Məhkəmə qərarları › İş №2(004)-3646/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3646/2023

07.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3646/2023 07.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, inzibati xəta haqqında qərarların və sənədlərin kağız daşıyıcıda ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, inzibati xəta haqqında qərarların və sənədlərin kağız daşıyıcıda ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı iəhər Baş Polis İdarəsinin X2 İdarəsinin hərəkətinin qanunsuz hesab edilərək, inzibati xəta tərkibi haqqında qərarların xx.xx.2018-ci il tarixdə yol patrul xidməti əməkdaşı tərəfindən icra olunaraq, inzibati materialların kağız daşıyıcıda ona verilməsini təsdiq edən sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. İddiaçı iddia tələbində göstərmişdir ki, mülkiyyətində olan Chery markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildən müvəqqəti duracağa yerləşdirilib. Buna səbəb guya barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarlar qəbul edilərək cərimələrin ödənilməməsi olmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli 0465-11030A-4222 saylı məktubunda qeyd olunub ki, tərəfindən xx.xx.2017-ci, xx.xx.2017-ci, xx.xx.2017-ci, xx.xx.2017-ci, xx.xx.2017-ci, xx.xx.2017-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixlərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1, 469.3 və 328.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara yol verilmiş və həmin tarixli inzibati tənbeh vermə haqqında protokollar və qərarlar qəbul olunmuşdur. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərarlardan məlumatı olmamışdır. Yuxarıda göstərilən məktubda cavabdeh göstərib ki, guya tərəfindən xx.xx.2018-ci il tarixdə inzibati xəta işinə dair sənədlər qəbul edilib. Lakin ona rəsmi qaydada heç bir sənəd verilməyib. Göstərilənlərlə bağlı o, inzibati orqana xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Cavabdeh həmin ərizəni xx.xx.2023-cü il tarixdə qəbul edib. Ərizədə xahişi xx.xx.2018-ci il tarixdə guya ona təqdim edilmiş inzibati xəta işlərinə dair sənədlərin onun tərəfindən qəbul edilməsinə dair sübutun verilməsi olmuşdur. Lakin inzibati orqan həmin sənədləri ona təqdim etməmişdir. Göründüyü ki, iddiaçının iddia tələbi - inzibati dövlət orqanının hərəkətinin qanunsuz hesab edilməsi və sənədlərin ona təqdim edilməsi vəzifəsinin inzibati dövlət orqanının üzərinə qoyulması ilə bağlı olduğundan, bu tələbə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxıla bilməz. İddiaçıya izah edilməlidir ki, cavabdeh kimi qoyduğu inzibati dövlət orqanının hərəkətindən (hərəkətsizliyindən) yuxarı inzibati orqana və ya inzibati məhkəməyə şikayət etmək hüququ vardır. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Odur ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 151, 153, 153.2.1, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, inzibati xəta haqqında qərarların və sənədlərin kağız daşıyıcıda ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar