Məhkəmə qərarları › İş №2(004)-3446/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3446/2021

13.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3446/2021 13.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh nümayəndəsi və vəkili X46 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmyyətinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh qarşı “16.07.2020-ci il tarixli ümumi yığıncağın qərarının, həmin qərar əsasında tərtib edilmiş protokolun və həmin protokolun əsasında verilmiş 11.12.2020-ci il tarixli, 05/3938/4-14 saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və notariat Baş İdarəsinə qarşı “16.07.2020-ci il tarixli ümumi yığıncağın qərarının, həmin qərar əsasında tərtib edilmiş protokolun və həmin protokolun əsasında verilmiş 11.12.2020-ci il tarixli, 05/3938/4-14 saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMMC-nin ümumi yığıncağının 16.07.2020-ci il tarixli Qərarının, həmin Qərar əsasında tərtib edilmiş Protokolun və həmin Protokol əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Reyestri tərəfindən verilmiş 11.12.2020-ci il tarixli, 05/3938/4-14 saylı Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişatında iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunmasına və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsl cavabdeh "xxxx" MMMC ilə əvəz edilməsini, Cavabdeh üçüncü şəxs qismində cəlb olunmasını, "xxxx" MMMC-nin ümumi yığıncağının 16.07.2020-ci il tarixli Qərarının, həmin Qərar əsasında tərtib edilmiş Protokolun və həmin Protokol əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Reyestri tərəfindən verilmiş 11.12.2020-ci il tarixli, 05/3938/4-14 saylı Çıxarışın etibarsız hesab edilməsi, işin məhkəmə baxışına hazırlanması üçün xərclədiyi 300 manat pulun və məhkəməyə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AR ƏN X2 Reyestrindən verilmiş 05/3938/4-14 saylı, 11.12.2020-ci tarixli Çıxarışla "xxxx" MMMC-nin qanuni təmsilçilik hüququ ondan alınaraq Cavabdeh verilmişdir. 11.12.2020-ci il tarixində Azərbaycan Respublikasının Ədliyə Nazirliyinin Qeyri- X9 Reyestri tərəfindən qeydiyyata alınmış, 05/3938/4-14 saylı Çıxarış onun verilməsinə əsas olan mənzil mülkiyyətçilərinin ümumi yığıncağının qərarının və həmin qərar əsasında tərtib olunmuş Protokolun saxta olması səbəbindən etibarsız hesab edilməlidir. Belə ki, Cavabdeh heç bir hüquqi əsası olmayan, saxta sənədlər təqdim etməklə Bakı şəhəri, Yasamal rayonu, X14, D.Bünyadzadə küçəsi, ev 1 ünvanında yerləşən binanın sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış, fəaliyyətinin əsas məqsədi gəlir əldə etmək deyil, daşınmaz əmlak kompleksini birgə idarə etmək olan "xxxx" MMMC-nin İdarə Heyətinin sədri seçilməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən verilmiş 23.01.2019-cu il tarixli, 05/61/2-14 saylı Çıxarışa dəyişiklik edilməsinə nail olmuşdur. Çıxarışda hüquqi şəxsin ünvanı, hüquqi şəxsin qanuni təmsilçisi, qeydiyyata alınmanın hüquqi əsasları qrafasında dəyişiklik edilmişdir. Bu dəyişikliklər Mənzil Məcəlləsinin 44-47ci maddələrinin və "xxxx" MMMC-nin 7.1, 10.1-ci maddələrinin tələblərinə ziddir, odur ki, həmin inzibati akt və onun qəbul edilməsinə səbəb olmuş ümumi yığıncağın protokolundan Çıxarış etibarsız hesab olunmalıdır. Belə ki, Çıxarışın surətindən göründüyü kimi, "xxxx" MMMC 21.06.2018-ci il tarixdə ***-**** nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. MMMC-nin fəaliyyət ərazisi, Bakı şəhəri, Yasamal rayonu, Yeni X43, D.Bünyadzadə küçəsi 1, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni X43, D.Bünyadzadə küçəsi, ev 1, mənzil 101 olmuş və ilk qanuni təmsilçisi X1. "xxxx" MMMC-nin hüquqi ünvanı qrafasında 23.01.2019-cu il tarixində dəyişiklik edilərək hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni X43, D.Bünyadzadə küçəsi, ev 1, mənzil 94 olması müəyyən edilmiş, qanuni təmsilçisi isə İddiaçı seçilmişdir. Dəyişikliyin hüquqi əsasları ümumi yığıncağın 22.12.2018-ci il tarixli protokolu və digər sənədlər olmuşdur. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağının 22.12.2018-ci il tarixli Qərarı ilə İddiaçı Cəmiyyətin idarə Heyətinin sədri seçilmişdir. Cəmiyyətin Nizamnaməsinin 10.1-ci maddəsinin tələblərinə görə Cəmiyyətin idarə heyətinin sədri 2 il müddətinə seçilir. Cəmiyyətin sədrinin səlahiyyət müddəti başa çatmamış, pandemiya dövründə, bütün kütləvi tədbirlərin qadağan edildiyi bir vaxtda 16.07.2020-ci il tarixində guya ki, Cəmiyyətin ümumi yığıncağının keçirilməsinə dair saxta Protokol tərtib edilmiş və həmin Protokol əsasında mübahisəli inzibati akt qəbul edilmişdir. Təqdim etdiyi, bina sakinləri arasında keçirilən sorğunun nəticələrindən göründüyü kimi, 121 nəfər mənzil mülkiyyətçilərindən 92-si (29 nəfərin bu və ya digər səbəbdən münasibətini öyrənmək mümkün olmamışdır) iclasın keçirilməsi (istər əyani, istər qiyabi), Cavabdeh İdarə Heyətinin sədri seçilməsi barədə məlumatlarının olmadıqlarını öz imzaları ilə təsdiq etmişlər. "xxxx" MMMC-nin Nizamnaməsinin 7.1-ci maddəsinin tələblərinə görə Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı hər il mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti tərəfindən çağırılmalıdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı tərəfindən müəyyən edilir. Nizamnamənin 7.4-cü maddəsinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 125.2.2-ci, 125.2.6-cı, 125.2.7-ci və 125.2.12-ci maddələri ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə ümumi yığıncağın qərarları cəmiyyətin iştirakçılarının ümumi sayının üçdə iki səs çoxluğu ilə qəbul edilir. Digər məsələlər üzrə qərarlar ümumi yığıancaqda iştirak edən cəmiyyətin iştirakçılarının və ya onların nümayəndələrinin ümumi sayının səs çoxluğu ilə qəbul edilir. Qeyd etdiyim kimi, binanın sakinləri arasında keçirilən sorğunun nəticələrindən göründüyü Mənzil Məcəlləsinin və Nizamnamənin tələblərindən göründüyü kimi, ümumi yığıncağın səlahiyyətli olması üçün 61 mənzil mülkiyyətçisinin iştirakı, idarə heyətinin seçilməsi üçün isə 31 mənzil mülkiyyətçinin səs verməsi zəruridir. Lakin sorğunun nəticələrindən göründüyü kimi, 121 nəfər mənzil mülkiyyətçilərindən 92-si (29 nəfərin bu və ya digər səbəbdən münasibətini öyrənmək mümkün olmamışdır) iclasın keçirilməsi (istər əyani, istər qiyabi) barədə məlumatlarının olmadıqlarını öz imzaları ilə təsdiq edirlər. Cavabdeh cəmiyyətin idarə heyətinin üzvü olmasından istifadə edərək müxtəlif bəhanələrlə mənzil mülkiyyətçilərinə aid sənədləri əldə etmiş və onlardan öz məqsədləri üçün istifadə etmişdir. Odur ki, Qanunvericiliyin və Nizamnamənin tələblərini pozmaqla saxta yolla tərtib edilmiş Protokol və onun əsasında əldə edilmiş “Çıxarış” etibarsız hesab olunmalıdır. AR ƏN X2 Reyestrindən verilmiş 05/3938/4-14 saylı, 11.12.2020-ci tarixli Çıxarışla "xxxx" MMMC-nin qanuni təmsilçilik hüququ iddiaçıdan alınaraq Cavabdeh verilmişdir, iddia ərizəsinə əlavəyə qoşduğu sənədlərə aydınlıq gətirərək bildirir ki, 16.07.2020-ci il tarixli qərarda göstərilən şəxslərin istinad etdiyi 65 nəfər sakinin barələrindəki məlumatlar həqiqətə uyğun deyildir. Belə ki, təqdim etdiyi müqavilələrin surətindən göründüyü kimi, həmin siyahıda göstərilmiş şəxslərdən 10 nəfər mənzillərin faktiki mülkiyyətçisi deyil. Təqdim etdiyi ərizələrdən göründüyü kimi, qərara əlavə edilmiş mənzillərin sahiblərindən 25 nəfər notariat təsdiq olunmuş ərizə ilə bildirirlər ki, onlar "xxxx" MMMC-nin 16.07.2020-ci il tarixli ümumi yığıncağında iştirak etməmiş və heç bir sənədə imza atmamışlar. Hətta, siyahıda göstərilən şəxslərdən 1 nəfər X16 30.03.2019-cu ildə, yəni iclas keçirilən zamandan əvvəl vəfat etmişdir. Təqdim olunmuş siyahının 41-ci sırasında hazırkı iş üzrə İddiaçı guya ki, həmin iclasda iştirak etməsi və sənədi imzalaması qeyd olunur. Halbuki, həmin iclas barədə məlumatı olmayıb və heç bir sənəd imzalamamışdır. Bundan başqa, bildirir ki, sakinlərin məsələyə münasibəti ilə bağlı mövqelərinin rəsmiləşdirilməsi, notarial qaydada təsdiq olunması, nəqliyyat, ərizənin hazırlanması, vəkil ilə müqavilə və s. xərcləri nəzərə almaqla bu iş üzrə 300 azn civarında xərci çıxmışdır. Cavabdeh Yasamal-24” MMMC-nin qanuni təmsilçisi və eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, gördüyü işləri birinci növbədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi olaraq məşğul şöbəsi ilə məsləhətləşdirilidikdən sonra görmüşdür. Ona görə ki, bu şöbə cəmiyyətin tələblərinin necə və hansı formada olmasını daha yaxşı bilir. Həmçinin seçkinin qiyabi formada keçirlməsi qaydasını onlar məsləhət görmüşdülər. 26.06.2018-ci ildən bu günə qədər olan müddətdə Yasamal 24 MMMC-nin bir dəfə də olsa nə iclası nə də ki yığıncağı, nə əyani, nə də ki qiyabi formada keçirilməyib və illik hesabatı belə keçirilməyib. Bu isə MMMC-nin nizamnaməsini kobud surətdə pozmaq deməkdir .Belə ki, MMC-nin Nizamnaməsində və o cümlədən Mənzil Məcəlləsində açıq aydın göstərilir ki, MMMC-nin İdarə Heyəti, təftiş komissiyası çoxmənzilli binanın idarə olunmasının ali orqanıdır. Ancaq Yasamal 24 MMMC-yə sədr olmuş Savalan Vəliyev nə də ki, İddiaçı buna əməl etməmiş, Cəmiyyəti yalnız köhnə MTK-nın İdarə formasını özlərinə bir bayraq kimi tutaraq sakinlərdən kommunal xərclərini yığmış və yığmağı davam etməklə hesabat vermədən imtina edirlər. Göründüyü kimi, bu şəxlər XX əsrin idarə üslubunu öz mənafeləri naminə çox varlanmaq və sakinləri aldatmaq üçün çox asan və mənafeləri naminə rahatdır. Hələ bu iclas və yğıncaq bir yana, bu cəmiyyətin adı var, ancaq cəmiyyətin bir nəfər üzvü belə yoxdur. Məhz bu azmış kimi 4 bloklu 11 mərtəbəli 121 mənzilli binanın həm MTK-nın həm də MMMC-nin möhürləri ilə idarə edirlər. Bu özü bir saxtakarlıq və cinayətdir. Bu formada idarə etmə Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 saylı Fərmanına ziddir. Onu bu işə vadar edən yaşadığı binanı Dövlət Komissiyasına təhvil vemək üçün MTK-nın ləğv edilməsi və rəhbərliyinin uzaqlaşdırılması üçün çox zəhmət çəkməsi və sonda keçirilən seçkidə 32 səs toplamaqla 30 səs yığmış İddiaçı bu vəzifəyə təyin etdirməsi və nəticədə onun naxələfliyi olmuşdur. İddiaçıla 1 il 3 ay bir yerdə işləyərək köməklik göstərməsi (MMMC-nin idarə heyyətinin üzvü kimi) və nəticədə ona qarşı kobud rəftarı olmuşdur.Belə ki ona hər dəfə bir işi görmək üçün İdarə heyətinin iclasının keçirlməsini lazım olduğunu və görülən işlərin məhz Nizamnaməyə uyğun görməyi irad tutduqca ona qarşı daha kobud rəftar etməyə başlayırdı. Nəhayət 2020-ci ilin aprel may aylarında ona bildirmişdir ki, “sən Nizamnaməni pozursan və buna görədə səni bu işdən uzaqlaşdıracağam.” O cavabında bir neçə aydan sonra yerini təhvil verəcəyini bildirmişdi. Ancaq onu bir azdan Dövlət işindən azad etdilər. Daha öz yerini verməkdən imtina edir. Başqa bir səbəb də odur ki, Azadın özü 2007-ci ildən bu günə qədər kommunal xərclərini ödəmir və ödəməkdən imtina edir. Onun kimi bina sakinlərindən beş-on sakin də var ki, onlar da kommunal xərclərini ödəmir ona havadarlıq edirlər. Üçüncü məsələ ondan ibarətdir ki, onun özü, on-on beş havadarları binanın idarə olunmasına qadının təyin olmasına etiraz edirlər. Hazırki dövrdə qadına qarşı belə axmaq fikirli kişilər hələ də çoxdur. Ancaq o, maymaq kişilər bilmirlər ki, bina sakinlərindən 56-sı qadındır. İddia ərizəsində MMMC-nin Nizamnaməsinin 7.1-ci maddəsini irad tutur. Heç olmasa iddia ərizəsini yazanda və ya yazdıranda 7.1-ci maddəsini oxusa idi, bəlkə başqa bir maddəni yazardı. Belə ki o maddədə Cəmiyyətin mülkiyyətində daşınar, habelə çoxmənzilli binanın daxilində və ya onun kənarında yerləşən daşınmaz əmlak ola bilər. Bunun iddiaya nə adiyyatı var? Nizamnamənin 10.1-ci maddəsini irad tutmaq yox heç olmasa bu 2 il 4 ayda bir dəfə belə iclas keçirmiş olsaydı, illik hesabatı versəydi, bəlkə sakinlər fəaliyyətinə bir qiymət verərdi. Həmçinin 10.1-də Heyətin 2 ilə seçildiyini yazır. Təəssüf ki, bunu Nizamnamənin 11.3-ci maddəsini oxumalıdır. İddiaçı öz iddia ərizəsində göstərir ki, 22.12.2018-ci il tarixdə keçirilən seçkidə İdarə Heyətinin sədri seçilmişdir. Ancaq, vicdan çox gözəl şeydir və həqiqəti sevir. Onu özü təklif verib öz yerinə seçdirmişdir. Axırda da naxələf çıxdı. Əgər cəmiyyətin sədri MMMC-nin Nizamnaməsini və Mənzil Məcəlləsini kobud şəkildə pozursa, heç bilmir ki, mənzil mülkiyyətçilərinin 10-15%-nin narazı olması heyəti və sədri dəyişə bilər. İddia ərizəsində Mənzil Məcəlləsinin 44.47 ci maddələrini irad tutur. Gecələr saat 01-00 dək lazımsız-lazımsız beş-on nəfərlə ofisdə boş oturmaq nədən ötrü? Həmçinin bu maddələrdən belə xəbərsizdir. Onda başqalarını günahlandırmaq nəyə lazım? Çünki apardığı idarəetmə üsulu on çox-çox sərfəlidir. Belə ki, sədr təyin ediləndə heç xüsusi maşını belə yox idi, indi bir göstərsin görüm maşın hardan oldu? Əgər Dövlət işindən, bəs nə tez onu qovdular, onda hadisələr hara tərəf cərəyan edir. Şübhələr,suallar və başqa əməllər çox??? İddiaçı heç olmasa bu iddia ərizəsini yazarkən bir fikirləşibmi ki, məhkəməyə nə yazır və nəyi tələb edir? İddia ərizəsini oxuduqca özü-özünə deyir ki, bu yaşda adam bilmir ki, məhkəməyə necə ərizə yazıb verir. Heç Xəcalət çəkirmi?. Nizamnamədən və Mənzil Məcəlləsindən xəbərsiz olan İddiaçı mənzil sakinlərindən mənzillərin çıxarışı üçün verdiyi arayış üçün utanmadan 60 manat pul tələb edir .Pulu verməyən mənzil sahiblərinə “arayış” verməkdən imtina edir. Bir sual verən yoxdurmu ki, “bu 60 manatı hansı əsasla yığırsan?” Deyilənə görə 90-a qədər mənzil sahiblərindən çıxarışa verilən maliyyə arayışına görə 60 manat pullar alınıb, bu ki, cinayətdir və saxtakarlıqdır. Ozünün çirkin və iyrənc əməllərinə özü də də cavab versin və yerini, sənədləri açarları təhvil verib getsin. Qeyd etdiklərinə əsasən iddia tələbi əsasız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izhat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh 11.12.2020-ci il tarixli çıxarışla guya Yasamal-24” MMMC-nin qanuni təmsilçici olmaq barədə sənəd təqdim etmişdir. Məhkəmə araşdırması barədə müəyyən edilmişdir ki, o, ümumi yığıncağın çağrılmasında iştirak etmiş, mənzil mülkiyyətçilərinin siyada göstərilmiş 11 nəfəri mənzil mülkiyyətçiləri deyildir. Digər 25 nəfəridə ərizələri, bəziləri də ifadəsində qeyd etmişdirlərki, onlar həmin yığıncaqdan məlumatlı deyillər, belə bir yığıncaq keçirilməmiş və hətta keçirilmiş olsaydı belə, onlar həmin şəxsə səs verməyəcəkdirlər. Bunlar saxta yolla əldə edilmiş sənədlərdir. Həmin sənədlər MMMC-nin keçmiş rəhbəri olmuş Savalan adlı şəxşin hazırki iddiaçı ilə əvəz edilməsi barədə toplanmış imzalardan ibarət sənədlərdir. 16.07.2020-ci il tarixdə keçirilmiş iclasda guya həmin imzaları onlar çəkmişdir. Cavabdeh özü də etiraf etmişdir ki, iclas keçirilən zaman orada 65 nəfər şəxs olsa da, 25 nəfərə bildiriş vermişdir. Sonuncu həmin sənədləri qanunsuz yolla əldə etmişdir. Əsas nüanslardan biri də ondan ibarətdir ki, siyahıda göstərilmiş şəxslərdən iki nəfəri iclas keçirilməmiş tarixdən öncə vəfat etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh nümayəndəsi və vəkili X66 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddia tələbi əsasızdır. Firəngiz xanımda mülkiyyətçilərin siyahısı olmadığından qapıları bir bir döyərək bildirişlərə imza atdırıbdır. Yığıncağın iclası qiyabi keçirilmişdir. İclas barədə bütün evlərə bildiriş təqdim edililmişdir. Hal-hazırda bildirişə imza edənlərdən bəziləri polisə şikayət etmişlər. Sakinlərdən bəziləri bəlkə də imza etdikdən sonra imza etmədiklərini bildirirlər. Bundan başqa Firəngiz xanım səsvermənin qiyabi şəkildə və məhdud keçirilməsini inkar etmir. Belə ki, pandemiya olduğundan səsvermə qiyabi şəkildə keçirilmiş və səsvermənin nəticəsinə dair bildirişlərdə qərara əlavə edilərək müvafiq qruma təqdim edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbi əsasız olduğundan rədd edilməsini xahiş etdi. Əvəlki məhkmə iclasında iştirak etmiş cavabdeh Yasamal-24” MMMC-nin qanuni təmsilçisi və eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etiraza uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, pandemiya ilə əlaqədar qiyabi səsvemə keçirmiş, bütün evlərə deyil, cəmi 28 evə bildiriş göndərmişdir. Ədliyyə Nazirliyinə 2018-ci ildə keçirilmiş səsvermənin nətəcələrini qoşma olaraq öz sənədlərimi əlavə edib göndərmişdir. Pandemiya ilə əlaqədar elə bilmişdir ki, hər kəsə bildiriş paylamaq lazım deyil. Köhnə səsvermənin nəticələrinin təqdim edilməsi sadəcə məlumat üçün olmuş, o , heç zaman həmin nəticələrin sonuncu səsverməyə aid olmasını bildirməmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbi əsasız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında yaşayır. Azad və Firəngiz hər ikisi ilə eyni blokda yaşayır. Səsvermə zamanı Azad üçün səs verməmişdir. Binada olan bütün sakinlər Azaddan narazıdır. Azad binaya baxmır. 2 il əvvəl Firəngiz xanım üçün səs vermişdir. Pandemiya ilə əlaqədar iclas qapalı keçirilib. Hər iki səsvermədə Firəniz xanıma səs vermişdir. Onlara bildiriş təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında yaşayır. Azad və Firəngiz hər ikisi qonşusudur. Firəngiz xanım binanın şəraitinin yaxşılaşmasında çox əziyyət çəkmişdir. Binanın qazı olmadığı dövrdə sənədlərin toplanmasında iştirak edibdir. Səs vermə zamanı üstünlük Firəngiz xanımda olubdur və binanın sədri seçillibdir. Lakin səlahiyyətlərini Azad müəllimə ötürübdür. Hal hazırda sədr Azad müəllimdir. Son səs vermə zamanı iştirak etməmişdir. Yaşadığı mənzil anası Püstəxanımın adınadır. Bina ilə bağlı lazım olan məsələrlə yoldaşı məşğuldur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, ünvan 5 ünvanında yaşayır. Azad və Firəngizi hər ikisini tanıyır. Firəngiz xanımın sədr seçilməsi üçün heç bir sənədə imza atmamışdır. Cəmi bir dəfə Savalan müəllimin sədr vəzifəsindən uzaqlaşdılması zamanı imza atmışdır. Təqdim olunmuş səsvermənin nəticələrinə dair imzalarda köhnə sədrin kənarlaşdırılması, təzə sədrinyəni Azad müəllimin seçilməsinə dair olan əvvəlki səsvermənin təticələridir. Oradakı imza bəli onundur, lakin o guya keçirilmiç sonuncu sısverməyə aid deyil. İmzasından razılığı olmadan guya Firəngizə səs vermiş kimi istifadə edilmişdir. Savalandan sonra Azad sədr seçilibdir. Hal hazırda da sədr Azaddır. Kommunal ödənişləri Azada ödəyir, o da qəbz təqdim edir. Pandemiya vaxtı seçkilərlə bağlı bildiriş təqdim edilməmiş, bloka və ya hər hansı yerə elan vurulmamışdır. Azad bina üçün xeyli iş görmüş, lifti təmir etmiş, həyətə şlaqbaum düzəltdirmiş, həyəti işıqlandırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, yaşadığı mənzil atasının adına olsa da, 6 ildir ki, özü yaşayır. Belə ki, o mənzili atası onun üçün almışdır. Azad və Firəngizi tanıyır. Binanın komendantı Azaddır. Sonradan Firəngizin sədr olduğunu eşitmişdir. Ancaq nə o, nə də atası səs vermə zamanı iştirak etməmişlər. Səsvermənin keçirilməsi üçün bildiriş təqdim edilməmişdir. Savalandan sonra Azad sədr seçilmişdir. Təxminən 4 il əvvəl Savalan sədr vəzifəsindən uzaqlaşdırılmışdır. Səsvermə zamanı hər kəs səsini Azada vermişdir. Firəngiz xanımın iclasından məlumatı olmamışdır. Firəngiz xanımın sədr keçməsini ona Azad bildirmiş, heç kim onun hansı şəkildə sədr keçməsini bilməmişdir. Kommunal ödənişləri Azada ödəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, yaşadığı mənzilin mülkiyyətçisi həyat yoldaşıdır. Savalandan sonra sədr Azad müəllim seçilmişdir. Həmin iclasda səsini Azada vermişdir. Ondan sonra iclas olmamışdır. Komendant olaraq Azaddan razıdır. Kommunal ödənişləri Azada ödəyir, o da qəbz təqdim edir. Heç vaxt Firəngiz xanımın sədr seçilməsi üçün səsvermədə iştirak etməmişdir. Firəngiz xanım bir dəfə qapısına gələrək, sayğacın yerinin dəyişdirilməsi üçün imza topladığını bildirmiş, o da, həmin siyahıya imza atmışdır. Lakin həmin siyahıda nə üçün imza atması qeyd edilməmişdir. Firəngiz xanım sədr deyil, onunla bağlı nə iclas keçirilmiş, nə də səsvermədə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X47 ifadəsində göstərdi ki, mübahisəli binadan 2018-ci ildən köçmüşdür. Savalandan sonra keçirilən iclasların heç birində iştirak etməmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: "xxxx" MMMC-nin təşkilati-hüquqi forması mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti olan, 21.06.2018-ci il tarixdə 1119-MM5-0084 nömrə ilə AR Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının Reyestrində qeydə alınmış, fəaliyyətinin predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək olan hüquqi şəxsdir. Fəaliyyət ərazisi Bakı şəhəri, Yasamal rayonu, X14, D.Bünyadzadə küçəsi, ev 1 ünvanıdır. Əvvəlki qanuni təmsilçi X28 olmuş, 23.01.2019-cu il tarixli protokolu əsasında onu İddiaçı əvəz etmişdir. "xxxx" MMMC-nin növbəti ümumi yığıncağının 16.07.2020-ci il tarixli qərarının surətindən görünür ki, MMMC-nin fəaliyyət göstərdiyi binada mövcud olan sahə mülkiyyətçilərinin sayı 139 nəfər, MMMC-nin iştirakçısı olan sahə mülkiyyətçilərinin sayı 80 nəfər və ümumi yığıncaqda iştirak edən sahə mülkiyyətçilərinin sayı 65 nəfərdir. Ümumi yığıncağın gündəliyində duran "Yasamal-24” MMMC-nin hüquqi ünvanının dəyişdirilməsi, idarə heyətinin seçilməsi, idarə heyəti üzvləri sırasından Cavabdeh idarə heyətinin sədri seçilməsi, nəzarət təftiş komissiyasının seçilməsi məsələləri üzrə yekdilliklə qərar qəbul edilmiş, cəmiyyətin yeni hüquqi ünvanı ünvan 6nzil 107 müəyyən edilməsi və buna müvafiq olaraq nizamnaməyə dəyişiklik edilməsi, dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi qərara alınmışdır. "xxxx" MMMC-nin nizamnaməsinə 11.12.2020-ci il tarixdə edilmiş və AR ƏN-də qeydiyyata alınmış dəyişikliyə əsasən ümumi yığıncağın 16.07.2020-ci il tarixli qərarı əsasında qanuni təmsilçi İddiaçı Cavabdeh onu əvəz etmiş, cəmiyyətin yerləşdiyi ünvan Bakı şəhəri, Yasamal rayonu, X14, D.Bünyadzadə küçəsi, ev 107 kimi qeyd edilmişdir. "xxxx" MMMC-nin növbəti ümumi yığıncağının 16.07.2020-ci il tarixli qərarının qəbul edilməsinə razılıqları barədə MMMC-nin 65 sahə mülkiyyətçilərinin imzaları qərara əlavə olunmuşdur. Notarial qaydada təsdiqlənərək, iş materiallarına əlavə olunmuş ərizələrdən görünür ki, qeyd olunan siyahıda göstərilmiş X40 (1), X34 (4), X5 (8), X21 (9), X22 (10), X48 (16), X10 (32), X31(30), X35 (31), X36 (22), X37 (33), X23 (34), X38 (36), X17 (35), X13 (38), X32 (39), X24 (43), X8 (46), X20 (49), X3 (48), X25 (50), X4 (54), X6 (57), X42 (60) və hazırki iş üzrə İddiaçı (57) "xxxx" MMMC-nin 16.07.2020-ci il tarixdə keçirilmiş ümumi yığıncağı barədə heç bir məlumatlarının olmamasını, həmin iclasda iştirak etdikləri göstərilsə də, iştirak etmədiklərini və heç bir sənədə imza etmədiklərini təsdiqləmişdirlər. Təqdim olunmuş ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, siyahıda 56cı sırada göstərilmiş X16 30.03.2019-cu il tarixdə vəfat etmişdir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, "xxxx" MMMC-nin idarə heyətinin üzvü olan Cavabdeh tərəfindən qanunvericiliyin tələbinə əsasən binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat vermədən, müvafiq yetərsay olmadan 16.07.2020-ci il tarixdə cəmiyyətin ümumi yığıncağı keçirilmiş və özünün idarə heyətinin sədri seçilməsi, cəmiyyətin yeni hüquqi ünvanı ünvan 6nzil 107 müəyyən edilməsi və buna müvafiq olaraq nizamnaməyə dəyişiklik edilməsi, dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 119.1-ci maddəsinə görə çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 121.1-ci maddəsinə əsasən bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. 124-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. 125.2.1 və 125.2.3-cü maddələrinə görə, cəmiyyətin nizamnaməsinə dəyişikliklər etmək, cəmiyyətin idarə heyətini və təftiş komissiyasını (müfəttişi) seçmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri kimi təsbit edilmişdir. 126.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı hər il mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti tərəfindən çağırılmalıdır. 126.3-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının keçirilməsi haqqında yazılı bildiriş bu Məcəllənin 44.4cü və 44.5-ci maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunur və göndərilir. 126.4-cü maddəsinə əsasən bu Məcəllənin 125.2.2-ci, 125.2.6-cı, 125.2.7-ci və 125.2.12-ci maddələri ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə ümumi yığıncağın qərarları cəmiyyətin iştirakçılarının ümumi sayının üçdəiki səs çoxluğu ilə qəbul edilir. Digər məsələlər üzrə qərarlar ümumi yığıncaqda iştirak edən cəmiyyətin iştirakçılarının və ya onların nümayəndələrinin ümumi sayının səs çoxluğu ilə qəbul edilir. 126.9-cu maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili, keçirilməsi, səsvermə, qərar qəbul edilməsi və digər məsələlərlə bağlı bu Məcəllənin 44-47-ci maddələrinin müvafiq müddəaları bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir. 127.3-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti ən azı üç üzvdən ibarət olmaqla cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin iştirakçıları sırasından nizamnamə ilə müəyyən edilmiş, lakin iki ildən artıq olmayan müddətə seçilir. 127.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti öz tərkibindən cəmiyyətin idarə heyətinin sədrini seçir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 44.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. 44.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. 45.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. 47.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsə qoyulmuş məsələlər üzrə səs hüququna həmin binanın sahə mülkiyyətçiləri malikdir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında şəxsən və ya nümayəndəsi vasitəsilə səs verir. 47.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə formasında keçirilən ümumi yığıncağının gündəliyində olan məsələlər üzrə səsvermə yalnız mülkiyyətçinin səsverməyə qoyulmuş məsələlər üzrə yazılı formada tərtib edilmiş qərarları vasitəsilə keçirilir. Həmçinin, qanunvericiliyin cəmiyyətin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi barədə yuxarıda qeyd olunan normaları "xxxx" MMMC-nin Nizamnaməsində də öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüququ mövqeyinə görə, “Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir... Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.. Həmin Məcəllənin 19-cu maddəsinə görə isə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən "xxxx" MMMC-nin 16.07.2020-ci il tarixli ümumi yığıncağının keçirilməsi və qərarın qəbul edilməsi zamanı mənzil qanunvericiliyi və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilmiş şərtlərin pozulmasını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına və mübahisəli məsələ üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Yasamal 24" MMMC-nin ümumi yığıncağının 16.07.2020-ci il tarixli Qərarı və Protokolu, həmin Protokol əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 Reyestri tərəfindən verilmiş 11.12.2020-ci il tarixli, 05/3938/4-14 saylı Çıxarış etibarsız hesab edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən hüquqi xidmət haqqı qismində 300 manat məbləğində pulun tutulması” hissəsində də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki üş üzrə hüquqi yardıma görə 150 manat məbləği ağlabatan məbləğ hesab edilməklə, həmin məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 10 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Yasamal-24" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmyyətinin ümumi yığıncağının 16.07.2020-ci il tarixli Qərarı və Protokolu, həmin Protokol əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 Reyestri tərəfindən verilmiş 11.12.2020-ci il tarixli, 05/3938/4-14 saylı Çıxarış etibarsız hesab edilsin. Hüquqi xidmətə görə 150 (bır yüz əlli) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh “Yasamal-24" MMMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar