Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3763/2022 08.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "Fast Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş 2290 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43,30 manat pulun tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixində “Toyota Corolla” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ümumilikdə 2290 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı sürücülük hüququ olmadan (sürücülük vəsiqəsi olmadan) avtomobil idarə etdiyinə görə Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edir ki, 2290 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair elektron məlumatdan müəyyən olunmuşdur ki, İddiaçı Sığorta Şirkəti ASC ilə X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli PAT********** nömrəli sığorta müqaviləsinə əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Toyota Corolla” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər icbari qaydada sığortalanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2515/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından müəyyən edilir ki, inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Cavabdeh 08 oktyabr 2020-ci il tarixdə, saat 11:30 radələrində Ak.Həsən Əliyev küçəsində sola manevr edərkən “Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinin 5-ci bəndinin tələbi pozaraq özündən sol tərəfdə eyni səmtdə düzünə hərəkətdə olan "Fast Doblo” markalı, **- AP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, toqquşma nəticəsində həmin avtomobilin sahibinə maddi ziyan dəymiş, daha sonra Cavabdeh avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi məlum olmuşdur. Bununla da, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsndə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən, "Fast Doblo” markalı, **- AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 2290 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin 06 noyabr 2020-ci il tarixli, 091529 saylı sığorta aktından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı “Toyota Corolla” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2290 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan 06 noyabr 2020-ci il tarixli 10978 saylı ödəniş tapşırığına əlavəyə əsasən faydalanan şəxsə ödənilən məbləğ 2290 manat təşkil edir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 25 may 2022-ci il tarixli Pretenziya məktubuna əsasən Cavabdeh “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2290 manat sığorta ödənişi məbləğini 10 iş gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 08 oktyabr 2020-ci il tarixdə, saat 11:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Toyota Corolla” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ak.Həsən Əliyev küçəsində sola manevr edərkən “Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinin 5-ci bəndinin tələbi pozaraq özündən sol tərəfdə eyni səmtdə düzünə hərəkətdə olan "Fast Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, toqquşma nəticəsində həmin avtomobilin sahibinə maddi ziyan dəymişdir. Bununla da, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2515/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsndə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Eləcə də müəyyən edilmişdir ki, "Fast Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı zədələnmiş avtomobilə 2290 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən faydalanan şəxsin hesabına 2290 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı Cavabdeh avtomobili etibarnaməsiz idarə etdiyindən və hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən, bununla da zərəri tələb etmə hüququ subroqasiya qaydasında İddiaçı Sığorta Şirkəti ASC-yə keçdiyindən iddia ərizəsi pul tələbi hissəsində tam təmin edilməli, faydalanan şəxsin hesabına ödənilmiş 2290 manat məbləğində pul vəsaiti iddiaçı şəxsin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2290 (iki min iki yüz doxsan) manat məbləğində ödənilmiş sığorta ödənişi tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 43,30 manat dövlət rüsumu da cavabdehə aid edilərək, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238, 244, 358 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2290 (iki min iki yüz doxsan) manat məbləğində ödənilmiş sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43,30 (qırx üç manat otuz qəpik) manat pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3763/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-3763/2022
08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver