Məhkəmə qərarları › İş №2(004)-375/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-375/2021

04.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-375/2021 04.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X32 qızının katibliyi, X3, onun nümayəndəsi və vəkili X19, Cavabdehin nümayəndəsi X15 iştirakı ilə, X3 cavabdeh İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinə qarşı “protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X7 cavabdeh İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinə qarşı “protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin üzvlüyündən və təsisçiliyindən xaric olunması barədə İşgəncələrə qarşı Azərbaycan Komitəsinin İdarə heyətinin xx xxxxx 2009-cu il tarixli 5 saylı Protokolunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X7 iddia tələbini onunla əsaslandırmışdır ki, İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai X11 təsisçilərinin xx.xx.2005-ci il tarixli ümumi yığıncağı tərəfindən təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2005-ci ildə dövlət qeydiyyatına alınmışdır. Birliyinin Nizamnaməsindən görünür ki, Behbudov, E.T, Sadıqov B.Y. və o Komitənin təsisçiləridirlər. Komitəsinin İdarə heyətinin xx.xx.2009-cu il tarixli 5 saylı Protokolundan görünür ki, Elçin Behbudov, Sevil Allahverdiyeva, Rafiq Təmrazov və Elçin Abdullayevin iştirakı ilə keçirilən iclasda sədr E.Behbudov çıxış edərək, onun komitənin sıralarından çıxarılmasını təklif etmiş, fikrini onunla əsaslandırmışdır ki, Komitə rəhbərliyi ilə əlaqə saxlamır, komitənin fəaliyyətində yaxından iştirak etmir, ümumilikdə nizam-intizamı qənaətbəxş hesab etmək olmaz, son zamanlar fəaliyyətində kobud Nizamnamə pozuntularına yol vermişdir. Buna görə də o, Komitənin sıralarından xaric edilməlidir. Sədrin təklifi idarə heyətinin üzvləri tərəfindən müzakirə edildikdən sonra səsə qoyulmuş və Komitənin Nizamnaməsinin 5.14-cü bəndinə uğun olaraq (üzvlükdən, təsisçilikdən çıxarılma, İdarə heyətinin qərarı ilə həyata keçirilə bilər) İdarə Heyətinin üzvləri yekdil səsvermə ilə o, təşkilatın sıralarından xaric edilmişdir. İdarə heyətinin sözügedən iclasının keçirilməsi, gündəlikdə olan məsələlər, o cümlədən onun komitənin sıralarından çıxarılması ilə bağlı məsələnin müzakirə ediləcəyi barədə Birliyin həmtəsisçisi və üzvü kimi ona əvvəlcədən məlumat verilməmiş, onun İdarə Heyətinin iclasında iştirakı təmin edilməmiş, bunun üçün müvafiq tədbirlər görülmüşdir. Barəsində qəbul edilmiş həmin qərarla tanış edilməmişdir. Protokolda göstərilənlərlə razı deyil. Belə ki, bütün fəaliyyəti dövründə həmişə Komitə rəhbərliyi ilə əlaqə saxlamış, Birliyin keçirdiyi tədbirlərdə bilavasitə iştirak etmiş, tədbirlərin baş tutmasında, keçirilməsində fəal iştirak edərək təşkilati işlərlə məşğul olmuş, Birliyin aparatına rəhbərlik etmişdir. Fəaliyyətində kobud Nizamnamə pozuntularına yol verməsi ilə bağlı ona heç vaxt, heç kim tərəfindən, heç bir irad bildirilməmişdir. Komitənin sıralarından xaric edilməsi barədə sözügedən Protokolu tamamilə əsassız və qanunsuz hesab edir. Belə ki, əvvəla Birliyin Nizamnaməsinin V hissəsində göstərilir ki, təsisçilər bərabər hüquqlara malikdirlər. Nizamnamənin 5.13-cü bəndinə görə Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir; - Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə; - Mütəmadi olarq Birliyin işində işində iştirak etməKdən boyun qaçırdıqda; - Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə. Nizamnamənin 5.14-cü maddəsinə görə üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. Nizamnamənin 6.9 və 6.10-cu bəndlərinə əsasən İdarə Heyəti kollegial icra orqanı olub Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir və digıər səlahiyyətlərə malikdir. İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir. İşgəncələrə qarşı Azərbaycan Komitəsi X6 6.3-cü bəndinə görə Birliyin təsisçilərinə və üzvlərinə yığıncağın yeri və vaxtı hqqında iki həftə əvvəl məlumat verilməlidir. Nizamnamənin 5.15-ci bəndinə görə Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən ictimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. Lakin, həm qanunvericiliklə, həm də, Birliyin Nizamnaməsi ilə müəyyən edilmiş hüquqları kobud şəkildə pozulmuşdur. X7 daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Azərbaycan Komitəsinin üzvlüyündən və təsisçiliyindən xaric olunması barədə İşgəncələrə qarşı Azərbaycan Komitəsinin İdarə heyətinin xx xxxxx 2019-cu il tarixli 5 saylı Protokolunun etibarsız hesab edilməsi və müəyyən edilmiş təsisçi hüququnun həyata keçirilməsində yaranan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin nümayəndəsi X20 iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, İddiaçı İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin xx.xx.2009-cu il tarixli 5 nömrəli protokolu ilə Təşkilatın üzvlüyündən xaric edildiyi halda, həmin protokolu 2020-ci il tarixdə məhkəmə qaydasında mübahisələndirdiyini, hazırki mübahisə ilə bağlı Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-7085/2019 saylı və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6032/2020 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin mövcud olduğunu göstərmiş və iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi, vəkil X29 məhkəməyə cavabdehin “iddia müddətinin tətbiq edilməsinə dair” ərizəsinə qarşı etiraz verərək göstərmişdir ki, iddiaçı iddia müddətlərinə əməl etmiş, iddia müddətini ötürməmişdir. İddia ərizəsindən məlum olur ki, iddiaçının, İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin xx.xx.2009-cu il tarixli 5 nömrəli protokolundan, onun Təşkilatın həmtəsisçiliyindən və üzvlüyündən xaric edilməsi barədə məlumatsız olmuş, İdarə Heyətinin 01 .04.2009-cu ul tarixdə keçirildiyi iddia edilən iclasın keçiriləciyi yer, iclasın gündəliyinə baxılması üçün daxil edilən məslələr və s. barədə ona heç kim iclasdan əvvəl va ya sonra məlumat verməmiş, iclasın qəbul etdiyi qərarla, o cümlədən onun Təşkilatın üzvlüyündən xaric edilməsi ilə bağlı məlumat verməmiş, protokolla tanış edilməmişdir. O, bu barədə məlumatı İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin sədri Vəli Heydərovun cavabdeh Tural Hüseynova qarşı Yasamal Rayon Məhkəməsində qaldırdığı “qanuni təmsilçi olması barədə sənədlərin və qeydiyyatın ləğvi” tələbinə dair iddia tələbinin məhkəmə araşdırmaları zamanı məhkəmədə şahid qismində ifadə verərkən bilmişdir. Belə ki, həmin vaxt Tural Hüseynov məhkəməyə İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin xx.xx.2009-cu il tarixli 5 nömrəli iclas protokolunun kserosurətdən ibarət, müvafiq qaydada təsdiq olunmamış surətini təqdim edərək onun həmin protokolla Təşkilatın üzvlüyündən xaric edildiyini bildirmişdir. Lakin, həmin protokol müvafiq qaydada təsdiq olunmamış kserosurt olduğundan və tərəf onun əslini və ya təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilmədiyindən o, buna əhəmiyyət verməmişdir. Lakin, sonradan, yəni Koronovirus pandemiyası ilə bağlı tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırıldıqdan sonra (təxminən 2020-ci ilin iyul ayında) Vəli Heydərovla görüşən zaman sonuncu onu Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə tanış edərkən bilmişdir ki, iddia tələbi ilə bağlı qərar qəbul edərkən İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin xx.xx.2009-cu il tarixli kserosurətdən ibarət, müvafiq qaydada təsdiq olunmamış 5 nömrəli iclas protokoluna istinad edilmişdir. Odur ki, o, həmin protokolun ləğv edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Pərviz Desystaninin “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvü olaraq daimi olaraq, fasiləsiz fəaliyyət göstərməsi halları aşağıda sadalanan və məhkəməyə təqdim olunan yazılı sənədlərlə də təsdiq olunur:

1. “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai X11 təsisçilərinin xx.xx.2005-ci il tarixli Ümumi Yığıncağı tərəfindən (Protokol 1) təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2005-ci ildə dövlət qeydiyyatlna alınmışdır. Birliyin Nizamnaməsindən görünür ki, Behbudov E.T, Sadıqov B.Y və Deyistani P.İ. Komitənin təsisçiləridilər.

2. “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin (İQAK İB) təsisçisi İddiaçı və Komitə üzvləri X36 və X12 tərəfindən imzalanmış xx.xx.2016-cı il tarixli Aktdan görünür ki, onlar Komitənin sədri Elçin Behbudovun ölümündən sonra Komitənin möhrünü və Komitəyə aid sənədləri almaq üçün E.Behbudovun həyat yoldaşı Elmira Behbudovanın yaşadığı ünvüna gələrək möhür və sənədlərin onlara verilməsini tələb etmişlər. Lakin, E.Behbudova Komitənin möhür və sənədlərinin itməsini bildirmişdir. Odur ki, İddiaçı İB-in əvvəlki sədri Elçin Behbudovun sədrliyi dövründə fəaliyyətinə dair sənədlər məhkəməyə təqdim edilə bilməmişdir. Çünki, həmin sənədlər Elçin Behbudovda saxlanılırdı. Onun ölümündən sonra isə Komitənin bütün sənədləri, o cümlədən fəaliyyəti ilə bağlı olan sənədlər (iclas protokolları, monitorinq və görüşlərin keçirilməsi vəs.) onun həyat yoldaşı Elmira Behbudovda saxlanılır. Onlar həmin sənədləri təqdim etməkdən imtina edirlər.

3. AR ƏN Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi R.Rəhimovun İQAK İB-nin təsisçisi İddiaçı ünvanladığı xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, onun Ədliyyə Nazirliyinə daxil olmuş xx.xx.2016-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə “İşgəncələrə Qarşi Azərbaycan Komitəsi” İВ ilə bağlı müraciətlərinə baxılmışdır. Məktubda göstərilir ki, qanunvericiliyə əsasən qeyri-hökümət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Həmçinin məktubda İB-in dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin İddiaçı təqdim olunduğu, İB-in loqotipinin dəyişdirilməsi səlahiyyətinin isə qanunvericiliklə Ədliyyə Nazirliyinə verilmədiyi göstərilmişdir.

4. “Respublika” qəzetinin xx.xx.2016-cı il tarixli sayında Elanlar bölməsində verilmiş elandan məlum olur ki, “İşgəncələrə qarşı Azərbaycan Komitəsinə” məxsus möhür itdiyi üçün etibarsız sayılır.

5. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırovun İddiaçı ünvanladığı xx.xx.2016-ci il tarixli məktubunda İddiaçı müraciətinə cavab olaraq bildirilir ki, “İşgəncələrə qarşı Azərbaycan Komitəsinə” məxsus olan möhrün tapılması barədə Bakı şəhər BPİ-nin Tapıntılar bürosuna məlumat daxil olmamışdır.

6. İQAK İB-nin təsisçisi İddiaçı AR ƏN Qeydiyyat İdarəsinə ünvanladığı xx.xx.2016-cı il tarixli Məlumatından görünür ki, İB-in əvvəlki sədri Elçin Behbudovun vəfatından sonra Birliyin dəyirmi möhürü və kvadrat ştampının naməlum səbəblərdən itirildiyi və bu barədə xx.xx.2016-cı il tarixdə “Respublika” qəzetində elan dərc edildiyi, xx.xx.2016-cı il tarixdən isə müvafiq sənədlərin “Səadət” firmasına təqdim edilməklə İB-in yeni möhür və ştampın bərpa edilməsi barədə məlumat verilmişdir. Məlumatda müvafiq sənədlərin əlavə edildiyi qeyd olunmuşdur.

7. İQAK İB-nin təsisçisi İddiaçı Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri- Hökumət X9 sədri Ayaz Quliyevə ünvanladığı xx.xx.2016-ci il tarixli məktubundan görünür ki, “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin xx.xx.2015-ci il tarixli Ümumi iclası keçirilmiş, Ümumi iclasda İB-in təsisçisi, Birliyin üzvləri- görkəmli alim və yazıçılar və digər ictimai-siyasi xadimlərin iştirakı ilə gizli səsvermə yolu ilə X18 İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin sədri seçilmişdir. E.Həmidov İB-in sədri olmaqla xx.xx.2016-cı il tarixdən öz fəaliyyətinə başlamışdır.

8. AR ƏN-nin Qeyri Hökumət təşkilatları ilə iş şöbəsinin rəisi Şəbinə Salmanovanın İQAT İB-nin təsisçisi İddiaçı ünvanladığı xx.xx.2016-cı il tarixli məktubunda İB-in yeni qanuni təmsilçisinin seçilməsi faktının dövlət qeydiyyatına alınması və möhürün itirilməsi ilə bağlı daxil olmuş müraciətin baxıldığı göstərilmişdir. Məktubda İB-in hüquqi ünvanın göstərilməsi və möhürün itirilməsi ilə bağlı mətbu orqanda dərc edilmiş elanın və bununla bağlı DİN müvafiq arayışının təqdim edilməsi tövsiyyə olunmuşdur.

9. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qətnaməsindən görünür ki, Elçin Behbudovun vəfatından sonra İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin sədri olmuş X13 cavabdeh X10 qarşı şərəf və ləyaqətin müdafiəsi və s. tələbi üzrə məhkəmə araşdırmaları zamanı iddiaçı Elşad Həmidov məhkəməyə verdiyi izahatında İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin həmtəsisçisi İddiaçı Komitənin möhürünün Elmira Behbudova oğurlanması barədə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etdiyini göstərmişdir.

10. Azərbaycan Respublikası ƏN-nin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi Ş.Salmanovanın xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, İddiaçı İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin yeni təsisçilərinin qəbul olunması faktlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxılmışdır. Məktubda izah olunur ki, təsisçiliyə daxil olma İdarə Heyətinin qərarı ilə həyata keçirilir.

11. AR ƏN-nin HŞ və VV İdarəsinin rəisi Rahim Rəhimov İddiaçı ünvanladığı xx.xx.2017-c il tarixli məktubunda “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” İctimai Birliyinin yeni qanuni təmsilçisinin və idarəetmə orqanlarının formalaşdırılması faktlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxıldığı göstərilmişdir. Məktubda izah olunur ki, qanuna görə qurum üzvlərinin sayı dövlət reyestrinə daxil edilən məlumatlara aiddir. Bununla əlaqədar müvafiq faktın təsdiq olunması ilə bağlı sənədlərin təqdim edilməsinin zəruriliyi göstərilir.

12. AR DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini X16 Qarşı Azərbaycan Komitəsinin təsisçisi və aparatının rəhbəri İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli məktubunda göstərilir ki, onun AR DİN ünvanadığı müraciəti araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün Xətai PPİ-nə göndərilmişdir.

13. İQAK İB-nin təsisçisi İddiaçı AR ƏN-nin HŞ və VV İdarəsinin rəisi R.Rəhimova ünvanladığı 11.03. 2018-ci il tarixli məktubunda təsisçisi olduğu İB məxsus Nizamnamə və Reyestrin surətinin verilməsinə sərəncam verilməsini xahiş edir.

14. İQAK İB İdarə Heyətinin xx.xx.2018-ci il tarixdə keçirilimiş iclasının protokolundan (protokol 1) görünür ki, xx.xx.2018-ci il tarixdə İctimai Birliyin iclası keçirilmişdir. İclasa sədrliyi İddiaçı etmişdir. İclaslarda İQAK İB-nin yeni üzvlərinin qəbul edilməsi məsələsinə baxılmışdır (İclasda iştirak edən İB üzvlərinin siyahısı protokola əlavə olunur).

15. İQAK İB İdarə Heyətinin xx.xx.2018-ci il tarixdə keçirilimiş iclasının protokolundan (protokol 2) görünür ki, xx.xx.2018-ci il tarixdə X35 Heyətinin iclası keçirilmişdir. X39 Ağabala oğlunun sədrliyi, İddiaçı katibliyi ilə keçirilmişdir. İclasın gündəliyində İB-in İdarə Heyətinin təkibinin genişləndirilməsi məsələsi müzakirə edilmişdir.

16. İQAT İB-nin xx.xx.2018-ci il tarixli İclasının qərarın çıxarışından görünür ki, İB-in keçmiş sədri Elçin Behbudovun ölümü ilə əlaqədar (əsas: notariat qaydasında təsdiq olunmuş ölüm haqqında şəhadətnamə) onun sədrliyinə xitam verilmiş ,Heydərov Vəli Ağabala oğlu İB-in yeni sədri qəbul olunmuş və qurumun adından dəyişikliklərin dövlət qeydiyyatına alınması barədə AR ƏN-nə müraciət edilməsi səlahiyyətinin Vəli Heydərova verilməsi qərara alınmışdır.

17. İddiaçı İB-in yeni sədrinin seçilməsi faktının dövlət qeydiyyatına alınması barədə xx.xx.2018-ci ildə AR ƏN-nin Qeydiyyat və Notariat Baş idarəsinə ərizə vermişdir.

18. İQAK İB-nin təsisçisi İddiaçı ilə Heydərov Vəli tərəfindən imzalanmış xx.xx.2018-ci il atrixli Aktdan görüniir ki, İQAK İB-nin möhürü Vəli Heydərova təhvil verilmişdir.

19. İQAK İB-nin təsisçisi İddiaçı xx.xx.2018-ci il tarixdə AR Ədliyyə Naziri Fikrət Məmmədova Məlumat ünvanlayaraq Elçin Behbidovun ölümündən sonra onun həyat yoldaşı Elmira Behbudovanın və kürəkəni Tural Hüseynovun özbaşınalıqları barədə, yəni İB-n möhürünü əsassız və qanunazidd olaraq özündə saxlayaraq özbaşlarına yığıncaqlar keçirərək özlərini İB-n sədri kimi təqdim etmələri və s. barədə məlumat verərək onların bu özbaşınalıqlarının qarşısını alınmasını xahiş etmişdir.

20. AR ƏN-nin HŞ və VV İdarəsinin rəisi R.Rəhimovun İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunda İB-in üzvlərinin qeyri-qanuni fəaliyyət göstərməsi ilə bağlı müraciətinə baxıldığını, qanunvericiliyə görə bu kimi mübahisələrin məhkəmə qaydasında həll olunduğu göstərilməklə, qurum üzvlərinin qeyri-qanuni hərəkətləri ilə bağlı aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına müraciət edilməsi tövsiyyə olunur.

21. İQAT İB-nin İdarə Heyətinin xx.xx.2018-ci il tarixli İclas Protokolundan görünür ki, bəzi komitə üzvləri tərəfindən yol verilən qanunazidd əməllər və bunların qarşısının alınması yolları ilə bağlı müzakirələr aparılmışdır. İclasda İQAK İB-nin təsisçisi İddiaçı iştirak edərək gündəlikdə olan məsələlərlə bağlı fikir söyləmişdir.

22. AR ƏN-nin HŞ və VV İdarəsinin rəisi R.Rəhimovun İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, həmin idarə tərəfindən təsisçi İddiaçı müraciəti əsasında ona təsisçisi olduğu “İşgəncələrə Qarşi Azərbaycan Komitəsi” X6 və qeyri-kommersiya qrumlarmın dövlət reyestrindən çıxarışının surəti təqdim olunmuşdur və s.Yuxarıda qeyd olunan və hazırda məhkəməyə tədim edilmiş yazılı sübutlarla bir daha təsdiq olunur ki, İddiaçı “İşgəncələrə Qarşı Azərbaycan Təşkilatı” İctimai Birliyi dövlət qeydiyyatına alındığı vaxtdan bu günədək həmin təşkilatın təsisçisi, İdarə Heyətinin üzvü kimi daima fəaliyyətdə olmuş, Təşkilatın idarə olunmasında İB-in Aparat rəhbəri kimi (Elçin Behbudovun sağlığında) daha sonralar isə təsisçi və İB-nin üzvü kimi Birliyin təşkilatlanmasında, idarə olunmasında, qarşısında duran vəzifə və məqsədlərinə nail olunmasında, həmçinin, dövlət orqanları qarşısında, ictimai birliklərlə qarşılıqlı münasibətlərdə və digər fəaliyyətlərində fəal iştirakçı olmuşdur. Əgər İddiaçı doğrudan da İB-in təsisçiliyindən, hətta üzvlüyündən belə xaric olmuş olsaydı, onda o, öz hüquqlarının müdafiəsi üçün mütləq qaydada məhkəmələrə müraciətlər edərdi. Necə ki, bu gün bu hüququndan istifadə edir. Bundan başqa, məhkəməyə təqdim edilmiş yazılı sənədlərdən göründüyü kimi, rəsmi dövlət orqanlarının səlahiyyətli şəxsləri Pərviz Destaninin İB-nin təsisçisi kimi tanıyaraq və qəbul edərək onlara ünvanlanmış müraciətlərini cavablandırmış, İB-ə dair tələb etdiyi məlumatları və rəsmi sənədlərin surətlərini ona vermişlər. İddiaçı onun guya İB-nin üzvlüyündən xaric edilməsi barədə məlumatı alanda o, bu məlumatı təsdiq edən heç bir hüquqi qüvvəsi olmayan məlum xx.xx.2009-cu il tarixli 5 nömrəli protokolun sübut kimi qəbul ediləcəyinə inanmamış, məhkəmənin həmin kağız parçasının heç bir hüquqi qüvvəsinin olmadığı barədə nəticəyə gələcəyinə inanmışdır. İddiaçı belə düşünməkdə tam haqlı olmuşdur. Beləliklə, işdə olan materiallarla məlum olur ki, İddiaçı İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin xx.xx.2009-cu il tarixli 5 nömrəli protokolundan, onun Təşkilatın həmtəsisçiliyindən və üzvlüyündən xaric edilməsi barədə məlumatsız olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən cavabdeh “İşəncələrə qarşı Azərbaycan Təşkilatı” İctimai Birliyinin nümayəndəsi X15 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7, onun nümayəndəsi və vəkili X29 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X20 izahatında iddiaçının ümümumi yığıncağın qərarı ilə təsisçilikdən çıxarıldığını, səlahiyyətinin olmadığını və iddia tələbinə iddia müddəti tətbiq edilməklə, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İşgəncələrə qarşı Azərbaycan Komitəsi X14 xx.xx.2005-ci il tarixdə təsisçilər Behbudov E.T, Sadıqov B.Y və Deyistani P.İ. tərəfindən tərtib edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatlna alınmış qeyri-hökumət təşkilatıdır. İşgəncələrə qarşı Azərbaycan Komitəsinin İdarə Heyətinin iclasının xx.xx.2009-cu il tarixli, 5 saylı protokolunun surətindən görünür ki, Elçin Behbudovun, Sevil Allahverdiyevanın, Rafiq Təmrazovun və Elçin Abdullayevin iştirakı ilə keçirilən iclasda sədr E.Behbudov çıxış edərək, komitə rəhbərliyi ilə əlaqə saxlamamasını, komitənin fəaliyyətində yaxından iştirak etməməsini, ümumilikdə nizam-intizamının qənaətbəxş olmamasını və son zamanlar fəaliyyətində kobud Nizamnamə pozuntularına yol verməsini əsas gətirərək, X2 sıralarından çıxarılmasını təklif etmiş, idarə heyəti üzvlərinin yekdil qərarı ilə X1 xaric edilmişdir. Məhkəmə hesab edir ki, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin İdarə Heyətinin xx.xx.2009-cu il tarixli qərarında X4 rəhbərliyi ilə əlaqə saxlamaması, komitənin fəaliyyətində yaxından iştirak etməməsi, ümumilikdə nizam-intizamının qənaətbəxş olmaması və son zamanlar fəaliyyətində kobud Nizamnamə pozuntularına yol verməsi barədə sədr E.Behbudovun mülahizələri heç bir konkret dəlillə əsaslandırılmamışdır. Əksinə, təqdim olunmuş sənədlərlə İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai X23 müxtəlif vaxtlarda keçirilmiş iclaslarının protokollarından, Birliyin müxtəlif dövlət qurumları ilə yazşmalarından müəyyən olunmuşdur ki, Deystani X27 dövlət qeydiyyatına alındığı vaxtdan bu günədək həmin təşkilatın təsisçisi, İdarə Heyətinin üzvü kimi daima fəaliyyətdə olmuş, Təşkilatın idarə olunmasında təsisçi və üzv kimi fəal iştirakçı olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi ümumi yığıncağın protokoluna istinad edərək iddiaçının təsisçilikdən çıxarıldığını bildirsə də, həmin protokolun əslini məhkəməyə təqdim edə bilməmiş, iddiaçı tərəf isə protokolun mövcudluğunu mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin (ictimai birliyin) təsisçisi ilə onun üzvünü fərqləndirmək lazımdır. Mülki Məcəllədə hüquqi şəxsin təsisçisinin öz iradəsi ziddinə təsisçilikdən xaric edilməsi istisna olunur və nizamnamədə belə müddüa olsa belə, qanunun tələbinə və ruhuna zidd olmaqla əhəmiyyətsizdir. Həmçinin məhkəmə bildirir ki, qeyd edilən dəlillərdən başqa iddiaçı müvafiq dövlət qurumunun (Ədliyyə Nazirliyinin) qeydiyyatında hal-hazırda təsisçi qismində gedir və onun hüquqlarının həyata keçirilməsinə maneə yaradıla bilməz. Məhkəmə cavabdehin nemayəndəsinin iddiaçının təsisçilikdən çıxarılmasına dair dəlilini rədd edərək bildirir ki, hüquqi şəxsin nizamnaməsində dəyişikliklər müvafiq dövlət qurumunda qeydiyyta alındıqdan sonra qüvvəyə minir. Həmçinin, məhkəmə cavabdehin iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, ərizə əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, təqdim olunmuş sübutlardan müəyyən olunur ki, X7na, İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin 01 .04.2009-cu ul tarixdə keçirilən iclasın yeri, vaxtı, baxılması üçün iclasın gündəliyinə daxil edilən məsələlər barədə, həmçinin, qəbul edilmiş qərarla, o cümlədən onun Təşkilatın üzvlüyündən xaric edilməsi ilə bağlı məlumat verməmiş, protokolla tanış edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. İş materiallarında olan İşgəncələrə qarşı Azərbaycan Komitəsi X6 5.2-ci bəndinə əsasən təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu nizamnamə ilə müəyyən edilir. Nizamnamənin 5.3-cü bəndinə görə Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerlı özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar. Nizamnamənin 5.13-cü bəndinə görə Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir: - Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə; - Mütəmadi olarq Birliyin işində işində iştirak etməjdən boyun qaçırdıqda; - Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə. Nizamnamənin 5.14-cü maddəsinə görə üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. Nizamnaməsinin 6.3-cü bəndinə görə Birliyin təsisçilərinə və üzvlərinə yığıncağın yeri və vaxtı hqqında iki həftə əvvəl məlumat verilməlidir. Nizamnamənin 6.9 və 6.10-cu bəndlərinə əsasən İdarə Heyəti kollegial icra orqanı olub Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir və digıər səlahiyyətlərə malikdir. İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Nizamnamənin 5.15-ci bəndinə görə Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən bu Qanunda "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar daxildir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən ictimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri - 16 yaşına) çatmış fiziki şəxslər ola bilərlər. 9.2-ci maddəsinə görə qeyri-hökumət təşkilatlarının təsisçiləri bərabər hüquqlara malikdir. Onların qarşılıqlı hüquq və vəzifələrinin həcmi qeyri-hökumət təşkilatının təsis edilməsinə münasibətdə təsis müqaviləsi ilə (müqavilə bağlandıqda), qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka münasibətində isə qeyri-hökumət təşkilatının nizamnaməsi ilə müəyyən edilir. Qanunun 10.5-ci maddəsinə görə qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu müəyyən edildikdə qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş müddətə dayandırıla bilər. 25.6-cı maddəsinə görə ictimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Qanunun 26.1-ci maddəsinə əsasən ictimai birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir. Həmin Qanunun 26.3-cü maddəsinə görə isə ictimai birliyin icra orqanının səlahiyyətinə ictimai birliyin başqa idarəetmə orqanlarının bu Qanun, digər qanunlar və ictimai birliyin nizamnaməsi ilə müəyyən edilən müstəsna səlahiyyətini təşkil etməyən bütün məsələlərin həlli aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəyə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 337.3-cü maddəyə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəyə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ :

İddia tələbi təmin edilsin. X3 İşgəncələrə qarşı Azərbaycan Komitəsinin üzvlüyündən və təsisçiliyindən xaric olunması barədə İşgəncələrə qarşı Azərbaycan Komitəsinin İdarə heyətinin xx xxxxx 2019-cu il tarixli 5 saylı Protokolu etibarsız hesab edilsin və müəyyən edilmiş təsisçi hüququnun həyata keçirilməsində yaranan maneələr aradan qaldırılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar