Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3712/2025 03.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, iddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etdiyi sahənin onun tərəfindən tikilməsi və genişləndirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etdiyi sahənin onun tərəfindən tikilməsi və genişləndirilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, onların ünvan 1 ünvanında tikilən 110 kv.m. sahənin onun tərəfindən tikilməsi və genişləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İş materiallarından göründüyü kimi iddiaçılar onların ünvan 1 ünvanında tikilən 110 kv.m. sahənin onun tərəfindən tikilməsini və genişləndirilməsini xahiş etməklə, iddia tələbinin əsasını, mübahisəli mənzilin onun bacısı Solmaz Tağıyeva tərəfindən yox, ərizəçilər tərəfindən tikilməsi təşkil etdiyini eyd etmişdir. Məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən iddia ərizəsi kimi xahiş edilən tələb məhkəmədə baxılmalı deyildir. Belə ki, məhkəmə tərəflər arasında mövcud mübahisənin həllinə baxır. İddianın xahiş edirəm hissəsi “ünvan 1 ünvanında tikilən 110 kv.m. sahənin onun tərəfindən tikilməsini və genişləndirilməsi barədə qətnamə çıxarılmasıdır. Belə bir tələb məhkəmədə baxıla bilən tələb deyildir. Çünki hazırki halda mübahisənin olduğu müəyyən edilmir. Belə ki, ərizəçilər mübahisəli tikili üzrə hüquqmüəyyənedici sənəd almaq istəyirlərsə, onda müvafiq inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməli, inzibati orqan tərəfindən imtina edildiyi halda həmin orqanın hərəkətsizliyindəndən şikayət ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqları vardır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçilərin işin baxılması üçün ödədiyi dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçilər İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etdiyi sahənin onun tərəfindən tikilməsi və genişləndirilməsi tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçilərə izah olunsun ki, inzibati orqanın hərəkətlərindən müvafiq şikayət ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. xx.xx.2025-ci il tarixli (Qəbz nömrəsi:**********) qəbzi üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən ərizəçi İddiaçı1 qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3712/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3712/2025
03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver