Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-370/2021 20.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predimetinə tutmanın yönəldilməsi, ipoteka predimeti olan əmlakın açıq hərracdan satılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predimetinə tutmanın yönəldilməsi, ipoteka predimeti olan əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh2 arasında bağlanmış 09.07.2019-ci il tarixli, DEN-00056-05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 19.08.2020-ci il tarixinə olan 30344.09 manat əsas borc, 5857.35 manat faiz borcu, 422.9 manat dəbbə borcu, ümumilikdə 36624.34 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh2 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh1 ilə bağlanan 09.07.2019-cu il tarixli, DEN-00056-05/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50 kv.m olan mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh2 tutulması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3 mənzildən istifadə hüququna xitam verilməsinə və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank BTB ASC-nin “Promo” filialı ilə Cavabdeh2 arasında bağlanmış 09.07.2019-cu il tarixli, DEN-00056/19A kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 24 ay müddətinə, illik 25 (iyirmi beş) faiz ödəmək şərtilə 35000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh2, Cavabdeh1 09.07.2019-ci il tarixdə iddiaçıyla DEN-00056- İ5 19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünvan 2 ünvanında yerləşən 100 saylı mənzil ipoteka saxlayana yenidən ipotekaya qoymuşdur. Sonrakı ipoteka predmeti Bank "xxxx" ASC-nin "Promo” filialı ilə Cavabdeh2 arasında Bakı şəhərində bağlanmış 22.12.2017-ci il tarixli DEN-00018-05/17A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin "Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.12.2017-ci il tarixli DENG-00018-05/17A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 141 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.10-cu və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 19.08.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 30344.09 manat əsas borc, 5857.35 manat faiz borcu, 422.90 manat dəbbə borcu, ümumilikdə 36624.34 manat təşkil edir. Beləliklə cavabdehin 19.08.2020-ci il tarixinə ümumi borcu 36624.34 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinə qismən qəbul edərək, qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı Bank BTB ASC-nin “Promo” filialı ilə Cavabdeh2 arasında bağlanmış 09.07.2019-cu il tarixli, DEN-00056/19A kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 24 ay müddətinə, illik faiz ödəmək şərtilə 35000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. İş materiallarında olan 07.04.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 09.07.2019-cu il tarixli, DEN-00056/19A kredit müqaviləsi üzrə 30344,09 manat əsas, 5857,87 manat faiz, 422,90 manat cərimə, cəmi 36624,34 manat borcu vardır. Kredit müqavilələri üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. 05.08.2021-ci il tarixli, 9/5288 saylı ekspert rəyinə əsasən cavabdeh – borc alanın banka 09.07.2019-cu il tarixli, DEN-00056/19A kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixə əsas borc üzrə 30489,34 manat, faiz borcu üzrə 4374,41 manat, 05.08.2021-ci il rəy verilən tarixə əsas borc üzrə 30489,34 manat, faiz borcu üzrə 11700,32 manat borcu olduğu müəyyən edilmişdir (ekspert rəyinin nəticə hissəsində texniki səhv olaraq ekspert rəyi verilən tarix 05 avqust 2021-ci il tarixi əvəzinə 19 avqust 2020-ci il il kimi göstərilmişdir). Beləliklə, Cavabdeh2– borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh2 kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi 09.07.2019-cu il tarixli, DEN-00056/19A kredit müqaviləsi üzrə 30344,09 (otuz min üç yüz qırx dörd manat doqquz qəpik) manat əsas borc, 4374,41 (dörd min üç yüz yetmiş dörd manat qırx bir qəpik) manat faiz borcu (ekspert rəyində göstərilən məbləğ), 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 34768,50 manat məbləğində pulun Cavabdeh2 iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və yüksək məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə 09.07.2019-cu il tarixli, DEN-00056/19A kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 422,90 manat məbləğində deyil, 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 09.07.2019-cu il tarixli, DEN- 00056/19A Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında Cavabdeh1 məxsus sahəsi ünvan 2 ünvanında yerləşən 100 saylı mənzilin ipotekaya qoyulması barədə 09.07.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdeh2 əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Bundan əlavə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50 kv.m olan mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində mənzil boşaldılmalıdır. 17.12.2020-ci il tarixli Legal Prime MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 100 saylı mənzilin likvid dəyəri 58000 manat təşkil edir. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 30 dövlət rüsumununun Cavabdeh2 alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, Cavabdeh2 iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və digər xərcləri ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh2 alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu və digər xərcləri ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və digər xərclər Cavabdeh2 aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci Cavabdeh2 tutulmalıdır. Belə ki, 05.08.2021-ci il tarixli, 9/5288 saylı ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat, Legal Prime MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən həmin ünvanda qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3 istifadə hüququna xitam verilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, cavabdehin istifadə hüququna xitam verilməsi üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh2 arasında bağlanmış 09.07.2019-ci il tarixli, DEN-00056-05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bank BTB ASC-nin “Promo” filialı ilə Cavabdeh2 arasında müqavilə 09.07.2019-cu il tarixdə məhz 24 ay müddətinə bağlanmışdır. Müqavilənin müddəti 09.07.2021-ci il tarixdə bitir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi bu hissədə də əsaslı olmadığından təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh2 30344,09 (otuz min üç yüz qırx dörd manat doqquz qəpik) manat əsas borc, 4374,41 (dörd min üç yüz yetmiş dörd manat qırx bir qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 34768,50 (otuz dörd min yeddi yüz altmış səkkiz manat əlli qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 (otuz) manat, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilə yönəldilərək, açıq hərracda satılmalı, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilin ilkin satış qiyməti 58000 (əlli səkkiz min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh1 verilməli, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzil açıq hərracda satıldıqdan sonra həmin mənzil boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 30344,09 (otuz min üç yüz qırx dörd manat doqquz qəpik) manat əsas borc, 4374,41 (dörd min üç yüz yetmiş dörd manat qırx bir qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 34768,50 (otuz dörd min yeddi yüz altmış səkkiz manat əlli qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 (otuz) manat, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilə yönəldilərək, açıq hərracda satılsın. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilin ilkin satış qiyməti 58000 (əlli səkkiz min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh1 verilsin. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh2 iddiaçının xeyrinə tutulsun. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzil açıq hərracda satıldıqdan sonra həmin mənzil boşaldılsın. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat, məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-370/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-370/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - İpoteka borcunun ödənilməsinin
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver