Məhkəmə qərarları › İş №2(004)-3672/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3672/2025

23.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3672/2025 23.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması, miras əmlakda payın müəyyən edilməsi, Çıxarışların ləğv edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (qanuni nümayəndəsi X7 vasitəsilə) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması, miras əmlakda payın müəyyən edilməsi, Çıxarışların ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini, vərəsəlik hüququnun tanınmasına, miras mülkdə pay hüququnun müəyyən edilməsinə və çıxarışların ləğv ediməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum X2 ilə anası X14 xx.xx.2007-ci ildə nikaha daxil olmaqla ailə qurmuşlar. Valideynlərinin birgə nigah dövründə xx.xx.2008-ci il tarixdə o anadan olmuşdur. Valideynləri xx.xx.2014-cü ildə boşanmışdılar. xx.xx.2024-cü ildə X2 vəfat etmişdir. Onun vəfatından bir neçə gün sonra Cavabdeh2, Yasamal Rayonu, M.Muxtarov küçəsində olan miras-mülkü öz adına qeydə aldırmış, sonra isə digər cavabdeh - qızı Cavabdeh3 bağışlamışdır. Dünyasını dəyişmiş insanın adından sənədləşmələr aparılıb. Bu isə başqasının əmlakını mənimsəməkdir. Hesab edir ki, bağlanmış bağışlanma müqaviləsi etibarsız hesab edilməlidir, (o öz payını bağışlaya bilərdi) təbii ki, çıxarışlar ləgv olunmalıdır. Qeyd edir ki, Asan Xidmət Mərkəzinə, 5 saylı Notariat Kontoruna müraciət etmişdir. Mərhumun əmlakı qalmadığından ona vərəsəlik haqqında şəhadətnamə vermədilər. Təbii ki, sənəd əldə edə bilmədilər. Məcburiyyət qarşısında qalıb məhkəmə müraciət edir. Vərəsəlik üzrə ona çatan paydan məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, iddiaçı və onun qanuni nümayəndəsi mübahisəli mənzildə qeydiyyatda olmayıblar. Ev onun vəsaiti hesabına alınıb. Belə ki, onu 2002-ci ildə almışdır və həmin vaxt oğlu universitetdən yeni məzun olmuşdu. Oğlu 2-ci qrup əlil olub və iddiaçının qanuni nümayəndəsi 13 il müddətində onu ataraq getmişdir. Həmçinin, oğluna qayğı göstərməmişdir və oğlu uşağını görə bilməmişdir. Oğlu uşağı görməsin deyə iddiaçının anası ona hədə-qorxu gəlirdi. O, iddiaçının anasına istədiyi məbləği də göndərmişdir. Qarşı tərəfə qeydiyyatda olduğu mənzildən 5 kv.m sahə əldə etməsi qarşılığında 15 kv.m sahə verəcəyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o vərəsəlik işinin açılması üçün müraciət etməmişdir. 2012-ci ildə oğlu ona ümumi etibarnamə vermişdi. O, vəfat etdikdən sonra həmin etibarnamə ilə evi qızının adına rəsmiləşdirmişdilər. Tikilinin ümumi sahəsi təxminən 28 kv.m-dir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, iddiaçıya barışıq təklif etmişdilər. Belə ki, evlər söküləndə 5 kv.m sahənin kompensasiyası verməyi təklif etdilər. Lakin, iddiaçı 12 kv.m sahəni ayrıca çıxarışla tələb edir. Hal-hazırda o, işləmir, yalnız anasının qazancı var. İddiaçının istəyi əlavə xərcə səbəb olacaqdır. Məhkəmə hazılıq iclasında qanuni nümayəndəsi ilə iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Cavabdeh1 məhkəməyə xx.xx.2025-ci il tarixli məktub ünvalayaraq, işə Bakı Şəhəri 5 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X11 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 4480 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X4, anası Cavabdeh2dır. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X11 və X7 13 may 2007-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə 374 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Qasımov”, arvada “Əliyeva” soyadı verilmişdir. Qeyd hissəsində göstərilmişdir ki, nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2014-cü il tarixdə 452 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 350767 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2004 nömrə ilə qeyd edilmişdir. X2, anası X3r. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 499393 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində xroniki böyrək xəstəliyi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 485 nömrə ilə qeyd edilmişdir. Cavabdeh2 (X11 əvəzinə) ilə Cavabdeh3 arasında Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış 4Ə-468 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın bağınlanması müqaviləsinə əsasən, Hədiyyə verən X11 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.80 kv/m, yaşayış sahəsi 43 kv/m, yardımçı sahəsi 17.80 kv/m olan, 3 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 2 (iki) y/otağı, 28.2 kv/m hissəsini Hədiyyə alan Cavabdeh3 mülkiyyətinə vermişdir. Bağışlanan daşınmaz əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002 tarixdə X9 verilmiş 30/20327 qeydəalma nömrəsi ilə 614 nömrəli kitabın 92159-cu səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən paylı mülkiyyət üzrə 2 (iki) y/otağı, 28.2 kv/m hissədə ona məxsusdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********09-05101-093001 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 60.80 kv.m olan mənzil paylı mülkiyyət hüququ əsasında 1 otaq (14.8 kv.m.) hissəsində X10, 2 otaq (28.2 kv.m.) hissəsində Cavabdeh3 adına (xx.xx.2024-cü il tarixdə) qeydiyyata alınmışdır. Bakı şəhəri 5 saylı Notariat Ofisi məhkəmənin sorğusuna 554 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, 1993-cü ildə təsdiq edilmiş notariat işləri Dövlət notariat arxivinə təhvil verilmişdir. Bununla bağlı Dövlət notariat arxivinə müraciət edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, «Elektron notariat» İnformasiya sistemində X8 miras əmlakına dair 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2025-ci il tarixdə 149 nömrəsi ilə vərəsəlik işinin açıldığı, lakin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi müəyyən edilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində ofisində açılmış vərəsəlik işləri arxivə təhvil verilməmişdir. Qeyd olunanlarla bağlı 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edilməsi məqsədəmüvafiqdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. 337.1-ci maddəsinə əsasən, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 359.1-ci maddəsinə əsasən, Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 363.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. 365.1.7-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində xitam verilir. 366.1-ci maddəsinə əsasən, Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. 366.2-ci maddəsinə əsasən, Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. 1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.2-ci maddəsinə əsasən, Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbəli vərəsələr hesab olunurlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1301.1-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.1-ci maddəsinə əsasən Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1322-ci maddəsinə əsasən, Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il tarixli qərarına əsasən “. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər”. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, miras qoyan X11 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı (onun qızı) və Cavabdeh2 (anası) X1 qanun üzrə birinci növbəli vərəsələridir. Digər Cavabdeh3 isə miras qoyanın bacısıdır. Cavabdeh2 X11 əvəzinə onun verdiyi etibarnamə əsasında Cavabdeh3 ilə Bakı şəhəri 5 saylı notariat ofisində 4Ə-468 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın bağınlanması müqaviləsi bağlayaraq, X9 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.80 kv/m, yaşayış sahəsi 43 kv/m, yardımçı sahəsi 17.80 kv/m olan, 3 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 2 (iki) y/otağı, 28.2 kv/m hissəsini Cavabdeh3 mülkiyyətinə vermişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən Cavabdeh3 adına xx.xx.2024-cü il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********09-05101-093001 reyestr nömrəli Çıxarış verilmişdir. İddiaçı 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli məktuba əsasən də, «Elektron notariat» İnformasiya sistemində X8 miras əmlakına dair 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2025-ci il tarixdə 149 nömrəsi ilə vərəsəlik işinin açıldığı, lakin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi müəyyən edilmişdir. Nəticə etibarilə, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 4Ə-468 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi X11 ilə Cavabdeh3 arasında bağlanmışdır. Lakin, ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X11 müqavilənin bağlanma tarixindən əvvəl, yəni xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. AR Mülki Məcəlləsinin müddəalarına görə, müqavilə yalnız tərəflərin iradəsinin ifadəsi nəticəsində yaranır. Vəfat etmiş şəxsin adından əmlakın özgəninkiləşdirilməsi, bununla bağlı rəsmiləşdirilmə aparılması qanunla yol verilməzdir, çünki fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Cavabdeh2 izahatında X11 tərəfindən 2012-ci ildə verilmiş ümumi etibarnaməyə əsasən əmlakı qızına bağışladığını bildirsə də, nəzərə alınmalıdır ki, AR Mülki Məcəlləsinə görə etibarnamə verən fiziki şəxsin ölümü etibarnamənin qüvvəsinə xitam verir. Beləliklə, X8 vəfatından sonra onun adından 2012-ci il tarixdə verdiyi etibarnaməsi əsasında bağışlama müqaviləsinin bağlanması qanunsuz olmuşdur. Beləliklə, müqavilə bağlandığı anda X5 olmadığı üçün, məhkəmə hesab edir ki, həmin bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bağışlama müqaviləsi etibarsız hesab edildiyi üçün, bu müqavilə əsasında Cavabdeh3 adına verilmiş və iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli Çıxarış da ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsinin predmeti olan, mərhum X9 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsində yerləşən, ümumi sahəsi 28,2 kv.m 2 yaşayış otağı miras əmlaka daxil edilməlidir. X1 yeganə birinci növbə vərəsələri onun qızı İddiaçı və anası Cavabdeh2 olduğu üçün, hər birinin miras əmlakda payı 1/2 hissə olaraq müəyyən edilməli və Bakı Şəhəri 5 saylı Notariat ofisinə İddiaçı və Cavabdeh2 hər birinə 1/2 hissədə miras paylarının müəyyən olunmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X11 ilə Cavabdeh3 arasında 5 saylı notariat ofisində bağlanmış 4Ə-468 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında Cavabdeh3 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********09-05101-093001 reyestr nömrəli xx.xx.2024-cü il tarixli Çıxarış ləğv edilməli, X6 miras qalmış ünvan 2 ünvanda yerləşən X9 məxsus ümumi sahəsi 28,2 kv.m olan mənzil (2 yaşayış otağı) üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh2 miras payı müəyyən edilməli, İddiaçı və Cavabdeh2 hər birinə ünvan 2 ünvanda yerləşən X9 məxsus ümumi sahəsi 28,2 kv.m olan mənzil (2 yaşayış otağı) üzərində ½ hissədə miras paylarının müəyyən olunmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri 5 saylı Notariat ofisinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X11 ilə Cavabdeh3 arasında 5 saylı notariat ofisində bağlanmış 4Ə-468 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə əsasında Cavabdeh3 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********09- 05101- 093001 reyestr nömrəli xx.xx.2024-cü il tarixli Çıxarış ləğv edilsin. X6 miras qalmış ünvan 2 ünvanda yerləşən X9 məxsus ümumi sahəsi 28,2 kv.m olan mənzil (2 yaşayış otağı) üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh2 miras payı müəyyən edilsin. İddiaçı və Cavabdeh2 hər birinə ünvan 2 ünvanda yerləşən X9 məxsus ümumi sahəsi 28,2 kv.m olan mənzil (2 yaşayış otağı) üzərində ½ hissədə miras paylarının müəyyən olunmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri 5 saylı Notariat ofisinə həvalə edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar