Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3696/2023 12.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 225000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 515 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, 01 iyun ayının 2019-cu il tarixdə Cavabdeh onun etibarından sui-istifadə edərək, 450 000 manat məbləğində pulunu ələ keçirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, l(101)-413/2023 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, zərərçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxs Cavabdeh qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı vurduğu 450000 manat, zərərçəkmiş şəxs İddiaçı mülki iddiasının ona 450 000 manat maddi zərər dəyməsi nəticəsində onun pulunun ələ keçirməklə istifadə olunmasına görə hər il üçün on faiz olmaqla faiz məbləğinin otuz faizinin, yəni 135000 manat pulun, həmin pul vəsitini ələ keçirməklə istifadə edilməsinə görə əlavə olaraq üç il müddətində hər il üçün 5 faiz olmaqla faizi hesablamaqla məbləğin on beş faizinin, yəni 67500 manat pulun təqsirləndirilən şəxs Cavabdeh alınıb ona verilməsi hissəsinin baxılmamış saxlanılması və ona mülki iddianın bu hissəsi ilə bağlı mülki icraat qaydasında müstəqil şəkildə mülki iddia qaldıra bilmək hüququnun olmasının izah olunması, Cavabdeh vurduğu zərərin ödənilməsi məqsədi ilə Azərbacan Resbublikası DİN-nin Baş Mütəşəkkil Cinaytkarlıqla Mübarizə İdarsininin depozit hesabında saxladığı 40000 manat dəymiş zərərin hissəsi kimi zərərçəkmiş şəxs İddiaçı ödənilməsi hökm edilmişdir. Hazırda mülki iddianın baxılmamış saxlanması hissəsində müraciət edir. X1 qanunsuz olaraq 2019-cu ildən bu günədək onun 450000 manat pulumu saxladığına görə mənzil ala bilməmişdir. Hazırda isə mənzillərin qiyməti qat-qat qalxmışdır. Hesab edirəm buna görə əldə çıxmış faydaya törə cavabdeh 135 000 manat ona ödəməlidir, həmçinin 450 000 manat pulunu qanunsuz bu günədək saxladığına görə illik 5 % məbləğində , yəni 4 ilə görə 93 000 manat əlavə pul da tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh təqdim edilməsi üçün müalicə olunduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, həmçinin iddia ərizəsinin surəti göndərilmiş, iddia tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquq izah edilmişdir. Lakin, cavabdeh iddia tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-413/2023 saylı hökmü ilə, Cavabdeh Nəriman Mürşüd oğlu Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 08 il müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cavabdeh təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 16 iyun 2022-ci il tarixdən hesablanması, zərərçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxs Cavabdeh qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı vurduğu 450000 manat, mülki iddia vermək üçün zərərçəkmişin ödədiyi 743 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı verilməsi, zərərçəkmiş şəxs İddiaçı mülki iddiasının ona 450 000 manat maddi zərər dəyməsi nəticəsində onun pulunun ələ keçirməklə istifadə olunmasına görə hər il üçün on faiz olmaqla faiz məbləğinin otuz faizinin, yəni 135000 manat pulun, həmin pul vəsitini ələ keçirməklə istifadə edilməsinə görə əlavə olaraq üç il müddətində hər il üçün 5 faiz olmaqla faizi hesablamaqla məbləğin on beş faizinin, yəni 67500 manat pulun təqsirləndirilən şəxs Cavabdeh alınıb ona verilməsi hissəsinin baxılmamış saxlanılması və ona mülki iddianın bu hissəsi ilə bağlı mülki icraat qaydasında müstəqil şəkildə mülki iddia qaldıra bilmək hüququnun olmasının izah olunması, Cavabdeh vurduğu zərərin ödənilməsi məqsədi ilə Azərbacan Resbublikası DİN-nin Baş Mütəşəkkil Cinaytkarlıqla Mübarizə İdarsininin depozit hesabında saxladığı 40000 manat dəymiş zərərin hissəsi kimi zərərçəkmiş şəxs İddiaçı ödənilməsi hökm edilmişdir. Məhkəmə, məhkəmədə araşdırılmış sübutlar əsasında təqsirləndirilən şəxs Cavabdeh zərərçəkmiş şəxs İddiaçı aldadıb, onun 450000 manat pulunu ələ keçirdiyinin sübuta yetrililməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasənöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Beləliklə müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-413/2023 saylı hökmü ilə, Cavabdeh İddiaçı barəsində dələduzluq əməlini külli miqdarda ziyan vurmaqla törətməklə təqsirli bilinmiş, barəsində 08 il müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı vurduğu 450000 manat məbləğində pul məbləğində pul tutulması hökm edilmişdir. Hazırda, iddiaçı cavabdehdən 450000 manat pulun gecikdirilmiş 4 il müddət üçün 5 faizinin, habelə 450 000 manat pulun cavabdeh tərəfindən ələ keçirməklə istifadə olunmasına görə hər il üçün on faiz olmaqla faiz məbləğinin otuz faizinin, yəni 135000 manat pulun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi illik beş faiz ödənilməsi hissəsində əsaslıdır. Belə ki, Cavabdeh iddiaçının 450000 manat pul məbləğini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini gecikdirdiyindən iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Odur ki, iddia həmin hissədə təmin edilməli, İddiaçı ödənilməli olan 450000 manat pul vəsaitinin gecikdirilmiş 4 illik müddət üçün ilə 5% olmaqla, (1 il üçün beş faiz 450000x5:100=22500, 4 il üçün 22500x4=90000) ümumilikdə 90000 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi 450 000 manat pulunun ələ keçirməklə istifadə olunmasına görə hər il üçün on faiz olmaqla faiz məbləğinin otuz faizinin, yəni 135000 manat pulun ödənilməsi hissəsində əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 90000 (doxsan min) manat pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş 206 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 309 manat (515-206=309) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 90000 (doxsan min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 206 (iki yüz altı) manat pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 309 (üç yüz doqquz) manat (515-206=309) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3696/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3696/2023
12.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver