Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3499/2023 22.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, X12 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtonəqliyyat vasitəsinin yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan təmir xərclərinə görə 7564 (yeddi min beş yüz altmış dörd) manat 66 qəpik, avtomobilin orta bazar qiymətinin aşağı düşməsinə görə vurulmuş zərərin əvəzi kimi 10000 (on min) manat, sağlamlığına vurulmuş zərərin və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat, əldən çıxmış faydanın əvəzi olaraq 4000 (dörd min) manat olmaqla ümumilikdə 24564 (iyirmi dörd min beş yüz altmış dörd) manat 66 qəpik məbləğində pulun və 164 (yüz altmış dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 05 fevral 2023-cü il tarixində saat 19:30 radələrində idarə etdiyim Toyota-Corolla markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı- Şamaxı-Yevlax yolunun Abşeron rayon ərazisindən keçən hissəsində rayon istiqamətinə hərəkətdə olarkan həmin ərazidə yerləşən piyada keçidində hərəkətdə olan piyadaya yol vermək məqsədi ilə idarə edtiyi avtonəqliyyat vasitəsini dayandırmış, bu zaman Cavabdeh idarə etdiyi Hyundai Avente markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyi avtomobilin arxa hissəsinə çırpılmış, zərbənin təsiri nəticəsində idarə etdiyi avtomobil sağa istiqamətlənərək rayon istiqamətində hərəkətdə olan X1 idarə etdiyi VAZ 21705 markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə avtomobildə olan şəxslər 1999-cu il təvəllüdlü Cavabdeh, 1994-cü il təvəllüdlü X9, 1995-ci il təvəllüdlü X5, 1991-ci il təvəllüdlü X6, 1993-cü il təvəllüdlü X7, 1992-ci il təvəllüdlü X4 və mən, 1979-cu il təvəllüdlü İddiaçı xəsarət alıblar. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Ağamir İbrahimov tərəfindən araşdırma aparılmış xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, hadisənin baş verməsdində təqsirli hesab olunmuş cavabdehin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olduğu üçün barəsində protokol tərtib edilərək aidiyyatı üzrə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-582/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli hesab olunuraq barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, baş vermiş hadisə zamanı mülkiyyətində olan yuxarıda qeyd olunan avtonəqliyyat vasitəsinə ciddi ziyan dəymişdir. Belə ki, hadisə baş verdikdən sonra dəymiş zərərin miqdarının müəyyənləşdirmək üçün ona məxsus avtonəqliyyat vasitəsinə ixtisaslaşmış mütəxəsissilər tərəfindən baxış keçirildikdən sonra məlum olmuşdur ki, sözügedən nəqliyyat vasitəsinin yararlı vəziyyətə gətirilməsi üçün 11 065 (on bir min altmış beş) manat vəsait tələb olunur. Bu vəsaitin 3500 (üç min beş yüz ) manat 34 qəpik hissəsi Sığorta şirkəti tərəfindən ona ödənilir. Dəymiş zərərin qalan hissəsini o cavabdeh tərəfindən ödənilməsini tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə bu vəsaiti ödəməkdən boyun qaçırtmışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin nəzərinə onu da çatdırır ki, dəymiş zərər təkcə avtomobilin yararlı vəziyyətə gətirilməsi üçün çəkilmiş xərclərdən ibarət deyildir. Cavabdehin təqsiri ucbatından sözügedən avtomobilə ciddi ziyan dəyməsi, hadisədən sonra avtomobilin satış qiymətinin kəskin düşməsi hazırki iddianın mübahisəsiz halıdır. Belə ki, yararsız hala düşmüş və sonradan təmir olunmuş əmtəənin görüntüsü sağlam əmtəənin görüntüsündən kəskin fərqləndiyi üçün zədələnmiş əmtəənin bazar qiyməti sağlam əmtəənin bazar qiymətindən qat-qat ucuzdur. Cavabdehin hərəkətləri nəticəsində mülkiyyətində olan avtonəqliyyat vasitəsinin əmtəə görüntüsü korlanmış, bununla da avtomobilin bazar qiyməti kəskin, təqribən 10000 (on min manat) ucuzlaşmışdır. Məhkəmənin nəzərinə onu da çatdırır ki, o sözügedən avtonəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərirmiş. Bu fəaliyyətə görə də o qazanc əldə edirmiş. Fəliyyəti ilə bağlı gündəlik qazancı 30-35 manat təşkil edirmiş. Hadisə baş verdikdən sonra heç bir fəaliyyətlə məşğul ola bilməmişdir. Buna görə də o ümümilikdə 4000 manat qazancdan məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, Sığorta şirkəti tərəfindən dəymiş zərərin 3500 manat hissəsi ona ödənilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, sığorta şirkətinin qiymətləndirməsinə əsasən ümumi dəymiş zərər məbləği 5100 manat təşkil edir, sığorta şirkəti tərəfindən dəymiş zərərin 3500 manatını ödənilmişdir. Qalan 1600 manat hissəsini iddiaçıya ödəməyə razı olduğunu bildirmişdir. İddia tələbinin qismən - 1600 manat maddi ziyanın tutulması hissəsində təmin olunmaması, qalan hissədə təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ekspert Kamran Dünyamalıyev verilən suallara cavab olaraq bildirmişdir ki, 2015-ci ilə kimi Məhkəmə Ekspertiza Mərkəzində Avtotexniki ekspertiza şöbəsi vardı və zərurət olduqda şöbənin ekspertləri nəqliyyat vasitəsinə baxış keçirirdilər. 2015-ci ilin yanvar ayından sonra həmin şöbənın adı dəyişdirilərək “Yolnəqliyyat ekspertizaları” şöbəsi adlandırılmışdır. Həmin vaxtdan etibarən avtonəqliyyat vasitələrinə baxış keçirilmir. İş materialında olan qüsur aktına əsasən dəymiş ziyanın məbləği müəyyən edilir. İşdə qüsur aktı olmadıqda vəsatətlə tələb olunur. 2(006)- 3499/2023 saylı mülki işin materiallarında 2 ədəd qüsur aktı mövcuddur. Tərəfindən dəymiş ziyanın məbləği müəyyən edilərkən 1 qüsur aktında qeyd edilən hissələrin və digər qüsur aktında adı çəkilməsə də təmir edildiyi qeyd edilən hissələrin qiyməti müəyyən edilmişdir. Ekspertlər iş materiallarında olan bütün qüsut aktlarına müvafiq olaraq qiymətləndirməni aparrlar. Ancaq həmin qüsur aktlarının mötəbərliyini müəyyən etmək üçün hər hansı bir metodika yoxdur. Bunun üçün gərək qəza baş verən avtomobilə hər hansı avtoservisdə tərəflərin iştirakı ilə baxış keçirilib müəyyən qüsur aktı tərtib edildikdən sonra ekspertizaya təqdim edilməsi məqsədəmüvafiq olardı. Tərəfindən yalnız qüsur aktına müvafiq olaraq qiymətləndirmə aparılır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(012)-582/2023 saylı qərarının nəticə hissəsindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilmişdir. Həmin qərardan görünür ki, məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 248 nömrəli rəyi ilə X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin xx.xx.2023-cü il tarixli 607 saylı arayışının sürətindən görünür ki, avto yol nəqliyyat qəzasına uğramış X16 markalı ** DS *** dövlət nömrə nişanlı, 2007-ci il buraxılışlı, qara metallik rəngli olan nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərclərinə 3110 manat zəhmət haqqı, 7955 manat ehtiyat hissələri olmaqla, cəmi 11065 manat vəsait tələb olunur. “Qrand Servis” tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Qüsur aktına əsasən “X16” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan üçün cəmi məbləğ 5100 manat təşkil edir. 16 avqust 2023-cü il tarixli 9/6309 saylı ekspert rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli zərər aktı məlumatlarına əsasən (cild i.v 13-15) 2007-ci il buraxılışlı "Toyota" minik markalı, Corolla Verso model, **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ni təxminən 8935,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 6315,00 manat; təmir- bərpa işlərinin qiyməti - 2620,00 manat. 2. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli zərər aktı məlumatlarına əsasən (cild i.v 16) 2007-ci il buraxılışlı "Toyota" minik markalı, Corolla Verso model, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3650,00 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti - 2650,00 manat; - təmir- bərpa işlərinin qiyməti - 1020,00 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması İxtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2007ci il buraxılışlı "X16" minik markalı, **-DS-*** dövlət qeydiyyat pisan avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilan) və görüləcək əl işlərinin zədələləndirilməsi üzrə ekspertiza tədqiqatı 2004)-3499/2023 N№-li mülki iş materiallarında olan zərər aktları əsasında hesablanır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçıya 5100 manat məbləğində maddi ziyan vurmuş və onun tərəfindən qeyd olunan avtomobilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Siğorta şirkəti tərəfindən iddiaçıya 3500 manat məbləğində siğorta ödənişi edilmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli qüsur aktı nəzərə alınmaqla, cavabdeh tərəfidən avtonəqliyyat vasitəsinə dəymiş zərərin qalan hissəsi - 1600 manat məbləğində pul iddiaçıya ödənilməlidir. Maddi ziyanla bağlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı onun sağlamlığına hansı məbləğində maddi ziyan vurulması ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Eyni zamanda əldən çıxmış fayda ilə əlaqədar tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddia ərizəsində taksi fəaliyyəti ilə məşğul olmasını və bu fəaliyyətə görə qazanc əldə etditini, hadisə baş verdikdən sonra heç bir fəaliyyətlə məşğul ola bilmədiyini qeyd etsə də, iddiaçı bununla əlaqədar iddia tələbini təsdiq edən sübutları təqdim etməmişdir. Məhkəmə iddia tələbinin mənəvi ziyanının ödənilməsi ilə bağlı hissəsində isə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı İddiaçı cavabdehin təqsirli hərəkətləri ilə əlaqədar fiziki əzab çəkməsi müəyyən olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlərin yetirilməsinin, eyni zamanda avtomobilinə zərər dəyməsi, bununla əlaqədar iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinin işdə olan sənədlərlə sübuta yetirildiyini nəzərə alaraq, hesab edir ki, mənəvi zərərin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, cavabdehdən 500 manat mənəvi zərər qismində tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1600 (min altı yüz) manat məbləğində maddi ziyan və 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 41 (qırx bir) manat hissəsi cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1600 (min altı yüz) manat məbləğində maddi ziyan və 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41 (qırx bir) manat hissəsi cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1600 (min altı yüz) manat məbləğində maddi ziyan və 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 41 (qırx bir) manat hissəsi cavabdehdən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. bilər. Sədrlik edən hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3499/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3499/2023
22.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver