Məhkəmə qərarları › İş №2(004)-364/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-364/2022

29.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-364/2022 29.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı – İddiaçı nümayəndəsi və vəkili X6, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “icra hərəkətlərinə dair aktın və icra hərəkətlərinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “icra hərəkətlərinə dair aktın və icra hərəkətlərinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 27.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 05 sentyabr 2016-cı il tarixli, 2(004)-9854/2016 saylı icra vərəqəsi üzrə Cavabdeh icra məmurları Ruslan Əsgərov və Məmməd Bayramovun akt tərtib edilməsinə dair icra hərəkətlərinin və 12 fevral 2018-ci il tarixli aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı əri və etibarnamə üzrə nümayəndəsi X14 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı "xxxx" MMC ilə 28 dekabr 2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq o, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanında, 558 və 556-cı məhəllələrdə “ARAZ T.İ." MMC-nin tikilməkdə olan binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 191,0 m2 olan 09 nömrəli mənzilin dəyərini tam şəkildə ödəməklə almışdır. Daha sonra ona məlum olmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı qətnaməsinə əsasən ünvan 1 ünvandakı 558-ci məhəllədə yerləşmiş cavabdeh “ARAZ T.İ." MMC-nin tikməkdə olan binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.metr sahəsi olan mənzilin iddiaçı X3 və istifadəsinə verilməsi qət edilmişdir. Həmin qətnamədən göründüyü kimi, icra sənədi üzrə tələbkar M.B.Bağırzadəyə təhvil verilməli olan mənzil binanın 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən 186,4 kv.metr sahəsi olan 107 nömrəli mənzil olmalı idi. Lakin buna baxmayaraq Cavabdeh icra məmurları Ruslan Əsgərov və Məmməd Bayramov tərəfindən 12 fevral 2018-ci il tarixdə tərtib edilmiş akta əsasən ona məxsus ünvan 2 ünvandakı 558ci məhəllədə yerləşən və “ARAZ T.İ." MMC-nin inşa etdiyi binanın 1-ci blokunun 4-cü mərtəbədəki, ümumi sahəsi 191,0 m2 olan, 09 nömrəli mənzil 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı icra sənədi üzrə tələbkar X9 təhvil verilmişdir. O, Cavabdehnə dəfələrlə şifahi və yazılı formada müraciət edərək icra məmurları tərəfindən tərtib edilmiş 12 fevral 2018-ci il tarixli aktın ləğv edilməsi, Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854 2016 saylı icra sənədi üzrə icra hərəkətlərinin qanunamüvafiq qaydada aparılmasını və İddiaçı pozulmuş hüquqları bərpa olunmaqla müqavilə əsasında ona məxsus olan mənzilin təhvil verilməsini tələb etməsinə baxmayaraq, bugünədək hər hansı nəticə əldə edilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi həmçinin bildirmişdir ki, qeyd olunan mənzilin İddiaçı məxsus olması MTK ilə iddiaçı arasında bağlanmış 28.12.2017-ci il tarixli alqı-satqı müqaviləsi və həmin mənzilə görə müqavilə ilə şərtləşdirilmiş 191.000 manat pul məbləğinin MTK-ya ödənilməsinə və onun borcunun olmamasına dair 28.12.2017-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur. Qeyd olunan müqavilə və maliyyə arayışı “ARAZ T.İ." MMC-nin möhürü ilə təsdiqlənmiş və MMC-nin direktoru R.S.Qazaxlı tərəfindən imzalanmışdır. Göstərilənlərə əsasən, X5 Rayon Məhkəməsi tərəfindən verilmiş 05 sentyabr 2016-cı il tarixli, 2(004)-9854/2016 saylı icra vərəqəsi üzrə Cavabdeh icra məmurları Ruslan Əsgərov və Məmməd Bayramovun akt tərtib edilməsinə dair icra hərəkətlərinin və 12 fevral 2018-ci il tarixli aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X10 da iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclası zamanı mübahisə predmetinin Yasamal Rayon Məhkəməsi 05 sentyabr 2016-cı il tarixli, 2(004)-9854/2016 saylı icra vərəqəsi üzrə tələbkar X9 təhvil verilmiş ünvan 3 ünvandakı 558-ci məhəllədə yerləşən və “ARAZ T.İ." MMC-nin inşa etdiyi binanın 1-ci blokun 4-cü mərtəbədəki, ümumi sahəsi 191,0 m2 olan 09 nömrəli mənzil olması və gələcəkdə qəbul ediləcək məhkəmə aktının onun qanunla qorunan mənafeyinə toxunacağı nəzərə alınaraq məhkəmə tərəfindən o, hazırki mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 05 sentyabr 2016-cı il tarixli, 2(004)-9854/2016 saylı icra vərəqəsi üzrə Cavabdeh icra məmuru tərəfindən tərtib edilmiş 12 fevral 2018-ci il tarixli aktın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia edir ki, o, "xxxx" MMC ilə bağladığı 28 dekabr 2017-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə ilə ünvan 3 ünvandakı 558-ci məhəllədə yerləşən 9 saylı mənzilin sahibidir. O, aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli müqavilə etibarsızdır. Çünki, Yasamal Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 1(004)-377/2016 saylı hökmü ilə qeyd edilmiş müqavilədə direktor kimi imzası olan X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, habelə digər təsərrüfat subyektlərində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Yəni, müqavilənin bağlandığı 28 dekabr 2017-ci il tarixində "xxxx" MMC-nin direktoru X19 ola bilməzdi. Vəkil həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Hansı ki, həmin zaman "xxxx" MMC-nin qanuni təmsilçi X19 deyildi. Bundan başqa Mülki Məcəllənin 337-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır və müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Göstərilənlərə əsasən Vəkil "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə etibarsız olduğundan, dolayısı ilə iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüququ olmadığından verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 nümayəndəsi və vəkili Vəkil ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, icra sənədi üzrə akt tərtib edilərkən binada heç bir mənzilin nömrələnməsi düzgün aparılmamışdı. Hətta binada ona təhvil verilməli olan 186 m2 sahəsi olan mənzil mövcud olmamışdır. Buna görə də ona oxşar ölçülü 4 otaqlı mənzil təhvil verilmiş və bildirilmişdir ki, həmin mənzilin sahəsi bir az artıq olmaqla 191 m2 təşkil edir. Ona görə də təklif edilmişdir ki, gələcəkdə artıq sahənin pulunu MTK-ya ödəsin. O, mənzildə müəyyən təmir işlərinə başlasa da, sonradan maddi imkanı çatmadığına görə təmiri dayandırmışdır. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Cavabdeh sabiq icra məmuru X15 bildirdi ki, Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)- 9854/2016 saylı icra vərəqəsinə əsasən 20.10.2016-cı il tarixdə icraata başlama haqqında qərar qəbul etmişdir. Həmin icra sənədinə əsasən ünvan 1 ünvandakı 558-ci məhəllədə cavabdeh “ARAZ T.İ." MMC-nin tikməkdə olan binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.metr sahəsi olan mənzil iddiaçı X3 və istifadəsinə verilməli idi. Lakin tərəfindən mübahisəli mənzilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, sözügedən bina hələ tam tikilməmiş, mənzillər nömrələnməmiş və həmçinin həmin binanın 4-cü mərtəbəsində 186,4 kv.m sahəsi olan mənzil mövcud deyildir. Bu səbəbdən də icra sənədinin icrası bir müddət qeyri-mümkün olmuşdur. Lakin o, məhkəməyə qətnamənin icrasında yaranmış anlaşılmazlığın aradan qaldırılması üçün izah verilməsi ilə bağlı müraciət etməmişdir. Belə ki, borclu “ARAZ T.İ." MMC-nin nümayəndəsi X13 və tələbkar X7 qarşılıqlı razılaşmasına əsasən oxşar ölçülü mənzil tələbkara təhvil verilmişdir. İcra hərəkətlərinin aparılmasında onunla yanaşı, şöbənin digər icra məmuru Məmməd Bayramov, borclu “ARAZ T.İ." MMC-nin adından onun nümayəndəsi X19, tələbkar X11 və onun nümayəndəsi X18 və iki hal şahidi iştirak etmiş və 12.02.2018-ci il tarixli akt tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra icra sənədi üzrə tələb təmin olunduğundan X7 ərizəsinə əsasən 24.09.2018-ci il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilmişdir. Verilmiş suallar əsasında X15 əlavə olaraq bildirdi ki, icra hərəkətləri yerinə yetirilərkən o, borclu “ARAZ T.İ." MMC-nin adından imza edən nümayəndəsi X4 olub-olmamasını yoxlamamışdır. Belə ki, işin faktiki hallarından da görünürdü ki, o, MTK-nı təmsil edir, onun adından sənədlərə imza edir. Tərəflərin etirazları olmadığından, eləcə də təhvil verilən mənzil sahibsiz kimi ona təqdim edildiyindən o, icra sənədinə izah verilməsi ilə bağlı məhkəməyə müraciət etmədən 12.02.2018-ci il tarixli aktı tərtib etmişdir. Tərəflər isə akta imza etməklə qarşılıqlı razılığını bildirmiş və onlar arasında əlavə razılaşma sazişi bağlanmamışdır. Bundan başqa binadakı mənzillər qismən nömrələnsə də, qeyrimüəyyənlik mövcud olmuşdur. Buna görə də binanın 2-ci blokunda deyil, 1-ci blokunda 4cü mərtəbədə yerləşən oxşar ölçülü mənzil tələbkara təhvil verilmişdir, lakin həmin mənzilin digər 3-cü şəxsə məxsus olması barədə ona məlumat verilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri, yerli baxış protokolunu, eləcə də Cavabdehndə toplanmış 14367/2016 nömrəli icra işi materiallarını araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “ARAZ T.İ.” MMC ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli müqavilədən görünür ki, “ARAZ T.İ.” MMC ünvan 3 ünvandakı 556 və 558-ci məhəllədə yerləşmiş “ARAZ T.İ.” MMC-nin tikilməkdə olan binasının 1-ci girişi, 4-cü mərtəbədəki, 4 otaqdan ibarət, ümumi sahəsi 191,0 m2 olan 09 nömrəli mənzili, 1 m2 sahəsi 1000 (bir min) manat olmaqla, ümumi dəyəri 191.000 (bir yüz doxsan bir min) manata İddiaçı satmışdır. Müqavilə "xxxx" MMC-nin direktoru adından R.S.Qazaxlı tərəfindən imzalamışdır. - "xxxx" MMC-nin 28 dekabr 2017-ci il tarixli maliyyə arayışından görünür ki, “ARAZ T.İ.” MMC-yə məxsus yaşayış binasının 1-ci girişin 4-cü mərtəbəsində, ümumi sahəsi 191 m2 olan 4 otaqlı 9 saylı mənzilin payçısı İddiaçı tərəfindən 28 dekabr 2017-ci il tarixli müqavilə üzrə ümumi pay dəyəri 191.000 (bir yüz doxsan bir min) manat tam şəkildə ödənilmişdir. Payçı İddiaçı "xxxx" MMC-yə heç bir borcu yoxdur. - İddiaçı Cavabdehnə ünvanlanmış 04.10.2021-ci il tarixli müraciətindən müəyyən edilir ki, 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı icra vərəqəsinin düzgün icra edilməsi və ona məxsus ünvan 3 ünvandakı 556 və 558-ci məhəllədə yerləşən "xxxx" MMC-nin inşa etdiyi binanın 1-ci girişi, 4-cü mərtəbədəki, 4 otaqdan ibarət, ümumi sahəsi 191,0 m2 olan 09 nömrəli mənzilin ona təhvil verilməsini xahiş edilmişdir. - İcra işi materiallarından müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı icra vərəqəsindən görünür ki, ünvan 1 ünvanındakı 558-ci məhəllədə yerləşmiş cavabdeh “ARAZ T.İ. "MMC-nin tikilməkdə olan binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.metr sahəsi olan mənzil iddiaçı X3 və istifadəsinə verilməlidir. İcra sənədi üzrə 20.10.2016-cı il tarixli qərarla Cavabdeh icra məmuru X15 tərəfindən icraata başlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 31.10.2017-ci il tarixli 2(103)-8906/2017 nömrəli qətnaməsindən müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı icra vərəqəsinin verildiyi məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İcra sənədi üzrə tələbkar X7 müraciətlərindən müəyyən edilir ki, o, icra sənədinin vaxtında icra edilməməsi səbəbiylə müvafiq orqanlara şikayət etmişdir. X7 müraciətlərinə verilmiş 03.04.2017-ci il və 07.04.2017-ci il tarixli cavab məktublarından müəyyən edilir ki, icra ilə bağlı mübahisəli mənzilə baxış keçirilən zaman sözügedən binanın tam tikilməməsi, mənzillərin nömrələnməməsi və həmçinin həmin binanın 4-cü mərtəbəsində 186,4 kv.m sahəsi olan mənzilin mövcud olmaması aşkar edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 12.02.2018-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvandakı 558-ci məhəllədə yerləşən 2-ci blok, 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.metr sahəsi olan mənzilin göstərilməsinə baxmayaraq, icra məmuru tərəfindən ünvan 3 ünvandakı 558-ci məhəllədə yerləşən 1-ci blok, 4-cü mərtəbədə yerləşən 09 nömrəli, 191,0 kv.metr sahəsi olan mənzil tələbkar X9 verilmişdir. Həmçinin aktın məzmunundan görünür ki, tələbkar M.Bağırzadəyə təhvil verilən mənzilin binanın hansı girişinin 4-cü mərtəbəsində yerləşməsi göstərilməmişdir. Belə ki, aktda qeyd edilmişdir ki, həmin binanın 4-cü mərtəbəsinə iştirakçılar qalxmış və icra sənədində göstərilmiş sahədə mənzil (girişdən solda yerləşən) X2 verilmişdir. Göründüyü kimi, aktda konkret olaraq hansı mənzilin tələbkar X9 təhvil verilməsi göstərilməmişdir. 24.09.2018-ci il tarixli qərardan müəyyən edilir ki, 12.02.2018-ci il tarixli akta əsasən 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı icra sənədi üzrə tələb tam təmin edildiyindən icraata xitam verilmişdir. - məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı müəyyən edildi ki, ünvan 3 ünvandakı 556 və 558-ci məhəllədə yerləşən “ARAZ T.İ.” MMC-nin inşa etdiyi binada iki giriş mövcud olmaqla, birinci girişin 4-cü mərtəbəsində yerləşən 9 nömrəli mənzil 4 otaqlıdır. Eləcə də müəyyən edildi ki, 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı icra vərəqəsinə əsasən tələbkar X9 təhvil verilməli olan “ARAZ T.İ." MMC tərəfindən inşa edilmiş binasının 2-ci girişinin, eləcə də 1-ci girişinin 4-cü mərtəbəsində 107 nömrəli, 186,4 kv.metr sahəsi olan mənzil mövcud deyildir. Ümumiyyətlə binanın hazırda 107 saylı mənzilinin sahəsi 75 m2 olmaqla X1. Həmçinin yerli baxış nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC-nin inşa edilən tikili 2 ayrı-ayrı binadan ibarət olmaqla hər bina bir girişdən ibarətdir. Dolayısı ilə binadakı mənzillərin nömrələnməsi əvvəl tərtib edilmiş sənədlərə münasibətdə dəyişdirilmişdir. Lakin, binanın 107 saylı mənzili ikinci girişində, 9 saylı mənzili isə birinci girişində yerləşir. - məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 21.02.2022-ci il tarixli məktubdan və Yasamal Rayon Məhkəməsinin 29.08.2016-cı il tarixli hökmünün surətindən müəyyən edilmişdir ki, X19 27.01.2010-cu il tarixdən 05.09.2017-ci il tarixədək “ARAZ T.İ." MMC-nin direktoru olmuşdur. X13 Azərbaycan Respublikasının CM-nin 306-2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında, habelə digər təsərrüfat subyektlərində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməsinə dair Yasamal Rayon Məhkəməsinin 29.08.2016-cı il tarixli 1(004)-377/2016 nömrəli hökmü 05.09.2017-ci il tarixdə icra edilərək X19 direktor olaraq hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Bundan sonra 11.06.2018-ci il tarixdə X19 yenidən Cəmiyyətə direktor təyin edilmişdir. Hazırki dövlət reyestr məlumatlarına əsasən hüquqi şəxsin təsisçisi X26, qanuni təmsilçilik funksiyasına malik direktoru isə X16r. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2017-ci il müqaviləyə əsasən "xxxx" MMC ünvan 3 ünvandakı 558-ci məhəllədə yerləşən 1-ci blok, 4-cü mərtəbədə yerləşən 09 nömrəli, 191,0 kv.metr sahəsi olan mənzili İddiaçı 191.000 manata satmışdır. Eyni tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri olan 191.000 manat İddiaçı tərəfindən "xxxx" MMC-yə tam şəkildə ödənilmişdir. Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə ünvan 1 ünvandakı 558-ci məhəllədə cavabdeh “ARAZ T.İ." MMC-nin tikməkdə olan binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.metr sahəsi olan mənzil iddiaçı X3 və istifadəsinə verilməli olduğu halda, Cavabdehndə 20.10.2016-cı il tarixli qərarla başlanılmış icraat zamanı mübahisəli mənzilə baxış keçirilərkən sözügedən binanın tam tikilməməsi, mənzillərin nömrələnməməsi və həmçinin həmin binanın 4-cü mərtəbəsində 186,4 kv.m şahəsi olan mənzilin mövcud olmaması aşkar edilmişdir. Dolayısı ilə icra sənədində göstərilmiş tələbin aydın olmaması aşkar edilməsinə baxmayaraq icra sənədinin izah olunması barədə müvafiq məhkəməyə müraciət edilmədən həmin şöbənin icra məmurları Ruslan Əsgərov və Məmməd Bayramov tərəfindən tərtib edilmiş 12.02.2018-ci il tarixli akta əsasən 28 dekabr 2017-ci il tarixli müqavilə ilə artıq İddiaçı sahibliyində olan ünvan 3 ünvandakı 558-ci məhəllədə yerləşən 1-ci blok, 4-cü mərtəbədə yerləşən 09 nömrəli, 191,0 kv.metr sahəsi olan mənzil tələbkar X9 təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinnin 15.2-ci maddəsində göstərilir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin məcəllənin 15.4.-cü maddəsində göstərilir ki, məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak elməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İnsan Hüquqlarının və X12 haqqında” Avropa Konvensiyasının 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X12 haqqında” Avropa Konvesiyasının 20.03.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Mülki Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmaları öz təsbitini tapmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X23rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə həmçinin qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Göründüyü kimi, Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)- 9854/2016 saylı qətnaməsi ilə ünvan 1 ünvandakı 558-ci məhəllədə cavabdeh “ARAZ T.İ. "MMC-nin tikilməkdə olan binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.metr sahəsi olan mənzilin iddiaçı X3 və istifadəsinə verilməsi qət edilmişdir. Lakin Cavabdeh icra məmurları Ruslan Əsgərov və Məmməd Bayramov tələbkar X9 ünvan 1 ünvandakı 558-ci məhəllədə cavabdeh “ARAZ -T.İ." MMC-nin tikməkdə olan binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 107 nömrəli, 186,4 kv.metr sahəsi olan mənzil əvəzinə 28 dekabr 2017-ci il tarixli müqavilə ilə artıq İddiaçı sahibliyində olan ünvan 3 ünvandakı 558ci məhəllədə yerləşən 1-ci blok, 4-cü mərtəbədə yerləşən 09 nömrəli, 191,0 kv.metr sahəsi olan mənzili tərtib edilmiş 12.02.2018-ci il tarixli akta əsasən təhvil vermişlər. Odur ki, icra məmurları tərəfindən Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)- 9854/2016 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsində göstərilən tələb düzgün icra edilməmişdir. Bu səbəbdən də Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 05 sentyabr 2016-cı il tarixli, 2(004)-9854/2016 saylı icra vərəqəsi üzrə Cavabdeh icra məmurları Ruslan Əsgərov və Məmməd Bayramovun akt tərtib edilməsinə dair icra hərəkətləri və 12 fevral 2018-ci il tarixli aktı etibarsız hesab edilməlidir. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Məhkəmə həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7, onun nümayəndəsi və vəkili Vəkil "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2017-ci il müqavilənin etibarsızlığı ilə bağlı irəli sürdüyü dəlilə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MM-nin 359.1-ci maddəsinə əsasən şəraitdən X13 “ARAZ T.İ." MMC-nin təmsilçisi olması görünür. Odur ki, müqavilə bağlayan şəxslərin X4 təmsilçi olmasına dair haqlı etimadı yaranmışdır. Həmçinin 05 sentyabr 2016-cı il tarixli, 2(004)-9854/2016 saylı icra vərəqəsi üzrə Cavabdeh icra məmurları Ruslan Əsgərov və Məmməd Bayramov tərəfindən tərtib edilmiş 12 fevral 2018-ci il tarixli aktdan və X7 məhkəmə iclasında verdiyi izahatdan görünür ki, X19 hüquqi sənədlərə əsasən səlahiyyətli nümayəndə olmamasına baxmayaraq mövcud şəraitə görə o, qanuni təmsilçi kimi qəbul edilərək icra hərəkətlərinin yerinə yetirilməsi məqsədilə icra sənədi üzrə borclu “ARAZ T.İ." MMC-nin nümayəndəsi qismində işə cəlb edilmişdir. 12 fevral 2018-ci il tarixli akt özü belə tərtib edilərkən icra sənədi üzrə borclu “ARAZ T.İ." MMC-nin adından mübahisə predmeti olan mənzili tələbkar X9 təhvil verən səlahiyyətli şəxs qismində məhz X19 olmuşdur. Yəni 12 fevral 2018-ci il tarixdə akt X19 tərəfindən imzalanarkən və icra sənədi üzrə tələbi icra edərkən artıq qanuni qüvvəyə minərək icraya yönəldilmiş məhkəmə hökmünə əsasən onun Cəmiyyəti təmsil etmək səlahiyyəti olmamışdır. Lakin Azərbaycan Respublikası MM-nin 359.1-ci maddəsinə əsasən şəraitdən X19 “ARAZ T.İ." MMC-nin təmsilçisi kimi qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2017-ci il müqavilənin etibarsızlığı və İddiaçı hazırki iddia ərizəsinin verilməsi üçün subyektiv hüququnun olmaması ilə bağlı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7, onun nümayəndəsi və vəkili Vəkil etirazı məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, Azərbaycan Respublikası MM-nin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Beləliklə, məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 05 sentyabr 2016-cı il tarixli, 2(004)-9854/2016 saylı icra vərəqəsi üzrə Cavabdeh icra məmurları Ruslan Əsgərov və Məmməd Bayramovun akt tərtib edilməsinə dair icra hərəkətləri və 12 fevral 2018-ci il tarixli akt etibarsız hesab edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 05 sentyabr 2016-cı il tarixli, 2(004)- 9854/2016 saylı icra vərəqəsi üzrə Cavabdeh icra məmurları Ruslan Əsgərov və Məmməd Bayramovun akt tərtib edilməsinə dair icra hərəkətləri və 12 fevral 2018-ci il tarixli akt etibarsız hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar