorta aktına əsasən sığortalı Cavabdeh1 MMC ilə bağlanmış sığorta şəhadətnaməsinə əsasən **-UM-*** dövlət qeydiyyat nişanlı “AUDİ A7 E” markalı nəqliyyat vasitəsinə 01.03.2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 250 manat məbləğində zərər vurulması müəyyən olunmuş və həmin məbləğdə sığorta ödənişi müəyyən olunmuşdur. İş materiallarında olan “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən tərtib edilmiş 27.03.2017-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata **-OT-*** dövlət qeydiyyat nişanlı “Renault” markalı avtonəqliyyat vasitəsinə 870 manat məbləğində zərər vurulmuşdur. İş materiallarında olan “İddiaçı Sığorta” ASC tərəfindən tərtib olunmuş 28.03.2017ci il tarixli, 036832 saylı sığorta aktına əsasən sığortalı Cavabdeh1 MMC ilə bağlanmış sığorta şəhadətnaməsinə **-OT-*** dövlət qeydiyyat nişanlı “Renault” markalı avtonəqliyyat vasitəsinə 01.03.2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 870 manat məbləğində zərər vurulması müəyyən olunmuş və həmin məbləğdə sığorta ödənişi müəyyən olunmuşdur. İş materiallarında olan “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən tərtib edilmiş 31.03.2017-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata **-EA-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz E” markalı avtonəqliyyat vasitəsinə 200 manat məbləğində zərər vurulmuşdur. İş materiallarında olan “İddiaçı Sığorta” ASC tərəfindən tərtib olunmuş 03.04.2017ci il tarixli, 037041 saylı sığorta aktına əsasən sığortalı Cavabdeh1 MMC ilə bağlanmış sığorta şəhadətnaməsinə **-EA-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz E” markalı avtonəqliyyat vasitəsinə 01.03.2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 200 manat məbləğində zərər vurulması müəyyən olunmuş və həmin məbləğdə sığorta ödənişi müəyyən olunmuşdur. İş materiallarında olan “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən Cavabdeh1 MMC və Cavabdeh2 ünvanlandırılmış bildirişlərdən görünür ki, “İddiaçı Sığorta Şirkəti” ASC zərər çəkənə ödənilmiş 1320 manat məbləğində sığorta ödənişinin ödənilməsini tələb etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC-nin mülkiyyətində olan **-PD-*** dövlət qeydiyyat nişanlı “Daewoo”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən icbari sığorta edilmişdir. Məhkəmə araşdıması zamanı müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 Cavabdeh1 MMC-nin mülkiyyətində olan **-PD-*** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtonəqliyyat vasitəsini etibarnaməsiz idarə etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh2 sığortalanmış avtomobili etibarnaməsiz idarə edərkən “Renault” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı və “Audi” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və nəticədə həmin avtomobillərə 1320 manat dəyərində zərər vurulmuşdur ki, həmin zərər “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən faydalanan şəxslərə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan əlavə Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh2 sığortalanmış avtomobili etibarnaməsiz idarə edərək, təqsirli olduğu yol-nəqliyyat hadisəsi “Renault” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı və “Audi” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurduğundan və həmin zərər “İddiaçı Sığorta” ASC ilə Azervolizinq arasında bağlanmış icbari sığorta müqaviləsinin şərtlərinə əsasən sığortaçı “İddiaçı Sığorta” ASC tərəfindən ödənildiyindən, sonuncuda «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının 25-ci maddəsinə əsasən verilmiş sığorta ödənişi həcmində cavabdehlərdən vurulmuş zərəri tələb etməkdən ibarət subroqasiya hüququ yaranmışdır. Bundan əlavə “DAEWOO GENTRA” markalı avtomobil məhz “xxxxxxxxxxxx” MMCnin mülkiyyətindədir və bilavasitə özü tərəfindən Cavabdeh2 istifadəsinə verilmiş olsa da, sonuncu tərəfindən etibarnamənin müddəti bitəndən sonra idarə olunmuşdur. Başqa sözlə, Cavabdeh2 avtomobilə hüquqa zidd şəkildə deyil, bilavasitə mülkiyyətçinin iradəsi ilə sahiblik etmiş, lakin bu sahiblik qanuni əsaslarla rəsmiləşdirilməyərək əslində avtomobilin müvafiq hüququ olmayan şəxs tərəfindən idarə olunmasına şərait yaradılmışdır. Bu isə o deməkdir ki, yüksək təhlükə mənbəyi hesab edilən “DAEWOO GENTRA” markalı avtomobilin hüququ olmayan şəxs tərəfindən idarə olunmasında “xxxxxxxxxxxx” MMC təqsirli olmuş və Mülki Məcəllənin 1108.2-ci maddəsinin üçüncü cümləsinin mənasına görə o, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımalıdır. Bu baxımdan məhkəmə kollegiyasının qənaətinə görə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərə görə həm yol-nəqliyyat vasitəsinin törədilməsində təqsirli bilinmiş Cavabdeh2, həm də yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsinin) sahibi “xxxxxxxxxxxx” MMC məsuliyyət daşımalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı “İddiaçı Sığorta Şirkəti” ASC-nin iddia tələbi əsaslı hesab edilməli, Cavabdeh1 MMC və Cavabdeh2 1320 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq “İddiaçı Sığorta Şirkəti” ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq Cavabdeh1 MMC-nin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi üzrə qeyd edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Cavabdeh ərizəsində hazırda iddiaçının müqavilə tələbləri üzrə iddia qaldırdığını və müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olmasını və bu səbəbdən iddiaçının qanunvericilkdə nəzərdə tutulmuş müddəti buraxaraq məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci ümumi iddia müddəti on il təşkil edir. Belə ki, Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iş üzrə tərəflər arasında öhdəliyin əmələ gəlmə əsasını müqavilə deyil, Cavabdeh2 təqsirli hərəkəti (delikt) nəticəsində vurduğu zərərin subroqasiya qaydasında tələb edilməsi təşkil edir. Bu halda tərəflər arasında müqavilə münasibəti olmadığı üçün müqavilə tələbləri üzrə qanunla müəyyən edilən üç illik iddia müddəti hazırki tələbə şamil edilə bilməz. Bununla bərabər Mülki Məcəllənin mülki hüquq pozuntuları (deliktlər) nəticəsində vurulmuş zərərin ödənilməsinin əsaslarını müəyyən edər müddəalarında xüsusi iddia müddəti müəyyən edilməmişdir. İddia müddətlərinin əsasların müəyyən edən qanunvericiliyin tələblərinə görə tələblərin ayrı-ayrı növləri üzrə xüsusi iddia müddətləri müəyyən edilmədiyi halda həmin tələblərə ümumi iddia müddətləri şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisə tərəfi olan Cavabdeh1 MMC iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia tələbinin məhz bu əsasla rədd edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı “İddiaçı Sığorta Şirkəti” ASC-nin iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada “İddiaçı Sığorta Şirkəti” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1320 (bir min üç yüz iyirmi) manat məbləğində zərər və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq “İddiaçı Sığorta Şirkəti” x2 xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar