Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3622/2025 07.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Nəcəli İlham Əmrah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “1100 manat məbləğində maddi ziyanın, 1000 manat məbləğində mənəvi ziyanın və 41 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “1100 manat məbləğində maddi ziyanın, 1000 manat məbləğində mənəvi ziyanın və 41 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 mart 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsində Cavabdeh tərəfindən idarə edilən “NİSSAN SUNNY MİNİK” markalı, 10KM949 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol hərəkəti qaydalarını pozmuş və iddiaçıya məxsus olan “LYNK&CO” markalı, 77DC665 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində Yasamal rayon DYPS YNH baş inspektorunun iştirakı ilə cavabdehə 08 mart 2025-ci il tarixli, İXP6959207 nömrəli inzibati xəta protolu tərtib edilmiş və cavabdehə 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş qəza üzrə iddiaçıya 6911 (altı min doqquz yüz on bir) manat məbləğində maddi zərər dəymişdir. Dəymiş zərərin ödənilməsi məqsədilə onunla "xxxx" ASC arasında bağlanmış 09 yanvar 2025-ci il tarixli, MV-P 00023-25 nömrəli müqaviləyə əsasən, sığorta şirkəti 5000 (beş min) manat məbləğində icbari sığorta haqqı, o cümlədən, 1100 (bir min yüz) manat azadolma məbləği (100 (bir yüz) manat şərtsiz azadolma məbləği və rəsmi sürücülük təcrübəsinin 1 ildən az olması səbəbilə 1,000 (bir min) manat əlavə azadolma məbləği) çıxılmaqla, 811 (səkkiz yüz on bir) manat, ümumilikdə 5811 (beş min səkkiz yüz on bir) manat məbləğində ödəniş edilmişdir. Qeyd edilən səbəbdən ümumilikdə 1100 (bir min yüz) manat məbləğ dəymiş zərərin ödənilməsi iddiaçının vəsaiti hesabına həyata keçirilmişdir. Tərəfindən Cavabdeh dəfələrlə ona dəymiş 1100 (bir min yüz) manat zərər məbləği vəsaitin ödənilməsi ilə bağlı şifahi müraciətlər edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günə qədər hər hansı addım atılmamışdır. O cümlədən, qəza hadisəsi nəticəsində qorxu, narahatlıq hisləri və sonrakı dövrlərdə də davam edən mənəvi sarsıntı keçirmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Ələkbərov X1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına təmir aktı əlavə edilmişdir. Sözügedən akta əsasən müəyyən edilir ki, “LİNK&CO” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin həcmi (təmir-bərpa xərci) ümumilikdə 6911.1 manat təşkil edir. İş materiallarında olan qəbzə əsasən İddiaçı "xxxx" ASC tərəfindən 5811 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikasının İnizbati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. TP 701023 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Belə ki, MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 (qırx) manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, 08 mart 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsində Cavabdeh tərəfindən idarə edilən “NİSSAN SUNNY MİNİK” markalı, 10KM949 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol hərəkəti qaydalarını pozmuş və iddiaçıya məxsus olan “LYNK&CO” markalı, 77DC665 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində Yasamal rayon DYPS YNH baş inspektorunun iştirakı ilə cavabdehə 08 mart 2025-ci il tarixli, İXP6959207 nömrəli inzibati xəta protolu tərtib edilmiş və cavabdehə 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş qəza üzrə iddiaçıya 6911 (altı min doqquz yüz on bir) manat məbləğində maddi zərər dəymişdir. Dəymiş zərərin ödənilməsi məqsədilə onunla "xxxx" ASC arasında bağlanmış 09 yanvar 2025-ci il tarixli, MV-P 00023-25 nömrəli müqaviləyə əsasən, sığorta şirkəti 5000 (beş min) manat məbləğində icbari sığorta haqqı, o cümlədən, 1100 (bir min yüz) manat azadolma məbləği (100 (bir yüz) manat şərtsiz azadolma məbləği və rəsmi sürücülük təcrübəsinin 1 ildən az olması səbəbilə 1,000 (bir min) manat əlavə azadolma məbləği) çıxılmaqla, 811 (səkkiz yüz on bir) manat, ümumilikdə 5811 (beş min səkkiz yüz on bir) manat məbləğində ödəniş edilmişdir. Qeyd edilən səbəbdən ümumilikdə 1100 (bir min yüz) manat məbləğ dəymiş zərərin ödənilməsi iddiaçının vəsaiti hesabına həyata keçirilmişdir. Göstərilən xüsusatlar, yəni cavabdehin təqsiri və vurulmuş zərərin mülki işin mübahisəsiz halıdır (cavabdehin məhkəmə iclasındakı izahatlarına əsasən). Odur ki, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində əsaslıdır. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş təmir aktı və avtomobilin təmiri üçün iddiaçı tərəfindən çəkilmiş xərcin məbləği cavabdeh tərəfindən qismən mübahisələndirilsə də, cavabdeh bu barədə əsaslı arqument bildirməmiş, şifahi vəsatətini əsaslandırmamışdır. Təqdim edilmiş rəyin rəsmi servis tərəfindən tərtib edilməsi nəzərə alınır. Mülki iş üzrə məhkəmə tərəfindən yenidən qiymətləndirmə ekspertizası təyin edilsə də, müvafiq ekspertiza üzrə yaranacaq xərcin məbləği (200-250 manat civarında) və zərərin həcmində ehtimal olunan cüzi dəyişiklik (50-100 manat) nəzərə alınmaqla mülki iş üzrə qiymətləndirmə ekspertizasının təyin edilməsinə, əlavə xərclərin yaranmasına zərurət yoxdur, “prosessual qənaət” prinsipinə ziddir. Nəticədə, qiymətləndirmə üzrə məhkəmə xərci də cavabdehə aid ediləcəkdir ki, bu hal cavabdehin maddi baxımdan zərərinədir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlərin hər üçü yerinə yetirilir, mübahisə üzrə MM-in 1108-ci maddəsində göstərilən əsaslar müəyyən edilir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi hissəsində iddia tələbi əsassızdır. Belə ki, baş vermiş hadisənin mahiyyəti yalnız avtomobilə vurulmuş maddi zərərlə xarakterizə edilir. İddiaçı iddia etdiyi mənəvi zərərlə bağlı hər hansı əsaslı mülahizə məhkəməyə bildirməmiş, mənəvi zərərin yaranması əsasları, xüsusatları, təzahür forması barədə şifahi formada da olsa arqument gətirməmiş, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsümunun iddianın təmin edildiyi hissəyə müvafiq olaraq 31 (otuz bir) manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi kimi 1100 (bir min yüz manat) manat və ödənilmiş 41 manat dövlət rüsumunun 31 (otuz bir) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “1100 manat məbləğində maddi ziyanın, 1000 manat məbləğində mənəvi ziyanın və 41 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 1100 (bir min yüz manat) manat və ödənilmiş 41 manat dövlət rüsumunun 31 (otuz bir) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-3622/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3622/2025
07.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver