Məhkəmə qərarları › İş №2(004)-3449/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3449/2024

25.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3449/2024 25.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivi, ev 5 ünvanında yerləşən 180 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 massivi, ev 5 ünvanında yerləşən 180 saylı mənzil Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsindən də göründüyü kimi İddiaçı mülkiyyətindədir. Cavabdeh İddiaçı keçmiş həyat yoldaşıdır. Onlar ilk dəfə 1997-ci ildə ailə həyatı qurmuşlar. Sonradan təxminən 1999-cu ildə onlar arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh 1997-ci ildən iddiaçıya məxsus ünvan 2 ünvanında qeydiyyatda idi. 1999-cu ildə onlar arasında bağlanmış nikah pozulduqdan sonra o, məhkəmənin qərarına əsasən həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. İddiaçının təxminən 1999-2000-ci illərdə cavabdehlə ailə münasibətləri bərpa olunmuş və onlar yenidən nikaha daxil olmuşlar. Cavabdeh bu vaxtdan etibarən yenidən iddiaçıya məxsus ünvan 2 ünvanına qeydiyyata düşmüşdür. 2008-ci ildə Yasamal rayon Məhkəməsinin qətnaməsinə əsasən, cavabdehlə iddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Bu barədə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixində 53 nömrə ilə qeyd aparılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixində verilmis 2 saylı Forma Arayışından görünür ki, cavabdeh xx.xx.1976- cı il təvəllüdlü Cavabdeh iddiaçıya məxsus ünvan 2 ünvanında qeydiyyatdadır. Lakin nikah pozulduqdan bu günə qədər həmin mənzildə yaşamamışdır. Hazırda həmin ünvanda iddiaçı həyat yoldaşı və 2 övladı ilə birgə yaşayır. Cavabdeh isə artıq ailə həyatı qurmuşdur və 2006-cı ildən bəri iddiaçıya məxsus ünvanda yaşamır. İddiaçı cavabdeh xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh iddiaçıya məxsus ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət etmişdir. Yasamal rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, qeyd olunan şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması və ya istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir. Həmin məktubda məsələ ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Adı qeyd olunan şəxsin İddiaçı məxsus olan mənzildə qeydiyyatda olması hazırda iddiaçının sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, İddiaçı əmlakı üzərində tam sərəncam verə bilmir, qeydiyyatda olan şəxsin razılığı tələb olunduğundan mənzili istədiyi şəkildə alqı-satqı, bağışlama və sair qanuni yollarla özgəninkiləşdirə bilmir. Eyni zamanda cavabdehə aid olan məktublar tez-tez iddiaçıya məxsus mənzilə gəlir və ailədə söz-söhbətlərə səbəb olur. Cavabdeh hazırda qeyd olunan mənzildə yaşamadığına görə İddiaçı cavabdehin qeyd olunan mənzildən istifadə hüquqlarına xitam verilməsinə görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 2009-cu ilədək İddiaçı məxsus yaşayış sahəsinə qeydiyyata düşdüyünə, lakin 2006-cı ildən bugünədək qeyd olunan yaşayış sahəsində yaşamadığına görə onun həmin yaşayış sahəsində istifadə hüquqlarının saxlanılmasına heç bir zərurət yoxdur. Belə olan halda İddiaçı cavabdeh xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh qeyd olunan mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 73826 nömrəli qeydiyyat vəsiqəsininin surətindən görünür ki, Yeni- Yasamal küçəsi 5, ev 180 mənzili mənzili İddiaçı adına qeydiyyatdan keçməklə, mülkiyyət hüququ xx.xx.1995-cı il tarixdə qeyd edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, ünvan 2 ünvanında İddiaçı 20 noyabr 2005-ci ildən qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər : X2, X3, X4, X5, X6 və Cavabdehdır. AZ-İ seriyalı, 111079 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındaki nikaha xx.xx.2008-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 53 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən 180 nömrəli mənzilə dair xx.xx.1995-cı il tarixdə İddiaçı mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. İddiaçı ilə Cavabdeh 1997-ci ildə nikaha daxil olmuş, xx.xx.2008-ci il tarixdə nikahları pozulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında istifadə hüququ bağlı yaranan mübahisəyə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan) Mənzil Məcəlləsinin müddəları qanunun analogiyası üzrə tətbiq edilməlidir. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinə əsasən yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iddiaçının icarədarın ailə üzvü olması və onunla birlikdə yaşaması zəruri şərtlərdir. Ailə üzvləri isə icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Bu statusda olmayan digər şəxslər o halda icarədarın ailə üzvləri sayıla bilərlər ki, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmış olsunlar. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququ iddiaçı ilə ailə münasibətlərində olduğu müddətdə yaranmış, bu hüquqa həmin nikah münasibətlərinin pozulması ilə də xitam verilmişdir. Hazırda Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun olmadığı müəyyən edilir. Hazırkı iddianın əsasından görünür ki, iddiaçı cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir, bunun üçün isə cavabdehin mənzildən “istifadə hüququna xitam verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Odur ki, hazırki mübahisəyə dair məhkəmə qətnaməsi Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar