Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3519/2021 03.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə 04.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 550 manat maddi ziyan, 450 manat əldə çıxmış fayda, 2000 manat mənəvi zərərin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 29.06.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh 550 (beş yüz əlli) manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirir ki, 2020-ci ilin yanvar ayında yaşadığı mənzildə olan divanı təmir etdirmək məqsədi ilə “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən mebel təmiri məntəqəsinə gedib divanı təmir etdirmək istəyini bildirmişdir. Mebel təmiri məntəqəsində olan və şəxsiyyəti sonradan ona məlum olan Cavabdeh özünü ona mebel ustası kimi təqdim etmişdir. O, ona divanı təmir etdirmək istəyini bildirmişdir. Cavabdehlə birlikdə yaşadığı mənzilə gəlmiş və Cavabdeh divanın vəziyyəti ilə tanış olmuşdur. Cavad mənzildə təmir olunacaq divana baxandan sonra ona bildirmişdir ki, 550 manata bir həftə ərzində divanı tam təmir edib ona verəcəkdir. O, beh olaraq Cavabdeh 300 manat pul vermişdir. Bir həftə sonra Cavabdeh təmir məntəqəsinə gedib, divanı götürmək istəyərkən divanın təmir olunmadığını görmüşdür. Cavad müxtəlif bəhanələr gətirərək ondan əlavə 250 manat pul və 2 gün vaxt istəmişdir. O, Cavabdeh xahişini yerinə yetirib ona 250 manat pul vermiş və xahiş etmişdir ki, 2 günə divanı hazır eləsin gəlib aparacaq. O, 2 gün sonra Cavadın yanına gəldikdə divanın əvvəlki vəziyyətdə təmir oldunmadığını görmüşdür. Bu dəfə də Cavabdeh müxtəlif bəhanələr gətirmiş və divanı tezliklə təmir edib ona verəcəyinə söz vermişdir. Bundan sonra o, dəfələrlə cavabdehin işlədiyi mebel təmiri sexə gedib onunla görüşüb ondan ya təmir olunmuş divanı, yada 550 manat ona verdiyimi pulu geri tələb etsə də Qafar Cavadov üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmiş və ona təmir üçün verdiyi pulu geri qaytarmamışdır. Bu barədə polis-prokrorluq orqanlarına müraciət etsə də faydası olmamışdır. Cavabdeh onun təmir üçün ona verdiyi pulu ona qaytarmaqdan imtina etmişdir. Yasamal rayon Polis idarəsinin 29-cu polis Şöbəsinin təhqiqatçısı Tural Abdullayevin qəbul etdiyi 09 oktyabr 2020-ci il tarixli Qərarı ilə şikayəti mülki xarakterli olduğu göstərilməklə cavabdehin barəsində cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda həmin qərarla ona izah edilmişdir ki, müraciəti mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməlidir. Əlavə olaraq bildirir ki, cavabdeh polisə izahatında divanın hazır olduğunu bildirsə də, divanı təmir edib ona təhvil verməmişdir. O, isə artıq özünə yeni divan almışdır. Ona görə də pulun ona qaytarılmasını tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Yasamal Rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin 09.10.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətinə əsasən İddiaçı Cavabdeh qarşı mebel təmiri iddiası barədə aralarında yaranmış mübahisə mülki xarakterli olduğundan həmin mübahisə barədə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin 18.08.2020-ci il tarixli arayışın surətinə əsasən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ona 550 manat vermişdir, divan təmir olunmuşdur, İddiaçı istədiyi vaxt götürə bilər. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında şifahi bağlanmış podrat müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı 550 manat ödəniş etmiş, lakin cavabdeh razılaşdırılmış qaydada müəyyən edilmiş müddət ərzində mebeli iddiaçıya təhvil verməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh şifahi podrat müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 550 (beş yüz əlli) manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 550 (beş yüz əlli) manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində cavabdeh həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3519/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-3519/2021
03.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver