Məhkəmə qərarları › İş №2(004)-3703/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3703/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3703/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, iddiaçı Nümayəndə Sığorta Şirkəti ASC-nin nümayəndəsi X4, Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Nümayəndə Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (sığortaçı) Nümayəndə Sığorta Şirkəti ASC ilə bağlanmış PAX********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsinə əsasən **-PE-*** dövlət qeydiyyat nişanlı, Renault Tondar markalı avtomobilin sahibinin mülki məsuliyyəti cəmiyyətdə sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh1, Cavabdeh2 MMC-nin mülkiyyətində olan sığortalanmış avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozaraq İveco markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. TP2955796 saylı X12 qərara əsasən, cavabdeh yol hərəkət qaydalarını pozduğu və hadisə zamanı avtomobili etibarnaməsiz idarə etdiyi üçün hadisədə təqsirli şəxs kimi tanınmışdır. ******* nömrəli zərər aktına əsasən hadisə nəticəsində İveco markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 530.23 manat məbləğində zərər dəydiyi hesablanmış və həmin məbləğdə sığorta ödənişi zərər çəkənin kasko sığortaçısı “xxxxxxxxxxxx” ASC-yə ödənilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 sığortalanmış avtomobili etibanaməsiz idarə etdiyi üçün iddiaçının hər iki cavabdehə qarşı subroqasiya hüququ yaranır. Göstərilənlərə əsasən Nümayəndə Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 530.23 manat sığorta ödənişi məbləği və ödənilmiş 30.40 manat məhkəmə rüsumu olmaqla, cəmi 560.63 manat pulun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Nümayəndə Sığorta Şirkəti ASC-nin nümayəndəsi X8 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirka edən Cavabdeh2 MMC-nin nümayəndəsi X5 iddia tələbinə etiraz bildirdi ki, Cavabdeh2 MMC ilə X9 arasında xx xxxxxxxx 2016-cı il tarixli AL-984 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və “Renault Tondar” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil E.Əliyevin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. X1 xahişi əsasında "Cavabdeh2” MMC tərəfindən Cavabdeh1 avtomobilin idarə olunmasına dair etibarnamə verilmiş və həmin etibarnamənin müddəti xx xxxxxx 2019-cu il tarixdə bitmişdir. Cavabdeh2 MMC tərəfindən xx xxxxx 2019-cu il tarixdə X7, xx xxx 2019-cu il tarixdə X7 və X3 xəbərdarlıq məktubu göndərilərək avtomobilin idarə olunmasına dair verilmiş etibarnamənin bitməsi və lizinq obyektindən heç bir hüquqi əsası olmadan istifadə nəticəsində üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. Sonuncu xəbərdarlıq məktubu göndərildikdən sonra xx xxx 2019-cu il tarixdə müqavilə üzrə ödəniş olunmuş və avtomobilin idarə olunmasına dair etibarnamə alınmışdır. Qeyd edir ki, lizinq obyektindən istifadə edilməsi şirkət tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirilir. Lakin Cavabdeh1 hüquqa zidd hərəkət edərək mülkiyyətçinin iradəsindən kənar avtomobili idarə etmişdir. “Daxili Lizinq” müqaviləsinin 11.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Göründüyü kimi, yüksək təhlükə mənbəyi sayılan avtomobil Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində həmin mənbənin sahibi olan Cavabdeh2 MMC-nin sahibliyindən çıxmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin onlara aid hissədə rədd edilməsini və tutulacaq pulun iş üzrə digər cavabdeh olan şirkətdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə xəbərdar edilmiş) qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin bildiriş ünvan tam olmadığına görə məhkəməyə geri qaytarılmışdır. Cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Abşeron rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə Cavabdeh1nın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə iş üzrə digər Cavabdeh2 MMC-nin mülkiyyətində olan və etibarnamə olmadan idarə etdiyi «Renault Tondar» markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətə çıxmadan manevr qaydasını pozaraq, İveco markalı, **- JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etdiyi üçün o, AR İXM-nin 327.1 və 332.1-ci maddəsi ilə təqsirli bilinərək İXP ******* saylı X12 Protokol tərtib edilmişdir. xx.xx.2017-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə ******* saylı akta uyğun olaraq, İveco markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 530.23 manat ziyan dəymiş, dəymiş ziyan zərər çəkənin kasko sığortaçısı «xxxxxxxxxxxx» ASC-yə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə görə həmin Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin və «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən normalarının məzmunundan görünür ki, hazırki şəraitdə yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi həm də nəqliyyat vasitəsinin onu etibarnamə olmadan istismar etmiş şəxsin üzərinə düşür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, məhkəmə iclasında yüksək təhlükə mənbəyi olan Cavabdeh2 MMC-nin mülkiyyətində olan «Renault Tondar» markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh1 tərəfindən heç bir əsas olmadan idarə edilməsi sübuta yetirildiyindən, iddiaçının cavabdehlər cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbi qanuni və əsaslı olduğundan iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə (müştərək) qaydada 530 (beş yüz otuz) manat 23 (iyirmi üç) qəpik sığorta ödənişi iddiaçı Nümayəndə Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə (müştərək) qaydada tutularaq iddiaçı Nümayəndə Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə (müştərək) qaydada 530 (beş yüz otuz) manat 23 (iyirmi üç) qəpik sığorta ödənişi iddiaçı Nümayəndə Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə (müştərək) qaydada tutularaq iddiaçı Nümayəndə Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar